Bakı Xoreoqrafiya Akademiyasının 7-ci sinif şagirdi "Örley" V beynəlxalq müsabiqəsindən əlidolu gəlib

Azər­bay­can ye­ni­yet­mə və gənclə­ri­nin mil­li in­cə­sə­nə­ti­mi­zi, mu­si­qi­mi­zi, rəqs sə­nə­ti­mi­zi dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ke­çi­ri­lən mü­sa­bi­qə və fes­ti­val­lar­da təm­sil et­mə­si hə­qi­qə­tən də də­yər­li­dir.

Səh­nə­də köv­rək ad­dım­lar atan bir ye­ni­yet­mə, gənc mil­li rəq­si­mi­zi təm­sil edir­sə, onun in­cə­li­yi­ni, gö­zəl­li­yi­ni, mə­na­sı­nı, məz­mu­nu­nu tit­rək bar­maq­la­rın­da ifa­də edir­sə, əsl gö­zəl­lik bu­dur.

Ba­kı Xo­re­oq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın 7-ci si­nif şa­gir­di As­la­na Əli­ye­va Azər­bay­can mil­liklas­sik rəq­si­ni müx­tə­lif öl­kə­lər­də təm­sil edən is­te­dad­lar­dan bi­ri­dir. Bu gün­lər­də As­la­na Qa­za­xıs­ta­nın Al­ma­tı şə­hə­rin­də ke­çi­ri­lən "Ör­ley" V bey­nəl­xalq mü­sa­bi­qə­sin­dən qa­yı­dıb. Qeyd edək ki, sö­zü­ge­dən mü­sa­bi­qə Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­nin 25, Al­ma­tı şə­hə­ri­nin isə 1000 il­li­yi­nə həsr edi­lib.

No­yab­rın 22-29-da ke­çi­ri­lən ya­rış­ma­da iş­ti­rak edən As­la­na Əli­ye­va "Gənc is­te­dad" no­mi­na­si­ya­sı üz­rə mü­sa­bi­qə­də II ye­ri qa­za­nıb. 

Bil­di­rək ki, dün­ya­nın nü­fuz­lu mə­də­niy­yət xa­dim­lə­ri­nin mün­sif­lər he­yə­ti ki­mi təm­sil olun­du­ğu "Ör­ley" V bey­nəl­xalq mü­sa­bi­qə­sin­də iş­ti­rak edən As­la­na­nın ifa­sı al­qış­lar­la qar­şı­la­nıb. 

Xa­tır­la­daq ki, mü­sa­bi­qə­nin mün­sif­lər he­yə­tin­də SSRİ xalq ar­tis­ti Lav­rovskiy (mün­sif­lər he­yə­ti­nin səd­ri), Uk­ray­na­nın xalq ar­tis­ti Va­dim Pi­sa­rev, Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın əmək­dar ar­tis­ti Yu­riy Va­su­en­ko, Qır­ğı­zıs­ta­nın xalq ar­tis­ti Ay­su­lu To­kom­ba­e­va, Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın xalq ar­tis­ti Qul­jan Tut­ki­ba­e­va və baş­qa­la­rı olub.

As­la­na Əli­ye­va­nın ana­sı Ye­ga­nə As­lan­qı­zı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bil­dir­di ki, As­la­na ki­çik yaş­la­rın­dan mil­liklas­sik rəqslə məş­ğul olur: "Se­vi­ni­rəm ki, Azər­bay­can ye­ni­yet­mə və gənclə­ri bey­nəl­xalq mü­sa­bi­qə­lər­də iş­ti­rak edir. As­la­na­nın mü­sa­bi­qə­yə qa­tıl­ma­sı­nın əs­lin­də sə­bəb­ka­rı mən özüm ol­dum. Be­lə bir mü­sa­bi­qə­nin ke­çi­ril­di­yi­ni bil­dimsentyabr ayın­da qey­diy­yat­dan keç­dik. Am­ma de­yim ki, mü­sa­bi­qə ərə­fə­sin­də çox çə­tin­lik­lər­lə üz­ləş­dik. San­ki As­la­na­nın mü­sa­bi­qə­yə qa­tıl­ma­sı­nı kim­lər­sə is­tə­mir­di. Am­ma Al­la­ha şü­kür ki, As­la­na mü­sa­bi­qə­də iş­ti­rak et­di. Dün­ya­nın çox ta­nın­mış rəqs bi­li­ci­lə­ri ona qiy­mət ver­di. As­la­na mü­sa­bi­qə­yə həm klas­sik ba­let nöm­rə­si, həm mil­li rəqs nü­mu­nə­si apar­mış­dı. Mü­sa­bi­qə­də Ba­kı Xo­re­oq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın baş­qa tə­lə­bə­lə­ri iş­ti­rak edir­di, on­lar klas­sik nü­mu­nə­lər təq­dim et­di­yi üçün məs­lə­hət ol­du ki, As­la­na mil­li rəqs ifa et­sin. Bi­lir­si­niz ki, As­la­na həm mil­li, həm klas­sik rəq­si gö­zəl ba­ca­rır. Nə­nə­si xalq ar­tis­ti Ro­za xa­nım Cə­li­lo­va da əv­vəl­cə ba­let­də oxu­yub. Odur ki, həm ba­le­tin, həm mil­li rəq­sin in­cə­lik­lə­ri­ni əla bi­lir. As­la­na bu gün nə­nə­si­nin da­vam­çı­sı­dır. Ro­za xa­nım onu mil­li klas­sik rəqs sə­nə­ti­nin gə­lə­cə­yi, ey­ni za­man­da da öz da­vam­çı­sı bi­lir. Bu mü­sa­bi­qə­yə bir ne­çə öl­kə­dən ye­ni­yet­mə gənclər qa­tıl­mış­dı. As­la­na mü­sa­bi­qə­də mu­si­qi­si bəs­tə­kar El­dar Man­su­ro­va məx­sus olan Ro­za xa­nım Cə­li­lo­va­nın qu­ru­luş ver­di­yi "Qa­val" rəq­si­ni ifa et­di. Onun ifa­sı o qə­dər gö­zəl qar­şı­lan­dı ki, söz­lə ifa­də edə bil­mi­rəm. O, II ye­ri qa­zan­dı. Ona pul mü­ka­fa­tı, dip­lom di­gər hə­diy­yə­lər ver­di­lər. Fik­rim­cə, be­lə mü­sa­bi­qə­lər­də iş­ti­rak edər­kən bu­ra­da qa­lib ol­maq əsas de­yil. Əsas odur ki, səh­nə­ni fəth edə bi­lir­sən, öz mil­li rəq­si­ni, is­te­da­dı­nı, nə­yə qa­dir ol­du­ğu­nu nü­ma­yiş et­di­rir­sən. Şərt o de­yil ki, bi­rin­ci ola­san, şərt odur xal­qı, döv­lə­ti, mil­li rəqs sə­nə­ti­ni, in­cə­sə­nə­ti­mi­zi təb­liğ, təm­sil edə­sən".

Y.As­lan­qı­zı bil­dir­di ki, Ba­kı Xo­re­oq­ra­fi­ya Aka­de­mi­ya­sı­nın mü­əl­lim-xo­re­oq­ra­fı Lyud­mi­la Qutlyanska­ya­nın da bu sa­hə­də xid­mət­lə­ri var. Onun bil­dir­di­yi­nə gö­rə, Lyud­mi­la mü­əl­li­mə həd­din­dən ar­tıq tə­ləb­kar, pe­şə­kar, öz işi­ni gö­zəl bi­lən pe­da­qoq xo­re­oq­raf­dır.

Y.As­lan­qı­zı onu da vur­ğu­la­dı ki, "Ör­ley" V bey­nəl­xalq mü­sa­bi­qə­si­nin mün­sif­lər he­yə­ti tə­rə­fin­dən A.Əli­ye­va üçün "Qa­val" rəq­si qu­ran xalq ar­tis­ti Ro­za Cə­li­lo­va da xü­su­si mü­ka­fa­ta, dip­lo­ma la­yiq gö­rü­lüb: "Ro­za xa­nı­mın qu­ru­luş ver­di­yi "Qa­val" rəq­si mün­sif­lə­rin o qə­dər xo­şu­na gə­lib ki, ona xü­su­si tə­şək­kür elan edib­lər. Bun­dan baş­qa, Ro­za xa­nım Qa­za­xıs­tan Xo­re­oq­ra­fi­ya İt­ti­fa­qı tə­rə­fin­dən mil­li in­cə­sə­nə­tin in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə dip­lom­la təl­tif edi­lib. Ora­da bi­zim sə­nə­tə çox bö­yük də­yər ve­ri­lir. Xü­su­sən Ro­za xa­nı­mın qu­ru­luş ver­di­yi rəqslər bö­yük əks-sə­da ver­di".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 3-5 dekabr.- S.12