Al­ma­ni­ya­da ya­şa­yan yə­hu­di əsil­li Azər­bay­can uşaq şa­i­ri tü­kən­məz və­tən sev­gi­si­ni bir da­ha gös­tər­di...

Si­max Şey­da: "Al­la­hın kö­mək­li­yi ilə üç­rəngli bay­ra­ğı­mız Xan­kən­di­də, Şu­şa­da, La­çın­da, Kəl­bə­cər­də dal­ğa­la­na­caq"

 

O özü­nü əsl azər­bay­can­çı sa­yır və ya­şa­dı­ğı öl­kə­də Azər­bay­ca­nı la­yi­qin­cə ta­nı­da bi­lir. Yə­hu­di əsil­li Azər­bay­can şa­i­ri Si­max Şey­da­dan da­nı­şı­ram. O, ədə­biy­yat­da öz sö­zü­nü de­yən ağ­saq­qal ədib­lə­ri­miz­dən bi­ri­dir. Azər­bay­ca­nı ürə­yi, ca­nı bi­lən Si­max Şey­da­nın ta­le­yi­nə qür­bət­də ya­şa­maq dü­şüb. O, Al­ma­ni­ya­nın Mün­hen şə­hə­rin­də ya­şa­yır. Si­max mü­əl­lim Azər­bay­ca­nı unut­mur, hər il və­tə­nə gə­lir. Ta­nın­mış şa­ir, ic­ti­mai xa­dim S.Şey­da ha­zır­da Ba­kı­da­dır. Onun­la gö­rü­şüb söh­bət­ləş­dim.

- Si­max mü­əl­lim, Si­zi və­tən­də xoş gör­dük. Ba­kı­da özü­nü­zü ne­cə hiss edir­si­niz?

- De­yir­lər ki, və­tə­nə gəl­din, ima­na gəl­din... Özü­mü çox əla hiss edi­rəm. Ba­kı­ya hə­mi­şə bö­yük se­vinclə gə­li­rəm. Ba­kı­nı çox se­vi­rəm. Mən Azər­bay­can­da do­ğul­mu­şam, bu­ra­nın su­yu­nu içib ha­va­sı­nı ud­mu­şam, Azər­bay­ca­nın yax­şı oğ­lan­la­rı, gö­zəl in­san­la­rı ilə dos­tam. Oğuz ra­yo­nun­da do­ğul­mu­şam, Gən­cə­də bö­yü­mü­şəm, oxu­mu­şam.

- Azər­bay­can Mün­hen­dən ne­cə gö­rü­nür?

- Çox gö­zəl gö­rü­nür. Mən hər də­fə Ba­kı­ya gə­lən­də şə­hər­də ye­ni­lik­lər gö­rü­rəm. Bu mə­ni se­vin­di­rir. Ba­kı də­yi­şir, gö­zəl­lə­şir, kör­pü­lər, hün­dür bi­na­lar, abad parklar çox gö­zəl­dir. Şə­hə­rə gə­lən­də elə bi­lir­sən ki, baş­qa bir yer­də­sən, adam hey­rət­lən­mə­yə bil­mir. Azər­bay­can gü­nü-gün­dən in­ki­şaf edir, Azər­bay­ca­nın bö­yük gə­lə­cə­yi var. İn­ki­şaf sa­yə­sin­də Azər­bay­can şə­hər­lə­ri Av­ro­pa­nın ən gö­zəl şə­hər­lə­ri ilə rə­qa­bə­tə gi­rə bi­lər. Azər­bay­can özü də dün­ya­nın in­ki­şaf et­miş döv­lət­lə­ri ilə ey­ni sə­viy­yə­də gör­sə­nə­cək. Bax­ma­ya­raq ki, o öl­kə­lə­rin uzu­nil­lik döv­lət­çi­lik təc­rü­bə­si var, müs­tə­qil­lik ta­rix­lə­ri­nin ya­şı çox­dur. An­caq müs­tə­qil Azər­bay­can döv­lə­ti gəncdir, hə­lə onun 25 ya­şı var, am­ma güc­lü­dür, əzə­mət­li­dir. Bi­lir­si­niz ki, biz uzun il­lər so­vet əsa­rə­ti al­tın­da ol­mu­şuq. Yu­xa­rı­dan nə de­yib­lər, onu et­mi­şik, bi­zə sər­bəstlik ve­ril­mə­yib. An­caq bu gün müs­tə­qi­lik, öl­kə­miz in­ki­şaf edir. Mən Azər­bay­can­la fəxr edi­rəm.

- Ye­ri gəl­miş­kən, de­yim ki, Siz bö­yük azər­bay­can­lı­lar­dan və azər­bay­can­çı­lar­dan bi­ri­si­niz. Si­zin ya­ra­dı­cı­lı­ğı­nı­zın bö­yük his­sə­si Azər­bay­can­la, Azər­bay­can di­li, mə­də­niy­yə­ti, tə­bi­ə­ti, baş­lı­ca­sı ola­raq Qa­ra­bağ dər­di ilə bağ­lı­dır.

- Mən özü­mü azər­bay­can­lı, azər­bay­can­çı he­sab edi­rəm. Çün­ki mə­nim dostla­rı­mın ha­mı­sı azər­bay­can­lı­lar­dır. Uşaq­lıq­dan azər­bay­can­lı­lar­la tə­mas­da ol­mu­şam, bir­gə oxu­mu­şuq. Mən or­ta mək­tə­bi Gən­cə­də oxu­mu­şam. Mək­tə­bə bir sa­at, sa­at ya­rım tez ge­dir­dim, həm dər­si­mi­zi oxu­yur­duq, həm də uşaq­lar­la ün­siy­yət­də olur­duq, bir-bi­ri­mi­zə kö­mək edir­dik. Dostlar­dan çox şey öy­rən­mi­şəm. Ona gö­rə də özü­mü bir azər­bay­can­lı sa­yı­ram. Azər­bay­can doğ­ma və­tə­nim­dir. Gö­zü­mü Azər­bay­can­da aç­mı­şam.

- Si­max mü­əl­lim, Siz Azər­bay­ca­nı xa­ric­də təm­sil edən söz ada­mı­sı­nız. Azər­bay­ca­nı ne­cə ta­nı­dır­sı­nız?

- Hə­mi­şə ça­lı­şı­ram ki, Azər­bay­can haq­qın­da in­san­la­ra mə­lu­mat ve­rim. Qa­ra­bağ dər­di mə­nim dər­dim­dir. O vaxt də­fə­lər­lə Qa­ra­bağ­da ol­mu­şam. Ora­nın tə­bi­ə­ti də, in­san­la­rı da mə­nə doğ­ma olub. Qa­ra­ba­ğa tez-tez ge­dər­dim, Ağ­dam­da, Şu­şa­da çox gün­lə­rim ke­çib. Şu­şa­da Xalq Te­at­rı­nı aç­mış­dıq, son­ra onu döv­lət te­at­rı sə­viy­yə­si­nə gə­tir­dik.

- Siz uzun il­lər Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qın­da iş­lə­mi­si­niz. Yə­qin o dövrlər­dən da­nı­şır­sı­nız...

- Bə­li. Qa­ra­bağ mə­nim üçün çox əziz­dir. Ya­ra­dı­cı­lı­ğım­dan Qa­ra­bağ möv­zu­su qır­mı­zı xətt ki­mi ke­çir. Bu möv­zu­da çox­lu şe­ir­lə­rim var. Mən həm uşaq­lar, həm də bö­yük­lər üçün ya­zı­ram. Uşaq­lar üçün yaz­dı­ğım xey­li say­da şe­i­rin möv­zu­su Qa­ra­bağ­la, iş­ğal olun­muş tor­paq­la­rı­mız­la bağ­lı­dır. Məq­sə­dim odur ki, Qa­ra­ba­ğın ne­cə bir di­yar ol­du­ğu­nu bil­sin­lər. Ye­ni nə­sil bil­mə­li­dir ki, Qa­ra­bağ qə­dim­dən Azər­bay­can tor­pa­ğı olub, Al­lah qoy­sa, ye­nə də Azər­bay­ca­nın ola­caq. Al­la­hın kö­mək­li­yi ilə üç­rəngli bay­ra­ğı­mız Xan­kən­di­də, Şu­şa­da, La­çın­da, Kəl­bə­cər­də və di­gər iş­ğal al­tın­da olan tor­paq­la­rı­mız­da dal­ğa­la­na­caq.

Bö­yük­lər üçün yaz­dı­ğım şe­ir­lər ara­sın­da da Qa­ra­bağ, Xo­ca­lı möv­zu­sun­da nü­mu­nə­lər var. 20-dən çox şe­i­rim bu möv­zu­ya həsr olu­nub. Ey­ni za­man­da da "Xo­ca­lı­dan gə­lən oğ­lan" ad­lı bir pyes yaz­mı­şam. Bu pye­si Ağ­dam Döv­lət Dram Te­at­rı gö­tü­rüb ta­ma­şa ha­zır­la­ma­lı­dır. Te­atr Ba­kı­da yer­ləş­mir. Qu­zan­lı­da yer­lə­şir.

- Azər­bay­can çox­mil­lət­li döv­lət­dir. Yə­hu­di­lər də bir ne­çə əsrdir Azər­bay­can­da ya­şa­yır. Xalqlar ara­sın­da qar­daş­lıq, dostluq mü­na­si­bət­lə­ri var. Bu ba­rə­də nə de­yər­di­niz?

- Ta­ma­mi­lə Si­zin­lə ra­zı­yam. Mən 60 il Azər­bay­can­da ya­şa­mı­şam. Onun 30 ili Gən­cə­nin, 30 ili Ba­kı­nın pa­yı­na dü­şüb. Son­ra səh­hə­tim­lə bağ­lı Al­ma­ni­ya­ya get­mi­şəm. Yə­hu­di xal­qı ilə Azər­bay­can xal­qı hər za­man dost olub, bir-bi­rin­dən dəs­tə­yi­ni əsir­gə­mə­yib. Hə­mi­şə azər­bay­can­lı­lar­la yə­hu­di­lə­rin çö­rə­yi, su­yu bir olub. Ona gö­rə də Azər­bay­can xal­qı həm qo­naq­pər­vər­dir, həm də Al­la­ha bağ­lı xalqdır.

- Bu gə­li­şi­niz­də "Qır­mı­zı qə­sə­bə"yə get­di­niz­mi?

- Yox, ge­də bil­mə­dim. An­caq ke­çən il get­miş­dim.

- Si­max mü­əl­lim, 80 il­lik yu­bi­le­yi­niz­lə bağ­lı Azər­bay­can döv­lə­ti tə­rə­fin­dən mü­ka­fat­lan­dı­rıl­dı­nız. Bu Si­zin fə­a­liy­yə­ti­ni­zə, əmə­yi­ni­zə qiy­mət­dir. Bu Siz­də ne­cə hisslər ya­rat­dı?

- Əl­bət­tə, çox se­vin­dim. "Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fəx­ri Dip­lo­mu"na la­yiq gö­rül­düm. Ey­ni za­man­da da Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin "Fəx­ri mə­də­niy­yət iş­çi­si" döş ni­şa­nı ilə təl­tif edil­dim. Na­zir Əbül­fəs Qa­ra­yev özü mə­ni mü­ka­fat­lan­dır­dı. Yu­bi­le­yim bu­ra­da ke­çi­ril­di. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yin­də mə­nə çox yük­sək sə­viy­yə­də yu­bi­ley ke­çi­ril­di. Yu­bi­le­yi­min Ya­zı­çı­lar Bir­li­yin­də ke­çi­ril­mə­si mə­nə da­ha bö­yük se­vinc bəxş et­di. Çün­ki Bir­lik mə­nim üçün çox doğ­ma­dır. De­yim ki, 70 və 75 il­lik yu­bi­ley­lə­rim də Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yin­də ke­çi­ri­lib.

- Si­max mü­əl­lim, ədə­biy­ya­ta gə­lən­də kim­lər­dən qay­ğı gör­dü­nüz?

- Ya­ra­dı­cı­lı­ğı­mın ilk il­lə­ri­ni xa­tır­la­yan­da ya­dı­ma mü­əl­lim­lə­rim dü­şür. Çün­ki ilk şe­ir­lə­ri­mi, ilk ürək çır­pın­tı­la­rı­mı or­ta mək­təb mü­əl­lim­lə­ri­mə oxu­yub on­la­rın xe­yir-du­a­sı­nı al­mı­şam. 13 ya­şım­da "Ge­niş düz­lər" ad­lı bir şe­ir yaz­dım. Hə­min şe­i­ri Qə­ni­rə mü­əl­li­mə­yə gös­tər­dim. So­ruş­du ki, ki­min şe­i­ri­dir? De­dim mən yaz­mı­şam. "Çox yax­şı­dır, da­vam et" - de­di. Yu­xa­rı si­nif­də oxu­yan­da ədə­biy­yat mü­əl­li­mi­miz Əli mü­əl­li­mə gös­tər­dim şe­ir­lə­ri­mi, o da bə­yən­di. Hə­mi­şə təd­bir­lər olan­da mə­ni özü ilə apa­rır­dı, mən də şe­ir de­yir­dim, çı­xış edir­dim. İlk qay­ğı­nı mü­əl­lim­lə­rim­dən gör­mü­şəm. Gən­cə­də Ya­zı­çı­lar İt­ti­fa­qı­nın fi­li­a­lı var­dı. Ora Nə­ri­man Hə­sən­za­də də ge­dir­di, mən də ge­dir­dim. On­da mə­nim 13 ya­şım var­dı, Nə­ri­man mü­əl­lim isə ali mək­təb tə­lə­bə­si idi. Biz N.Hə­sən­za­də ilə o il­lər­dən in­di­yə qə­dər dos­tuq, qar­da­şıq, hə­mi­şə xoş, sə­mi­mi mü­na­si­bət­də­yik.  

- İlk şe­ir­lə­ri­ni­zi Azər­bay­can di­lin­də yaz­mı­sı­nız?

- Bə­li. Mən uşaq şe­ir­lə­ri də çox yaz­mı­şam. O vaxt uşaq şe­ir­lə­ri­mi bir ne­çə də­fə Gən­cə­də İt­ti­fa­qın fi­li­a­lın­da oxu­dum və "yax­şı şe­ir­lər­dir" de­yir­di­lər. Mən də uşaq şe­ir­lə­ri­mi gö­tü­rüb "Pi­o­ner" qə­ze­ti­nə gön­dər­dim. Bö­yük­lər üçün yaz­dı­ğım şe­ir­lə­ri bir də­fə "Ədə­biy­yat və in­cə­sə­nət" (in­di­ki "Ədə­biy­yat") qə­ze­ti­nə gön­dər­dim, bir də gör­düm ki, çap olu­nub. Ya­dım­da­dır, "Şad xə­bər" ad­lı şe­ir idi. Be­lə­lik­lə, o döv­rün mət­bu­at or­qan­la­rın­da çap olun­ma­ğa baş­la­dım. Söz­lə­ri­mə mah­nı­lar ya­zı­lıb. Uşaq mah­nı­la­rı da var ki, bir ne­çə­si­nin sö­zü­nü mən yaz­mı­şam. "Bir xo­ru­zum var" şe­i­ri­mə mah­nı bəs­tə­lə­nib, hə­min mah­nı "Qı­zıl fond"da sax­la­nır.

- Kim bəs­tə­lə­yib?

- Xa­lid Qə­di­rov. Bu mah­nı­nın ya­ran­ma ta­rix­çə­si var... Mən Gən­cə­də Xalq Ya­ra­dı­cı­lıq Evi­nin di­rek­to­ru iş­lə­yir­dim. Bu ida­rə 22 ra­yo­nu əha­tə edir­di. Şa­ir Mə­za­hir Daş­qın­la Za­qa­ta­la­ya get­miş­dik. Məq­sə­di­miz xalq te­at­rı­nın ta­ma­şa­sı­na ba­xış ke­çir­mək idi. On­da Daş­qın Xalq Ya­ra­dı­cı­lıq Evi­nin folklor şö­bə­si­nin mü­di­ri idi. Get­dik ta­ma­şa­ya bax­dıq. Ora­da da Xa­lid Qə­di­rov­la ta­nış ol­duq. De­di ki, uşaq şe­ir­lə­ri­ni­zi oxu­mu­şam, çox xo­şu­ma gə­lir, ye­ni şe­i­ri­niz var­sa, ve­rin mah­nı ya­zım. "Bir xo­ru­zum var" şe­i­ri­mi ver­dim. Üs­tün­dən bir ay keç­miş­di, Xa­lid mü­əl­lim Gən­cə­yə gəl­di və de­di ki, Si­max mü­əl­lim, mah­nı­nı bəs­tə­lə­mi­şəm. İfa et­di, qu­laq asıb gör­düm ki, çox yax­şı­dır. Ara­dan bir az keç­miş­di, Yu­sif Əzim­za­də Gən­cə­yə gəl­di. O, "Gö­yər­çin" jur­na­lı­nın re­dak­to­ru iş­lə­yir­di. O vaxt "Mə­nim bir xo­ru­zum var" mah­nı­sı­nın no­tu­nu ona ver­dim, o, jur­nal­da çap et­di. O mah­nı­nı uşaq­lar oxu­yur­du­lar, bu gün də uşaq mu­si­qi kol­lek­tiv­lə­ri­nin re­per­tu­a­rın­da ya­şa­yır.

Meh­ri­ban xa­nım Əli­ye­va­ya "Meh­ri­ban nə­nə" ad­lı şe­ir həsr et­mi­şəm. Hə­min şe­i­rə mər­hum bəs­tə­ka­rı­mız Oq­tay Zül­fü­qa­rov mah­nı bəs­tə­lə­yib. Oq­tay mü­əl­lim "Şar", "Sa­at" şe­ir­lə­ri­mə də vax­ti­lə mah­nı ya­zıb. 

İki şe­i­ri­mə bəs­tə­kar Na­dir Əzi­mov mah­nı ya­zıb. Mah­nı­nın bi­ri "Ana" şe­i­ri­mə ya­zı­lıb, o bi­ri isə "Ba­kı-2015"ə həsr olu­nub. O mah­nı­nı mü­ğən­ni Dan­na oxu­yur­du. "Ana" şe­i­ri­mə ya­zı­lan mah­nı­nı da yə­hu­di di­lin­də Dan­na ifa edir.

- Dan­na yə­hu­di qı­zı­dır?

- Xeyr, azər­bay­can­lı­dır. 

- Siz əsa­sən Azər­bay­can di­lin­də yaz­mı­sı­nız. Bil­di­yim qə­dər, yə­hu­di di­lin­də yaz­ma­ğa gec baş­la­mı­sı­nız. Nə vaxtdan ana di­li­niz­də yaz­ma­ğa baş­la­dı­nız?

- Əv­vəl­lər bu­ra­da yə­hu­di di­lin­də mət­bu­at or­qan­la­rı yox idi. Ona gö­rə yə­hu­di di­lin­də yaz­mır­dım ki, mət­bu­at yox idi, yaz­dı­ğı­mı kim oxu­ya­caq? Son­ra yə­hu­di di­lin­də uşaq­la­ra, dostla­ra bir ne­çə za­ra­fat­ya­na şe­ir­lər yaz­dım. Gör­düm ki, çox gö­zəl alı­nır. Elə gə­tir­di ki, İs­ra­i­lə get­mək mə­sə­lə­si or­ta­ya çıx­dı. İs­ra­il­də çı­xan qə­zet və jur­nal­la­ra yə­hu­di di­lin­də olan şe­ir­lə­ri­mi gön­dər­dim, çap et­di­lər. Son­ra da­vam­lı yaz­ma­ğa baş­la­dım. İn­di­yə qə­dər mə­nim 25 ki­ta­bım çı­xıb. "Se­çil­miş əsər­lər"im nəşr olu­nub, bi­rin­ci, ikin­ci, üçün­cü cildlər Azər­bay­can di­lin­də­dir. Dör­dün­cü cild bu ya­xın­lar­da çı­xa­caq. Bu­ra yə­hu­di di­lin­də olan şe­ir­lə­rim top­la­nıb. Be­şin­ci cild də ha­zır­la­nır, o da yə­hu­di di­lin­də ola­caq.

- Şa­ir­lər­dən kim­lər­lə dostluq edir­di­niz?

- Düz­dür, dostla­rı­mın ço­xu Gən­cə­də olub. Ba­kı­da Nə­ri­man Hə­sən­za­də, Məm­məd Na­maz, Mu­sa Ələk­bər­li, rəh­mət­lik To­fiq Bay­ram, Al­lah­ver­di Ta­ğı­za­də mə­nim dostla­rım olub. De­yim ki, dostla­rı­mın ha­mı­sı azər­bay­can­lı­dır. Yə­hu­di­lər­lə toy­dan-to­ya, yas­dan-ya­sa gö­rü­şür­düm, qa­lan vaxtla­rım azər­bay­can­lı­lar­la ke­çir­di.

- Va­li­deynlə­ri­niz Gən­cə­də do­ğu­lub?

- Xeyr, va­li­deynlə­rim Oğuz ra­yo­nun­dan­dır. Mən 1936-cı il­də Oğuz­da do­ğul­mu­şam, 1940-cı il­də ai­lə­miz Gən­cə­yə kö­çüb. Anam mə­ni elə çox əziz­lə­yib ki, üs­tüm­də yar­paq ki­mi əsir­di. Ai­lə­də dörd uşaq ol­mu­şuq, mən ikin­ci uşaq ol­mu­şam. Mən uşaq olan­da bi­zim hə­yə­tə bir fal­çı gəl­miş­di. Mən­dən ya­pış­dı ki, bu­ra gəl, sə­nin fa­lı­na ba­xım. Əli­mə ba­xıb de­di ki, sən bö­yük adam ola­caq­san, sə­nin sə­sin uzaq­lar­dan gə­lə­cək. Mən də o, da­nış­dıq­ca gü­lür­düm, uşaq idim də.

Anam mə­ni çox qo­ru­yur­du. Çox arıq idim. Va­li­deynlə­ri­min 15 il uşa­ğı ol­ma­mış­dı...

Mə­ni çox tez ev­lən­di­rib­lər - 18 ya­şım­da. Ata­mın Oğuz­da ya­şa­yan dos­tu­nun qı­zı­nı alıb­lar mə­nə. O vaxt be­lə idi ki, va­li­deyn ki­mi is­tə­yir­di onu alır­dı.

- Si­max mü­əl­lim, Si­zin ya­ra­dı­cı­lı­ğı­nız­da və­tən­pər­vər­lik şe­ir­lə­ri üs­tün­lük təş­kil edir. Gənclə­rə sö­zü­nüz var­mı?

- Və­tən­pər­vər­lik şe­ir­lə­rim çox­dur. De­yər­dim ki, şe­ir­lə­rim­də bü­tün Azər­bay­can el­lə­ri­nin xə­ri­tə­si­ni ya­rat­mı­şam. Elə bir di­ya­rı­mız yox­dur ki, şe­ir­lə­rim­də onun ob­ra­zı ol­ma­sın. Gənclə­rə sö­züm odur ki, və­tə­ni, döv­lə­ti sev­sin­lər.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 29 dekabr.- S.12