Tarixdə iz buraxanlar: Əlişir Nəvai

Şərq türkcə­si­nin bü­tün gö­zəl ifa­də­lə­ri­ni özün­də top­la­yan Əli­şir Nə­vai 9 fev­ral 1441-ci il­də He­rat şə­hə­rin­də ana­dan olub. Tey­mur xa­nın mə­li­ki Sol­tan Əbu Sə­i­din və­zir­lə­rin­dən olan ata­sı Kiç­ki­nə Ba­ha­dır Əli­şir Nə­va­i­nin təh­si­li­nə çox bö­yük əhə­miy­yət ve­rib. Əli­şir Nə­vai Sol­tan Hü­seyn Bay­qa­ra ilə bir mək­təb­də oxu­yubonun­la dostluq edib. On­lar, iki­sin­dən han­sı döv­lət ida­rə­si­nə ke­çər­sə, di­gə­ri­ni unut­ma­maq üz­rə öz ara­la­rın­da şərt kə­sib­lər. Əli­şir Nə­vai bir müd­dət Xo­ra­san­da, son­ra da Sə­mər­qənddə təh­si­li ilə məş­ğul olub.

Əli­şir Nə­va­i­nin bəx­ti uşaq­lıq və mək­təb dos­tu Hü­seyn Bay­qa­ra­nın Xo­ra­san sol­ta­nı ol­ma­sı ilə açı­lıb. Hü­seyn Bay­qa­ra He­rat­da tax­ta çıx­dıq­da ver­di­yi sö­zü ye­ri­nə ye­tir­mək üçün Əli­şir Nə­va­i­ni ax­tartdı­rıb. Onun Sə­mər­qənddə ol­du­ğu­nu öy­rə­nib. Ma­ve­ra­ün­neh­rin mə­li­yi Əh­məd Mir­zə­yə bir mək­tub ya­za­raq Əli­şi­rin onun ya­nı­na gön­də­ril­mə­si­ni is­tə­yib. Be­lə­cə, Əli­şir Nə­vai Sol­tan Əh­mə­din yar­dı­mı ilə He­ra­ta gə­lib. O, Sol­tan Hü­seyn Bay­qa­ra tə­rə­fin­dən qay­ğı ilə qar­şı­la­na­raq əv­vəl mö­hür­dar­lı­ğa, son­ra da və­zir­li­yə tə­yin edi­lib. Hət­ta Hü­seyn Bay­qa­ra Əli­şir Nə­va­i­yə gös­tə­ri­lə­cək hör­mə­tin ona gös­tə­ril­miş ki­mi sa­yı­la­ca­ğı­nı bir fər­man­la elan edib.

Hü­seyn Bay­qa­ra Nə­va­i­nin çox bö­yük bir sə­nət­kar ol­du­ğu­nu bi­lir­di. Əs­lin­də o ozü də sə­nət­kar idi. Bay­qa­ra­nın zə­min ha­zır­la­ma­sı ilə Əli­şir Nə­vai He­rat şə­hə­ri­nin elm və mə­də­niy­yət hə­ya­tı­nı ol­duq­ca can­lan­dır­dı. Nə­va­i­nin tə­şəb­bü­sü ilə Sol­tan Bay­qa­ra­nın ət­ra­fın­da top­la­nan söh­bət məc­lis­lə­rin­də sə­nət da­ha da in­cə­lir, fi­kir isə uca­lır­dı. Əs­lin­də, He­rat şə­hə­ri möv­cud ha­lı ilə be­lə bir fay­da­lı fə­a­liy­yət­lə­rə ha­zır idi. Çün­ki Mol­la Ca­mi ki­mi bö­yük bir alim, Xa­ti­fi ki­mi güc­lü bir şa­ir, Döv­lət­şah ki­mi məş­hur bir ya­zı­çı He­ra­tın mə­də­niy­yət və sə­nət mən­bə­lə­ri ki­mi or­ta­da idi­lər. Bu gö­zəl şə­ra­it­də Nə­vai şərq türkcə­si­ni, hə­qi­qə­tən, ən yük­sək mər­tə­bə­yə qal­dır­dı. O bu yol­da elə bir cı­ğır aç­dı ki, şe­ir­lə­rin­də is­ti­fa­də et­di­yi dil ilə "Nə­vai di­li" ola­raq ədə­biy­ya­tı­mız­da yer al­dı. Sol­tan Hü­seyn Bay­qa­ra Əli­şir Nə­va­i­nin tək­lif­lə­ri ilə yal­nız mə­də­niy­yət və sə­nət sa­hə­sin­də de­yil, döv­lə­tin rəh­bə­ri ola­raq He­rat şə­hə­ri­ni kar­van­sa­ra­lar, ha­mam­lar, məd­rə­sə­lər, xəs­tə­xa­na­lar­la tə­min edə­rək, iş­gü­zar bir döv­lət ada­mı ki­miözü­nü gös­tər­di.

Əli­şir Nə­vai boş vaxtla­rı­nı ki­tab oxu­maq­la və təd­qi­qat iş­lə­ri­lə ke­çi­rib. Bu­na gö­rə onun ida­rə­si alim­lər və ədib­lər cə­miy­yə­ti ha­lı­na gə­lib. Ədib və şa­ir­lər­lə ya­na­şı, bü­tün elm, sə­nət və hü­nər sa­hib­lə­ri­nə də yar­dım edib. Nə­va­i­nin fə­a­liy­yə­ti döv­rün­də ən bö­yük xid­mət­lə­rin­dən bi­riSa­ray ki­tab­xa­na­sı­nı ya­rat­ma­sı olub.

Sol­tan Hü­seyn onu çox is­tə­yir­di. Hət­ta He­rat­da ol­du­ğu za­man­lar öz ye­ri­nə Əli­şir Nə­va­i­yə və­ka­lət ve­rər, onun na­mi­nə fər­man­lar çı­xa­rar­dı. Əli­şir Nə­vai bir müd­dət son­ra si­ya­sət­dən uzaq­la­şıb is­te­fa et­mək is­tə­yib­sə , sol­tan bu­na ra­zı ol­ma­ya­raq, onu As­ta­ra­bad va­li­li­yi­nə tə­yin edib. Əli­şir Nə­vai ora­da da çox qal­ma­yıb 1490-cı il­də və­zi­fə­dən ay­rı­la­raq qa­lan öm­rü­nü elm sə­nə­tə həsr edib. Bu­na bax­ma­ya­raq, Sol­tan Hü­seyn da­im ona əl tu­tar, şah­za­də­lər Əli­şir Nə­va­i­ni öz məc­lis­lə­rin­dən uzaq­laş­dır­maz­dı­lar.        

Döv­lət si­ya­sət ada­mın­dan çox bir şa­ir elm ada­mı olan Əli­şir Nə­vai o dövrdə nü­mu­nə gös­tə­ri­lən İran ədə­biy­ya­tı­nı türk adət ənə­nə­lə­ri­nə uy­ğun bir ha­la gə­tir­mə­yə ça­lı­şıb. Türk di­li­nə bö­yük xid­mət­lər edib, türklü­yün Ça­ğa­tay sa­hə­sin­də ta­nı­nan bir alim döv­lət ada­mı olub. İn­cə­sə­nət­lə ya­xın­dan məş­ğul olub. Xət­tat, nəq­qaş bun­la­ra bən­zər sə­nət­kar­la­rı qo­ru­yub.

Bö­yük mü­tə­fək­kir şa­ir, döv­lət xa­di­mi Əli­şir Nə­vai öz­bək ədə­biy­ya­tı ta­ri­xi­nin ən gör­kəm­li nü­ma­yən­də­si­dir. O, ge­niş dün­ya­gö­rüş­lü, əda­lət­li, zülmkar­lı­ğa qar­şı mü­ba­riz bir döv­lət xa­di­mi olub.

Əli­şir Nə­vai ta­rix, ədə­biy­yat dil­də söz sa­hi­bi idi. Şe­ir­lə­ri­ni türk fars dil­lə­rin­də ya­zır­dı. Bu­na gö­rə Zül­li­sa­neyn (iki dil sa­hi­bi) adı ilə ta­nı­nır­dı. Əli­şir Nə­vai Qaş­qar­lı Mah­mud­dan son­ra türk di­li­nə xid­mət edən ən bö­yük türk dil­çi­si ədə­biy­yat­çı­sı­dır. O, "Mü­ha­ki­mət-ül-Lü­ğə­teyn" ad­lı əsə­rin­də türkcə ilə farsca­nı qar­şı­laş­dı­ra­raq, bir çox yer­lər­də türkcə­nin üs­tün­lü­yü­nü gös­tə­rib. Da­hi şəx­siy­yət Əli­şir Nə­vai bu əsə­ri­ni türkcə­ni bu­ra­xıb farsca­ya üs­tün­lük ve­rən­lə­ri xə­bər­dar et­mək üçün qə­lə­mə alıb:

 

Ana di­lim üzə­rin­də dü­şün­mə­yə baş­la­dım.

Türkcə­nin də­rin­lik­lə­ri­nə da­lın­ca,

Göz­lə­ri­mə on sək­kiz min aləm­dən

Da­ha yük­sək bir aləm gö­rün­dü...

 

Türkcə!..

gö­zəl­dir sə­ni sev­mək...

gö­zəl­dir sə­nin­lə dü­şün­mək!..

Qır­ğız, öz­bək, türkmən, azə­ri, qa­zax, ta­tar...

Bu gö­zəl xalqla­rın gö­zəl ifa­də­si.

Sə­ni din­lər­kən tar­da, ka­man­da, saz­da, ağıl qa­lar­mı baş­da?

Çe­şi­di-çeş­nə­si ge­niş çi­çək­sən: mə­sə­lən, la­lə...

 

Türkcə!

Sən türklü­yün səs bay­ra­ğı­san!

Sən türklü­yün ulu da­ya­ğı­san!

Sən qo­lu­muz, qa­na­dı­mız­san,

Şan­lı keç­mi­şi­mi­zin ay­dın­lıq bəx­ti­miz­sən!

Can evi­mi­zə nə­fəs ki­mi­sən...

                                 

Türkcə!

Sa­hib­lə­rin o qə­dər çox­dur ki...

Ya­nı­la­raq bi­ri­miz say­maz­lıq gös­tər­sə sə­nə,

Ət­ra­fı­mız­dan bir baş­qa­sı yük­səl­dər sə­si­ni:

Qaş­qar­lı Mah­mud üsu­luy­la, Nə­vai di­liy­lə, Ka­ra­man­lı öf­kə­siy­lə...

Gü­nü, sa­a­tı gə­lər, döv­lət qu­şu­nun qa­na­dıy­la zir­və­lə­rə çı­xar­san..." - de­yib.

Nə­ti­cə­də, on­dan son­ra gə­lən şa­ir ya­zı­çı­lar onun fi­kir­lə­ri­nə üs­tün­lük ve­rə­rək, öz əsər­lə­ri­ni türk di­lin­də yaz­ma­ğa baş­la­yıb­lar.

Ədə­biy­yat ta­ri­xi ilə əla­qə­li olan ki­tab­lar Əli­şir Nə­va­i­nin türkcə­yə olan sev­gi­sin­dən bəhs edir. Bir çox şa­ir­lər gö­zəl şe­ir­lər ya­zır. Dil­dən us­ta­lıq­la is­ti­fa­də edə­rək yü­zil­lər son­ra­sı­na əl atan şa­ir, əl­bət­tə ki, fərqli­dir. Yə­ni Əli­şir Nə­vai fərqli şa­ir­lə­ri­miz­dən bi­ri olub. Fü­zu­li ki­mi onun da tər­zi, üs­lu­bu bir çox şa­i­rə tə­sir edib. Türk ədə­biy­ya­tı­nın önəm­li bağ­ça­la­rın­dan bi­ri olan Or­ta Asi­ya ədə­biy­ya­tı onun var­lı­ğıy­la da­ha da gö­zəl­lə­şib ge­niş ya­yı­lıb.

Əli­şir Nə­va­i­nin şe­ir­lə­ri həm ya­zıl­dı­ğı dövrdə, həm son­ra­lar bü­tün Türk dün­ya­sın­da zövqlə oxu­nub, çox ta­nı­nan türk şa­ir­lə­ri onu özü­nə nü­mu­nə bi­lib, ona tə­rif­lər ya­zıb, onun şe­ir­lə­ri­nə nə­zi­rə­lər söy­lə­yib­lər.

Əli­şir Nə­vai türk di­li­nə həm işıq tu­tub, həm çox tə­ləb­kar olub. An­caq o, bu tə­ləb­kar­lı­ğı ilə xal­qın ba­şa dü­şə bil­mə­yə­cə­yi bir dil si­ya­sə­ti güd­mə­yib. Türklə­rin ba­şa dü­şə­cə­yi ərəb fars kəl­mə­lə­rin­dən öz əsər­lə­rin­də is­ti­fa­də edib türkcə­nin bö­yük­lü­yü­nü gös­tər­mə­yə ça­lı­şıb.

Bö­yük mü­tə­fək­kir şa­ir, döv­lət xa­di­mi Əli­şir Nə­vai öz­bək ədə­biy­ya­tı ta­ri­xi­nin ən gör­kəm­li nü­ma­yən­də­si­dir. O çox şü­ur­lu bir türk aşi­qi idi. O, türk mil­lə­ti­nin bö­yük­lü­yü­nü türkcə­nin uca­lı­ğı­nı çox yax­şı an­la­dır­dı. Farsca­nın bir "ədə­biy­yat di­li" ola­raq ta­nın­mış ol­ma­sı­na hey­rət edər­di. Nə­vai "Mü­ha­ki­mət­Tül-Lü­ğə­teyn" ad­lı əsə­rin­də farsca­ya mey­dan oxu­yub. Bu əsər­də say­dı­ğı yü­zə qə­dər türkcə fe­lin farsca­da qar­şı­lı­ğı ol­ma­dı­ğı­nı is­bat edib ki­ta­bın­da be­lə de­yib: "Tür­kün bi­lik­siz za­val­lı gənclə­ri fars di­li­ni gö­zəl sa­ya­raq şe­ir söy­lə­mə­yə səy gös­tə­rir­lər. Hə­qi­qət­də isə bir in­san yax­şı də­rin­dən dü­şün­sə, türkcə­də bu qə­dər zən­gin­lik var­kən bu dil­də şe­ir söy­lə­mə­nin da­ha ye­rin­də asan ola­ca­ğı­nı an­la­yar..."

Ma­raq­lı­dır ki, Nə­vai bu­ra­da türk di­li­nin farsca­dan üs­tün­lü­yü­nü el­mi də­lil­lər­lə sü­bu­ta ye­ti­rib. Mü­əl­lif türk di­li­ni zə­if sa­ya­raq öz əsər­lə­ri­ni farsca ya­zan qə­ləm sa­hib­lə­ri­nə, mü­a­sir­lə­ri­nə soy­daş­la­rı­na it­haf edib. Tə­sa­dü­fi de­yil ki, öz­bək ədə­biy­ya­tı­nın ba­ni­si sa­yı­lan Əli­şir Nə­vai biz­lə­rə bəl­li olan beş di­va­nı­nın dör­dü­nü türkcə, bi­ri­ni isə farsca ya­za­raq ara­da­kı fər­qi or­ta­ya qo­yub.

Əli­şir Nə­vai fi­kir­lə­ri əsər­lə­ri ilə bir çox möv­zu­da li­der­lik edib. Mə­sə­lən, "Me­ca­lü­sü-ne­fa­is" ad­lı əsə­rin­də ilk də­fə türk ədə­biy­ya­tın­da "şa­ir­lər təz­ki­rə­si" ağı­nı açıb.

Nə­vai türklü­yün bir ol­du­ğu­nu bi­lir­di. Türk mil­lə­ti­nin ay­rı-ay­rı coğ­ra­fi­ya­lar­da ya­şa­mış ol­ma­sı onun kö­nül fi­kir bağ­la­rı­na heç bir mən­fi tə­sir et­mir­di. Türklü­yün Av­ro­pa qar­şı­sın­da bir "son bəy" olan qərb türklə­ri­nə - Os­man­lı­ya sev­gi ilə ba­xır­dı. Ana­do­lu tür­kü­nün qər­bə doğ­ru ha­ra­la­rı güc­lən­dir­di­yi­ni bu güc­lən­dir­mə­nin türk dün­ya­sı­na gə­tir­miş ola­ca­ğı qa­zan­cın fər­qin­də idi. Bu sev­gi, bu an­la­yış bir kö­nül ba­ğı­dır ki o, yaz­dı­ğı şe­ir­lə­ri Bi­zans Fa­te­hi Sol­tan Məh­məd xa­na gön­də­rir­di. Tür­küs­ta­nın türklük gü­nə­şi Əli­şir Nə­va­i­nin bu hə­rə­kə­ti türk bir­li­yi­nin, türklər ara­sın­da­kı kö­nül ba­ğı­nın coğ­ra­fi­ya ta­nı­maz hə­qi­qə­ti­ni ifa­də edir.

Əli­şir Nə­va­i­nin dör­dü türkcə, bi­ri isə farsca ya­zıl­mış beş "Di­van"ı var­dır. O, türk ədə­biy­ya­tın­da beş mən­zu­mə ya­zan ilk şa­ir­dir. Beş mən­zu­mə ilə ye­tin­mə­yib, al­tın­cı mən­zu­mə­si­ni ya­zıb. Nə­vai sa­də­cə şe­ir de­yil, el­mi ədə­bi əsər­lər ya­zır­dı. Onun əsər­lə­ri is­lam əx­la­qı, tə­səv­vüf, iman, əda­lət, doğ­ru­luq, cə­ha­lət, igid­lik, ədəb ki­mi möv­zu­la­rı eh­ti­va edir. Əsər­lə­ri­nin sa­yı 30-dan ar­tıq­dır.

Nə­va­i­nin bir çox əsər­lə­ri xa­ri­ci dil­lə­rə tər­cü­mə olu­nub. Onun əsər­lə­ri hə­lə sağ­lı­ğın­da bö­yük şöh­rət qa­zan­mış­dı. Ta­ri­xi şəx­siy­yət Əli­şir Nə­va­i­nin əsər­lə­ri dün­ya­nın məş­hur ki­tab­xa­na­la­rı­na ya­yı­la­raq qo­ru­nub, mü­a­sir döv­rü­mü­zə qə­dər gə­lib çı­xıb. Əmir Əli­şir Nə­va­i­nin, Türk dün­ya­sı­na bə­şə­ri də­yər­li el­mi-ədə­bi əsər­lər bəxş et­mək­lə ya­na­şı, döv­lət xa­di­mi ki­mi xid­mət­lə­ri ta­ri­xi xa­rak­ter da­şı­yır. Əl­yaz­ma­la­rı dün­ya­nın məş­hur ki­tab­xa­na­la­rın­da mü­ha­fi­zə olu­nur.

3 yan­var 1501-ci il­də He­rat­da və­fat edən türklü­yün bu bö­yük şa­i­ri dün­ya dur­duq­ca kön­lü­müz­də ya­şa­ya­caq.

Ruhu şad olsun!

Bakı xəbər.- 2016.-17-19 dekabr- S.13.