Qədim alban abidələri Mamrux və Ləkit multikulturalizm və azərbaycançılıq örnəyi kimi...

Azər­bay­can ta­ri­xi­nin elə sə­hi­fə­lə­ri var ki, biz on­la­rı və­rəq­lə­dik­cə qar­şı­mı­za bö­yük bir mad­di-mə­nə­vi aləm çı­xır. Mul­ti­kul­tu­ra­lizm də­yər­lə­ri­nə sa­hib çı­xan Azər­bay­can xal­qı bu­nu ta­rix bo­yu ya­rat­dı­ğı mə­də­niy­yət­də, abi­də­lər­də ya­şa­dıb. Azər­bay­ca­nın ən müx­tə­lif böl­gə­lə­rin­də möv­cud olan abi­də­lər həm bir mul­ti­kul­tu­ra­lizm, həm də bir azər­bay­can­çı­lıq nü­mu­nə­si­dir.

Res­pub­li­ka­mı­zın elə böl­gə­lə­ri var ki, ora­da müx­tə­lif xalqla­rın nü­ma­yən­də­lə­ri bir­lik­də ya­şa­yır, or­taq də­yər­lə­ri ya­şa­dır və qo­ru­yur­lar. Bi­li­rik ki, Qax be­lə ra­yon­la­rı­mız­dan­dır.

Qax­da yer­lə­şən Mam­rux mə­bə­di haq­qın­da da­nış­maq is­tə­yi­rik. Mam­rux mə­bə­di Qax ra­yo­nu­nun Gül­lük və Za­qa­ta­la ra­yo­nu­nun Mam­rux kəndlə­ri ya­xın­lı­ğın­da, Ar­ma­tay da­ğı­nın zir­və­sin­də in­şa olu­nan qə­dim al­ban kil­sə­si­dir. Bə­zi təd­qi­qat­çı­la­rın fik­rin­cə, kil­sə Ay və Gü­nəş tan­rı­la­rı mə­bə­di əsa­sın­da in­şa edi­lib.

Təd­qi­qat­çı­lar ya­zır ki, Mam­rux­da­kı mə­bəd mü­tə­xəs­sis­lər tə­rə­fin­dən kom­po­zi­si­ya ba­xı­mın­dan Kil­sə­dağ­da­kı ro­ton­da (dörd tə­rə­fi bə­ra­bər olan bi­na) ilə Qax ra­yo­nu­nun Lə­kit kən­din­də­ki tet­ra­konx (dördbu­caq­lı, ya­rım­qövs künclü ti­kin­ti for­ma­sı) ara­sın­da bi­la­va­si­tə və­si­lə ki­mi qiy­mət­lən­di­ri­lir. Kil­sə­nin ki­çik yan otaq­lar­la əha­tə olun­muş al­tar his­sə­si da­ha yax­şı sax­la­nıb. La­kin di­gər his­sə­lə­rin di­var qa­lıq­la­rı da ən azı yer­dən bir metr hün­dür­lü­yə qal­xır.

Təd­qi­qat­çı­lar bil­gi ve­rir ki, mə­bə­din plan­laş­dır­ma struk­tu­ru onu üç­ya­rus­lu mə­kan kom­po­zi­si­ya­sı ilə tə­min edir. Mam­rux mə­bə­di­nin kom­po­zi­si­ya özəl­li­yi­ni kvad­rat­şə­kil­li gün­bə­zal­tı mə­kan təş­kil edir və bu onun­la Kil­sə­dağ mə­bə­di ara­sın­da­kı prin­si­pi­al fər­qi mü­əy­yən edir. Dörd əzə­mət­li pi­lon sü­tun­la­rı əvəz edib, on­lar­dan xa­ri­ci di­var­la­ra doğ­ru ge­niş öl­çü­lü tağ­lar sa­lı­nıb.

Ya­zı­lan­la­ra gö­rə, mə­bə­din təq­ri­bən IV əsrdə Al­ba­ni­ya hökmda­rı III Mö­mün Va­ça­qa­nın ha­ki­miy­yə­ti döv­rün­də kil­sə­yə çev­ril­di­yi gü­man edi­lir. Be­lə ki, Mo­i­sey Ka­lan­kat­lı məhz bu hökmda­rın döv­rün­də Al­ba­ni­ya­da xris­ti­an­lı­ğın ge­niş təb­liğ edil­mə­si, di­gər din­lə­rin isə tə­qib edil­mə­si haq­qın­da mə­lu­mat ve­rir. Be­lə bir dövrdə Qaf­qaz Al­ba­ni­ya­sın­da bir çox əs­ki din­lə­rə məx­sus mə­bəd­lər xris­ti­an ele­mentlə­ri əla­və edi­lə­rək kil­sə­lə­rə çev­ri­lir­di.

Bu gün ger­çək mul­ti­kul­tu­ra­lizm abi­də­si olan mə­bə­din plan­laş­dır­ma struk­tur və həcm-mə­kan həl­li­ni təd­qiq edən mü­tə­xəs­sis­lər onun in­şa ta­ri­xi­ni IV-V əsrlə­rə aid edir.

Abi­də­nin me­mar­lıq xü­su­siy­yət­lə­ri­ni araş­dı­ran alim­lər bil­di­rir ki, Mam­rux kil­sə­si­nin me­mar­lıq xü­su­siy­yət­lə­ri Cə­nu­bi Qaf­qaz və Ya­xın Şər­qin mər­kə­zi gün­bəz­li ti­ki­li­lə­ri üçün xa­rak­te­rik xü­su­siy­yət­lə­rə ma­lik­dir. Ət­raf əra­zi­lər­də sə­pə­lən­miş daş di­var­la­rın hör­gü qa­lıq­la­rı bir za­man­lar bu əra­zi­də bö­yük bir di­ni komplek­sin möv­cud­lu­ğun­dan xə­bər ve­rir. Mo­nas­tır komplek­sin­dən döv­rü­mü­zə mə­bə­din qa­lıq­la­rı, komplek­si əha­tə edən qa­la di­var­la­rı­nın qa­lıq­la­rı və üç da­i­rə­vi pla­na ma­lik qül­lə - kontrfors ça­tıb.

Ya­zı­lan­la­ra gö­rə, kil­sə­nin ki­çik yan otaq­lar­la əha­tə olun­muş al­tar his­sə­si da­ha yax­şı sax­la­nıb. La­kin di­gər his­sə­lə­rin di­var qa­lıq­la­rı da ən azı yer­dən bir metr hün­dür­lü­yə qal­xa­raq, abi­də­nin pla­nı­nın mü­əy­yən­ləş­di­ril­mə­si­ni tə­min edir. Cə­nub, şi­mal və qərb tə­rəf­dən gi­ri­şə ma­lik olan əsas da­i­rə­vi kil­sə bi­na­sı­na şərq tə­rəf­dən al­tar his­sə­si bir­lə­şib. Ki­fa­yət qə­dər də­rin be­mə ma­lik olan al­tar, Kil­sə­dağ mə­bə­din­də ol­du­ğu ki­mi, iki tə­rəf­dən da­i­rə­vi yan otaq­lar­la əha­tə­lə­nib.

Təd­qi­qat­çı­lar ya­zır ki, mə­bə­din gi­riş­lə­ri də­rin, hün­dür por­tal­lar şək­lin­də həll edi­lib. Kil­sə­dağ və Lə­kit da­i­rə­vi mə­bəd­lə­rin­dən fərqli ola­raq, Mam­rux mə­bə­di­nin me­ma­rı fərqli yol­la ge­də­rək yan otaq­lar və əsas kil­sə bi­na­sı­nın şərq di­va­rı ara­sın­da­kı his­sə­ni də di­var­la hö­rə­rək əla­və iki otaq da ya­ra­dıb. Bu otaq­lar funksi­o­nal­lı­ğı ilə ya­na­şı, həm də struk­tur ba­xı­mın­dan da mü­hüm əhə­miy­yə­tə ma­lik ol­maq­la, konstruk­tiv təz­yiq da­şı­mış, bi­na­nın əsas küt­lə­si­nə bir­lə­şən iki kə­nar his­sə­ni də va­hid həcmdə bir­ləş­di­rib. G.Məm­mə­do­va he­sab edir ki, bu, mə­bə­din yer­ləş­di­yi əra­zi­nin yük­sək seysmik ak­tiv­li­yi­ni nə­zə­rə alan me­ma­rın ti­ki­li­ni da­ha da­vam­lı və kom­pakt et­mək cəh­di­nin gös­tə­ri­ci­si­dir.

Abi­də­nin struk­tur qu­ru­lu­şu­na gə­lin­cə, alim­lər bil­di­rir ki, 12.8 metr di­a­met­rə ma­lik olan əsas kil­sə bi­na­sı dörd pi­lon va­si­tə­si­lə da­xil­dən iki his­sə­yə bö­lü­nüb: do­la­ma his­sə və gün­bə­zal­tı kvad­rat his­sə. Hər han­sı bir de­kor iş­lə­mə­lə­rin­dən məh­rum olun­muş əsas­la­rın kon­fi­qu­ra­si­ya­sı on­la­rın konstruk­tiv da­şı­yı­cı funksi­ya­la­rı­na cid­di şə­kil­də uy­ğun gə­lir. Bir-bi­ri­nə per­pen­di­kul­yar olan iki kü­rək pi­lon­la­rı gün­bə­zal­tı kvad­rat­la­rı ya­ra­dan qövslə­ri üzə­rin­də sax­la­yır­dı. Do­la­ma his­sə tə­rə­fə yö­nəl­dil­miş əsa­sın üçün­cü tə­rə­fi­nin sət­hi isə for­ma üz­rə xa­ri­ci di­var­la­rın da­xi­li sət­hi­nin əy­ri­si­ni də­qiq şə­kil­də tək­rar­la­yır. O, di­gər iki tə­rəf­lə mü­qa­yi­sə­də ki­fa­yət qə­dər ge­niş­dir. Di­var­la­rın for­ma­sı­nın pi­lon­lar­da bu cür tək­rar­lan­ma­sı do­la­ma his­sə­nin da­i­rə­vi for­ma­sı­nı da­ha qa­ba­rıq şə­kil­də nə­zə­rə çat­dı­rır. Sü­tun­la­rın for­ma­sı döv­rü­mü­zə çat­ma­yıb, la­kin ti­kin­ti qa­lıq­la­rı­na əsa­sən kər­pic­lə in­şa edil­miş dam ör­tü­yü­nün for­ma­sı­nın da mü­əy­yən edil­mə­si­nə im­kan ve­rir. Di­rək­lə­rin bö­yük kü­rək his­sə­lə­ri­ni xa­ri­ci di­var­lar­la bir­ləş­di­rən ya­rım­da­i­rə­vi ki­çik tağ­lar, eh­ti­mal ki, bü­tün do­la­ma his­sə­ni sək­kiz böl­mə­yə ayı­rır­dı. On­lar­dan da­ha hün­dür olan dörd böl­mə gün­bə­zal­tı kvad­rat və xa­ri­ci di­var ara­sın­da yer­lə­şir­di. Be­lə­lik­lə, do­la­ma his­sə­nin da­ha əv­vəl­ki ey­ni mə­na­lı böl­mə­lə­ri­nin tə­bə­qə­ləş­di­ril­mə­si qeyd olun­muş və mər­kə­zin­də gün­bə­zin ucal­dı­ğı əsas kvad­rat his­sə­də qar­şı­lıq­lı per­pen­di­kul­yar ox­lar üz­rə yö­nə­lən və sə­ma­ya doğ­ru uca­lan dörd qa­na­dın se­çil­mə­si baş ve­rib.

Təd­qi­qat­çı­la­ra gö­rə, da­i­rə­vi pla­na ma­lik olan yan otaq­lar 3.20 metr di­a­met­rə ma­lik­dir. Hər otaq ba­yı­ra açı­lan iki pən­cə­rə­yə və 40 sm enin­də, ki­çik gi­riş ota­ğı­na açı­lan qa­pı­ya ma­lik­dir. 95 sm də­rin­li­yə və 85 sm enə ma­lik niş­lər al­tar və otaq­lar ara­sın­da di­var hör­gü­sü­nü yün­gül­ləş­di­rir.

Təd­qi­qat­çı­lar ya­zır ki, gün­bə­zal­tı kvad­ra­tın da­yaq­la­rı düz gi­riş his­sə­lə­rin qa­ba­ğın­da yer­lə­şə­rək kil­sə­nin mər­kə­zin­dən gi­riş­lə­ri gö­rün­məz edir. Bu, Kil­sə­dağ kil­sə­si­nin ki­çik yan otaq­la­rın­dan fərqli ola­raq, Mam­rux kil­sə­sin­də on­la­rın ikin­ci də­rə­cə­li, xid­mə­ti xa­rak­ter da­şı­dı­ğı­nı gös­tə­rir.

Təd­qi­qat­çı­lar qeyd edir ki, şi­rin­daş­la üz­lən­miş al­tar kon­xa­sı da döv­rü­mü­zə ça­tıb. Kil­sə­nin di­var­la­rı çay da­şın­dan in­şa edi­lib. Şərq fa­sa­dın­da əhəng da­şın­dan üz­lük­lə­rin bir his­sə­si qo­ru­nub sax­la­nıb. Pi­lon­lar be­ton qa­rı­şı­ğı və çay da­şın­dan in­şa edi­lib. Da­ğıl­mış tağ­la­rın döv­rü­mü­zə çat­mış qa­lıq­la­rın­dan on­la­rın 24x24x5 və 23x23x5 sm öl­çü­lü kər­pic­lər­dən in­şa edil­mə­si mü­əy­yən edi­lib. Di­var­lar da­xil­dən su­vaq­lan­mış və rəsmlər­lə bə­zə­di­lib. Al­tar ap­si­da­sı və şi­mal yan ota­ğı ara­sın­da­kı di­var üzə­rin­də rəsmlə­rin qa­lıq­la­rı sax­la­nıb.

Təd­qi­qat­çı­lar ya­zır ki, mə­bə­din plan­laş­dır­ma struk­tu­ru onu üç­ya­rus­lu mə­kan kom­po­zi­si­ya­sı ilə tə­min edir. Bi­rin­ci ya­rus al­tar və gi­riş­lər, ikin­ci ya­rus do­la­ma his­sə, üçün­cü ya­rus isə ba­ra­ban və gün­bəz­dən iba­rət­dir. Yu­xa­rı ya­rus­la­rın ör­tü­yü döv­rü­mü­zə çat­ma­yıb. G.Məm­mə­do­va qeyd edir ki, do­la­ma his­sə­nin tağ­va­ri, mər­kə­zi kvad­ra­tın isə gün­bəz ör­tü­yü­nə ma­lik ol­ma­sı­nı de­mək üçün əsas var. Eh­ti­mal ki, gün­bəz­dən kvad­rat tə­mə­lə ke­çid re­gi­o­nun sinxron abi­də­lə­ri üçün də xa­rak­te­rik olan kon­xa trompla­rı va­si­tə­si­lə hə­ya­ta ke­çi­ri­lib.

Təd­qi­qat­çı­lar bil­di­rir ki, Mam­rux mə­bə­di­nin kom­po­zi­si­ya özəl­li­yi­ni kvad­rat­şə­kil­li gün­bə­zal­tı mə­kan təş­kil edir və bu onun­la Kil­sə­dağ mə­bə­di ara­sın­da­kı prin­si­pi­al fər­qi mü­əy­yən edir. Dörd əzə­mət­li pi­lon sü­tun­la­rı əvəz edib, on­lar­dan xa­ri­ci di­var­la­ra doğ­ru ge­niş öl­çü­lü tağ­lar sa­lı­nıb, tağ­lar, yük­bo­şaltma qövslə­ri, pi­lon­lar və xa­ri­ci di­var­lar­la bir­lik­də, bi­na­nın sərt mə­kan sxe­mi­ni for­ma­laş­dı­rır. Əsas ox üz­rə yer­ləş­di­ril­miş al­tar qərb qa­pı­la­rı va­si­tə­si­lə da­xil olan şəxslər tə­rə­fin­dən ay­dın şə­kil­də mü­şa­hi­də olu­nur­du. An­caq bu­ra­da kon­sentrik çev­rə­lə­rin kom­po­zi­si­ya mər­kə­zi­nin və onun funksi­o­nal mər­kə­zi he­sab edi­lən mə­bə­din əsas di­ni al­tar ap­si­da­sı ara­sın­da mü­əy­yən an­to­qo­nizm his­si­nin ya­ran­ma­sı mü­şa­yi­ət olu­nur­du. Bu zid­diy­yət Lə­kit mə­bə­din­də­ki al­tar ap­si­da­sı­nın gün­bə­zal­tı kvad­ra­ta mak­si­mal şə­kil­də ya­xın­laş­dı­rıl­ma­sı və onun açıq tip­li şərq kon­xa­sın­da yer­ləş­di­ril­mə­si yo­lu ilə həll olu­nub.

Qaf­qaz Al­ba­ni­ya­sı­nın məş­hur abi­də­lə­rin­dən, mə­bəd­lə­rin­dən olan Xaş və Lə­kit mə­bə­di də bir azər­bay­can­çı­lıq və mul­ti­kul­tu­ra­lizm sim­vo­lu­na çev­ri­lib. Təd­qi­qat­çı­lar ya­zır ki, 1200 il bo­yun­ca Qaf­qaz Al­ba­ni­ya­sı ki­mi möv­cud olan (m.ö. IV əsr-m.s. VIII əsr) və 1836-cı ilə qə­dər fə­a­liy­yət­də olan Al­ban Həv­va­ri Kil­sə­si (Al­ban Ka­to­li­kos­lu­ğu) ilə var olan qə­dim al­ban mə­də­niy­yə­ti­nin 700 il­lik döv­rü xris­ti­an­lıq­dan ön­cə­ki döv­rü əha­tə edir. Bu dövrdə möv­hum inanclar, oda və müx­tə­lif sə­ma ci­sim­lə­ri­nə si­ta­yiş və əsa­sən də yu­nan və Ro­ma ilah­la­rı­na si­ta­yiş çox ge­niş ya­yı­lıb.

Təd­qi­qat­çı­lar qeyd edir ki, ək­sər al­ban tay­fa­la­rı­nın çox hör­mət­lə ya­naş­dı­ğı və xü­su­si eh­ti­ram­la si­ta­yiş et­di­yi Ay Tan­rı­ça­sı idi. Qaf­qaz Al­ba­ni­ya­sı­nın müx­tə­lif yer­lə­rin­də yu­nan mi­fo­lo­gi­ya­sın­da Se­le­na ki­mi ta­nı­nan Ay Tan­rı­ça­sı şə­rə­fi­nə mə­bəd­lər və qur­ban­gah­lar ti­ki­lib. Bu mə­bəd­lər­dən ən məş­hu­ru ta­ri­xi ədə­biy­yat­da "Ay ila­hə­si mə­bə­di" ki­mi ta­nı­nır. Stra­bon və di­gər ta­rix­çi­lə­rin var ol­du­ğu haq­qın­da mə­lu­mat ver­mə­si­nə bax­ma­ya­raq, tə­əs­süf­lər ol­sun ki, bu mə­bə­din ha­ra­da ol­du­ğu və ne­cə ol­ma­sı haq­qın­da də­qiq mə­lu­mat yox­dur. Da­ha son­ra xris­ti­an­lı­ğın ya­yıl­ma­sı ilə bu mə­bəd­lər kil­sə­lə­rə çev­ril­di, am­ma bə­zi adət və ənə­nə­lər in­di­yə ki­mi qo­ru­nub sax­la­nıb.

Bir eh­ti­ma­la gö­rə, in­di­ki Qax ra­yo­nu­nun Lə­kit kən­di ya­xın­lı­ğın­da yer­lə­şən və di­gər al­ban kil­sə­lə­rin­dən da­i­rə­vi şə­kil­də in­şa edil­mə­si ilə fərqlə­nən (al­ban kil­sə­lə­ri ümu­miy­yət­lə dördkünc plan­da in­şa edi­lib) Lə­kit mə­bə­di ye­rin­də da­ha əv­vəl məhz "Ay ila­hə­si mə­bə­di" olub. Aya ox­şar da­i­rə şək­lin­də ol­ma­sı və sə­ma­ya doğ­ru ucal­dı­lan 4 mər­tə­bə­li ol­ma­sı bu eh­ti­mal­la­rı doğ­rul­dur.

Ya­zı­lan­la­ra gö­rə, al­ban di­lin­də ay sö­zü­nün tər­cü­mə­si "xaş"-dır. Ay ila­hə­si­nə də Xaş de­yir­di­lər, onun şə­rə­fi­nə ucal­dı­lan iba­dət­gah və qur­ban­gah­la­ra da Xaş de­yir­di­lər. Hər də­fə sə­ma­da Xaş gö­rü­nən­də, ax­şam vax­tı qur­ban kə­si­lər­di və bü­tün ge­cə­ni Xaş işı­ğı al­tın­da, Xa­şın qü­ru­bu­na qə­dər bu qur­ban­lar bi­şi­ri­lər­di. Xaş mə­bə­din­də Xaş tan­rı­sı­nın şə­rə­fi­nə bi­şi­ri­lən bu mü­qəd­dəs ye­mək gü­nü­müz­də "xaş" adı ilə ta­nı­nır və se­vi­lir.

Təd­qi­qat­çı­la­rın gös­tər­di­yi ki­mi, xa­şın ax­şam­dan sə­hə­rə ki­mi bi­şi­ril­mə ənə­nə­si öz mis­tik və di­ni mə­na­sı­nı itir­sə də, in­di­yə qə­dər qo­ru­nub sax­la­nıb. Məhz di­ni əsas­la­ra gö­rə, xaş an­caq sə­hər ye­yi­lir (Ay ba­tan­dan son­ra), xaş məc­li­sin­də xa­nım­lar iş­ti­rak et­məz (axı ka­hin­lər an­caq ki­şi­lər idi) və söh­bət, mu­si­qi və əy­lən­cə ol­maz (di­ni mə­ra­sim cid­di iş­dir) və xaş Aya ox­şar ka­sa­dan ye­yi­lir.

Təd­qi­qat­çı­la­rın araş­dır­ma­la­rı ol­duq­ca ma­raq­lı­dır. Əl­bət­tə, bun­la­rın hər bi­ri ta­ri­xi­miz üçün çox ma­raq­lı­dır. Təd­qi­qat­çı­lar ya­zır ki, yo­lu­nuz Qax ra­yo­nu­na düş­sə, Lə­kit mə­bə­di­ni zi­ya­rət edin və Xaş ila­hə­si­nə eh­ti­ra­mı­nı­zı bil­di­rin. Ən azın­dan ona gö­rə ki, 2000 il­dən çox­dur ki, bi­zə be­lə gö­zəl bir ye­mə­yin da­dı­nı bəxş edir. De­mək, bu gün mil­li mət­bə­xi­miz­də özü­nə xü­su­si yer tu­tan xaş ye­mə­yi­nin ta­ri­xi hə­min o mə­bəd­lə, ora­da ic­ra olu­nan xü­su­si ayin­lər­lə bağ­lı­dır. Fakt çox ma­raq­lı­dır.

Azər­bay­can ta­ri­xi­nin bir par­ça­sı­na çev­ri­lən bu abi­də­lər, sö­zün hə­qi­qi mə­na­sın­da, mul­ti­kul­tu­ral mə­də­niy­yə­tin ger­çək si­ma­sı­nı ifa­də edir. Bu mə­bəd­lər böl­gə­də ya­şa­yan bü­tün xalqlar üçün əhə­miy­yət kəsb edir. Ora­da xal­qı­mı­zın ta­ri­xi qo­ru­nur.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 1 dekabr.- S.15