Klassik Azərbaycan muğamlarının, musiqisinin beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun rolu...

 

Minilliklərdən bizə çox miraslar qalıb. Ulularımızın yaratdığı və bizə əmanət etdiyi zəngin mədəniyyət sərvətimiz artıq beynəlxalq aləmdə də özünə yer tutur. Belə hesab etmək olar ki, milli ruhdan qaynaqlanan mədəniyyətimiz həm də bəşəri mahiyyət daşıyır. Bəllidir ki, Azərbaycan xalqının mədəni ənənələrinin tarixi çox qədimdir. Əslində, hələ bunun tam olaraq tarixi açıqlanmayıb.

Ancaq əlimizdə olan maddi və mənəvi dəyərlərə diqqət yetirdikdə onların kökünün lap dərin qatlara işlədiyini görürük. Bu mədəni ənənələrin daşıyıcılarının sayının kifayət qədər olması milli mədəniyyətdə mühüm rola malikdir. Həm milli mədəniyyət üçün, həm də bütün bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığının UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunması diqqətəlayiqdir. Əlbəttə, illər əvvələ qədər muğama beynəlxalq aləmdə elə də ciddi diqqət yetirilmirdi, ancaq son illər muğam dünyanın ən qiymətli musiqilərindən biri kimi diqqəti cəlb edir. UNESCO-nun muğamı "bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərlərindən biri" elan etməsi təsadüfi deyildi. Bu böyük hadisə Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş verdi. Məlum olduğu kimi, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan muğamı" multimedia toplusu və "Muğam aləmi" Azərbaycan milli muğam sənətinin köklərinin müasir dövrümüzdə yüksək səviyyədə təqdiminə yönəlib.

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Azərbaycan muğamları" layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilkuğurlu olub. Fond tərəfindən hazırlanan "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu və "Muğam aləmi" nəşridir.

Fondun "Azərbaycan muğamları" layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan "Azərbaycan muğamı" multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində hazırlanıb.

"Muğam aləmi" toplusunun Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunduğu məlumdur. Toplu Azərbaycan, rus, ingilis dillərində kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir. Beynəlxalq festivalın materiallarını özündə əks etdirən "Muğam aləmi" nəşri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə başlayır. Maraqlı fotoşəkillərlə zəngin olan nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın festivalın açılış mərasimindəki çıxışlarına, habelə, Mehriban xanım Əliyevanın festival çərçivəsində beynəlxalq elmi simpoziumdakı çıxışına da yer verilib. Yaxın keçmişdə arzulanan layihələr artıq real bir şəkildə təqdim olunur. İki layihə muğam dünyasının təbliğində vacib addımlarda öz dəyərli qiymətini alıb. Bunun ardınca birinci Beynəlxalq Muğam Festivalının təşkili Azərbaycan muğamının əlçatmaz zirvə olduğunu nümayiş etdirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələr öz nəticəsini verməkdədir. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. Azərbaycan muğamı artıq beynəlxalq səviyyəli bir sənət növü, janr olaraq dünya tərəfindən qəbul olunub. Bu, Azərbaycan milli mədəniyyətinin, dəyərlər səviyyəsinin ölçüsü, onun bəşəriliyinin bir göstəricisidir. Məhz belə bir sənət növünün beynəlmiləlləşməsi əlamətdar bir hadisədir.

26 avqustun Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunması bir daha Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə verilən qiymətdir. Bu barədə qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Hər il 26 avqustda Niaqarada Azərbaycan muğamları səslənəcək. TorontodaNiaqarada keçirilən 12-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisimuğam günləri təşkil olunub. Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Çahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək Yolu" kamera orkestrinin ifasında səsləndirilib.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr, əsasən, Azərbaycan musiqisini, onun incisi olan muğamı qorumağa, inkişaf etdirməyə, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmağa yönəlib.

"Azərbaycan muğamı" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəşri Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondunun prezidenti M.Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin ŞifahiQeyri-Maddi İrsinin "Şah Əsərləri" Siyahısına daxil edilib. 2005-ci ildə "Azərbaycan muğamı" layihəsi çərçivəsində Fond "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etdirib. Albomda 24 sənətçinin ifasında səslənən muğam parçaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə dinləyicilərdə əyani təsəvvür yaradır. Albomun təqdimat mərasimi 2005-ci ilin martında Parisdə, UNESCO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında olub.

2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə Dəyirmi Masa keçirilib və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib.

2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını ediblər.

Ümumi sahəsi 7,5 min kvadratmetr olan binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Üç mərtəbədən ibarət olan binada 350 yerlik konsert salonu, klub, dərs otaqları, səsyazma studiyası, 80 nəfərlik "Ud" restoranı var.

Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilib.

Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnir. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfransfestivallar təşkil olunur.

Xalqımızın möhtəşəm mədəniyyət abidəsi, professional musiqimizin yaranıb formalaşmasında əvəzsiz rol oynayan muğam sənətini yaşatmaq və təbliğ etmək, qədim ifaçılıq ənənələrini yenidən inkişaf etdirmək, gənc ifaçıları üzə çıxarmaq və muğam sənətinin dünyada təbliğini gücləndirmək məqsədilə Heydər Əliyev Fondu muğam müsabiqələrini təşkil edib. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş birinci muğam müsabiqəsi keçirildi. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onlardan 20 iştirakçı seçmişlər. Finala çıxmış gənc istedadlara diplomlarmükafatlar təqdim edilib. Fond öz ənənələrinə sadiq qalaraq 2007-ci ildə növbəti muğam müsabiqəsini keçirib.

Müsabiqənin gedişi boyu bütün Azərbaycan muğamları - "Rast", "Şur", "Segah", "Çahargah" və s., zərbi muğamlar - "Heyratı", "Arazbarı", "Səmayi-şəms", təsniflər, xalq mahnıları səslənib. Müsabiqə sadəcə ifaçıların yarışması deyildi, burada münsiflər tərəfindən səsləndirilən hər bir irad və tənqid müəllim tövsiyəsi kimi qəbul edilirdibu yarışma əsl ustad dərsləri idi.

2006-cı ilin oktyabrında UNESCO-nun 60 illiyi münasibətilə Parisdə, UNESCO-nun qərargahında Azərbaycan həftəsi çərçivəsində Azərbaycan mədəniyyəti günləri keçirilib. UNESCO-nun sərgi salonunda respublikamızın gözəl mənzərələrini, zəngin mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini, mədəni irs nümunələrini, azsaylı xalqların həyatını əks etdirən fotoşəkillərdən, misgərlik sənətinin nümunələrindən ibarət sərgi təşkil olunub. 2005-2006-cı illərdə Fond tərəfindən Bakıda dünya şöhrətli musiqiçilər BülbülD.Şostakoviçin yubileylərinə həsr edilmiş beynəlxalq festivallar təşkil edilib, ustad dərsləri keçirilib. 2007-ci ilin dekabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Mstislav Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival çərçivəsində ADF-də Aleksandra Korsantiya (ABŞ), Mixail Lidski (Rusiya) kimi tanınmış pianoçular, məşhur rusiyalı skripkaçı, dirijor Maksim Vengerov, skripkaçı Sergey Krılov, violonçelçi Natalya Qutman, habelə dünyanın ən məşhur musiqiçilərindən biri sayılan Yuri Başmetin idarəçiliyi ilə "Solistı Moskvı" kamera orkestri çıxış ediblər.

2005-ci ildə Fond dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və xanımı, məşhur müğənni Qalina Vişnevskayaya həsr edilmiş musiqili albom hazırlayıb. Nəfis şəkildə tərtib olunmuş kitab ingilis dilində olmaqla maestro və xanımının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərlə zəngindir.

2008-ci ildə Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri, muğam sənətinin ustadları, xalq artistləri Arif Babayevin, Əlibaba Məmmədovun və böyük sənətkar, virtuoz kamança ustası Habil Əliyevin yaradıcılığını əhatə edən musiqi albomları hazırlayıb. Azərbaycan və ingilis dillərində nəfis tərtibatda nəşr olunmuş albomlara sənətçilərin həyat və yaradıcılığından bəhs edən kitablar və DVD-lər, onların ifa etdiyi musiqi parçalarından ibarət disklər daxildir.

Bundan başqa, 2008-ci ildə Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Xalq artisti, cazmen, pianoçu, bəstəkar R.Babayevin yaradıcılığını əhatə edən musiqi albomu hazırlayıb. MDB ölkələrinin və Azərbaycan dövlət arxivlərindən toplanmış materiallar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən və yüksək poliqrafik səviyyədə buraxılmış kitab, nadir videoyazılar olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir.

Azərbaycan musiqisininmuğam sənətinin inkişafına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildə Səfiyəddin Urməvinin "Kitabül-Ədvar", "Şərəfiyyə risaləsi" və Fətullah Şirvanın "Musiqi məcəlləsi" kitablarını və disklərini hazırlayıb.

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2015.- 22 yanvar.- S.12.