Mədəniyyətlər   arası dialoq və multikulturalizmin Azərbaycan modeli...

Mə­də­niy­yət ən uğur­lu dil­dir. Bu dil­lə in­san­lar bir-bi­ri­ni an­la­yır. Qeyd edək ki, mə­də­niy­yət­lə­rin qo­vuş­ma­sı ol­duq­ca bö­yük bəh­rə ve­rir. Xalqlar dostla­şır, mə­də­niy­yət­lər bir-bi­ri­ni in­kar et­mir. Azər­bay­can­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq hər za­man möv­cud olub. Bi­li­rik ki, Azər­bay­can­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun mul­ti­kul­tu­ra­liz­mə tə­si­ri əvəz­siz­dir.

Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin dok­to­ran­tı Gü­nel Ba­xı­şo­va "Azər­bay­can­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq mul­ti­kul­tu­ra­liz­min şər­ti ki­mi" mə­qa­lə­si­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin "Biz Azər­bay­can­da ça­lı­şı­rıq ki, ya­şa­dı­ğı­mız böl­gə­də re­gi­o­nal əmək­daş­lıq in­ki­şaf et­sin, mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər da­ha da yax­şı­laş­sın, din­lə­ra­ra­sı di­a­loq güc­lən­sin" fik­ri ilə baş­la­yır.

G.Ba­xı­şo­va ya­zır ki, ya­şa­dı­ğı­mız za­man mə­də­niy­yət­lər və din­lər ara­sın­da­kı ya­xın­laş­ma­nın di­lə gə­ti­ri­lə­rək di­a­loq­la­rın qu­rul­du­ğu, bu­nun nə­ti­cə­sin­də mə­də­ni-di­ni fərqli­lik­lər üçün xoş­gö­rü­nün ax­ta­rıl­dı­ğı və bir ara­da sülh şə­ra­i­tin­də ya­şa­ya bil­mək üçün mak­si­mum səy­lə­rin gös­tə­ril­di­yi bir za­man­dır: "Biz in­san­lar fit­rə­tən elə ya­ra­dıl­mı­şıq ki, di­gər in­san­lar­la əla­qə qur­ma­ğa və on­la­rı an­la­ma­ğa eh­ti­ya­cı­mız olur. Dün­ya ta­ri­xi­ni bu ba­xım­dan həm də din­lə­ri və mə­də­niy­yət­lə­ri əha­tə edən bə­şə­ri di­a­loq­lar, mü­na­si­bət­lər ta­ri­xi ki­mi də də­yər­lən­di­rə bi­lə­rik. "Di­a­loq ça­ğı" de­yi­lən in­di­ki vaxtda bu­nun va­cib­li­yi da­ha çox hiss edi­lir. Di­a­lo­qun iki fay­da­sı var: Bi­rin­ci­si, fərqli qrup və mə­də­niy­yət­lə­rin mad­di və mə­nə­vi də­yər­lə­ri ilə ta­nış ol­maq, ikin­ci­si isə, mə­lu­mat və təc­rü­bə mü­ba­di­lə­sin­də ol­maq. Mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq mü­hi­tin­də mü­vəf­fə­qiy­yət­li ol­maq üçün bey­nəl­xalq an­la­yış­la­rı, si­ya­sət­lə­ri ta­nı­maq və di­gər mə­də­niy­yət­lə­rin xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si va­cib­dir. Ma­raq­lı­sı da odur ki, mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq­da mü­vəf­fə­qiy­yə­tin tə­mə­li, həm­çi­nin, in­san­la­rın ilk ön­cə öz mə­də­niy­yət­lə­ri­nə qar­şı həs­sas­lıq gös­tər­mə­si­nə əsas­la­nır.

Apa­rı­lan müx­tə­lif araş­dır­ma­lar nə­ti­cə­sin­də mə­də­ni müx­tə­lif­lik­lə­rin fər­qin­də olan, bu fərqli­lik­lə­rə hör­mət gös­tə­rən və mə­də­ni müx­tə­lif­li­yi qar­şı­lıq­lı an­laş­ma yo­lu ilə üs­tün­lü­yə çe­vi­rə bi­lən öl­kə­lə­rin mü­vəf­fə­qiy­yət əl­də et­di­yi gö­rü­nür. Mul­ti­kul­tu­ral cə­miy­yət­lər­də rə­van in­ki­şaf hal­la­rı ya­şa­nır və döv­lə­tin bey­nəl­xalq aləm­də təh­lü­kə­siz­li­yi yük­sək sə­viy­yə­də tə­min olu­na bi­lir. Çox­mə­də­niy­yət­li mər­kə­zə çev­ril­mə mə­də­niy­yət­lə­rin qar­şı­lıq­lı şə­kil­də qo­vuş­ma­sı­na və hər bir mə­də­niy­yət tə­rə­fin­dən is­lah olun­ma­sı­na sə­bəb olur. Mə­də­niy­yət­lə­rin qa­rış­ma­sı za­ma­nı xalqla­rın nü­ma­yən­də­lə­ri müs­bət də­yər­lə­ri, üs­tün cə­hət­lə­ri qə­bul et­mək­lə, ək­sər hal­lar­da öz mə­də­niy­yət ste­re­o­tip­lə­rin­dən azad olur və is­lah olu­nur­lar. Bu­ra­da fərqli din­lər­dən in­san­lar pay­laş­dıq­la­rı or­taq bir ic­ti­mai mü­hit­də plü­ra­lizm an­la­yı­şı için­də hə­ya­tın or­taq is­ti­qa­mət­lə­ri­ni və ya əda­lət, sülh, in­san hü­quq­la­rı ki­mi cə­miy­yə­tin cid­di mə­sə­lə­lə­ri­ni bir­lik­də həll et­mə­nin yol­la­rı­nı ax­ta­ra bi­lir­lər. Bu cür gö­rüş­lər sa­yə­sin­də mə­də­niy­yət­lər ara­sın­da­kı qar­şı­lıq­lı xid­mə­tin ya­yıl­ma­sı və müs­bət niy­yət və sə­mi­miy­yət alış-ve­ri­şi­nin artma­sı sə­bə­bi­lə hə­ya­tın "in­sa­ni" is­ti­qa­mət­lə­ri or­ta­ya çı­xır".

G.Ba­xı­şo­va ya­zır ki, dün­ya­da ge­dən pro­ses­lər bu gün bu mə­sə­lə­lə­ri: sülh şə­ra­i­tin­də bir ara­da ya­şa­ma, mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun va­cib­li­yi­ni gün­də­mə ye­ni­dən gə­ti­rib. Bu gün özün­də mə­də­niy­yət­lə­rin, si­vi­li­za­si­ya­la­rın, kon­fes­si­ya­la­rın qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri­ni əha­tə edən hu­ma­ni­tar mə­sə­lə­lər həs­sas ya­naş­ma­nı tə­ləb edir. Mə­də­niy­yət­lə­rin di­a­lo­qu dün­ya­da sa­bit­li­yin qo­run­ma­sı, prob­lem­lə­rin qar­şı­sı­nın alın­ma­sı, həll edil­mə­si ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir: "Son za­man­lar dün­ya­da di­gər­lə­ri­nə qar­şı dö­züm­süz­lük­dən qay­naq­la­nan qay­nar nöq­tə­lər for­ma­laş­ma­ğa baş­la­mış­dır. Mü­ha­ri­bə­lər, toq­quş­ma­lar üçün zə­min for­ma­la­şır, mil­li, di­ni zə­min­də qar­şı­dur­ma­lar baş ve­rir, məz­həb zə­mi­nin­də qar­daş qa­nı tö­kü­lür. Bu prob­lem­lə­rin kö­kün­də ey­ni məx­rə­cə gə­lə­rək di­a­loq qu­ra bil­mə­mək, bir söz­lə, "di­a­loq­suz­luq"da­ya­nır. Qlo­bal­laş­ma mil­lət­lə­rin dün­ya sis­te­mi­nə in­teq­ra­si­ya­sı­nın sü­rət­lən­di­ril­mə­si­nə tə­sir edir, mü­a­sir nəq­liy­yat va­si­tə­lə­ri­nin və iq­ti­sa­di əla­qə­lə­rin in­ki­şa­fı ilə güc­lə­nir, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­san­la­ra tə­si­ri­ni güc­lən­di­rir. Bu, xalqlar ara­sın­da mə­də­ni kon­taktla­rın ge­niş­lən­mə­si­nə im­kan ve­rir və in­san­la­rın miq­ra­si­ya pro­ses­lə­ri­ni güc­lə­ni­di­rir. Fərqli mə­də­niy­yət­lə­rin möv­cud­lu­ğu­nun qo­run­ma­sı, mə­də­ni müx­tə­lif­li­yin zən­gin­li­yi­ni dərk et­mək, qar­şı­lıq­lı inam və an­laş­ma şə­ra­i­tin­də mə­də­ni əmək­daş­lı­ğa hör­mət­lə ya­naş­ma qlo­bal­laş­ma döv­rün­də mə­də­niy­yət­lər və din­lə­ra­ra­sı di­a­lo­qun da­vam et­di­ril­mə­si­nə zə­min ya­ra­dır. Mə­də­ni müx­tə­lif­li­yin ta­nın­ma­sı ilə bağ­lı BMT Kon­ven­si­ya­sı­na qo­şu­lan Azər­bay­can Res­pub­li­ka­sı mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun zə­ru­ri­li­yi­ni dərk edə­rək Şərq və Qərb öl­kə­lə­ri ara­sın­da mə­də­ni əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə rə­vac ver­mək­də­dir. Müs­tə­qil­lik əl­də et­mə­yi­miz­lə baş­la­yan bu qı­sa, la­kin uğur­lu yol­da mul­ti­kul­tu­ra­lizm Azər­bay­can döv­lə­ti­nin mil­li-mə­nə­vi, ümum­bə­şə­ri, hu­ma­nist də­yər­lə­rə söy­kə­nən si­ya­si kur­su­na çev­ril­miş­dir. Mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti öl­kə­nin de­mok­ra­tik in­ki­şa­fı­nın, in­san­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə olun­ma­sı­nın tər­kib his­sə­si, öl­kə­də et­nik-mə­də­ni də­yər­lə­rin qo­run­ma­sı­na və in­ki­şaf et­di­ril­mə­si­nə yö­nə­lən bir si­ya­sət ki­mi, mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik - mil­li təh­lü­kə­siz­li­yin mü­hüm kom­po­nen­ti ki­mi nə­zər­dən ke­çi­ri­lir. Çox­mə­də­niy­yət­li­lik həm də döv­lət­lər ət­ra­fın­da möh­kəm əsas­lı sər­həd­lə­ri, san­ki ar­xa­yın sər­həd­lə­ri (təh­lü­kə­siz səd­lə­ri) mey­da­na gə­ti­rir. Xalqla­rın qa­rış­ma­sı nə­ti­cə eti­ba­ri­lə döv­lət­lər ara­sın­da məc­bu­ri ba­rı­şıq­la­rı ya­ra­dır və qar­şı­lıq­lı gü­zəştlə­ri mey­da­na gə­ti­rir. Bax­ma­ya­raq ki, bu ter­min gü­nü­müz­də nis­bə­tən ye­ni sa­yı­lır, an­caq ta­rix bo­yu Azər­bay­can­da mul­ti­mə­də­niy­yət­lik möv­cud ol­muş­dur. Bu­ra­da əsrlər bo­yu mil­li mən­li­yi­ni, də­yər­lə­ri­ni qo­ru­yan di­gər xalqla­ra hör­mət­lə ya­na­şıl­mış­dır".

Təd­qi­qat­çı­nın yaz­dı­ğı­na gö­rə, Azər­bay­can Res­pub­li­ka­sın­da kom­pakt şə­kil­də müx­tə­lif et­nos­la­rın nü­ma­yən­də­lə­ri ya­şa­yır və on­la­rın hər bi­ri öz mad­di və mə­nə­vi mə­də­niy­yə­ti­ni, di­li­ni, ta­ri­xi yad­da­şı­nı, men­ta­li­te­ti­ni, et­nik özü­nü­dər­ket­mə və et­nop­si­xo­lo­gi­ya­sı­nı qo­ru­yub sax­la­yan uni­kal xü­su­siy­yət­lə­rin da­şı­yı­cı­la­rı­dır. Azər­bay­ca­nın mil­li mə­də­niy­yə­ti­nə mü­vəf­fə­qiy­yət­lə in­teq­ra­si­ya olu­nan müx­tə­lif xalqla­rın nü­ma­yən­dəl­lə­ri har­mo­nik in­ki­şaf edir­lər. Azər­bay­can mə­də­niy­yət­lər və din­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin du­ru­mu, et­nik-mil­li-bə­şə­ri müs­tə­vi­lə­rin ahəngdar möv­cud­lu­ğu ba­xı­mın­dan dün­ya­da ör­nək ola bi­lər".

G.Ba­xı­şo­va­nın bil­dir­di­yi­nə gö­rə, bu gün azər­bay­can­çı­lıq mil­li hə­ya­tın, kon­fes­si­ya­la­rın har­mo­ni­ya­sı­nın ço­xəsrlik ənə­nə­si, öl­kə­də ya­şa­yan bü­tün mil­lət­lə­rin və et­nik qrup­la­rın qar­daş­lı­ğı, qar­şı­lıq­lı əla­qə və tə­si­ri­nin ta­ri­xi, on­la­rın ümu­mi ta­le­yi və müs­tə­qil Azər­bay­ca­nın bü­töv­lü­yü uğ­run­da bir­gə mü­ba­ri­zə­si­nin ta­ri­xi təc­rü­bə­si­dir: "Bu, həm­çi­nin, bi­zim özü­nə­məx­sus­lu­ğu­mu­zun tər­kib his­sə­si­dir.

Azər­bay­can dün­yə­vi, si­vil bir döv­lət ola­raq hə­mi­şə di­ni ekstre­miz­mə qar­şı çıx­mış, di­ni dö­züm­süz­lü­yü pis­lə­miş və bu sa­hə­də baş­qa döv­lət­lər­lə əmək­daş­lıq et­miş və et­mək­də­dir.

Azər­bay­can ter­ro­riz­mə, di­ni ekstre­miz­mə qar­şı mü­ba­ri­zə apa­ran öl­kə­lər­lə əmək­daş­lı­ğa üs­tün­lük ve­rir. Mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq an­la­yı­şı­nın əs­lin­də dün­ya üzə­rin­də­ki mə­də­ni müx­tə­lif­li­yin fər­qin­də ol­ma­sı­nın bir nə­ti­cə­si ki­mi or­ta­ya çıx­dı­ğı gö­rül­mək­də­dir. İn­san bil­di­yi və vər­diş et­di­yi şey­lə­rin xa­ri­ci­nə çıx­ma­ğa hər za­man müs­bət bax­maz, bil­mə­di­yi, ta­nı­ma­dı­ğı ilə dost ol­maq­da tə­rəd­düd­lər ya­şa­yar. Hal­bu­ki, dün­ya get­dik­cə qlo­bal bir kənd ha­lı­nı al­maq­da­dır. Ar­tıq ay­rı irq, din və mə­də­niy­yət­lər­dən in­san­lar ey­ni mə­kan­da ya­şa­maq­da­dır. Bu sə­bəb­lə mul­ti­kul­tu­ral hə­ya­ta uy­ğun­laş­maq və müx­tə­lif mə­də­niy­yət­lər­dən in­san­lar­la di­a­loq qur­ma­ğı­mız göz­lə­ni­lən pro­ses­dir. Nə­ti­cə­də həm mə­də­niy­yət­lə­ra­ra­sı, həm də din­lə­ra­ra­sı əla­qə­lər va­si­tə­si­lə or­ta­ya çı­xa­caq ya­xın­laş­ma­lar fərqli mə­də­niy­yət və ənə­nə­lə­rə mən­sub in­san­la­rın bir-bi­ri­ni rədd və in­ka­rı bu­ra­xıb, bir-bi­ri­ni qə­bul et­mə­yə ya­naş­ma­la­rı­na və di­ni inancla­rı­na da­ha uy­ğun bir mü­hit for­ma­laş­dır­ma­la­rı­na sə­bəb ola­caq. Bu cür ya­naş­ma­la­rın ən əhə­miy­yət­li fay­da­sı to­le­rantsız­lıq­dan to­le­rantlı­ğa, qı­na­maq­dan şəf­qət­li ol­ma­ğa, düş­mən­çi­lik­dən hu­ma­nist dostlu­ğa, rə­qa­bət­dən bir­li­yə, kompro­mi­sə, əda­vət­dən xi­las olun­ma­ğa və xa­os­dan ni­zam­lı hə­yat tər­zi­nə gö­tür­mə­si­dir. Azər­bay­can bu is­ti­qa­mət­də dün­ya­ya mü­hüm töh­fə ve­rir. Nə­in­ki öz öl­kə­sin­də­ki mə­də­ni-di­ni müx­tə­lif­lik­lə cə­miy­yət-döv­lət ara­sın­da qu­ru­lan təq­di­rə­la­yiq di­a­loq mü­hi­ti, mul­ti­kul­tu­ral si­ya­sə­ti­nin uğu­ru, o cüm­lə­dən dün­ya­nın di­gər öl­kə­lə­ri ilə, nü­fuz­lu təş­ki­lat­la­rı ilə qu­ru­lan di­a­loq tək­cə Azər­bay­can üçün de­yil, bü­tün re­gi­on, dün­ya üçün əhə­miy­yət­li­dir. Bu gün dün­ya ic­ti­ma­iy­yə­tin­də "mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq" ami­li­ni güc­lən­dir­mək tə­şəb­büs­lə­ri­nin ge­niş­lən­mə­si Azər­bay­ca­na bey­nəl­xalq are­na­da da­ha möh­kəm nü­fuz və eti­bar qa­zan­dı­rır. Azər­bay­can mü­səl­man öl­kə­si ol­sa da, bu­ra­da həm is­lam, həm xris­ti­an, həm də di­gər din­lə­rin ta­ri­xi-mə­də­ni ir­si­nə bö­yük hör­mət­lə ya­na­şı­lır. Bu ba­xım­dan Azər­bay­ca­nın heç bir tə­rəd­düd et­mə­dən dün­ya­nın dörd bir tə­rə­fin­də di­a­lo­qa cəhd gös­tər­mə­yə tam mə­nə­vi haq­qı ça­tır.

Azər­bay­ca­nın din­lə­ra­ra­sı di­a­loq və əmək­daş­lıq sa­hə­sin­də na­dir təc­rü­bə­si öl­kə xa­ri­cin­də də yük­sək qiy­mət­lən­di­ril­miş və ta­nın­mış­dır. Bu­nun ba­riz nü­mu­nə­si ki­mi Ro­ma-Ka­to­lik Kil­sə­si­nin baş­çı­sı ol­muş II İo­hann Pa­ve­lin 2002-ci ilin ma­yın­da Ba­kı­da olar­kən de­di­yi fi­kir­lə­ri xa­tır­lat­maq ki­fa­yət­dir: "Azər­bay­can üç müx­tə­lif di­nin dinc ya­na­şı ya­şa­dı­ğı na­dir bir öl­kə və di­ni dö­züm­lü­lük ba­xı­mın­dan sa­bit cə­miy­yət­dir. Bu sta­bil­lik gər­gin əmə­yin, öl­çü­lüb-bi­çil­miş çox in­cə bir si­ya­sə­tin və möh­kəm ira­də­nin nə­ti­cə­si­dir. Bu, mil­li adət-ənə­nə­lə­rə, mə­nə­vi-di­ni də­yər­lə­rə öl­kə rəh­bər­li­yi­nin mü­na­si­bə­ti fo­nun­da ya­ran­mış əl­ve­riş­li şə­ra­i­tin tə­bii tə­za­hü­rü­dür".

Döv­lət mü­şa­vi­ri Ka­mal Ab­dul­la çı­xış­la­rı­nın bi­rin­də qeyd edib ki, Hey­dər Əli­yev Fon­du­nun dü­şü­nül­müş, sis­tem­li fə­a­liy­yə­tin­də mul­ti­kul­tu­ra­liz­min mü­hüm as­pektlə­rin­dən bi­ri olan mə­də­niy­yət­lə­ra­ra­sı əla­qə­lə­rin möh­kəm­lən­mə­si is­ti­qa­mə­ti xü­su­si yer tu­tur. Fon­dun Pre­zi­den­ti, Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, UNES­CO-nun və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban Əli­ye­va­nın tə­şəb­bü­sü ilə ke­çi­ri­lən "Mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq­da qa­dın­la­rın ro­lu­nun ge­niş­lən­di­ril­mə­si", "Qlo­bal­laş­ma şə­ra­i­tin­də mə­də­niy­yət­lə­rin ro­lu", "Çox­mə­də­niy­yət­li dün­ya­da sülh şə­ra­i­tin­də bir­gə­ya­şa­ma", "Azər­bay­can - to­le­rantlıq mə­ka­nı" la­yi­hə­lə­ri­ni xü­su­si qeyd et­mək olar. Meh­ri­ban xa­nım Əli­ye­va­nın rəh­bər­lik et­di­yi Hey­dər Əli­yev Fon­du hər bir la­yi­hə­si ilə müx­tə­lif xalqlar ara­sın­da hu­ma­nizm, həm­rəy­lik və dö­züm­lü­lük ki­mi bə­şə­ri də­yər­lə­rin bər­qə­rar ol­ma­sı­na öz töh­fə­si­ni ve­rir. Uğur­la hə­ya­ta ke­çi­ri­lən "To­le­rantlı­ğın ün­va­nı Azər­bay­can" la­yi­hə­si çər­çi­və­sin­də öl­kə­də­ki məs­cid, kil­sə, si­na­qoq­lar­da tə­mir-bər­pa iş­lə­ri apa­rıl­mış­dır. Bun­dan baş­qa, Ba­kı­da yə­hu­di uşaq­la­rı üçün təh­sil komplek­si­nin is­ti­fa­də­yə ve­ril­mə­si, Fran­sa­da bir sı­ra kil­sə­lə­rin, mü­qəd­dəs Ro­ma ka­ta­kom­ba­la­rı­nın bər­pa­sın­da iş­ti­ra­kı, Həş­tər­xan­da Mü­qəd­dəs Knyaz Vla­di­mi­rə abi­də­nin ucal­dıl­ma­sı da məhz ay­rı-ay­rı xalqla­rın və kon­fes­si­ya­la­rın qar­şı­lıq­lı hör­mət və dostluq mü­na­si­bət­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si­nə xid­mət edir".

Pre­zi­den­tin de­di­yi ki­mi, öl­kə­miz­də dö­züm­lü­lü­yün və to­le­rantlı­ğın yük­sək sə­viy­yə­də ol­ma­sı faktdır və bu, güc mən­bə­yi­dir: "Hər bir cə­miy­yə­tin gü­cü onun di­ni və mil­li müx­tə­lif­li­yi­dir". Ba­xı­şo­va qeyd edir ki, bu söz­lər Pre­zi­dent İl­ham Əli­ye­vin stra­te­ji möv­qe­yi­ni də­qiq nü­ma­yiş et­di­rir. Hə­min möv­qe­yə gö­rə, çox zən­gin ta­ri­xi və mə­də­ni ir­si, di­ni və so­si­al to­le­rantlıq ənə­nə­lə­ri olan Azər­bay­can ha­zır­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq, dün­ya mə­də­niy­yə­ti və si­vi­li­za­si­ya­la­rı­nın qar­şı­lıq­lı tə­si­ri mə­ka­nı­na uğur­la transfor­ma­si­ya olu­nur, özü­nün zən­gin təc­rü­bə­si­ni dün­ya ic­ti­ma­iy­yə­ti­nə tək­lif edir.

"Azər­bay­ca­nın yük­sək tə­şəb­büs­kar­lı­ğı ilə pay­tax­tı­mız­da təş­kil edi­lən çox­say­lı mö­tə­bər bey­nəl­xalq təd­bir­lər Ba­kı­nı ar­tıq re­gi­o­nun tək­cə dip­lo­ma­tik de­yil, həm də mul­ti­kul­tu­ra­lizm mər­kə­zi­nə çe­vir­miş­dir. Res­pub­li­ka­mız son il­lər­də Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­ru­ma, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na üzv döv­lət­lə­rin mə­də­niy­yət na­zir­lə­ri­nin konfran­sı­na, Ümum­dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Di­a­loq Fo­ru­mu­na, Dün­ya Di­ni Li­der­lə­ri­nin Zir­və gö­rü­şü­nə, Krans Mon­ta­na Fo­ru­mu­na, Da­vos Fo­ru­mu­na, III Qlo­bal Ba­kı Fo­ru­mu­na, ha­be­lə İlk Av­ro­pa Oyun­la­rı­na və di­gər bey­nəl­xalq təd­bir­lə­rə uğur­la ev sa­hib­li­yi et­miş­dir. 2014-cü il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­lət­lə­ra­ra­sı, mul­ti­kul­tu­ra­lizm və di­ni mə­sə­lə­lər üz­rə Döv­lət Mü­şa­vir­li­yi Xid­mə­ti­nin, Ba­kı Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi­nin, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Bi­lik Fon­du­nun ya­ra­dıl­ma­sı, mul­ti­kul­tu­ra­lizm sa­hə­sin­də ən op­ti­mal mo­del se­çi­lən Azər­bay­can nü­mu­nə­si­nin öy­rə­nil­mə­si məq­sə­di­lə Av­ro­pa öl­kə­lə­rin­də "Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi" fən­ni­nin təd­ri­si­nə baş­lan­ma­sı öl­kə baş­çı­mı­zın hər za­man müs­tə­qil, şəf­faf və dü­rüst si­ya­sət tə­rəf­da­rı ol­du­ğu­nu bir da­ha təs­diq edir. 2016-cı ilin Azər­bay­can­da "Mul­ti­kul­tu­ra­lizm ili" elan olun­ma­sı döv­lə­tin hu­ma­niz­mə, bir­gə­ya­şa­yış ənə­nə­lə­ri­nə ver­di­yi önə­mi əks et­di­rir".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 27 dekabr.- S.15