Acar oğlu Ülvi
Rəcəbin fəaliyyətində azərbaycançılığa
xidmət amili...
Azərbaycan səhnəsinin elə sönməyən ulduzları var ki, onlar xalqımızın mədəniyyəti yaşadıqca yaddan çıxmayacaq. Azərbaycançılıq, Azərbaycan dili uğrunda canını fəda edən səhnə xadimlərindən biri də Ülvi Rəcəbdir. Milli teatrımızın inkişafında xüsusi əməyi olan Ü.Rəcəb Azərbaycan teatr sənətinə, mədəniyyət və incəsənətinə ürəkdən bağlı sənətkar kimi tarixdə yaşayır. Həyatının və səhnə fəaliyyətinin zirvədə olduğu dövrdə repressiya qurbanı olan sənətkar özündən sonra böyük irs qoyub.
Azərbaycan mədəniyyətinin inkişafında digər xalqların nümayəndələri də böyük rol oynayıb. Multikulturalizm düşüncəsi Azərbaycan mədəniyyətinə həmişə müsbət töhfə verib.
Onu da vurğulayaq ki, Ü.Rəcəb görkəmli kinoaktyor Nodar Şaşıqoğlunun doğma əmisidir. Xalq artisti dəfələrlə özü bu barədə müsahibələrində qeyd edib.
Şaşıqzadə Ülvi
Rəcəb Molla oğlu
görkəmli Azərbaycan aktyoru kimi şöhrətini bu
gün də qoruyur.
Məlumatlara görə, milliyyətcə
acar olan Ülvi Rəcəb romantik
və realist aktyor məktəblərinin
poetika səciyyələrini inamla zənginləşdirən sənətkarlardan
biri idi. Tədqiqatçılar yazır ki, otuz beş
illik ömründə və MDT-da 13 illik fəaliyyəti
dövründə zəngin yaradıcılıq irsi qoyub gedib.
Teatrşünaslar yazır ki, Ü.Rəcəb 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub.
Yazılanlara görə, atası Rəcəb
bəy bütün Avropanı gəzmişdi
və oğlunun dünyagörüşünün
formalaşmasında onun söhbətləri
mühüm rol
oynayıb. Tədqiqatçılar yazır ki, on altı
yaşında atasını itirən Ülvi
təhsilə erkən yaşlarından başlayıb.
Xalası ilə İstanbula gedərək
orada təhsil alıb. Birinci
Dünya Müharibəsi başlananda Ülvi təhsilini
ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb.
Tədqiqatçıların verdiyi
məlumata görə, 1918-ci ildə müharibə qurtaranda Batuma
qayıdıb. Həmin
il Hüseyn
Ərəblinski geniş
repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən "Artistlər
cəmiyyəti"nin
zalında oynayırdı.
Ülvi
"Otello" tamaşasına
baxıb və Ərəblinskinin Otellosu
onu məftun edib. O, Azərbaycandan
gəlmiş aktyorlarla
yaxından tanış
olub. Yazılanlara görə, onların
göstərdiyi bir
neçə tamaşada
epizod rolları oynayıb. Gənc teatr həvəskarı
hətta "Arşın
mal alan" operettasında, xəstələnən
aktyorun əvəzinə,
Soltan bəy rolunda səhnəyə
çıxıb.
Ü.Rəcəbin yaradıcılığı haqqında məlumat verən tədqiqatçılar
yazır ki, həmin vaxtdan o, Batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlib. Rustaveli Teatrında iki
tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə
səfərini yarımçıq
saxlayıb. Ülvi
burada Tiflis Azərbaycan
Teatrının yaradıcılarından
olan İbrahim İsfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ü.Rəcəb
Tiflisdə qalıb
və "Zubalov evi"ndə fəaliyyət
göstərən "Azərbaycan
dram cəmiyyəti"nə daxil olub. "Ölülər" (Mirzə
Cəlil Məmmədquluzadə),
"Dağılan tifaq"
(Əbdürrəhim bəy
Haqverdiyev), "Aydın"
(Cəfər Cabbarlı)
tamaşalarında çıxış
edib. Az
sonra Tiflis Dövlət
Azərbaycan Dram Teatrının
kollektivində çalışıb.
Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış
edib.
Yazılanlara görə, 1924-cü ilin
yayında Tiflis Azərbaycan
Teatrının baş
rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya,
Milli Dram Teatrına
çağırılıb. Ü.Rəcəbin istedad və yaradıcılıq imkanlarına
böyük ümid bəsləyən Tuqanov
onu da Bakıya
dəvət edib.
Ülvi
1925-ci ildən Milli
Dram Teatrında işləməyə
başlayıb. Tezliklə Ü.Rəcəb
teatrın aparıcı
aktyoru Abbasmirzə
Şərifzadə ilə
dublyor olub. Çoxşaxəli yaradıcılığa
malik Ü.Rəcəbin
ifa etdiyi rolları şərti bölgüyə ayırsaq,
əsas beş
qisminin üstündə
dayanmış olarıq.
Qəhrəman obrazları:
Mixail Yarovay ("Düşmənlər", Konstantin Trenyov), Səyavuş
("Səyavuş", Hüseyn
Cavid), Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk), Qüdrət
Arslan, Yaşar ("Dönüş" və
"Yaşar", Cəfər
Cabbarlı). Faciə
qəhrəmanları: Vilyam
Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə
Cəlil Məmmədquluzadənin
"Ölülər"ində İsgəndər, Cəfər
Cabbarlının "Od
gəlini"ndə Elxan.
Yazılanlara görə, aktyor
Hamlet rolunu həm Aleksandr Tuqanovun
(1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb.
Həmin rolu Abbasmirzə
Şərifzadə kimi
təcrübəli aktyor
da ifa edib.
Onun ifası coşğun və çılğın
ehtirası, Ü.Rəcəbin
oyunu isə psixoloji dərinliyi və emosional temperamenti ilə seçilib. Ülvinin şahzadəsində
filosof düşüncəsinin
sanbalı obrazın
ifasına əzəmət
və siqlət gətirib. Dramatik
obrazlar: Borodin ("Qorxu",
Aleksandr Afinogenov), Huinplen ("Gülən
adam", Viktor Hüqo),
Jak ("İki yetimə", Adolf D'Enneri
və Germon), Voronov ("İntervensiya",
Lev Slavin), Mühəndis
Eldəniz ("Yanar
dərə", Cabbar
Məcnunbəyov). Ü.Rəcəbin dramatik ifadə vasitələrində güclü
müasirlik ruhu və heyranedici reallıq, səmimi təbiilik vardı.
Mürəkkəb psixoloji
personajlar: Aqşin
("Od gəlini",
Cəfər Cabbarlı),
Süleyman ("Həyat",
Mirzə İbrahimov),
Balaş ("Sevil",
Cəfər Cabbarlı.
Aktyor bu rolu Türk
İşçi Teatrında
oynayıb), Satin ("Həyatın
dibində", Maksim
Qorki), Ninkir Sin
("Zaqmuq", Anatoli
Qlebov). Ü.Rəcəb milli səhnəmizin sırf psixologizm ünsürləri, lirik-emosional
ifadə vasitələri
ilə şücaət
göstərən ilk sənətkarlarından
olub. Bu bacarıq
və qabiliyyəti
ilə o, romantik oyun üslubu ilə realist ifa tərzi arasında qırılmaz əlaqə
bağları yarada
bilib. Məhəbbət
aşiqləri: Vilyam
Şekspirin "Romeo və
Cülyetta", Hüseyn
Cavidin "Şeyx Sənan" faciələrində
Romeo və Şeyx Sənan kimi rollarda Ü.Rəcəb
səhnəmiz üçün
o dövrdə yeni olan poetika xüsusiyyətlərini, estetik
ifadə vasitələrini
cəsarətlə sınaqdan
çıxarıb. O özünün
poetik oyununda lirizmlə psixologizmi ahəngdar cazibədə
birləşdirməsi ilə
ənənə yaradıb.
Aktyor bir oyun-üslubdan digərinə çox sərbəstcə, yüksək
professionallıqla, janrın
poetika-estetika prinsip
və ölçülərində
keçirdi. Onun Romeosu
təkcə Milli
Dram Teatrının deyil,
geniş mənada milli səhnə sənətimizin ən
parlaq Romeosu kimi tarixləşib.
Tədqiqatçılar bildirir ki,
Azərbaycan aktyorları
arasında "psixoloji
teatr" sənətinin
bünövrəsini qoyan
ilkinlərdən biri
və onun formalaşmasında misilsiz
xidmətlər göstərən,
yüksək nailiyyətlər
qazanan Ü.Rəcəbdir.
Ü.Rəcəb MDT-da işləyə-işləyə
dəvətlə Tiflisdə
Şeyx Sənan, Yaşar, Yarovay rollarını oynayıb.
Məlumatlara görə, 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı
"Sevil" tamaşasında
Ü.Rəcəb Balaş
rolunu yüksək sənətkarlıqla oynayıb.
Yazılanlara görə, Sevil
rolunda onun yöndaşı Akademik
Teatrın aktrisası
Mərziyə xanım
Davudova və Gülüş obrazında
İşçi Teatrının
gənc istedadlarından
Farma Qədri olublar. Məlumatlara görə, Ü.Rəcəb
Bakıdakı Rus
Dram Teatrında həmin
kollektivin hazırladığı
"Otello" tamaşasında
Otellonu oynayıb.
Onun tərəf-müqabilləri B.İlin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış
və təcrübəli
aktyorlar olmasına
baxmayaraq, Ülvinin
oyunu parlaqlığı
ilə seçilib.
"Həyat" (rejissor Ədil İsgəndərov) tamaşasında
oynadığı Süleyman
rolu Ü.Rəcəbin
Akademik Teatrda son işi və son qələbəsi oldu.
Tədqiqatçılar məlumat verir
ki, aktyor ictimai-sosial tutumlu, mürəkkəb
psixoloji əsaslı,
ikili xarakterli obraz yaratdı. Bildirilənə görə,
Süleyman rolunun uğuru bütövlükdə
tamaşanın ideya-bədii
tutumunu, fikir dərinliyini, quruluşçu
rejissorun ali
məqsədini müəyyənləşdirdi.
Tədqiqatçılar yazır ki,
bu tamaşanın premyerasından xeyli müddət sonra Ü.Rəcəbi "vətən
xaini" damğası
ilə tutdular.
Teatr tədqiqatçıları yazır ki, o, yüzlərlə günahsız
qurbanlardan biri kimi faciəli şəkildə güllələnib.
Məlumatlara görə, teatr
sənətindəki xidmətlərinə
görə 25 aprel
1933-cü ildə Ü.Rəcəbə
Azərbaycan Respublikasının
əməkdar artisti
fəxri adı verilib.
Tədqiqatçılar yazır ki, Ü.Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik aktyor oyun üslubuna geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirib. Ü.Rəcəb nəcib, ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi şövq və məharətlə ifa edib. Ü.Rəcəb monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verib. Səmimiyyət və məlahət, ürəyəyatımlıq onun ifası üçün səciyyəvi cəhətlər idi. Məlumatlara görə, Ü.Rəcəbin gur və yapışıqlı səsində ürəkoxşayan lirizm olub. Aktyorun sifət ifadə vasitələri zəngin, sirayətedici və xarakterik olurdu. Tədqiqatçılar bildirir ki, Ü.Rəcəb öz dövründə psixoloji pauzalardan ustalıqla istifadə edən bacarıqlı sənətkar kimi tanınırdı. Yazılanlara görə, Ü.Rəcəb tərəf-müqabilləri ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda həmişə nümunə göstərilirdi. Ü.Rəcəb ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, ətə-qana gətirən aktyor kimi seçilirdi. O, obrazların daxili dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu. Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan Ü.Rəcəb Tanrının ona bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmirdi. Axtarışlar aparır, tapıb cilaladığı və oynadığı obrazın mayasına hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir, onlara bədii həzz verirdi. Ü.Rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan aktyor idi.
Ü.Rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib.
Əlbəttə, belə nəhəng aktyor Azərbaycanın səhnə həyatında böyük rol oynayıb. Ü.Rəcəb yaradıcılığında azərbaycançılığın və multikulturalizmin vəhdəti özünü göstərir. Milli mədəniyyətimizə xidmət edən Ü.Rəcəbi xalqımız həmişə xatırlayacaq.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 18 dekabr.- S.15