Mehriban Əliyeva IV İslam Həmrəyliyi
Oyunları Təşkilat Komitəsinin sədri təyin edildi
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla qarşılanıb. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Dövlət başçısı IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Samir Şərifov – Azərbaycan
Respublikasının maliyyə
naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ziya Məmmədov – Azərbaycan
Respublikasının nəqliyyat
naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev – Azərbaycan
Respublikasının səhiyyə
naziri
Əbülfəs Qarayev – Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə
və yüksək texnologiyalar naziri
Mikayıl Cabbarov – Azərbaycan
Respublikasının təhsil
naziri
Əli Əsədov – Azərbaycan
Respublikası Prezidentinin
iqtisadi məsələlər
üzrə köməkçisi,
Azərbaycan Respublikası
Prezidenti Administrasiyası
rəhbərinin müavini
Fatma Abdullazadə – Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev – Azərbaycan
Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Aydın
Əliyev – Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Cahangir Əsgərov – "Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü
Rövnəq Abdullayev – Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin prezidenti
Balababa Rzayev – "Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü
Xəzər İsayev – Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü
Ağacan
Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov – Heydər
Əliyev Mərkəzinin
direktoru
Fərhad
Hacıyev – Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun icraçı
direktoru
Könül Nurullayeva – Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr
İdarəsinin rəisi,
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının
İslam Həmrəyliyi
İdman Federasiyasının
İcraiyyə Komitəsindəki
nümayəndəsi (Təşkilat
Komitəsinin katibi)
Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Milli
Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsinə dair xüsusi tədbirlər planını
hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək,
Təşkilat Komitəsinə IV İslam
Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı
şəhərində keçirilməsi ilə bağlı
zəruri məsələləri həll etmək, Nazirlər
Kabinetinə isə bu sərəncamdan irəli
gələn məsələləri həll etmək
tapşırılıb.
Bakı xəbər.- 2015.- 19-21 sentyabr .- S.2