Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr...

 

Azərbaycanın adı artıq bütün dünyada məşhurdur desək yanılmarıq. Məlum olduğu kimi, bəşər insanının vahid ortaq dili mədəniyyətdir. İstənilən mədəniyyət nümunəsi xalqları eyni dildə danışdıra, anlaşdıra bilir. Son illər Azərbaycan mədəniyyətinin ən müxtəlif qollarının dünyada davamlı təbliğatının həyata keçirilməsi onu deməyə əsas verir ki, mədəniyyətimiz ölkəmizi yüksək səviyyədə təqdim edə bilir.

Sözsüz ki, bu təbliğatın, bu xeyirsevər missiyanın başında Heydər Əliyev Fonduonun rəhbəri, ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva durur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə indiyə qədər saysız tədbir həyata keçirilib. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanla Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgi açılıb. Onu da vurğulayaq ki, Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır.

Ekspertlər bildirir ki, "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərginin açılışı olduqca mühüm hadisə olub və Azərbaycanın mədəniyyət incilərinin təbliğində müstəsna əhəmiyyəti var.

Məlum olduğu kimi, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi bəlli inkişaf yolu var. Bu da faktdır ki, Azərbaycan əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınıb və bu proses bu gündavam edir. Onu da vurğulayaq ki, "Azərbaycanın zəngin incilərinə tarixi baxış" sərgisində Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrləri yüksək səviyyədə təqdim olunub. Bu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Mədəniyyətşünaslar qeyd edir ki, altı bölmədən ibarət sərgi ilə tanış olan qonaqlara məlumat verilirdi ki, burada ilk insan məskənlərindən biri - Azərbaycan ərazisində tapılan arxeoloji materiallar nümayiş etdirilir. Qeyd edək ki, həmin sərgidə təqdim olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini və həyat tərzini layiqincə əks etdirib. Müxtəlif sənətkarlıq nümunələrinin - silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılıb. Onu da xatırladaq ki, qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini göstərir. Azərbaycan xalçaları sərginin ən qiymətli inciləri sırasında olub. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidəki xalçalar milli və dünyəvi dəyərləri qonaqlara təqdim edib. Maraqlı faktlardan biri odur ki, sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks etdirən kitablar, bukletlər və digər nəşrlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində versiyası təqdim olunub. Heydər Əliyev Fondunun fəaliyyəti geniş profilli olduğu üçün sərgidə müxtəlif istiqamətlər özünü əks etdirib. Azərbaycan mədəniyyətinin əvəzsiz hamisi Heydər Əliyev Fonduonun rəhbəri Mehriban xanım Əliyevanın ölkəmizlə yanaşı, xaricdə də gördüyü təqdirəlayiq işlər maraq doğurur.

"Azərbaycanın zəngin incilərinə tarixi baxış" sərgisinin Vatikanda açılması həm də bütövlükdə Azərbaycanın, milli ruhumuzun, dünyagörüşümüzün təqdimatı deməkdir. Əlbəttə, Heydər Əliyev Fondunun gördüyü bütün işlər Azərbaycanın təbliği deməkdir.

Onu da vurğulayaq ki, bu ilin may ayının 4-də Parisdə, UNESCO-nun iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Azərbaycan: ənənədən müasirliyə" adlı sərgi açılıb. Bu sərgi də xarici seyirçilərin diqqətini cəlb edə bilib. Onu da qeyd edək ki, şəhər sakinlərinə və qonaqlara layihə çərçivəsində üç ekspozisiya təqdim olunub: "Azərbaycan: ənənədən gələcəyə", "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunan sərgi və "Azərbaycanın müasir incəsənəti" sərgisi.

Əlbəttə, bu sərginin də əhəmiyyətini danmaq olmaz. Azərbaycan ruhunu əks etdirən bu sərgi ölkəmizin həm dünənini, həm bu gününü əks etdirir, işıqlı sabah haqqında düşüncələrə yol açır. "Azərbaycan: ənənədən gələcəyə" ekspozisiyasında ölkə ərazisində tapılan arxeoloji nümunələr, qədim dövrorta əsrlərdə Azərbaycanda dövriyyədə istifadə edilən pul sikkələri, zərgərlik nümunələri, mis qablar, milli musiqi alətləri, geyimlər, tikmələrxalça məmulatları sərgilənib.

Bildirək ki, sözügedən sərgi "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunub.

"Azərbaycanın müasir incəsənəti" sərgisində görkəmli rəssamların əsərləri təqdim olunur. Burada Əşrəf Murad, Rasim Babayev, Toğrul Nərimanbəyov, Darvin Vəlibəyov, Məmməd Kərim Quliyev, Altay Sadıqzadə, Sabir Çopuroğlu, Elyar Əlimirzəyev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Orxan HüseynovFaiq Əhmədin rəsmləri, Leyla Əliyeva, Kənan Əliyev, Əhəd Məmmədov və Nurlan Məmmədovun heykəltəraşlıq əsərləri nümayiş olunub. Azərbaycan mənzərəsinin əcnəbilərə təqdimatı böyük əks-səda doğurub. Ümumiyyətlə, Heydər Əliyev Fondunun davamlı xarakter alan beynəlxalq tədbirləri hər bir ölkədə Azərbaycan adında böyük bir məmləkətin, onun mədəniyyət dünyasının varlığını bir daha təsdiqləyir.

Onu da vurğulayaq ki, bu ilin may ayının 6-da isə UNESCO-nun iqamətgahında Qarabağ atları və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan çövkən oyununa həsr edilən sərginin açılışı, həmçinin fransız yazıçı Jan Lui Quronun "Qarabağ atları" ("Le cheval Karabakh") kitabının təqdimatı keçirilib. Ənənəvi olaraq bu ilAvropada mayın 16-da "Muzeylər gecəsi" keçirilib. Həmin gün Avropanın əksər muzeylərində giriş pulsuz olur. Paris sakinləri və şəhərin qonaqları bu çərçivədə UNESCO-da təqdim edilən "Azərbaycan: ənənədən müasirliyə" sərgisi ilə sərbəst girişlə tanış olublar. "Azərbaycan: ənənədən müasirliyə" sərgisi mayın 20-dək davam edib.

Mayın 6-da 56-cı "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olub. Venesiyanın izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu "Hüdudları aşaraq" ("Beyond the Line") sərgisinin açılış mərasimi keçirilib. "Hüdudları aşaraq" sərgisi XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırıb. Sovet rejimi dövründə kommunist ideologiyasına qarşı çıxan, "üsyankar" mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. "Hüdudları aşaraq" sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirib.

Həmin gün Venesiya Biennalesində "Vita Vitale" beynəlxalq sərgisi də açılıb. Heydər Əliyev Fondunun və ADEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirib. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, "Vita Vitale"də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb. "Vita Vitale" sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyub. Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələlərində rəssamların düşüncəsini işıqlandırıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı və onun rəhbəri, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi ilə xarici ölkələrdə keçirilən tədbirləri mütəxəssislər, mədəniyyət adamları yüksək qiymətləndirir.

İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru, tanınmış sənət adamı İftixar Piriyev bizimlə söhbətində Fondunonun rəhbərinin gördüyü işlərin böyük əhəmiyyətini qeyd etdi: "Azərbaycan mədəniyyətini, incəsənətini xarici dövlətlərdə, başqa millətlər arasında, qeyri mədəniyyətlərin sırasında nümayiş etdirmək həm mədəniyyətimizin tanınması istiqamətində aparılan mühüm məsələdir, həm də başqa xalqların mədəniyyətləri ilə müqayisə kontekstində Azərbaycan mədəniyyətinin üstün cəhətlərini isbatlamağa xidmət anlamında əvəzolunmaz bir vətəndaşlıq mövqeyidir. Bu mənada Heydər Əliyev Fondunun apardığı bütün xoşməramlı işlər diqqətəlayiqdir. Ümumiyyətlə, azərbaycançılıq mövqeyində Heydər Əliyev Fondunun apardığı çoxşaxəli aksiyalar, təbliğat və təşviqat kampaniyaları, mədəni-kütləvi tədbirlər, milli münasibətlərin inkişafına xidmət edən anlayışlı bütün tədbirlər alqışa layiqdir. Biz də mədəniyyət xadimi olaraq bu işin mahiyyətini bütün tutumu və çəkisi ilə dəyərləndirir, yeri gəldikcə, əlimizdən gələni etməklə, dəstək olmağa çalışırıq. İnanırıq ki, xalqımızın, millətimizin, dövlətimizin nüfuzunun yüksəlməsi, həqiqətlərin tanınması istiqamətində bundan dəyərli ikinci bir forma ola bilməz. Xalq həmişə öz mədəniyyəti ilə tarixin səhifələrində özünü yaşada bilib".

 

İradə SARIYEVA

Bakı xəbər.2015.- 10 sentyabr.- S. 15.