Şərur Rayon
Xalq Teatrının 35 illiyində Naxçıvan
teatr sənətinin böyük
yoluna nəzər salındı
.
.
Dekabrın 22-də Şərur şəhərindəki "Bahar" kinoteatrında
Rza Təhmasib adına Şərur
Rayon Xalq Teatrının
yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirilib. "Şərq qapısı"
qəzeti xəbər
verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında
mədəniyyət və
incəsənətin bütün
sahələrinə göstərilən
diqqət və qayğı mədəni
yüksəlişi təmin
edib. Bunun nəticəsidir
ki, Muxtar Respublikada fəaliyyət
göstərən 3 dövlət
teatrı, 5 xalq teatrı, 1 dövlət
filarmoniyası, 1 dövlət
uşaq filarmoniyası,
28 muzey və 1 rəsm qalereyası,
225 klub və mədəniyyət evi,
234 kitabxana, 27 uşaq
musiqi, incəsənət
və bədii sənətkarlıq məktəbi
regionun mədəni
həyatında mühüm
rol oynayır.
Qeyd olunub ki, mədəniyyət və incəsənətimizdən
danışarkən sənət
tariximizə şərəfli
səhifələr yazmış
teatrımız daim
yada düşür. Azərbaycan teatrının inkişafı,
teatrlarımızın yaradıcılıq
axtarışlarının genişləndirilməsi ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Teatra, sənət adamlarına
böyük diqqət
və qayğı göstərən ulu öndərinmizin qayğısı
ilə ötən əsrin 70-ci illərindən
başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm
qoyub. Görkəmli
dövlət xadimi teatr sənətinə
yüksək qiymət
verərək deyirdi:
"Teatr Azərbaycanda
mədəniyyətin, xalqımızın
milli ruhunun, milli dirçəlişinin
inkişafında, ümumiyyətlə,
xalqımızın mədəni
səviyyəsinin yüksəldilməsində
böyük rol oynamışdır".
Belə mədəniyyət müəssisələrinə
diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
davam etdirilir. 2006-cı ildə
qəbul olunmuş
"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu,
ölkə başçısının
"Azərbaycan teatr
sənətinin inkişaf
etdirilməsi haqqında"
2007-ci il 19 fevral tarixli Sərəncamı,
2009-cu ildə təsdiq
edilmiş "Azərbaycan
teatrı 2009-2019-cu illərdə
Dövlət Proqramı"
milli teatrımızın
maddi-texniki bazasının möhkəmləndirilməsi,
kollektivlərin yaradıcılıq
potensialının inkişaf
etdirilməsi baxımından
mühüm dövlət
sənədləridir.
Natəvan Qədimova deyib ki, Naxçıvan Muxtar Respublikasında
da teatrların fəaliyyətinə hərtərəfli
qayğı göstərilir. Son illər muxtar respublikada teatrların
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilib, teatr
binalarının hamısı
yenidən qurulub və ya əsaslı
təmir olunaraq istifadəyə verilib.
Bu gün regionda fəaliyyət göstərən
Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrı, M.T.Sidqi
adına Naxçıvan
Dövlət Kukla Teatrı, Naxçıvan
Dövlət Uşaq
Teatrı, 5 xalq teatrı, Naxçıvan
Dövlət Universitetinin
Tələbə Teatr
Studiyası tamaşaçıların
mənəvi və estetik zövqünün
formalaşmasında, asudə
vaxtının mənalı
təşkilində əhəmiyyətli
rol oynayır. Teatr o zaman davamlı inkişaf yolunda olur ki, orada
gənc aktyorlar nəsli yetişsin.
Muxtar Respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan
Dövlət Universitetində
Aktyorluq sənəti
ixtisası açılıb.
Muxtar Respublikada ömrünü teatra bağlayanların əməyi
dövlət tərəfindən
daim yüksək qiymətləndirilir, yaradıcı
insanlar Azərbaycan
Respublikasının və
Naxçıvan Muxtar
Respublikasının fəxri
adlarına, orden və medallara, Prezident təqaüdü
və mükafatlarına
layiq görülür.
Diqqətə çatdırılıb ki, bu gün
yaradılmasının 35 illiyi qeyd edilən
Rza Təhmasib adına Şərur
Rayon Xalq Teatrının
da Muxtar Respublikada teatr sənətinin inkişafında
və təbliğində
öz yeri var. Teatr ötən illər ərzində hazırladığı müxtəlif
məzmunlu tamaşalarla
rayon sakinlərinin estetik
zövqünün formalaşmasında,
gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində,
insanların asudə
vaxtlarının mənalı
və səmərəli
keçirilməsində əhəmiyyətli rol
oynayıb.
Nazir teatrın
35 illiyi münasibətilə
kollektivin bütün
üzvlərini təbrik
edib, onlara yaradıcılıq uğurları
arzulayıb, teatrın
bir qrup əməkdaşına diplomlar
təqdim olunub.
Şərur Rayon Xalq Teatrının
rejissoru Nəsimi Məmmədzadə "Şərur
Xalq Teatrının
keçdiyi yaradıcılıq
yolu" mövzusundakı
çıxışında bildirib ki, 1938-ci ildə SSRİ Ali Sovetinə
deputatlığa namizədliyini
bu rayondan irəli sürmüş
dahi bəstəkar Üzeyir Hacıbəyovun
seçiciləri ilə
görüşündə bir qrup ziyalı
"Arşın mal alan"
musiqili komediyasından
bir səhnə hazırlayaraq təqdim
etmişdi. Tədbirdən
sonra görkəmli
sənətkardan ilk xeyir-dualarını alan həvəskarlar
tərəfindən dram dərnəyi
yaradılır. Dram dərnəyi zamanla öz ətrafına yaradıcı insanlar toplayıb, repertuarına
bir çox tamaşalar daxil edib. Bu sırada Səməd Vurğunun
"Vaqif", Cəfər
Cabbarlının "Solğun
çiçəklər", Süleyman Sani Axundovun "Tamahkar",
Altay Məmmədovun "Yadındamı", Gəray
Fəzlinin "Yeddi
ulduzlu səma" əsərinin motivləri
əsasında "Gənclik
bir də qayıtmır", Qəni
Hüseynovun "Nicat"
və başqa tamaşaları qeyd etmək olar. 1981-ci ildə çox böyük uğurla Qəni Hüseynovun
"Nicat" əsərini
tamaşaya hazırlayan
dram dərnəyinə Naxçıvan
Muxtar Respublikası
Mədəniyyət Nazirliyi
böyük pedaqoq,
rejissor R.Təhmasibin
adını daşımaqla
xalq teatrı statusu verib. Öz yaradıcılıq
uğurlarına görə
xalq teatrı statusu alan
kollektiv bu qayğıdan ruhlanaraq
repertuarını daha
da zənginləşdirib.
Bu baxımdan rejissor
Qvami Baxşəliyevin
quruluşunda Malik
Muxtarın "Zəngulənin
zəngləri", Cəlil
Məmmədquluzadənin "Kişmiş oyunu", rejissor Pərvanə Cabbarovanın quruluşunda
Vaqif Əsrarın
"Şiraslanın arvadı",
rejissor Sabir Cəfərovun quruluşunda
"Toy kimindir?" musiqili
komediyalarını qeyd
etmək olar.
Ötən dövr ərzində teatrda istedadlı aktyor və rejissor nəsli yetişib. Onlar teatrın inkişafında
öz səy və bacarıqlarını
əsirgəməyiblər, müxtəlif illərdə
Anton Pavloviç Çexovun
"Ayı", Mirzə
Fətəli Axundovun
"Hekayəti-Müsyö
Jordan və Dərviş
Məstəli şah",
Süleyman Rüstəmin
"Çimnaz xanım
yuxudadır", Üzeyir
Hacıbəyovun "Quyruqlu
ulduz", Qeybulla Rəsulovun "Rəhmə
gəl, mələyim",
Nəcəf bəy Vəzirovun "Dələduz",
Mirzə Ələkbər
Sabirin 150 illik yubileyi münasibətilə
"Dindirir əsr bizi", Cahangir Aslannoğlunun "Qısqanc
ər", Əbdürrəhim
bəy Haqverdiyevin
"Ac həriflər" əsərlərinin uğurlu
səhnə həllində
istedadlarını nümayiş
etdiriblər.
Vurğulanıb ki, 2006-cı ildə özünün 25 illiyini
qeyd edən teatr Naxçıvan Muxtar Respublikası Ali
nMəclisinin fəxri
fərmanı ilə
təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi
xalq teatrlarının
birinci ümumrespublika
baxış-müsabiqəsində iştirak edərək
54 teatr kollektivi arasında ikinci dərəcəli diplomla
təltif olunub.
2015-ci ildə Naxçıvan
Muxtar Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış-müsabiqəsində
teatr Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin
motivləri əsasında
hazırlanmış "Yuxu" tamaşasına
görə müsabiqənin
ikinci dərəcəli
diplomuna layiq görülüb. Kollektivin üzvlərinin
əməyi dövlətimiz
tərəfindən fəxri
adlarla və dövlət mükafatları
ilə qiymətləndirilib.
Tədbirin bədii hissəsində
xalq teatrının
müxtəlif illərdə
hazırladığı tamaşalardan parçalar
göstərilib və
teatrın tarixi ilə bağlı videoçarx nümayiş
etdirilib.
Tədbirin sonunda Azərbaycan
Respublikasının Əməkdar
mədəniyyət işçisi
Kimya Babayeva və Nəsimi Məmmədzadənin xalq
folkloru əsasında
səhnələşdirdiyi
"Toy" tamaşasının nümayişi olub.
Yubiley tədbirindən sonra
kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Natəvan
Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Məmmədov teatrın
üzvlərini təbrik edib və onlara yaradıcılıq
uğurları arzulayıb.,
Bakı xəbər.- 2016.- 24-26 dekabr.- S.15.