Azərbaycançılıq ideyasının təbliğində Rəşid Behbudovun rolu...

XX əsr Azər­bay­can mu­si­qi ta­ri­xin­də, ifa­çı­lıq sa­hə­sin­də öz dəst-xət­ti ilə se­çi­lən da­hi sə­nət­kar Rə­şid Beh­bu­dov ne­çə-ne­çə əsrlə­rin, nə­sil­lə­rin yad­da­şın­da ya­şa­ya­caq. Gə­li­şi­gö­zəl söz de­yil bu. Bu əbə­di­ya­şar­lı­ğı R.Beh­bu­do­va öl­məz sə­nə­ti, qey­ri-adi sə­si, bən­zər­siz­li­yi bəxş edib.

R.Beh­bu­dov Azər­bay­can mu­si­qi ta­ri­xin­də əbə­di ya­şa­maq haq­qı qa­za­nan sə­nət­kar ki­mi bü­tün dün­ya­da öl­kə­mi­zi, xal­qı­mı­zı, xal­qı­mı­zın mu­si­qi­si­ni təb­liğ edib. R.Beh­bu­dov bö­yük azər­bay­can­lı ki­mi azər­bay­can­çı­lı­ğın da ke­şi­yin­də da­ya­nıb. Dün­ya­nın müx­tə­lif yer­lə­rin­də kon­sertlər ve­rən R.Beh­bu­dov hə­min öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rı öz sə­si­nin işı­ğı­na top­la­maq­la, on­lar ara­sın­da azər­bay­can­çı­lıq ide­ya­sı­nı ya­yıb. Azər­bay­can­çı­lıq, to­le­rantlıq, xalqlar dostlu­ğu­nu tə­rən­nüm et­mək onun baş­lı­ca işi­nə çev­ri­lib. R.Beh­bu­dov Azər­bay­can­dan dün­ya­ya qar­daş­lıq, dostluq me­saj­la­rı gön­də­rən sə­nət­kar­lar­dan olub. Onun re­per­tu­a­rın­da Azər­bay­can bəs­tə­kar­la­rı­nın əsər­lə­ri, xalq mah­nı­la­rı­mız­la ya­na­şı, dün­ya­nın müx­tə­lif xalqla­rı­nın mah­nı­la­rı da bö­yük yer tu­tub. R.Beh­bu­dov ay­rı-ay­rı xalqla­rın di­lin­də mah­nı­lar oxu­yub. Bu mah­nı­lar sə­nət­ka­rı­mı­zın ne­cə sülhse­vər, to­le­rant, qar­daş­lıq tə­rəf­da­rı ol­ma­sın­dan xə­bər ve­rir.  

Bu il gör­kəm­li Azər­bay­can mü­ğən­ni­si Rə­şid Mə­cid oğ­lu Beh­bu­do­vun 100 il­lik yu­bi­le­yi­dir. SSRİ xalq ar­tis­ti, SSRİ və Azər­bay­can SSR döv­lət mü­ka­fat­la­rı la­u­re­a­tı, So­si­a­list Əmə­yi Qəh­rə­ma­nı, Da­ğıs­tan MSSR-in xalq ar­tis­ti, Gür­cüs­tan SSR-in əmək­dar in­cə­sə­nət xa­di­mi R.Beh­bu­dov 1915-ci il 14 de­kabr ta­ri­xin­də, Tif­lis­də, xa­nən­də Mə­cid Beh­bu­da­lı oğ­lu­nun ai­lə­sin­də dün­ya­ya gə­lib. Mə­lu­mat­la­ra gö­rə, ana­sı Fi­ru­zə xa­nım Qa­zax ra­yo­nu­nun Yu­xa­rı Sa­lah­lı kən­di­nin Və­ki­lov­lar nəs­li­nə mən­sub idi.

Mə­lu­mat­la­ra gö­rə, uşaq yaş­la­rın­dan mək­təb xo­run­da oxu­yan Rə­şid 1933-cü il­də Də­mir Yo­lu Tex­ni­ku­mu­na da­xil olub. Təh­si­li döv­rün­də tə­lə­bə öz­fə­a­liy­yət or­kestrin­də ça­lı­şıb.

Təd­qi­qat­çı­lar ya­zır ki, hər­bi xid­mə­ti za­ma­nı or­du an­samblı­nın so­lis­ti olan R.Beh­bu­dov əs­gə­ri xid­mət­dən son­ra Tif­lis­də­ki estra­da qrup­la­rın­dan bi­rin­də so­listlik edir və tez­lik­lə bəs­tə­kar A.Ey­vaz­ya­nın rəh­bər­lik et­di­yi Er­mə­nis­tan Döv­lət Caz Or­kestrin­də so­listli­yə baş­la­yır. Ke­çən əs­rin 30-cu il­lə­rin­də Er­mə­nis­tan Döv­lət Ope­ra və Ba­let Te­at­rın­da klas­sik ope­ra­la­rın xor səh­nə­lə­rin­də so­lo oxu­yur. 1939-cu il­də hə­min te­at­rın trup­pa­sı ilə bir­lik­də Moskva­da Er­mə­nis­tan in­cə­sə­nə­ti gün­lə­rin­də iş­ti­rak edir. 1942-ci il­də kol­lek­tiv­lə bir­gə Krım cəb­hə­si­nə yol­la­nır.

Təd­qi­qat­çı­lar ya­zır ki, 1943-cü ilin so­nun­da Ba­kı Ki­nos­tu­di­ya­sın­da Üze­yir Ha­cı­bə­yo­vun ey­ni­ad­lı ope­ret­ta­sı­nın mo­tiv­lə­ri əsa­sın­da çə­ki­lən "Ar­şın mal alan" fil­min­də baş ro­la də­vət alır. 1945-ci il­də film efi­rə çı­xır və çox tez bir za­man­da nə­in­ki Azər­bay­can­da, bü­tün So­vet İt­ti­fa­qın­da bö­yük po­pul­yar­lıq qa­za­nır. 1946-cı il­də bu filmdə­ki Əs­gər ro­lu­na gö­rə Rə­şid Beh­bu­dov "Sta­lin mü­ka­fa­tı" ilə təl­tif olu­nur.

Təd­qi­qat­çı­lar ya­zır ki, 1949-cu il­də Bu­da­peştdə ke­çi­ri­lən Gənclə­rin və Tə­lə­bə­lə­rin Ümum­dün­ya Fes­ti­va­lın­da çı­xış edir.

Mə­lu­mat­la­ra gö­rə, 1946-1956-cı il­lər­də Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın, 1953-1960-cı il­lər­də fa­si­lə­lər­lə M.F.Axun­dov adı­na Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın so­lis­ti, 1957-1959-cu il­lər­də Azər­bay­can Döv­lət Kon­sert An­samblı­nın təş­ki­lat­çı­sı və rəh­bə­ri olub. 1966-cı il­dən mu­si­qi və estra­da sə­nə­ti­nin caz, ba­let, pan­to­mim ki­mi müx­tə­lif janrla­rı­nı üz­vi su­rət­də bir­ləş­di­rən Azər­bay­can Döv­lət Mah­nı Te­at­rı­nı təş­kil et­miş və öm­rü­nün so­nu­na­dək onun so­lis­ti və bə­dii rəh­bə­ri olub.

Qeyd edi­lə­nə gö­rə, bü­tün so­vet res­pub­li­ka­la­rı ilə ya­na­şı, Ar­gen­ti­na, Bol­qa­rıs­tan, Bel­çi­ka, Çi­li, Çin, Efi­o­pi­ya, Fin­lan­di­ya, Hin­dis­tan, İran, İraq, İta­li­ya, Mi­sir, Tür­ki­yə və s. öl­kə­lər­də ge­niş re­per­tu­ar­la çı­xış edən R.Beh­bu­dov Azər­bay­can xalq mah­nı­la­rı­nın və Azər­bay­can bəs­tə­kar­la­rı­nın vo­kal əsər­lə­ri­nin xa­ri­ci öl­kə­lər­də po­pul­yar­laş­ma­sın­da çox bö­yük rol oy­na­yıb. R.Beh­bu­dov Hin­dis­ta­na sə­fə­ri haq­qın­da "Uzaq Hin­dis­tan­da" ki­ta­bı­nı ya­zıb.

Da­hi sə­nət­kar 1989-cu il iyu­nun 9-da Moskva şə­hə­rin­də və­fat edib.

R.Beh­bu­do­vun ye­ga­nə öv­la­dı Rə­şi­də xa­nım Rə­şid ta­nın­mış mü­ğən­ni­dir.

Azər­bay­can döv­lə­ti R.Beh­bu­do­vun ru­hu­na, xa­ti­rə­si­nə, onun tü­kən­məz ir­si­nə hər za­man bö­yük say­ğı ilə ya­na­şıb.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev haq­lı ola­raq "Rə­şid Beh­bu­dov doğ­ma xal­qı­na, mil­lə­ti­nə çox bağ­lı in­san idi" de­yir. Da­hi sə­nət­ka­rın xa­ti­rə­si­nə bö­yük eh­ti­ram bəs­lə­yən Pre­zi­dent İl­ham Əli­yev R.Beh­bu­do­vun 100 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si üçün Sə­rən­cam im­za­la­yıb.

Bu il oktyab­rın 4-də Ba­kı­da, Rə­şid Beh­bu­dov kü­çə­sin­də dün­ya şöh­rət­li mü­ğən­ni R.Beh­bu­do­vun abi­də­si­nin açı­lış mə­ra­si­mi olub. Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev və xa­nı­mı Meh­ri­ban Əli­ye­va mə­ra­sim­də iş­ti­rak edib­lər.

Qeyd edək ki, Döv­lət Mah­nı Te­at­rı­nın qar­şı­sın­da ucal­dı­lan hey­kə­lin mü­əl­li­fi xalq rəs­sa­mı, Azər­bay­can Döv­lət Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın pro­rek­to­ru, pro­fes­sor Fu­ad Sa­la­yev­dir. Hey­kə­lin hün­dür­lü­yü 3, pye­des­tal­la bir­lik­də isə 4,5 metrdir.

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev da­hi sə­nət­ka­rın hey­kə­li­nin açı­lış mə­ra­si­min­də çı­xış edib: "Onun ifa et­di­yi mah­nı­lar so­vet mə­ka­nın­da çox po­pul­yar idi. De­yə bi­lə­rəm ki, o, So­vet İt­ti­fa­qın­da ən po­pul­yar ifa­çı­lar­dan bi­ri idi. Ey­ni za­man­da, o bir çox xa­ri­ci öl­kə­lər­də qastrol­lar­da ol­muş­dur. O, qastrol­lar­da həm Azər­bay­can mah­nı­la­rı­nı, ey­ni za­man­da, xa­ri­ci dil­lər­də mah­nı­lar ifa edir­di və Azər­bay­ca­nı təb­liğ edir­di. Bir çox öl­kə­lər­də Azər­bay­ca­nı R.Beh­bu­do­va gö­rə ta­nı­yır­dı­lar. O vaxt Azər­bay­can müs­tə­qil döv­lət de­yil­di, biz So­vet İt­ti­fa­qı­nın tər­kib his­sə­si idik. An­caq R.Beh­bu­dov ki­mi is­te­dad­lı in­san­lar Azər­bay­ca­nı dün­ya­da təm­sil edir­di­lər və gös­tə­rir­di­lər ki, bi­zim xal­qı­mız nə qə­dər is­te­dad­lı xalqdır.

Rə­şid mü­əl­lim hər­tə­rəf­li is­te­dad­lı bir in­san, gö­zəl aktyor idi. Onun ifa et­di­yi rol­lar bi­zim qı­zıl fon­du­muz­da­dır. Onun ifa et­di­yi rol­la­ra, o filmlə­rə də­fə­lər­lə bax­maq olar. O filmlər, ilk növ­bə­də, səs­lə­nən mu­si­qi­yə və onun oy­na­dı­ğı rol­la­ra gö­rə əbə­di ya­şa­ya­caq.

R.Beh­bu­dov öl­kə­miz, xal­qı­mız üçün çox iş­lər gö­rüb. Biz hə­mi­şə onu yad­da sax­la­yı­rıq. Hə­mi­şə te­le­vi­zor­da onun mah­nı­la­rı səs­lə­nən­də bir da­ha gö­rü­rük ki, bu in­san nə qə­dər is­te­dad­lı və gö­zəl in­san idi. Rə­şid mü­əl­lim çox xe­yir­xah, sə­mi­mi in­san idi. Mən onu uşaq­lıq­dan ta­nı­yır­dım. Çün­ki mə­nim atam Hey­dər Əli­yev­lə onu çox sə­mi­mi dostluq əla­qə­lə­ri bağ­la­yır­dı. O bi­zim evi­miz­də də­fə­lər­lə ol­muş­dur. Mən o gö­rüş­lə­rin bə­zi­lə­rin­də ol­mu­şam, gör­mü­şəm, özüm şəx­sən mü­şa­hi­də apar­mı­şam. Gö­rür­düm ki, o çox sa­də, sə­mi­mi, xe­yir­xah bir in­san idi. Bir da­ha de­mək is­tə­yi­rəm ki, Hey­dər Əli­ye­vi Rə­şid mü­əl­lim­lə çox möh­kəm dostluq əla­qə­lə­ri bağ­la­yır­dı.

R.Beh­bu­dov So­vet İt­ti­fa­qın­da çox bö­yük qiy­mə­tə la­yiq gö­rül­müş­dür. O, So­vet İt­ti­fa­qı­nın ən ali mü­ka­fa­tı olan So­si­a­list Əmə­yi Qəh­rə­ma­nı adı­na la­yiq gö­rül­müş­dür. Bu həm onun fə­a­liy­yə­ti­nə, ey­ni za­man­da, bü­tün Azər­bay­can mə­də­niy­yə­ti­nə ve­ri­lən qiy­mət idi. O, gənc yaş­la­rın­da So­vet İt­ti­fa­qı­nın xalq ar­tis­ti adı­na la­yiq gö­rül­müş­dür. O vaxt bu adı qa­zan­maq doğ­ru­dan da onu gös­tə­rir­di ki, Rə­şid mü­əl­lim tək­ra­ro­lun­maz mə­də­niy­yət xa­di­mi­dir. Tə­bii ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın xalq ar­tis­ti idi. Ey­ni za­man­da, Rə­şid mü­əl­li­min çox ge­niş ic­ti­mai fə­a­liy­yə­ti var idi. O həm Azər­bay­can Ali So­ve­ti­nin, həm də So­vet İt­ti­fa­qı Ali So­ve­ti­nin de­pu­ta­tı ki­mi çox bö­yük iş­lər gö­rür­dü. Çün­ki o həm Azər­bay­can­da, həm so­vet mə­ka­nın­da həd­din­dən ar­tıq po­pul­yar bir in­san idi. So­vet İt­ti­fa­qın­da onu ta­nı­ma­yan in­san ta­pıl­maz­dı. Onun oxu­du­ğu mah­nı­lar So­vet İt­ti­fa­qı­nın bü­tün gu­şə­lə­rin­də səs­lə­nir­di, di­gər dil­lər­də də ifa olu­nur­du.

Qeyd et­di­yim ki­mi, Rə­şid mü­əl­lim müx­tə­lif dil­lər­də gö­zəl mah­nı­lar ifa edir­di, an­caq ən gö­zəl mah­nı­lar bi­zim xalq mah­nı­la­rı­mız və Azər­bay­can bəs­tə­kar­la­rı­nın mah­nı­la­rı idi. Bu mah­nı­la­rı on­dan əv­vəl və on­dan son­ra onun ki­mi heç kim ifa edə bil­mə­yib və yə­qin ki, bil­mə­yə­cək. Çün­ki Rə­şid mü­əl­li­min nə­in­ki tək­ra­ro­lun­maz sə­si var idi, ey­ni za­man­da, onun ifa­çı­lıq qa­bi­liy­yə­ti, şəx­si key­fiy­yət­lə­ri, şəx­siy­yə­ti bu na­dir is­te­da­dı bi­zə bəxş edib. Fəxr edi­rik ki, bi­zim xal­qı­mı­zın nü­ma­yən­də­si dün­ya şöh­rət­li mu­si­qi xa­di­mi­dir. Azər­bay­can xal­qı fəxr edə bi­lər ki, dün­ya­ya R.Beh­bu­dov ki­mi bö­yük in­sa­nı bəxş edib.

Əf­sus­lar ol­sun ki, Rə­şid mü­əl­lim müs­tə­qil Azər­bay­can­da ya­şa­ma­yıb. O, 1989-cu il­də hə­yat­dan get­di, müs­tə­qil Azər­bay­ca­nı gör­mə­di. An­caq çox gör­mək is­tər­di. Çün­ki öz xal­qı­na, mil­lə­ti­nə bağ­lı, mil­li ru­hu yük­sək olan in­san­la­rın ha­mı­sı is­tər­di­lər ki, müs­tə­qil döv­lət­də ya­şa­sın­lar, öz müs­tə­qil döv­lə­ti­ni təb­liğ et­sin­lər.

Azər­bay­can­da Rə­şid mü­əl­li­min adı əbə­di­ləş­di­ri­lib. Onun adı­nı da­şı­yan Döv­lət Mah­nı Te­at­rı fə­a­liy­yət gös­tə­rir. Mu­si­qi mək­tə­bi onun adı­nı da­şı­yır. Bax, bu kü­çə R.Beh­bu­do­vun adı­nı da­şı­yır. Xə­zər Də­niz Gə­mi­çi­li­yi­nin ən mü­a­sir gə­mi­lə­rin­dən bi­ri­nə onun adı ve­ril­miş­dir. Ke­çən il R.Beh­bu­do­vun 100 il­lik yu­bi­le­yi ilə əla­qə­dar təd­bir­lər pla­nı tər­tib edil­miş­dir, mə­nim tə­rə­fim­dən mü­va­fiq Sə­rən­cam im­za­lan­mış­dır və bu gün R.Beh­bu­do­vun abi­də­si açı­lır. Bu gö­zəl ha­di­sə mü­na­si­bə­ti­lə Rə­şid mü­əl­li­min ai­lə üzvlə­ri­ni, ya­xın­la­rı­nı, dostla­rı­nı, bü­tün Azər­bay­can xal­qı­nı bir da­ha təb­rik et­mək is­tə­yi­rəm. Rə­şid mü­əl­lim hə­mi­şə bi­zim ürə­yi­miz­də ya­şa­ya­caq."

Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri, xalq ar­tis­ti, pro­fes­sor Fi­rən­giz Əli­za­də isə R.Beh­bu­dov haq­qın­da bun­la­rı de­yib: "...Əziz dostlar, biz R.Beh­bu­do­vun sə­si ilə bö­yü­mü­şük, mu­si­qi­çi ol­mu­şuq, Azər­bay­can mu­si­qi­si­ni sev­mi­şik, onu öy­rən­mi­şik.

R.Beh­bu­dov doğ­ru­dan da na­dir sə­sə ma­lik in­san və şəx­siy­yət idi. On­da həm av­ro­pa­sa­ya­ğı gö­zəl te­nor səs, həm Azər­bay­can mu­si­qi­si­nə xas olan in­cə­lik­lər, xır­da­lıq­lar, di­gər tə­rəf­dən, klas­sik ope­ra ifa et­mək üçün güc­lü gö­zəl səs var idi.

Bi­zim iki da­hi mü­ğən­ni­miz keç­miş So­vet İt­ti­fa­qın­da çox məş­hur idi. Bun­lar Müs­lüm Ma­qo­ma­yev və Rə­şid Beh­bu­dov idi. M.Ma­qo­ma­ye­vin sə­si ta­ma­mi­lə baş­qa bir səs idi. De­mək olar ki, onun sə­si So­vet İt­ti­fa­qı­nın və bü­tün dün­ya­nın estra­da mu­si­qi­si­nə in­teq­rə olan səs idi. Am­ma R.Beh­bu­dov mil­yon­lar­la in­sa­na Azər­bay­can mu­si­qi­si­nin ko­lo­ri­ti­ni çat­dı­rır­dı. Onun sə­sin­də bu ko­lo­rit, azər­bay­can­çı­lıq, mil­li ruh hə­mi­şə du­yu­lur­du. Heç də tə­sa­dü­fi de­yil ki, bi­zim xalq mah­nı­la­rı­mız onun ifa­sın­da tək­ra­ro­lun­maz bir in­terpre­ta­si­ya­da təq­dim olu­nur­du.

R.Beh­bu­dov çox kre­a­tiv bir in­san idi. Onun ide­ya­sı nə­ti­cə­sin­də bu gö­zəl te­atr fə­a­liy­yət gös­tər­mə­yə baş­la­dı və bu­ra­da hər mah­nı, de­mək olar ki, ma­raq­lı bir səh­nə əsə­ri ki­mi təq­dim olu­nur­du. R.Beh­bu­dov özü də hər mah­nı­ya bir səh­nə­cik ki­mi ya­na­şır­dı, çox mə­su­liy­yət­li in­san idi.  Bi­li­rik ki, R.Beh­bu­dov bi­zim Ope­ra və Ba­let Te­at­rın­da Ba­laş ro­lu­nu çox yük­sək sə­viy­yə­də ifa et­miş­di. Həm­çi­nin onun müx­tə­lif filmlər­də rol­lar oy­na­dı­ğı­nı da bi­li­rik. De­mək olar ki, 100 ən ta­nın­mış si­ne­ma nü­mu­nə­si ara­sın­da "Ar­şın mal alan" öz ye­ri­ni tu­tub. Nə­yə gö­rə? Tə­bii ki, ilk ön­cə Üze­yir Ha­cı­bə­yo­vun da­hi mu­si­qi­si­nə, ikin­ci­si, R.Beh­bu­do­vun mə­la­hət­li sə­si­nə və üçün­cü­sü, Ley­la Bə­dir­bəy­li­nin gö­zəl­li­yi­nə gö­rə. Bu film doğ­ru­dan da 100 ən ta­nın­mış film ara­sın­da ən gö­zəl filmlər­dən bi­ri­dir.

R.Beh­bu­do­vun sə­si bi­zi hə­mi­şə mü­şa­yi­ət edir. Biz onu eşi­dib Azər­bay­ca­nı, və­tə­ni­mi­zi se­vi­rik. Mən bir da­ha möh­tə­rəm cə­nab Pre­zi­den­ti­mi­zə öz də­rin min­nət­dar­lı­ğı­mı bil­dir­mək is­tə­yi­rəm ki, bi­zim mə­də­niy­yə­ti­mi­zə, in­cə­sə­nə­ti­mi­zə, mu­si­qi­mi­zə bu qə­dər dəs­tək ve­rir, bu qə­dər ma­raq gös­tə­rir. Tə­şək­kür edi­rəm və ha­mı­nı təb­rik edi­rəm. Sağ olun".

Azər­bay­ca­nın xalq ar­tis­ti Mü­ba­riz Ta­ğı­yev isə us­ta­dı haq­qın­da bil­di­rib: "...Mə­nim sə­nət yo­lu­mun iyir­mi ili Mah­nı Te­at­rı ilə bağ­lı olub. Yə­ni R.Beh­bu­do­vun tə­lə­bə­si ol­mu­şam, onun ye­tir­mə­lə­rin­dən bi­ri­yəm. Dün­ya­nın iyir­mi­dən ar­tıq öl­kə­sin­də Rə­şid mü­əl­lim­lə qastrol sə­fər­lə­rin­də ol­mu­şuq. O il­lər­də Azər­bay­ca­nı­mı­zı qa­rış-qa­rış gəz­mi­şik. Mən Mah­nı Te­at­rı­nın ve­te­ran­la­rı adın­dan Si­zə də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm.

Si­zin qeyd et­di­yi­niz ki­mi, R.Beh­bu­do­vun sə­nə­ti­nə la­yi­qin­cə qiy­mət ve­ri­lib. Onun adı­na kü­çə, Mah­nı Te­at­rı, Fond və s. var. Bu gün açı­lı­şı­nı et­di­yi­niz bu abi­də bü­tün bu de­yi­lən­lə­rə bir sü­but­dur və ürək­dən gə­lən bü­tün söz­lə­ri ta­mam­la­yır.

Çün­ki te­at­rın bu bi­na­da fə­a­liy­yə­tə baş­la­dı­ğı və pər­də­si ası­lan gün­dən mən onun şa­hi­di ol­mu­şam. Əf­sus­lar ol­sun ki, Rə­şid mü­əl­lim bu­nun açı­lı­şı­nı edə bil­mə­di. An­caq onun sə­nə­ti o qə­dər bö­yük­dür ki, Mah­nı Te­at­rı bu gün də ya­şa­yır. Bu­ra­da gənc nə­sil bö­yü­yür, öy­rə­nir və s. Bu hey­kəl can­lı Rə­şid ki­mi in­di bu bi­na­nın qar­şı­sın­da­dır. Mən "hey­kəl" sö­zü­nü iş­lət­dim. Hey­kəl­lər əbə­di olur­lar, R.Beh­bu­do­vun sə­nə­ti ki­mi. Sağ olun".

Xalq ar­tis­ti, döv­lət mü­ka­fa­tı la­u­re­a­tı Xu­ra­man Qa­sı­mo­va isə "Bu gün doğ­ru­dan da bö­yük bir bay­ram­dır. Nə­ha­yət, çox göz­lə­di­yi­miz bu hey­kə­li biz gör­dük. Bu­na gö­rə, cə­nab Pre­zi­dent, şəx­sən Si­zə tə­şək­kü­rü­mü­zü bil­di­ri­rik. Çün­ki Siz ne­çə-ne­çə sə­rən­cam­lar im­za­la­mı­sı­nız və bi­zim sə­nət­çi­lə­rin adı­nı əbə­di­ləş­dir­mi­si­niz, bax, be­lə hey­kəl­lər­lə - Fik­rət Əmi­ro­vun, Qa­ra Qa­ra­ye­vin, nə­ha­yət, R.Beh­bu­do­vun.

Bə­li, R.Beh­bu­dov tək­ra­ro­lun­maz sə­sə ma­lik ifa­çı idi. Doğ­ru­dan da onun ya­rat­dı­ğı Mah­nı Te­at­rı­nın önün­də be­lə bir hey­kəl ucal­ma­lı idi. Biz də­fə­lər­lə onun­la səh­nə­lər­də çı­xış et­mi­şik. Onun çı­xış­la­rı­na ha­zır­lıq də­qi­qə­lə­ri­ni hiss et­mi­şik, gör­mü­şük, onun töv­si­yə­lə­ri­ni eşit­mi­şik. İn­di­ki gənclər ki­mi, biz də gənc yaş­la­rı­mız­da hər za­man R.Beh­bu­do­vun ifa et­di­yi əsər­lə­ri din­lə­yib ifa edir­dik".

R.Beh­bu­dov Fon­du­nun rəh­bə­ri Ka­mil Şah­ver­di­yev R.Beh­bu­dov ir­si­nə gös­tər­di­yi say­ğı­ya gö­rə öl­kə baş­çı­sı­na tə­şək­kür edib: "...Si­zə R.Beh­bu­do­vun ai­lə­si və R.Beh­bu­dov Fon­du adın­dan, bü­tün rə­şid­se­vər­lər adın­dan də­rin tə­şək­kü­rü­mü­zü bil­di­ri­rik... R.Beh­bu­do­vun bu gö­zəl abi­də­si­nin açı­lı­şı nə­in­ki bi­zim ai­lə, rə­şid­se­vər­lər üçün, ümu­miy­yət­lə, bü­tün Azər­bay­can mə­də­niy­yə­ti üçün çox bö­yük ta­ri­xi ha­di­sə­dir".

R.Beh­bu­dov bö­yük azər­bay­can­çı ki­mi hər za­man xa­ti­rə­lər­də ya­şa­yır. Bö­yük sə­nət­ka­rın ir­si çox zən­gin­dir. Onun mis­si­ya­sı Azər­bay­can sə­nə­ti­ni dün­ya­ya ta­nıt­maq, və­tə­ni­mi­zi tə­rən­nüm et­mək olub. O bu mis­si­ya­nı uğur­la hə­ya­ta ke­çi­rib.

İradə SARIYEVA

Bakı xəber.- 2016.- 15 dekabr.- S.15