Bəstəkarlar İttifaqına və bəstəkarlara dövlət qayğısı...

 

Azərbaycan bəstəkarlarının əsərlərinə dövlət tərəfindən verilən qiyməti yüksək dəyərləndirən musiqişünas haqlı olaraq vurğulayır ki, adlarını çəkdiyimiz əsərlər nümunəsində Azərbaycanda memorial musiqi janrı öz dolğun inkişafını tapa bilib: "Xüsusilə 1991-ci ildən başlayaraq müstəqillik dövründə bəstəkarlarımız, bütün janrlarda olduğu kimi, simfonik musiqi janrlarındakı əsərlərində də müasir zamanın aktual problemlərinə, respublikamızda baş verən hadisələrə öz münasibətini izhar edib, məhz dövrün məziyyətlərini musiqi dili ilə açmağa nail olublar.

Xatırladaq ki, müstəqillik dövründə yaranan əsərlərin mövzu dairəsi də çox rəngarəngdir. Məhz Vətən və Qarabağla bağlı mövzular simfonikvokal-simfonik irihəcmli proqramlı əsərlərdə öz dolğun təzahürünü tapıb. Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi", "Qəm karvanı" oratoriyaları, Ramiz Mustafayevin "Haqq səninlədir, Azərbaycan" kantatası, Tofiq Bakıxanovun "Qarabağ harayı" simfoniyası, Aqşin Əlizadənin "Ana torpaq" odası, Sevda İbrahimovanın "Vətən şəhidləri" kantatası, Azər Dadaşovun "Şuşa" adlı 11 saylı simfoniyası, Nəriman Məmmədovun "Xocalı" adlı 7 saylı simfoniyası və s. parlaq səciyyəli simfonikvokal-simfonik əsərlərdir".

Tədqiqatçının bildirdiyinə görə, adları sadalanan əsərlər plenumfestivallarda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası və solistlər tərəfindən uğurla səsləndirilir: "Bütün bunlar Azərbaycanda simfonik janrlarda musiqi salnaməmizi zənginləşdirən kamil əsərlərin yazılması üçün möhkəm, etibarlı zəmin yaradır. "Mən şeirə də, mahnıya da çox hissiyatlı adamam" - deyən Heydər Əliyevin hələ 25 il bundan öncə bizimlə görüşündə mahnı janrı haqqında fikir və mülahizələri də çox önəmlidir: "Dinləyicilərin xoşuna gələn yaxşı mahnı az deyildir. Lakin bununla birlikdə elə mahnılar vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahnı musiqidə ən kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnılar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır". Mahnı yaradıcılığı haqqında dahi rəhbərimizin dediyi həmin ibrətamiz fikirlər musiqi həyatımızın ən çətin və aktual problemlərinə istiqamətlənib.

Azərbaycan Bəstəkarlar İttifaqı indiki şəraitdə mahnı sahəsində müsabiqələrə böyük əhəmiyyət verir. Bu baxımdan Bakı Şəhəri İcra Hakimiyyəti, ayrı-ayrı nazirliklər və Yeni Azərbaycan Partiyası ilə birgə "Vətəni tərənnüm edən mahnılar" devizi ilə keçirdiyimiz mahnı müsabiqəsinin nəticəsində professional bəstəkarlarımızın (ələlxüsus gənclərin) yeni-yeni maraqlı, məzmunlu, zəngin melodiyalı mahnıları yaranır və müğənnilərimizin repertuarı zənginləşir. Ümummilli lider H.Əliyev haqqında söz açdığımız çıxışında musiqili səhnə əsərlərinə də xüsusi diqqət yetirirdi. Ulu öndər opera yaradılması sahəsində geriliyi qeyd edərək deyirdi ki, elə operalar yaratmaq lazımdır ki, ömrü uzun olsun, xalqın xoşuna gəlsin, həqiqətən fayda versinsevinc bəxş etsin. Təəssüflə deməliyik ki, 70-90-cı illərdə "ömrü uzun olan" opera əsərləri yaranmadı".

Bir neçə il əvvəl Vasif Adıgözəlovun "Natəvan" operasının Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında premyerası keçirildi: "Bu, görkəmli bəstəkarımız Vasif Adıgözəlovun "Natəvan" operasıdır. Üç pərdədən, proloqepiloqdan ibarət olan bu opera artıq beş dəfə anşlaqla səhnədə göstərilib. Xatırladım ki, V.Adıgözəlov ömrünün səkkiz ilini "Natəvan" operasının yazılmasına sərf edib. Bu opera öz uğurlu səhnə təcəssümünü taparaq Natəvanın anadan olmasının 170 illiyinə gözəl töhfə oldu. Bəstəkarla yaradıcı heyətin gərgin işləməsi, hər bir səhnənin üzərində axtarışlar, zərgər dəqiqliyi və maraqlı tapıntılar nəticəsində "Natəvan" operası müvəffəqiyyətlə səhnəyə qoyuldu. Operanın uğur qazanmasında Natəvan obrazının təfsirçisi, görkəmli müğənnimiz Xuraman Qasımovanın da böyük rolu və zəhməti var. Məncə, bu günümüzə qədər bəstələnmiş Azərbaycan operalarındakı qadın partiyaları arasında Natəvan obrazı kimi ağır, mürəkkəb, ifaçılıqda müxtəlif səciyyəli vokal texnikası tələb edən ikinci bir obraz tapmaq çətindir. Lakin X.Qasımova bu partiyanın öhdəsindən bacarıqla, həm də ustalıqla gəlir...

Respublikamızda balet janrının inkişafına müsbət qiymət verən dahi şəxsiyyət H.Əliyev bu janr haqqında da öz iradlı mülahizələrini söyləyib: "Baletə gəldikdə, burada siz bəlkə də opera sənətindən daha irəlidəsiniz. Lakin balet janrı getdikcə böyük şöhrət qazanır və bu baxımdan, mənə elə gəlir ki, musiqi sənətinin həmin sahəsini zənginləşdirə bilən rəngarəng süjetli və müxtəlif mövzulu yaxşı baletlər yaratmaq üçün bəstəkarlıq məktəbimizin imkanlarından heç də tamamilə istifadə edilməmişdir". Doğrudan da, keçən əsrin 50-ci illərindən başlayaraq balet janrında böyük uğurlarımız var. XX əsrin sonlarında balet janrında yazılmış əsərlər də müəyyən uğurlar gətirdi. Bu baxımdan Fikrət Əmirovun "Nizami", Aqşin Əlizadənin "Babək" və "Qafqaza səyahət" baletlərini, Xəyyam Mirzəzadənin "qara" baletini, ilk Azərbaycan baleti olan Əfrasiyab Bədəlbəylinin (bəstəkar Musa Mirzəyevin yeni redaksiyasında) "Qız qalası"nı, Tofiq Bakıxanovun Nizaminin "Xəmsə"si əsasında "Xeyir və Şər", Yeseninin şeiriyyəti əsasında "Şərq poeması" baletlərini nümunə göstərə bilərik. İndi dönə-dönə istinad etdiyimiz məşhur çıxışında cənab Heydər Əliyev haqlı olaraq operettamızın zəif cəhətlərini də nəzərə çatdırır və Bəstəkarlar İttifaqının bu problemə laqeyd qalmamasını tövsiyə edirdi".

Mədəniyyətə dövlət səviyyəsində göstərilən qayğı və diqqətə görə incəsənət xadimlərinin Heydər Əliyevə borclu olduğunu deyən alim bildirdi ki, o, musiqi sahəsində böyük işlərin görülməsinə dəstək verib. Heydər Əliyevin Bəstəkarlar İttifaqının qurultaylarına qatıldığını deyən professorun bildirdiyinə görə, ulu öndər qurultaydakı çıxışında gənc bəstəkarlara daha artıq diqqət yetirməyi, onların püxtələşməsinə, kamilləşməsinə kömək etməyi, səhv və qüsurlarını vaxtında göstərməyi məsləhət görürdü: "Bu barədə çox dəyərli bir fikri indi də aktualdır: "Bəzən ayrı-ayrı gənclər nə isə fövqəltəbii bir şey axtarmağa başlayır və elə dolaşıb qalırlar ki, müəllifin öz əsərində nə ifadə etmək istədiyini başa düşmək çətin olur. Gənclərin tərbiyəsində İttifaqın rolu xüsusilə böyükdür. Lakin təcrübəli bəstəkarlarımız, ustad sənətkarlarımız da bu işdə az rol oynamamalıdırlar". Heydər Əliyevin bəzi gənclərin əsərlərinə aid tənqidi iradlarını daima diqqət mərkəzində saxlamaq məqsədəmüvafiqdir. İndi də bəzi gənc bəstəkarların "fövqəltəbii axtarışları"nın şahidi oluruq. Bu yolla yazan bəstəkarlar, əlbəttə ki, əksər hallarda Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmur. Yeri gəlmişkən onu da deyək ki, İttifaq gənc bəstəkar və musiqişünasların yaradıcılıq işinə həmişə yaxından kömək göstərir. Onların arasında ən istedadlıları Bəstəkarlar İttifaqına qəbul edilir. Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslarsimpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar, hətta Bakı Musiqi Akademiyasının bəstəkarlıq şəbəsinin tələbələrindən bir qismi İttifaqın keçirdiyi simfonik, kamera, xor, vokal-simfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsərlərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir. Həmçinin onların ən yaxşı əsərləri mavi ekranda, radio dalğalarında, konsert salonlarında geniş təbliğ olunur.

Söz yox ki, Respublika Bəstəkarlar İttifaqı bu məsələni daima diqqət mərkəzində saxlamalı, istedadlı gənc bəstəkar və musiqişünas potensialına malik gənclərlə mütəmadi yaradıcılıq işi aparmalı, onları bundan sonra da düzgün yaradıcılıq yoluna istiqamətləndirməlidir".

Alim bildirir ki, görülən bütün işlər təqdirəlayiqdir. Onun sözlərinə görə, böyük şəxsiyyət Heydər Əliyev öz çıxışında gənc və orta nəsil bəstəkarlarının müəyyən ümdə məziyyətlərə malik olmasına xüsusi diqqət yetirməyi vacib sayırdı. Ulu öndər əvvəl tövsiyə edirdi ki, bəstəkarlarımız öz yaradıcılıqlarında milli cəhətlərlə beynəlmiləl cəhətlərin vəhdəti məsələsinə xüsusi fikir versinlər. Bəstəkarlara folklormüasir musiqinin üzvi surətdə əlaqələndirilməsini məsləhət görürdü. Belə qənaətə gəlirdi ki, əgər əsərlər bu zəmində yaradılsa, parlaq milli formaya, milli koloritə, Azərbaycan musiqisi üçün spesifik çalarlara malik olar, eyni zamanda, beynəlmiləl xarakter daşıyar, beynəlmiləl məzmun kəsb edər. Əlbəttə, bu tövsiyələr gənc və orta nəsil bəstəkarlarımız üçün çox önəmli, faydalı və dəyərlidir, eyni zamanda, bütün dövrlər üçün səciyyəvidir. Dahi şəxsiyyət Heydər Əliyev bəstəkarların qarşısındakı çıxışının sonunda musiqinin dolğun əhəmiyyətindən, geniş yayılan incəsənət növü olmasından, professional bəstəkar və musiqişünasların vəzifələrindən bəhs edərək bizə ələlxüsus bu gün üçün öz aktuallığı ilə səciyyələnən tövsiyələr verib. Ulu öndərimizin sözlərini burada xatırlamaq yerinə düşər: "Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyükeyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız".

Qürur hissi ilə qeyd edirik ki, Azərbaycan bəstəkarlarının musiqi əsərləri dünyanın hər iki yarımkürəsinin iri şəhərlərində keçirilən musiqi festivallarında, simfonikkamera musiqisindən ibarət konsertlərdə əzəmətlə səslənir, opera, balet və operettalarımız dünyanın müxtəlif teatr səhnələrində tamaşaya qoyulur və rəğbətlə qarşılanır. Məhz bunun üçünbiz qətiyyətlə deyə bilərik ki, Üzeyir Hacıbəyovun ənənələrini davam etdirən Azərbaycan bəstəkarlıq məktəbi dünyanın professional musiqi salnaməsində qabaqcıl, ən layiqli yerlərdən birini tutur. Heç də təsadüfi deyil ki, XX əsrin dahi bəstəkarı Şostakoviç bu məktəbi əla bəstəkarlıq məktəbi adlandırıb. Söz yox ki, bu nailiyyətləri bəstəkarlarımız çətin və səmərəli yaradıcılıq yolu ilə, genişmiqyaslı axtarışlar və tapıntılarla əldə edib".

Professor bildirir ki, indi müxtəlif nəsilləri əhatə edən bəstəkarlarımız musiqinin bütün janrlarında məhsuldar çalışaraq, çox qiymətli əsərlər yazır. Onun sözlərinə görə, müxtəlif səciyyəli həmin əsərlər Bəstəkarlar İttifaqının xəttilə festivallarda, plenumlarda, baxışlarda, mavi ekranradio dalğalarında səsləndirilir və onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqi salnaməmiz yeni töhfələrlə zənginləşir: "Heç şübhə etmirik ki, çağdaş Azərbaycan bəstəkar və musiqişünasları, bütün dövrlərdə olduğu kimi, bundan sonra da öz sıralarını istedadlı gənc bəstəkar və musiqişünaslar hesabına genişləndirəcək, zəngin musiqi sənətimizin professional səviyyəsini daha da yüksəldəcək, müstəqil respublikamızın adını həmişə ucaldacaqlar. Çox təəssüflə onu da demək istərdim ki, biz dünya şöhrətli siyasətçimiz, ümummilli lider, hamımız üçün əziz olan dahi şəxsiyyət Heydər Əliyevin cismani yoxluğu şəraitində yaşayırıq. Lakin təsəllimiz odur ki, onun gələcək üçün planlarını, başladığı işləri gənc, müdrik, coşğun fəaliyyət enerjisinə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yorulmadan davam etdirir, xalqımızı xoşbəxt, firəvan günlərə əzmlə aparır. Bəli, bu günlər möhtərəm Heydər Əliyevin xatirəsi önündə bir daha baş əyir, onun siyasi kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə dahi lider, ulu öndərin müəyyən etdiyi inkişafa doğru gedən yolla inamla, uğurla irəliləyirik".

 

(Əvvəli ötən sayımızda)

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 19 yanvar.- S.15.