Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...

II yazı

Mədəniyyət də təbiət kimidir-rəngarəng, parlaq və zəngin. Təbiətdə fərqli rənglər, bir-birini əvəz edən gözəlliklərin yaratdığı ahəngdarlığı izləmək çox maraqlıdır. Mənəvi aləmdə də, cəmiyyətdə də müxtəlif mədəniyyətlilik, fərqli dünyagörüşlər maraqlı mənzərə yaradır. Azərbaycan mədəni müxtəliflik mənzərəsinin mövcud olduğu bir diyar kimi tanınır.

Multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə metodoloji yanaşma məsələsi alimlərimizi həmişə düşündürübonlar olduqca dəyərli araşdırmalarını təqdim edib.

Mövzu ilə əlaqədar tədqiqatçıların yazdığına görə, multikulturalizmlə bağlı müxtəlif dövlətlərin modelləri var. Məlumatlara görə, bu yanaşmadan da müqayisəli sosio-siyasisosioloji tədqiqatların aparılması əhəmiyyətlidir. Alimlər göstərir ki, M.Martin "İrqetnik münasibətlər: Amerikaqlobal perspektivlər" əsərində cəmiyyətdəki mədəni müxtəlifliyin iki səbəbini açır. Birinci - mədəni azlıqlar dominant mədəniyyətə assimilyasiya olunmaq istəmir: cəmiyyətdəki dəyərlər, normalar, ənənələr və dünyagörüşü sistemini inkar edir. Buna əvəz, öz inam və etiqadlarını, adət-ənənələrini və mədəni müəyyənliyini (identikliyi) müdafiə edir. Tədqiqatçılar göstərir ki, məsələn, inkişaf etmiş Qərb və Amerikada "mədəni azlıqlar" və ya "etniklər" öz "qrup" sərhədlərini saxlamaqla, siyasiiqtisadi həyatda sərbəst iştirak etmək təminatı alır. Yazılanlara görə, həmin ölkələrin qanunvericilik orqanları, sosial siyasəti azlıqları diskriminasiyadan müdafiə edir. Tədqiqatçılara görə, ikincisi, əksər hallarda mədəni müxtəliflik davam edir, çünki cəmiyyətin dominant qrupları öz hakimiyyət və imtiyazlarını müdafiə etmək məqsədilə azlıqları ayırmağa və bərabərsiz vəziyyətdə saxlamağa "çalışır".

Alimlər vurğulayır ki, multikulturallıq mədəni müxtəliflik və s. bu kimi anlayışların izahının açıqlanması zərurətidir. Bu çərçivədə mədəni müxtəlifliklə bağlı tədqiqatlar həm də fəlsəfi terminlərin kateqorial aparatından istifadə etməklə multikulturalizminkateqorial sahəsinin yaranmasına kömək edər. Alimlər vurğulayır ki, multikulturallığın xüsusiyyətləri, onun dinamikası, inkişaf təzahürləri də metodoloji yanaşma baxımından öyrənilməlidir. Belə ki, mədəni müxtəlifliyə baxmayaraq, bir sıra ümumi dəyərlər, inametiqadlar insanlararası birləşdirici rola malikdir. Tədqiqatçılar yazır ki, mədəni inteqrasiyada həmişə əhalinin, gəlmənin, miqrantın sıxlıq problemi olur. Tədqiqatçılar qeyd edir ki, mədəni inteqrasiya hər bir cəmiyyətin tarix boyunca nə dərəcədə müxtəlif və yaxud homogen (eyni, yekcins) olmasından asılıdır. Yüksək dərəcədə heterogen (müxtəlif) və zəif inteqrasiya olunmuş mədəniyyət daxili ziddiyyətlərə malikdir. Deməli, müxtəliflik mədəni inteqrasiyanı zəiflədə və ya azalda bilər, həmçinin, yaradıcılıq və seçmə azadlığının mənbəyi ola bilər. Qlobalizm prosesləri mədəniyyətlərin də qütbləşməsi, regionlaşması, lokallaşması, hətta "qitələşməsi" (məsələn, Avropa mədəniyyəti, Asiya mədəniyyəti və s.) hallarını yaradır. Təbii ki, məhz bu zaman mədəniyyətlərarası dialoq əsas vasitə, əlaqə, metod olur. Bu zəmində isə identiklik, differensasiya, inteqrasiya, urbanizasiyalaşmas. hallar da törəyir. Məhz bu kimi səbəblərin yaratdığı nəticənin təhlilə ehtiyacı var. Dini dözümlülükdini dözümsüzlük kontekstində etnodil fərqi, irqi mənsubluq, cinsi mənsubiyyət, etniklik zəminində milli çoxluqmilli azlıq kimi təzahürlərin də təhlili ictimai elmlərin yeni metodoloji istiqaməti kimi zəruridir.

Yazılanlara görə, İKT-nin sürətli inkişafı, "facebook milləti"nin, "sosial şəbəkə etnikliyi"nin və "odnoklassniki xalqları"nın yaranması da multikulturallığın konkret elmi yanaşmalarla izahına olan ehtiyacı aktivləşdirir. Tədqiqatçılar bu baxımdan Z.Bjezinskinin fikrinə əsaslanır. Bjezinskinin qeyd etdiyi kimi: "Çoxmillətli şirkətlər, qeyri-dövlət təşkilatları (onların bir çoxu öz xarakterinə görə transmillidir) və elmi birliklər tərəfindən hörülmüşinternet sistemi sayəsində daha yüksək dərəcədə inkişaf etdirilən bu tor-şəbəkə artıq özü-özlüyündə qeyri-rəsmi dünya sistemi yaradır ki, bu sistem qlobal miqyasda daha nizamlı və hər şeyi əhatə edən əməkdaşlıq üçün əlverişli zəmindir". Tədqiqatçılar qeyd edir ki, mədəniyyətlərin dialoqu özü XXI əsrdə sivilizasiyaların toqquşmasını önləyən bir proses kimi elmi tədqiqatlara da sürətlə daxil oldu. Çünki submədənilik özü də "yad" mədəniyyətlərinin barış və anlaşma "sazişində" hörmət və tolerantlığı qarşılıqlı "təmas sərhədi" kimi saxlayır. Məhz belə metoddan da bu kimi yanaşma tərzləri təhlil olunmalıdır. Vətəndaşlıqda din, etniklik, təhsil, peşə, cins, hətta ailə həyatı da (subayevlilik) mədəni fərqlilikdə onun stereotiplərini adaptasiya edə bilər, bəzənsə buna gücü çatmaz. Sosium və KİV öz yerində, elmi baxımdansa, məhz sosialyönlü tədqiqatlar bu kimi halları tədqiq etməlidir. Müxtəlif ölkələrdə məskunlaşan həmvətənlərin yaşadıqları mühitdə öz vətəndaşlığını, dinini hifz etməsi (bəzən xristianlığı, bəzən islamı qəbul etmə halları da mövcuddur) kimi məsələlərin də metodologiyası öyrənilməlidir. Bunu isə konkret sosioloji tədqiqatlarla izah etmək daha məqbuldur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bildirib: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağamane olur və nə kömək ola bilər...".

Alimlərin qənaətinə görə, beləliklə, "mədəni azlıqların ümumi bölüşdükləri və dominant mədəniyyətdən fərqləndirməkdən ötrü istifadə etdikləri fərqli normalar, dəyərlər, bilik, dil və simvolların məcmusu "submədəniyyət" adlanaraq, problemin məhz multikulturallıqla vəhdətdə şərhinə yol açır. Submədəniyyətin mövcudluğu, müəyyən dərəcədə adamların submədəni qrupla identifikasiyası (eyniləşdirilməsi) çox vacibdir və onların digər identifikasiya formaları da ola bilər. Həmçinin, bilavasitə - üzbəüz və dolayısı, yəni KİV vasitəsilə ünsiyyətin olmağı vacib şərtlərdəndir. Bu baxımdan submədəniyyətlər simvolik qarşılıqlı fəaliyyətin (inteqrasiyanın) məhsuludur. Nəzərə yetirək ki, etnikdini qruplar submədəniyyətlərin yeganə istinadı deyil. Tədqiqatçılar qeyd edir ki, peşə, sosial-iqtisadi, yaş, cinss. qruplar da submədəniyyətlərdə aktiv iştirakçıdır. Belə ki, burada gərginlik çox zaman submədəniyyətlərin dominant mədəniyyətin norma və prinsiplərini qəbul etmədiyi üçün meydana çıxır. Tədqiqatçılara görə, dominant qrup submədəniyyətləri deviant mədəniyyət, yəni dominant norma və dəyərlərdən qoparılmış qrup kimi qəbul edir. Bəzənsə submədənilik, üstün mədəniyyətlər fərqləndirici motivə yox, şüurlu surətdə üstün mədəniyyətin norma və dəyərlərinə qarşı yönəlir. Bu isə elmdə kontrmədəniyyətlər, yəni dominant mədəniyyətin əksi olan cəhətdir. Qeyd edilənə görə, kontrmədəniyyətlər dominant mədəniyyəti dəyişəcək tək metod deyil, burada digər üsullar da ola bilər. Belə ki, çoxfikirliliyin mövcud olduğu cəmiyyətdə sub və kontrmədəniyyətlərə qarşı tolerantlıq vacib faktordur. Tədqiqatçılar bir məsələni də qeyd edir ki, Qərb mədəniyyəti hazırkı zamanda da cəmiyyətin strukturlaşmasında universal model olaraq sosial, ictimai inkişafın vahid metodu, forması məzmununu itirmir. Onların yazdığına görə, Qərb öz adət-ənənəsini, inam və dəyərlərini, mədəni qaydalarını dünya klassik mədəniyyətinin əsas tərkib hissəsi kimi təqdim edir. Həm də bunun vahid pozitiv bir mədəniyyət olduğunu vacib sayır. Qeyd edilənə görə, Qərb mədəniyyəti cəmiyyətin strukturunun universal modelisosial tərəqqinin metodu hesab edilir. Avropa mədəni modelinin dominantlığı, liderliyi, yüksək tərrəqqi simvolu olması təbiidir. Dünyada gedən müasir sosial inkişaf prosesi özü bu halı yaradır. Avropa mədəniyyətinin əsas yolu və qaydası - modern demokratikləşmə, sosial ədalət, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu, hüquqi dövlət, qanunların aliliyis. humanist prinsiplərdir. Qərb mədəniyyəti, təbii ki, Asiya, Afrika, Şərqlə müqayisədə məhz yuxarıda sadalanan paradiqmalarına görə dominantdır. Bu sıraya həm də müasir elmİKT-nin yüksək texnogen inkişafını da aid etmək vacibdir. Bu baxımdan da hər bir mədəniyyətə konkret çıxış yolu və həmin mədəniyyətin tam dərki üçün həmin mədəniyyətin öz xüsusi anlayış və terminlərini, inkişaf etdiyi sosial mühiti, mədəniyyət təmsilçilərinə sosial qüvvələrin təsir imkanlarını, mədəniyyəti formalaşdıran və ondan istifadə edənlərin (fərd və həssas, sosial qrup, sosialsiyasi təşkilatlar, etnos, etnik, millət, xalqs.) psixologiyasını bilmək vacibdir. Bu konsepsiyaya mədəni relyativizm deyilir. Mədəni reylativizmdə hər mədəniyyətin buya digər hissəsi konkret zaman, məkan və mühit çərçivəsində məzmuna malik olur. Belə şəraitdən uzaqda isə mədəniyyətin tərkib hissələri təhrif edilə bilər.

UNESCO-nun "Mədəni müxtəliflik üzrə Universal Bəyannaməsi"nə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə yanaşı, mənəvi, maddiemosional əlamətlər məcmusudur. Xüsusilə mədəniyyət millətin həyat tərzində, "birgəyaşayış bacarığında" və ənənələrindədir. Bu baxımdan mədəni hüquqlar siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları inkar edir, etnik təmizləmə prosesiniassimilyasiya siyasətini, ksenofobiyanı və mədəni relyativizm adı ilə insan hüquqlarının pozulmasını qəbul etmir. Multikulturalizm mədəni müxtəliflikdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını əsas götürür. Tədqiqatçılar bildirir ki, mədəni relyativizm özübir metodologiya olaraq fərqli mədəniyyətləri dərk etməli və öyrənməlidir. Onlara görə, mədəni relyativizm təkcə dərk etməkdir, onu qəbul etmək və ya etməmək həmin anlayışın mənasına aid deyil. Alimlərin fikrincə, bu aspektdən yad mədəniyyətin dərki həmin mədəniyyəti necə qiymətləndirib fərqləndirməkdir. Məlumatlara görə, mədəni relyativizmetnosentrizm arasındakı ağırlıq mədəni assimilyasiya və mədəni müxtəliflik arasında olan gərginliklə çox əlaqəlidir. Mütəxəssislər vurğulayır ki, mədəni relyativizm müxtəlif submədəniyyətlərə qarşı tolerantlıq olub, mədəni fərqliliyə yol verir. Yazılanlara görə, etnosentrizm özünü üstün sayan qrupları öz norma və dəyərlərini başqalarına qəbul etdirməyə cəhd edən mədəni assimilyasiyanın inkişafına stimul yaradır. Tədqiqatçıların qeyd etdiyinə görə, təbii ki, qruplar arasında bağlılıq qismən olsa da, etnosentrizm assimilyasiya ilə bağlı deyilbu ayrılma - separasiya ilə bitər. Tədqiqatçılar yazır ki, assimilyasiya və müxtəliflik, mədəni relyativizmetnosentrizm arasında gərginliyin həllində qızıl ortanın onlar arasında yaradılmasını zəruri edir. Mütəxəssislərin yazdığına görə, mədəni cəhətdən çox az heterogen, yəni müxtəlif olan cəmiyyət tapılar ki, bütün submədəni fərqlərə qarşı ya tam etnosentrik, yaxud tam tolerant münasibət göstərmiş olsun.

Tədqiqatçıların araşdırıb üzə çıxarıb təqdim etdiyi mühüm məsələyə elmi-metodoloji, sosioloji yanaşmalarla sizi tanış etdik. Azərbaycançılıq müstəvisində öyrənilib araşdırılan belə mühüm bir məsələ-multikulturalizm ölkəmizdə tam olaraq oturuşub və özünə sosial, mənəvi, siyasi dayaqlar qazanıb. Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizmə Azərbaycan dövləti, xalqı, toplumu böyük dəyər verir. Multikulturalizm ab-havası dostluq, sülh və əminamanlıq təlqin edir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 17 avqust.- S.15