Xarici ölkə muzeylərində saxlanan mədəniyyət incilərimiz azərbaycançılıq nümunələri kimi...

 

Azərbaycançılıq ideyasının daşıyıcılarından olan mədəniyyət, incəsənət nümunələri, təsviri sənət örnəkləri öz qiymətini hər zaman qoruya bilir. Xalqımızın qədim sənət növləri bu gün də azərbaycançılıq örnəyi kimi diqqətləri cəlb edir. Xalqımızın mədəniyyətini, dünyagörüşünü, təfəkkür və düşüncəsini, adət-ənənəsini özündə əks etdirən nümunələr zamanın sınağından keçərək günümüzə qədər gəlib çatıb...

Bu gün xarici ölkələrdə Azərbaycana aid saysız qiymətli incilər var. Bu nümunələr müxtəlif vaxtlarda, fərqli şəraitdə ölkədən çıxarılıb və muzeylərə satılıb, bəziləri isə ailə kolleksiyalarında saxlanır... Xarici muzeylərdə saxlanan, nümayiş etdirilən qiymətli azərbaycançılıq nümunələri öz dəyərinə görə misilsizdir.

Sənətşünaslar qeyd edir ki, hər bir eksponat Azərbaycan ruhunu təbliğ edir.

Xarici muzeylərdə saxlanan eksponatlar haqqında danışan sənətşünaslar bildirir ki, xarici muzeylərdəki eksponatlarımız ölkəmizi, xalqımızı təmsil edir. Mövzu ilə əlaqədar müxtəlif xarici muzeylərdə saxlanan qiymətli sərvətlərimiz haqqında yazarkən sənətşünas araşdırmalarına istinad edirik. Keçən yazımızda nümayiş etdirilən sərvətlərimizin bir hissəsi haqqında danışdıq. Sənətşünaslar qeyd edir ki, orta əsr Azərbaycan bədii sənətkarlığının ən inkişaf etmiş növlərindən biri keramika sənəti olub. Tədqiqatçılar yazır ki, Dövlət Ermitajında bu xalq sənətimizin də bir çox gözəl nümunələri var. Burada saxlanan keramika sənəti nümunələrimiz həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür. Ekspertlər qeyd edir ki, bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq olunan kaşılardır. Sənətşünaslar nişan verir ki, məişətdə istifadə edilən saxsı məmulatlarımızı vaxtilə Örən-Qalada (Goranboy rayonu) aparılan qazıntı işləri zamanı tapılan bir neçə nümunəvi küp-nimçə, kasa və sürahilər təmsil edir. Yazılanlara görə, Dövlət Ermitajında keçmiş dövr memarlıq abidələrimizin bəzəyi sayılan kaşı nümunələri də nümayiş etdirilir. Bunların içərisində Qazıməmməd rayonunda (indiki Hacıqabul-İ.S) Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas yer tutur.

Tədqiqatçıların yazdığına görə, Dövlət Ermitajında Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları var. Ermitajda saxlanan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqələrində toxunmuş xalçalarımız saxlanır.

Verilən bilgilərə görə, Təbriz və Şirvanda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətli incilərindən sayılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız öz rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti daha çox cəlb edir. Şamaxı xalçasının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı var.

Bundan əlavə, Dövlət Ermitajında XIX əsrin ortalarında yaşamış görkəmli Azərbaycan sənətkarı, ornamentalist rəssam Mirzə Qədim İravaninin də sənətşünaslıq elminə az məlum olan nadir bir əsəri var. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Ləman Tağıyeva bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan mədəniyyət incilərinə dünyanın istənilən yerində rast gəlmək olar. Onun dediyinə görə, Azərbaycan sənətkarlarının işləri öz gözəlliyi, cazibəsi və keyfiyyəti ilə istənilən səyyahın marağını çəkə bilib. Ölkəmizdən xaricə aparılan sərvətlərin böyük əksəriyyətinin yurdumuzu qəsb edənlər tərəfindən öz ölkələrinə aparıldığını deyən L.Tağıyevanın fikrincə, bu nümunələr əldən-ələ, nəsildən-nəsilə keçsə də öz milli ruhunu qoruyub. L.Tağıyeva bildirir ki, Dövlət Ermitajında Azərbaycan şairi Nizami Gəncəvinin 1430-cu illərə aid olan "Xəmsə"si də mühafizə olunur. Onun sözlərinə görə, bu nadir eksponat yalnız şairin beş poemasının ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.

Sənətşünaslar bildirir ki, yalnız Rusiyada deyil, digər ölkələrin muzeylərində də Azərbaycanla bağlı sənət incilərinə rast gəlirik. Tədqiqatçılar qeyd edir ki, Budapeşt muzeylərində Azərbaycan sənətkarlığı nümunələri az deyil. Məlumatlara görə, Macarıstanda olan Azərbaycana aid sənət nümunələri XX-ci əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeyində mühafizə olunur.

Sənətşünaslar deyir ki, hazırda bu muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur. Bunların içərisində xalça, parça, tikmə, metaltaxtadan düzəldilmiş bir çox bədii sənət nümunələri var.

Tədqiqatçılar yazır ki, bu nümunələrin hər biri bir azərbaycançılıq simvoludur. Azərbaycançılığın ruhunu yaşadan bu əsərlər xalqımızın dünyagörüşünü, mədəniyyətini əks etdirir. Sənətşünaslar bilgi verir ki, başqa xarici ölkə muzeylərində olduğu kimi, Budapeşt muzeylərində cəmləşən Azərbaycana aid sənət nümunələrinin əksəriyyətini xalçalar təşkil edir.

Budapeşt muzeylərində saxlanan Azərbaycan xalçaları müxtəlif vaxtlarda Bakı, Quba, Şamaxı, Şuşa, Qazax və Təbriz kimi məşhur sənət ocaqlarında toxunmuş xalçalardan ibarətdir.

Məlumatlara görə, Budapeşt "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən XVIII əsrdə toxunmuş kiçik bir Qazax xalçası diqqəti cəlb edir. Budapeşt muzeylərində müxtəlif vaxtlarda məşhur sənət ocaqlarımızda toxunmuş ornamental xalçalarla yanaşı, bir neçə orijinal kompozisiyalı süjetli xalçalarımız da nümayiş etdirilir. Tədqiqatçılar məlumat verir ki, Budapeşt muzeylərinin qiymətli incilərindən birini də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələr təşkil edir. Burada saxlanan tikmələrimiz ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir.

Bu növ sənət nümunələrimizdən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi bir maraq doğurur. Budapeştin "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeylərində saxlanılan Azərbaycan sənətkarlığı nümunələri tək xalça və tikmə sənətimizlə bitmir. Burada nümayiş etdirilən metal, taxta və saxsıdan düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir. Sənətşünaslar vurğulayır ki, metaldan düzəldilən sənət abidələrinin əksəriyyətini silahlar (qılınc, xəncər) və bəzi məişət əşyaları (məcməyi, satıl, çıraq) təşkil edir. Bu müxtəlif növlü metallardan (gümüş, mis, polad) düzəldilmiş XVIII-XIX əsrlərə aid edilən sənət nümunələri öz bədii və texnoloji xüsusiyyətlərinə görə Şirvan ustalarının əl işlərini xatırladır. Budapeşt muzeylərində yeganə bir taxta sənəti nümunəmiz vardır. O da "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən bədii rəhildir.

Tədqiqatçılarımız xarici muzeylərdə saxlanan incilərimizdən bəhs edərkən diqqətimizi Amerika Birləşmiş Ştatlarına (ABŞ) da yönəldir. Məlumatlara görə, ABŞ-da Azərbaycan sənətkarlığı nümunələri, Azərbaycan el ustalarının əl işlərinə, xüsusilə Amerika Birləşmiş Ştatlarında daha çox təsadüf edilir.

Verilən bilgiyə görə, hazırda ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Los-Ancelos, Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Bostonbaşqa şəhərlərindəki muzey, bədii qalereya və şəxsi kolleksiyalarında yüzlərlə xalq ustalarımızın nadir əsəri var. Burada saxlanan sənət əsərlərimizin əksəriyyətini xalça, parça, bədii metal və saxsı nümunələri təşkil edir. Tarix etibarı ilə ABŞ-da saxlanan sənət əsərlərimiz içərisində ən qədimi metal məmutlarıdır. Ən qədim metal sənəti nümunəmiz hazırda ABŞ-ın Nyu-York şəhərindəki MetropolitenSan-Fransisko şəhərindəki Asiya incəsənəti muzeyindədir. Metopoliten muzeyində saxlanan bədii metal sənəti əsərlərimiz içərisində ən maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılan e.ə. VIII əsrə aid edilən zərgərlik nümunələridir. Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb etdib. ABŞ-da orta əsrlərə aid edilən metal sənəti nümunələrimiz xüsusilə çoxdur. Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanan XII-XIII əsrlərə aid edilən Naxçıvanda düzəldilmiş bürünc qabı, cənab Hararinin şəxsi kolleksiyasında saxlanan 703-cü il hicri tarixli yəni (1304-cü il) və üzərində "Olcayt Xudabəndə" sözləri yazılmış bürünc qabı və yenə həmin kolleksiyada saxlanan istirlabl, Klivlend incəsənət muzeyində saxlanılan zəngin ornamental bəzəkli XII əsrə aid bürünc qabı və başqa nümunələri aid etmək olar.

Tədqiqatçılar yazır ki, başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi kolleksiyalarında olduğu kimi, ABŞ-da da Azərbaycan sənətkarlığını ən çox xalça sənətimiz təmsil edir. Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovluxovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır. ABŞ-da ən qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.

Sənətşünaslar bu tipli xalçalarımızdan birini nəzərdən keçirərək yazırlar ki, Boston incəsənət muzeyində saxlanan dairə formalı məxmər hissəsi öz üzərindəki təsvirləri ilə diqqəti daha çox cəlb edir. Məlumatlara görə, Böyük Britaniyada da Azərbaycan sənətkarlığı nümunələri var. Xalqımızın nadir sənət nümunələrinin saxlandığı yerlərdən biriBöyük Britaniyadır. Bu ölkənin London, Birminqem, Qlazko, Liverpul, Mançester şəhərlərində yerləşən muzey, əntiq mallar mağaza və şəxsi kolleksiyalarında hazırda bədii xüsusiyyət daşıyan yüzlərlə sənət əsərimiz vardır.

Sənətkarlıq baxımından Azərbaycan ustalarının ən orijinal əsərləri hazırda Londonun ViktoriyaAlbert muzeyində toplanmışdır. Tədqiqatçılar qeyd edir ki, Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir.

Məlumatlara görə, tarixi baxımından ViktoriyaAlbert muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır. ViktoriyaAlbert muzeyində saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Onu da vurğulayaq ki, Londonun xalça muzeyində 1892-ci ildə Qarabağda toxunmuş xalça nümayiş etdirilir.

Tədqiqatçılar yazır ki, ViktoriyaAlbert muzeyində nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşelm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır. Məlumatlara görə, ViktoriyaAlbert muzeyində saxlanan XVII-XIX əsr Azərbaycan xalçaları vaxtı ilə Qubada, Bakıda, Şamaxıda, QazaxdaQarabağda toxunub. Tədqiqatçılar yazır ki, başqa dünya muzeylərində olduğu kimi, ViktoriyaAlbert muzeyində də XVI-XVII əsrlərə aid bir çox bədii parça nümunələri var. Burada saxlanan bədii parçalarımızın əksəriyyətini süjetli parçalar təşkil edir. Bunların da içərisində üç bədii parça xüsusilə diqqəti cəlb edir.

 

Fransada Azərbaycan sənətkarlığı nümunələri

 

Hazırda Fransada saxlanan Azərbaycan sənətkarlığı nümunələrinin ən böyük qismini toxuculuq sənəti nümunələrimiz təşkil edir. Fransanın bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanın Şamaxı, Şəki, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlərində toxunmuş yüzlərlə yüksək keyfiyyətli parçalarımız saxlanır. Bunlar içərisində XVI-XVII əsrlərə aid edilən süjetli parçalarımız xüsusi yer tutur.

Tədqiqatçılar vurğulayır ki, Parisin Dekorativ sənət muzeyində nümayiş etdirilən süjetli parçalarımız içərisində biri xüsusilə diqqəti cəlb edir. Parisin Dekorativ sənət muzeyində XVI əsrə aid edilən uzunu 26 sm, ölçüdə olan yenə bir orijinal süjetli parçamız var.

Tədqiqatçılar yazır ki, Fransada olan toxuculuq sənətimiz örnəklərindən bəhs edərkən bu ölkənin zəngin muzey kolleksiyalarında nümayiş etdirilən xalçalarımızı xüsusilə qeyd etmək lazımdır. Sənətşünaslar bildirir ki, hazırda Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları Parisin Dekorativ sənət və Luvr muzeyindədir.

Parisin Dekorativ sənət muzeyində saxlanan xalçanın birinə nəzər salan tədqiqatçılar bildirir ki, hazırda dünyanın ən zəngin muzeylərindən sayılan bu mədəniyyət ocağında yuxarıda qeyd etdiyimiz toxuculuq sənətimizdən başqa yüzlərlə saxsı, kaşı və bədii metal nümunəmiz saxlanır. Luvr muzeyində bir neçə ədəd çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz də var. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında, üstə şüşə kolpak keçirilmiş hündür bir kətil üstə nümayiş etdirilir. Uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. Qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqdan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılıb. Bu yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvaninin adı verilir...

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2016.- 9-11 iyul.- S. 10.