Genişmiqyaslı multikulturalizm tədbirləri azərbaycançılıq
təbliğatının bir istiqaməti kimi...
II yazı
Məlum olduğu kimi,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. 2016-cı il 11 yanvar tarixində isə
"2016-cı ilin Azərbaycan
Respublikasında "Multikulturalizm ili" elan edilməsinə
dair Tədbirlər Planı"nın təsdiq
edilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb.
2016-cı
ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər
Planında Azərbaycan multikulturalizmi modeli ilə bağlı ölkədaxili və
xarici ölkələrdə keçiriləcək
tədbirlərin siyahısı, planı yer
alıb.
Tədbirlər
Planını şərh edən AMEA-nın prezidenti,
akademik Akif Əlizadə
"Dəqiq ideoloji hədəf" məqaləsində
olduqca maraqlı təhlillər aparıb.
Azərbaycanda multikulturalizm
mühitindən bəhs edən AMEA prezidenti
vurğulayır ki, bu
kimi məhəllələr bu günün
özündə belə Avropa
paytaxtlarında mövcuddur və o cümlədən Yaxın Şərqdən
gəlmiş miqrantların məskunlaşdığı həmin
məhəllələr daim ictimai asayiş üçün təhlükə mənbəyi
sayılır. Onun bildirdiyinə görə,
son zamanlar Parisdə və
Brüsseldə baş vermiş
dəhşətli terror aktları buna sübutdur. Alim deyir ki,
nəinki Avropa, hətta üç
dinin müqəddəs şəhəri,
hazırda isə İsrail dövlətinin
paytaxtı olan Qüdsdə belə məhəllə
var. O vurğulayır ki,
İsrail Elmlər Akademiyasının dəvəti
ilə həmin şəhərdə olarkən şəhərin
yalnız ortodoks yəhudilərin
yaşadığı məhəlləsinə baş çəkib bunun şahidi olub: "İndi isə XIX əsr deyil,
artıq XXI yüzillikdir.
Hər bir medalın iki üzü olduğu kimi, müxtəlif ölkələrdən
insanların Azərbaycana axını prosesinin
də əks üzü
xalqımızın Qərb mədəniyyətinə yiyələnməsinə
səbəb oldu. Onun elmi
fikri Avropa elminin nailiyyətləri ilə zənginləşdi,
istedadlı ixtiraçılar meydana gəldilər
və onların arasında təkcə Murtuza
Muxtarovun adını çəkmək
kifayətdir. İqtisadiyyatın inkişafı hər zaman elmin nailiyyətlərinə
arxalanır və tarixin qısa kəsiyində
Azərbaycanda güclü elmi
potensial yarandı. Qərb-Şərq
mədəniyyətlərinin sintezi daha çox incəsənətimizin
bundan sonrakı inkişafında büruzə
verdi, Azərbaycanda müsəlman şərqində
ilk opera, peşəkar
təsviri sənət, musiqi, memarlıq məktəbləri
yarandı. Müasir Qərbin miqrantlara göstərdiyi münasibətdən
fərqli olaraq o zaman
xalqımız ona qucaq
açdığı insanları olduqları kimi
qəbul etdi, onlara mədəniyyətlərini,
dinlərini, dillərini qoruyub saxlamaq üçün hər
cür şərait yaratdı. Həmin
dövrdə Bakıda, Gəncədə, Xaçmazda,
Şəmkirdə və digər şəhərlərimizdə
tikilmiş və hazırda dövlət
tərəfindən qorunan və bərpa olunan müxtəlif dinlərə aid məbədlər buna əyani
misaldır. Bütün bunlar
sübut edir ki, sağlam
düşüncə süni şəkildə
yarana bilməz, hər bir
hadisənin mənasını onu ərsəyə
gətirən fərdin, yaxud
bütövlükdə xalqın mentalitetində axtarmaq lazımdır. Xalqımızın
tarix boyunca
topladığı bu nadir
təcrübəsi ulu öndər Heydər
Əliyevə imkan verdi
ki, tolerantlıq və multikulturalizmi
XX əsrin sonlarında müstəqillik əldə etmiş Azərbaycanın dövlət
strategiyası kimi qəbul etsin
və bu siyasət 2016-cı ili "Multikulturalizm ili" elan edən Prezident İlham Əliyev
tərəfindən uğurla həyata
keçirilməkdədir. Prezident İlham Əliyevin Azərbaycanda
multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi
və geniş təbliğ olunması məqsədilə
qəbul etdiyi sənəddə deyilir ki, "...tarixi İpək yolunda
yerləşən Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu məkan
olaraq, əsrlər boyu
milli-mədəni rəngarənglik mühitinin
formalaşdığı, ayrı-ayrı millətlərin və
konfessiyaların nümayəndələrinin sülh,
əminamanlıq, qarşılıqlı anlaşma
və dialoq şəraitində
yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi
olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
müasir dövrdə respublikamızda
gerçəkləşdirilən siyasətin tolerantlıq
prinsiplərinə bu gün
də sadiq qalmasının bariz nümunəsidir".
Sənəddə
bir sıra qurum və
təşkilatlarla yanaşı, Azərbaycan Milli
Elmlər Akademiyasına konkret vəzifələr
tapşırılıb. Akademiya, alimlərimiz qarşıda duran
bu tapşırıqları dövlət
başçısı, zati-aliləri İlham
Əliyevin ötən ilin noyabrın 9-da Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş
ümumi yığıncağında
söylədiyi nitqinin kontekstindən
ayırmır, onun məntiqi davamı kimi bir vəzifə olaraq fəaliyyət proqramı kimi qəbul edirlər. Həmin
nitqində ölkəmizin gələcək inkişafı və
alimlərin bu inkişafda
rolu ilə bağlı bəzi fikirlərini
bölüşən Azərbaycan Prezidenti
dünyanın yeni dövr
yaşadığını xüsusi
vurğulayıb: "...hər bir vətəndaş
görür ki, həm
bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun,
müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər,
risqlər, qarşıdurmalar, müharibələr yaranır.
Əfsuslar olsun ki, gələcəklə
bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir
şəraitdə hər bir ölkə, əlbəttə,
ilk növbədə daxili
resurslara arxalanmalı, öz
təhlükəsizliyini daha da böyük dərəcədə
təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi
böhran zamanı öz
iqtisadi modelində müəyyən
düzəlişlər aparmalıdır. Azərbaycan
artıq neçə ildir ki,
müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə,
beynəlxalq münasibətlər sahəsində müstəqil
fəaliyyət göstərir. Bizim fəaliyyətimiz
xalqın milli maraqları üzərində
qurulub. Bu bizim üçün
əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu
məqsədə xidmət göstərir. Əlbəttə, biz də dünyada,
bölgədə gedən prosesləri izləyərək
çalışmalıyıq ki, ölkəmiz
üçün risqləri, nə qədər
mümkünsə, minimum səviyyəsinə
endirək və buna nail
ola bilirik. Bu gün alovlanan
bölgədə Azərbaycan sabitlik
adasıdır, sülh, əminamanlıq
məkanıdır. Azərbaycan vətəndaşları
əminamanlıq şəraitində yaşayır,
yaradırlar. Əminəm ki, görülən
və görüləcək tədbirlər nəticəsində
bu müsbət dinamika,
müsbət ab-hava Azərbaycanda daha da güclənəcək".
Akademik Əlizadə haqlı olaraq yazır ki, ölkəmizdə
mədəni müxtəlifliyin qorunub daha da inkişafına
yönəlmiş multikulturalizm
ideologiyasına ən yüksək səviyyədə önəm
verilməsi Azərbaycan Respublikası Prezidentinin
millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə
dövlət müşaviri vəzifəsinin
təsis edilməsində bir daha təsdiqini tapdı və həmin yüksək
vəzifəyə görkəmli alim,
AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin təyin
olunması, şübhəsiz, ümumən Azərbaycan elminə
göstərilən yüksək etimadın əyani göstəricisi
oldu: "Daim dəyişən həyatımızda
müxtəlif və heç də hər
zaman müsbət olmayan
proseslərdən multikultural ənənələrimizi
qoruyub saxlamaq və daha da gücləndirmək
üçün ilk
növbədə onların bünövrəsi daim möhkəmlənməlidir və müstəqil
dövlətimizin multikultural siyasətinin
təməl daşını qoymuş ulu öndər Heydər Əliyevin irsinə zaman-zaman müraciət etmək hər birimizin mənəvi borcudur.
Bunları nəzərə alaraq
digər qurumlarla birlikdə Milli Elmlər Akademiyasına
tapşırılıb ki, "Heydər Əliyev
şəxsiyyəti multikultural və tolerant dəyərlər
işığında" mövzusunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
və müxtəlif dini qurumların
üzvləri arasında intellektual
müsabiqələr təşkil etsin. Belə bir
tapşırığın, həmçinin, Milli
Elmlər Akademiyasına verilməsi AMEA Rəyasət Heyətinin
qərarı ilə ötən ildən etibarən Akademiyada magistratura təhsilinin
təşkili istiqamətində kompleks tədbirlər
görülməsi, müvafiq işlərin
həyata keçirilməsi nəticəsində mümkün olub. Əgər ötən il
ilk dəfə olaraq magistratura pilləsinə yeddi
ixtisas üzrə ümumilikdə on doqquz nəfər daxil olduğu halda, bu il
artıq iyirmi bir ixtisas və qırx iki ixtisaslaşma üzrə altmış üç yer elan olunub. Nəzərə
alınsa ki, bu il Akademiya üzrə fəlsəfə
doktorluğu hazırlığı
üzrə nəzərdə doxsan üç, elmlər doktoru
hazırlığı üzrə isə 41 yer
elan edilib, demək olar ki, gələcəyin
alimlərinin hazırlıq prosesinin
mükəmməl təməli qoyulmaqdadır və o, dövlət
başçısının müvafiq qərarları
ilə vahid bir sistem, zəncirvari proses kimi təşəkkül tapıb. Onu da qeyd
etməliyəm ki, Akademiyada
fəlsəfə doktoru və elmlər doktoru proqramları elmi fəaliyyətlə
müəyyən edilir. Tapşırıqların
biri də "Azərbaycan multikulturalizmi" dərsliyinin
hazırlanıb nəşr etdirilməsindən ibarətdir. Əslində
belə bir dərsliyin hazırlanmasına
çoxdandır ehtiyac duyulurdu.
Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xətti ilə
Bakı Slavyan Universitetində "Multikulturalizm kafedrası" yaradılıb,
müntəzəm olaraq "Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: öyrən,
araşdır və paylaş" adlı
beynəlxalq yay məktəbi fəaliyyət
göstərir, xalqımızın multikulturalizm
və tolerant dəyərlərinin təbliği
məqsədilə Beynəlxalq Multikulturalizm
Mərkəzinin filialları artıq dünyanın bir sıra aparıcı ölkələrində
açılıb. Burada qeyd
etmək istəyirəm ki, Milli Elmlər Akademiyasında Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
hazırlayıb nəşr etdiyi "Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə xüsusi qeyd olunub ki, Prezident
İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm
ili" elan edilməsi
haqqında imzaladığı Sərəncam bu
məqsədə nail olmaq
yolunda mühüm
addım oldu, multikulturalizmin
Azərbaycan modeli tarixi
və milli dəyərlər,
tolerantlıq və azərbaycançılıq prinsiplərindən
ibarət olmaqla, burada
azərbaycançılıq prinsipi xüsusi önəm daşıyır, dünyada sülhün bərpası
üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqi
gözəl nəticələr verə biləcək".
AMEA prezidentinin bildirdiyinə görə,
alimlər tərəfindən kitab
yüksək qiymətləndirildi və onun
çox mükəmməl bir mənbə olduğu
vurğulandı. Bildirilib ki,
qədim zamanlardan başlayaraq
XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin
və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda böyük mütəfəkkirlərimizin
insanların birgəyaşayışı, etnik
mənsubiyyətindən asılı olmayaraq,
cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik
haqqındakı çağırışları, dahiyanə
fikirləri "Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları" kitabında öz əksini tapıb: "Həmçinin
xüsusi vurğulandı ki,
multikultural dəyərlərə söykənən
Azərbaycan ədəbiyyatı bütün
əsrlər boyu humanizm
mövqeyində dayanıb, insanpərvərlik, ədalət
carçısı, birlik və bərabərlik
ideyalarının təbliğatçısı olub. Akademiyada Azərbaycan
multikulturalizmi ilə bağlı tədbirlər
silsilə xarakter daşıyır və son günlərdə Tarix
Muzeyində keçirilmiş "Azərbaycanın
ədəbi fikir tarixində tolerantlıq
və multikulturalizm ideyaları" mövzusunda tədbiri diqqətə
çatdırmaq istərdim. Tədbirdə ədəbi abidəmiz
olan "Kitabi-Dədə Qorqud"
dastanında, Nizaminin, Füzulinin,
Nəsiminin və digər böyük ədiblərin
əsərlərində multikulturalizm
ideyalarından söz açılıb. Qeyd edilib ki,
"Kitabi-Dədə Qorqud"
dastanında, ümumiyyətlə ədəbi irsimizdə çoxdinlilik - islam,
xristianlıq və digər dinlər təbliğ olunur, humanist və demokratik ideologiya olan multikulturalizmin
tolerantlığın təcəssümü olduğu
bildirilir. Akademiyanın institut və qurumları artıq Sərəncamın
üçüncü bəndindəki
tapşırıqların - mədəni müxtəliflik,
tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası
dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli
və dünya multikulturalizm
modelləri mövzularında respublika və
beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik
konfransların, seminarların, "dəyirmi masa"ların,
mühazirələrin, ədəbi-bədii
toplantıların keçirilməsinə başlayıblar. Bu baxımdan Bakıda Milli
Elmlər Akademiyasının Qafqaz Müsəlmanları
İdarəsi ilə birlikdə keçirdiyi
"İslam maarifçiliyi
və müasir dövr"
mövzusunda beynəlxalq elmi
konfransı yada salmaq
istərdim. Konfransda islam ölkələrinin Azərbaycandakı
səfirləri, ilahiyyatçılar, alimlər, xarici mütəxəssislər iştirak edərək multikulturalizmin
Azərbaycan modelinin hazırkı mürəkkəb
dövrdə dünya üçün
nə dərəcədə əsaslı örnək olduğunu qeyd etdilər.
Onu da qeyd etmək
lazımdır ki, ötən illərdən
fərqli olaraq, AMEA Rəyasət Heyətinin
müvafiq göstərişi əsasında
Akademiyanın institutlarında ilahiyyat elmi sahəsində aktual mövzularla bağlı dissertasiya
işləri hazırlanır və müdafiə olunur ki, bunu
Azərbaycan elminin multikultural
dəyərlərimizin inkişafına layiqli
töhfəsi kimi qiymətləndirmək
olar".
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 14 iyul.- S. 15.