Aleksandr Tuqanov - Azərbaycan teatrı və azərbaycançılıq...

Azər­bay­can pe­şə­kar te­at­rı­nın for­ma­laş­ma­sın­da əhə­miy­yət­li də­rə­cə­də rol oy­na­yan şəx­siy­yət­lər ara­sın­da azər­bay­can­lı­lar­la ya­na­şı, baş­qa xalqla­rın da nü­ma­yən­də­lə­ri olub. Azər­bay­can­da­kı mul­ti­kul­tu­ral mü­hit­dən, to­le­rant mü­na­si­bət­dən bəh­rə­lə­nə­rək hə­min sə­nət­kar­lar bö­yük iş­lər gö­rüb.

Azər­bay­can pe­şə­kar te­at­rın­da Alek­sandr Tu­qa­nov im­za­sı xü­su­si­lə se­çi­lir. Təd­qi­qat­çı­la­rın ver­di­yi mə­lu­ma­ta gö­rə, A.Tu­qa­nov Tif­lis Azər­bay­can Te­at­rı­nın baş re­jis­so­ru olub.

Təd­qi­qat­çı, pro­fes­sor Adil­xan Bay­ra­mov ya­zır ki, A.Tu­qa­nov Azər­bay­can te­atr sə­nə­tin­də iz qoy­muş si­ma­lar­dan­dır: "O, 1871-ci il­də Moskva­da do­ğu­lub. Moskva­da Korş Te­at­rın­da, ha­be­lə Ru­si­ya­nın bir sı­ra şə­hər­lə­rin­də aktyor, son­ra­dan Gür­cüs­tan­da, 1924-cü il­dən isə Azər­bay­can­da re­jis­sor ki­mi fə­a­liy­yət gös­tə­rib. A.Tu­qa­no­vun fə­a­liy­yə­ti­nin mü­əy­yən döv­rü Tif­lis Azər­bay­can Te­at­rı ilə bağ­lı­dır. Özü­nün yaz­dı­ğı­na gö­rə, Azər­bay­can te­at­rı ilə ilk ta­nış­lı­ğı 1898-ci il­də Moskva Korş Te­at­rı trup­pa­sı­nın Tif­li­sə sə­fə­ri za­ma­nı olub. Mə­lu­mat­la­ra gö­rə, 1912-ci il­də isə o da­i­mi iş­lə­mək üçün Tif­li­sə gə­lir və bu­ra­da rus te­at­rın­da fə­a­liy­yə­tə baş­la­yır. Hə­min vaxtlar bu­ra­da Azər­bay­can zi­ya­lı­la­rı­nın ya­rat­dı­ğı "Mü­səl­man Te­atr Cə­miy­yə­ti"nin ta­ma­şa­la­rı­na ba­xır. Bu ta­ma­şa­lar "Zu­ba­lov Xalq Evi"ndə, ha­be­lə di­gər te­atrla­rın səh­nə­lə­rin­də gös­tə­ri­lir­di. O da bir mü­tə­xəs­sis ki­mi im­kan da­xi­lin­də bü­tün ta­ma­şa­la­rı iz­lə­yir­di. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, Tu­qa­no­vun Azər­bay­can te­at­rı­na bö­yük ma­raq və bağ­lı­lı­ğı, tə­bii ki, məhz o vaxtlar mey­da­na gə­lib. Onun xa­ti­rə­lə­rin­dən: "Zu­ba­lov Xalq Evi"ndə bax­dı­ğım ta­ma­şa­lar, ek­zo­tik Tif­lis­də, baş­qa xalqla­rın mil­li ta­ma­şa­la­rı ilə ey­ni sə­viy­yə­də, bö­yük bir mək­təb tə­si­ri ba­ğış­la­yır­dı". Te­atrşü­nas, pro­fes­sor A.Bay­ra­mov qeyd edir ki, "Zu­ba­lov Xalq Evi"ndə on bir böl­mə iş­lə­yir­di. Təd­qi­qat­çı ya­zır ki, hər mil­lə­tin ta­ma­şa­sı öz doğ­ma di­lin­də səh­nə­yə qo­yu­lur­du: "...Rus, gür­cü, Azər­bay­can dram dər­nək­lə­rin­dən baş­qa, bu­ra­da Uk­ray­na, yə­hu­di, ose­tin, yu­nan, ay­sor dram cə­miy­yət­lə­ri də fə­a­liy­yət gös­tə­rir­di".

Təd­qi­qat­çı qeyd edir ki, 1912-ci il­də Tif­lis­də azər­bay­can­lı ar­tistlə­rin ha­zır­la­dı­ğı ta­ma­şa­la­rı gös­tər­mək üçün şə­hə­rin azər­bay­can­lı­lar ya­şa­yan "Şey­tan­ba­zar" mə­həl­lə­sin­də te­atr üçün xü­su­si bi­na - "Au­di­to­ri­ya" açı­lır.

A.Bay­ra­mov bil­di­rir ki, bun­dan son­ra ta­ma­şa­la­rın gös­tə­ril­mə­si ar­dı­cıl xa­rak­ter alır və Tu­qa­nov bu ta­ma­şa­la­ra ar­dı­cıl bax­maq im­ka­nı qa­za­nır: "A.Tu­qa­nov qeyd edir: "Bu ta­ma­şa­lar mə­ni Azər­bay­can te­at­rı və onun ifa­çı­la­rı ilə əsas­lı şə­kil­də ya­xın­laş­dı­rır­dı. Pe­şə­kar te­atr ol­ma­sa da, bu­ra­dan son­ra­lar bö­yük aktyor­lar çıx­mış­dı: Sid­qi Ru­hul­la, Mus­ta­fa Mər­da­nov, Əli Qur­ba­nov, Mir­sey­fəd­din Kir­man­şah­lı və baş­qa­la­rı".

O, 1922-ci il­dən baş­la­ya­raq azər­bay­can­lı aktyor­la­rın də­və­ti ilə Azər­bay­can di­lin­də də ta­ma­şa­lar ha­zır­la­yır­dı. "O za­man­lar ağ­lı­ma da gəl­məz­di ki, Azər­bay­can te­at­rı ilə be­lə ya­xın­dan bağ­la­na­ca­ğam və ya­ra­dı­cı­lı­ğı­mın ən qay­nar, hə­ra­rət­li il­lə­ri­ni ona həsr edə­cə­yəm" - de­yə Tu­qa­nov son­ra­lar xa­ti­rə­lə­rin­də qeyd edir­di".

A.Bay­ra­mov Azər­bay­ca­nın xalq ar­tis­ti Mus­ta­fa Mər­da­no­vun xa­ti­rə­lə­rin­dən si­tat gə­ti­rir: "1922-ci il­də öz be­ne­fi­si­mə "Ədir­nə­nin fət­hi"ni (C.Cab­bar­lı­nın pye­si - A.B.) ha­zır­la­yır­dım, əsər­də baş ro­lu - Ha­ri­si özüm oy­na­yır­dım. Ta­ma­şa­nın da­ha gö­zəl ha­zır­lan­ma­sı üçün Tif­lis Döv­lət Rus Te­at­rı­nın baş re­jis­so­ru A.Tu­qa­no­vu "Ədir­nə­nin fət­hi"nin re­jis­sor­lu­ğu­na də­vət et­dik. Tu­qa­nov əsə­ri gö­zəl su­rət­də ha­zır­la­yıb ta­ma­şa­ya qoy­du".

"Nə­ha­yət, Tif­lis te­at­rı­nın aktyor­la­rın­dan Mus­ta­fa Mər­da­nov və Mir­sey­fəd­din Kir­man­şah­lı­nın, ha­be­lə in­zi­bat­çı Əli Bay­ra­mo­vun tə­kid­li xa­hiş­lə­ri nə­ti­cə­sin­də A.Tu­qa­nov bu te­atrda iş­lə­mə­yə ra­zı­lıq ve­rir. Be­lə­lik­lə də o, 1923-cü il av­qus­tun 23-də Tif­lis Azər­bay­can Dram Te­at­rı­nın baş re­jis­so­ru tə­yin edi­lir. Qeyd et­di­yi­miz ki­mi, Tu­qa­nov te­at­rın aktyor he­yə­ti və ta­ma­şa­la­rı ilə ta­nış idi və sə­nət yan­ğı­lı bu in­san­la­rı yük­sək qiy­mət­lən­di­rir­di: "O vaxt Azər­bay­can te­at­rı­nın (Tif­lis te­at­rı - A.B.) Mey­dan­da­kı da­rıs­qal bi­na­sın­da rastlaş­dı­ğım aktyor­la­rın ürə­yi iş­lə­mək, ta­ma­şa ha­zır­la­maq hə­və­si və yan­ğı­sı ilə do­lu idi". Məhz bun­la­rı nə­zə­rə alan re­jis­sor əsl te­atr ya­rat­maq, güc­lü kadrlar ye­tiş­dir­mək üçün bü­tün gü­cü­nü sə­fər­bər edir. Tu­qa­nov ay­rı-ay­rı əsər­lə­rin səh­nə­yə çı­xa­rıl­ma­sı ilə ki­fa­yət­lən­mir, ha­zır­la­dı­ğı ta­ma­şa­la­rın ümu­mi mə­də­ni sə­viy­yə­si­nin yük­səl­dil­mə­si­nə də xü­su­si səy gös­tə­rir və bu­na na­il olur­du: "Bir söz­lə, əsl te­atr ya­rat­maq is­tə­yir­dik!" Bü­tün bu iş­lər­də onun ən ya­xın kö­mək­çi­si Gür­cüs­ta­nın xalq ar­tis­ti İb­ra­him İs­fa­han­lı idi. Tu­qa­nov İs­fa­han­lı­nı özü­nün mü­əl­li­mi he­sab edir, onun, ha­be­lə Gür­cüs­ta­nın əmək­dar ar­tis­ti Mir­zə­li Ab­ba­so­vun, aktyor­lar­dan Mir­zə­xan Qu­li­ye­vin, Əş­rəf Yüz­ba­şo­vun və di­gər aktyor­la­rın səh­nə fə­da­kar­lı­ğı­nı yük­sək qiy­mət­lən­di­rir­di. Tif­lis te­at­rın­da ori­ji­nal pyes­lə­rin, ha­be­lə Azər­bay­can səh­nə­si üçün ye­ni olan klas­sik əsər­lə­rin Tu­qa­nov tə­rə­fin­dən ta­ma­şa­ya qo­yul­ma­sı aktyor­la­rın fər­di ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri­nin üzə çıx­ma­sı­na şə­ra­it ya­ra­dır, on­la­ra öz­lə­ri­nə məx­sus cə­hət­lə­ri gös­tər­mək im­ka­nı ve­rir, ta­ma­şa­çı­la­rı te­at­ra cəlb edir­di. Onun bu te­atrda ilk işi Şəm­səd­din Sa­mi­nin "Ga­ve­yi-ahən­gər" pye­si­nin ta­ma­şa­sı olub. A.Tu­qa­no­vun xa­ti­rə­lə­rin­dən: "Bu, yet­kin ta­ma­şa idi, aktyor­la­rın öz rol­la­rı­na ta­mam ye­ni mü­na­si­bə­ti du­yu­lur­du: bu ta­ma­şa bü­tün möv­sü­mə mü­əy­yən ha­va ver­di". Be­lə­lik­lə, baş­lan­ğıc uğur­lu olur. Bu­nun ar­dın­ca ta­ma­şa­çı­la­ra fran­sız ya­zı­çı­sı Jan Ba­tist Mol­ye­rin "Jorj Dan­den" ko­me­di­ya­sı təq­dim olu­nur. Bu ta­ma­şa da bö­yük uğur qa­za­nır. A.Tu­qa­nov te­atrda baş re­jis­sor ki­mi fə­a­liy­yət gös­tə­rər­kən "Uçu­rum", "İb­lis", "Şeyx Sə­nan", "Pə­ri ca­du", "Ölü­lər" pyes­lə­ri­ni ye­ni qu­ru­luş­da ta­ma­şa­ya ha­zır­la­yır. İ.İs­fa­han­lı­nın fik­rin­cə, onun ən ma­raq­lı qu­ru­luş­la­rın­dan bi­ri "Mü­fət­tiş" (N.V.Qo­qol) ko­me­di­ya­sı­nın ta­ma­şa­sı olub. Səh­nə­də ilk ad­dım­la­rı­nı atan gənc aktyor Ül­vi Rə­cəb məhz Tu­qa­no­vun ha­zır­la­dı­ğı ta­ma­şa­lar­da uğur­lu ob­raz­lar ya­ra­dıb. Onun ya­rat­dı­ğı Dər­viş ("Şeyx Sə­nan"), İx­ti­yar ("İb­lis"), məh­kə­mə rə­i­si ("Mü­fət­tiş") ob­raz­la­rı ta­ma­şa­çı­lar tə­rə­fin­dən hə­ra­rət­lə qar­şı­la­nıb. Tu­qa­no­vun Tif­lis te­at­rın­da ha­zır­la­dı­ğı "Da­ğı­lan ti­faq" (Ə.Haq­ver­di­yev), "Ha­cı Qa­ra" (M.F.Axun­dov), "Qa­çaq­lar" (F.Şil­ler, tər­cü­mə edə­ni Hə­sən Səb­ri), "Məkr və mə­həb­bət" (F.Şil­ler, tər­cü­mə edə­ni Ələk­bər Sey­fi) və "Otel­lo" (U.Şekspir, tər­cü­mə edə­ni Hə­sən Səb­ri) ta­ma­şa­la­rı da uğur­lu olub. Mə­lum­dur ki, A.Tu­qa­nov Ba­kı­da, Azər­bay­can Döv­lət Dram Te­at­rın­da ça­lı­şar­kən bö­yük dra­ma­turq Cə­fər Cab­bar­lı ilə ya­ra­dı­cı­lıq əmək­daş­lı­ğı edib. Ya­zı­çı­nın pyes­lə­ri­nin qu­ru­luş­la­rı əsa­sən ona məx­sus­dur. La­kin onun Cə­fər Cab­bar­lı ilə "ilk gö­rü­şü" Tif­lis te­at­rın­da olub. Tu­qa­nov bu te­atrda dra­ma­tur­qun "Ədir­nə­nin fət­hi" pye­sin­dən son­ra "Ay­dın" və "Oq­tay Eloğ­lu" pyes­lə­ri­nə də qu­ru­luş ve­rib. O son­ra­lar bu ba­rə­də be­lə ya­zıb: "Bu, xa­ti­rə­si mə­nim üçün mü­qəd­dəs olan, son də­rə­cə gö­zəl, bö­yük dra­ma­turqla ilk gö­rüş idi". Döv­ri mət­bu­at te­at­rın fə­a­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rir­di. Tu­qa­no­vun xa­ti­rə­lə­rin­dən: "Döv­ri mət­bu­at bi­zim işi­mi­zə dostca­sı­na, nik­bin ba­xır­dı. Əmə­yi­miz hə­dər get­mir­di, bir­gə işi­mi­zin elə ilk çağ­la­rı, ilk möv­süm gös­tər­di ki, müs­tə­qil yol­la irə­li­lə­yən Azər­bay­can te­at­rı ya­şa­ma­ğa qa­dir­dir". Hə­min vaxtlar Tif­lis Azər­bay­can Te­at­rı­nın uğur­la­rı Ba­kı te­atr ic­ti­ma­iy­yə­ti­nin də diq­qə­ti­ni cəlb edir. Şüb­hə­siz, uğur­lu ta­ma­şa­la­rın mey­da­na çıx­ma­sı əsa­sən A.Tu­qa­no­vun adı ilə bağ­lı idi. Əl­bət­tə, bu iş­də te­at­rın fə­da­kar aktyor­la­rı­nın əmə­yi də da­nıl­maz­dır" - de­yə A.Bay­ra­mov qeyd edir.

O ya­zır ki, Tu­qa­nov 1924-cü il­də iş­lə­mək üçün Ba­kı­ya -Azər­bay­can Döv­lət Dram Te­at­rı­na də­vət edi­lir. O bu tək­li­fi məm­nu­niy­yət­lə qə­bul edib və son­ra­lar be­lə ya­zıb: "Tif­lis­də ilk möv­sü­mün uğur­la­rı elə bö­yük idi ki, mən Azər­bay­can te­at­rın­da­kı bu təc­rü­bə­mi da­vam et­dir­mək üçün im­ka­nı əl­dən ver­mə­mək qə­ra­rı­na gəl­dim". Be­lə­lik­lə, A.Tu­qa­nov 1924-cü ilin ya­zın­da Tif­lis­lə, ora­da­kı rəs­sam, şa­ir və aktyor dostla­rı ilə vi­da­la­şıb ye­ni te­atr ya­rat­maq, bü­tün bi­lik və təc­rü­bə­si­ni sev­di­yi sə­nə­tə həsr et­mək ba­rə­də qəl­bin­də baş qal­dı­ran çox­dan­kı ar­zu­la­rı­nı re­al­laş­dır­maq üçün  Azər­bay­ca­na, ye­ni iş ye­ri­nə ge­dir.

Alim qeyd edir ki, Tu­qa­nov te­at­rın aktyor he­yə­ti və ta­ma­şa­la­rı ilə ta­nış idi və sə­nət yan­ğı­lı bu in­san­la­rı yük­sək qiy­mət­lən­di­rir­di: "O vaxt Azər­bay­can te­at­rı­nın (Tif­lis te­at­rı - A.B.) Mey­dan­da­kı da­rıs­qal bi­na­sın­da rastlaş­dı­ğım aktyor­la­rın ürə­yi iş­lə­mək, ta­ma­şa ha­zır­la­maq hə­və­si və yan­ğı­sı ilə do­lu idi".

A.Bay­ra­mov qeyd edir ki, məhz bun­la­rı nə­zə­rə alan re­jis­sor əsl te­atr ya­rat­maq, güc­lü kadrlar ye­tiş­dir­mək üçün bü­tün gü­cü­nü sə­fər­bər edir: "Tu­qa­nov ay­rı-ay­rı əsər­lə­rin səh­nə­yə çı­xa­rıl­ma­sı ilə ki­fa­yət­lən­mir, ha­zır­la­dı­ğı ta­ma­şa­la­rın ümu­mi mə­də­ni sə­viy­yə­si­nin yük­səl­dil­mə­si­nə də xü­su­si səy gös­tə­rir və bu­na na­il olur­du: "Bir söz­lə, əsl te­atr ya­rat­maq is­tə­yir­dik!"

Bu gün Azər­bay­can te­at­rı in­ki­şaf edir. İn­ki­şaf et­dik­cə, onu qu­rub ya­ra­dan­la­ra min­nət­dar­lıq his­si ilə boy­la­nır. Azər­bay­can Mil­li Te­at­rı bö­yük çə­tin­lik­lər he­sa­bı­na ya­ra­dı­lıb. Bu te­at­ra nə­fəs ve­rən in­san­lar sı­ra­sın­da A.Tu­qa­no­vun ye­ri əvəz­siz­dir.

Azər­bay­can sə­nə­ti azər­bay­can­çı­lıq, mul­ti­kul­tu­ra­lizm ov­qa­tı ilə in­ki­şaf edir. Biz heç vaxt baş­qa xalqla­rın öv­la­dı olan sə­nət­kar­la­rı kə­nar­da qoy­ma­mı­şıq. Ək­si­nə, on­lar sə­nə­ti­mi­zin for­ma­laş­ma­sı­na ürək­dən dəs­tək olub. A.Tu­qa­nov be­lə te­atr xa­dim­lə­rin­dən bi­ri­dir. Azər­bay­can te­at­rı­na bö­yük töh­fə ve­rən bir sə­nət­kar əbə­di ola­raq xa­tır­lan­ma­lı­dır, xa­tır­la­nır da.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 17-19 dekabr.- S.15