Tarixdə iz buraxanlar:

Sultan Əbdülməcid xan

 

Sultan Əbdülməcid xan Osmanlı sultanlarının otuz birincisi, İslam xəlifələrinin doxsan altıncısıdır. Sultan Əbdulməcid xan 25 aprel 1823-cu ildə anadan olub. Atası Sultan II Mahmud xan, anası Bəzmi Aləm xanımdır. Sultan Əbdülməcid xan şahzadəliyində zamanın tanınan alimlərindən mükəmməl təhsil alıb və aars dilini öyrənib. Avropada yayımlanan nəşriyyatı yaxından təqib edən Əbdülməcid xan yeniliklər tərəfdarı idi.

Atası Sultan II Mahmud xanın 1839-cu il iyul ayının 1-də vəfat etməsilə Əbdülməcid xan on yeddi yaşında ikən taxta çıxıb.

Dövlət idarəsində Sultan Əbdülməcid xanın kifayət qədər təcrübəsi yox idi. Buna baxmayaraq, taxta çıxdıqda o, dövlət idarəçilərinə güvəndiyini, atasının başlatdığı islahat hərəkatını davam etdirəcəyini elan etdi. Fəqət bu zamanlarda dövlət liderləri arasındakı rəqabət və qısqanclıq son səddə çatmışdı. 1839-cu il iyul ayının 2-də Sultan II Mahmud xanın cənazə mərasimi zamanı Məclis Ədliyyə rəisi Qoca Xosrov paşa Vəzir Məhməd Əmin Rauf paşadan möhürü zorla alıb özünü vəzir elan etdirdi. Bu zaman Osmanlı dövləti Misirlə müharibə halında idi. Buna görə gənc padşah bu məsələni çox da qurcalamadı və Xosrov paşanın vəzirliyini qəbul etdi. Misir məsələsini həll etmək üçün Misir valisi Məhməd Əli paşaya Kösə Akif bəyi göndərərək onu əfv etdiyini bildirdi, ordudonanmaya hərəkatı dayandırmaq əmrini verdi. Ancaq bu zaman Nizibdə davam edən döyüşdə Osmanlı ordusunun Misir ordusuna məğlub olduğu xəbəri gəldi. Bu məğlubiyyət nəticəsində Osmanlı dövləti qarşısında cəsarətlənən Misir valisi Sultan Əbdülməcid xanla müqavilə bağlamaqdan imtina etdi.

Sultan Əbdülməcid xan dövləti bu çətin vəziyyətdən qurtarmaq üçün çarələr axtarmağa başladı. Bu zaman Avropadan yeni dönən Mustafa Rəşid paşa Avropanın yardımını təmin etmək bəhanəsilə "Gülhanə Xətti-Humayunu" adı ilə məşhur olan "Reforma" fərmanını yayımlamağa müvəffəq oldu. Bu fərmanın yayımlanmasından sonra Misirə qarşı İngiltərənin öndə olması ilə Məhməd Əli paşanın tərəfdarı olan Fransa kənarda buraxılaraq Osmanlı, İngiltərə, Rusiya, PrussiyaAvstriya dövlətləri Londonda bir araya gəldilər və 1840-cı il iyul ayının 15-də "London müqaviləsi" imzalandı. Bu müqaviləyə imza atan dövlətlər Məhməd Əli paşaya on-on günlük iki ultimatum verdilər. Məhməd Əli paşa bu ultimatumları qəbul etmədiyini bildirdi. Belə olduqda İngiltərə və Avstriya tərəfindən dəstəklənən Osmanlı qüvvələri Misir ordusunu məğlub etdi. Osmanlı ordusu 1840-cı il oktyabr ayının 16-da Trablusşama, noyabrın 4-də Akkaya, 13-də Hələbə, dekabrın 29-da isə Şama girdi.

"London müqaviləsi"nə görə, Məhməd Əli paşanın Misirdən çıxarılması lazım idi. 1840-cı il noyabr ayının 27-də Misirlə İngiltərə arasında imzalanan müqavilə ilə Məhməd Əli paşa ikinci ultimatumun şərtlərinə uyacağını bildirdikdə İngiltərə Osmanlı dövlətinə xəyanət edərək Babialidən Misir ilə Sudanın irsi olaraq Məhməd Əli paşaya verilməsini istədi. İngilislərin məqsədi Misiri yalqız buraxıb şərtlərin uyğun olduğu bir zamanda oraları işğal etmək idi. Belə olduqda Rəşid paşa 1841-ci il may ayının 24-də Sultan Əbdülməcidə Misir fərmanını yayımlatdı. Bu fərman 1914-cü ilə qədər Misirin konstitusiyası olaraq qalıb. Bu fərmana görə, Misir Osmanlı padşahı tərəfindən təyin edilən Kavalalı mənsubları tərəfindən idarə ediləcəkdi.

Misir məsələsini həll etdikdən sonra 1841-ci il iyul ayının 13-də Osmanlı, İngiltərə, Rusiya, Fransa, AvstriyaPrussiya dövlətləri "Boğazlar müqaviləsi"ni imzaladılar. Rusiyanın, öz mənfəətlərinə qarşı olmasına baxmayaraq, bu müqaviləni imzalamaqda məqsədi İngiltərə ilə aralarında dostluq yaratmaq, sülh yolu ilə Osmanlı dövlətinin torpaqlarını bölüşmək idi. Fəqət İngiltərə Fransanı Orta Şərqdə təsirsiz hala gətirib Misir məsələsilə Osmanlı dövləti üzərində müxtəlif siyasi, iqtisadi və mədəni nəzarət quraraq əldə etdiyi imtiyazlı vəziyyəti paylaşmaq istəmədiyinə görə Rusiya ilə bərabər hərəkət etməyi uyğun görmürdü. Bundan əlavə, Hindistanhind yolu üçün təhlükəli gördüyü Osmanlı dövlətini Rusiya ilə məşğul edərək HindistandaOrta Şərqdə istədiyini edirdi.

Taxta çıxmasının ilk illərini daxilixarici hadisələrlə məşğul olmaqla keçirən Sultan Əbdülməcid xan, qismən də olsa, məmləkəti əminamanlığa qovuşdurdu. Beləcə, Əbdülməcid xan islahat fəaliyyətlərilə digər bir çox daxili məsələlərlə də məşğul olmaq imkanı əldə etdi. 1844-cü il iyun ayının 24-də bölgələri şəxsən görmək və xalqa yaxın olmaq məqsədilə səyahətə çıxdı.

1848-ci ildə Avstriyada macarlar, Rusiyada isə polyaklar müstəqillik qazanmaq üçün üsyana başladılar. AvstriyaRusiya bu üsyanları çox qanlı bir şəkildə yatızdırdılar. Yaranan vəziyyət fransız və ingilis cəmiyyətlərində Rusiya əleyhində böyük bir reaksiyaya səbəb oldu. Macarpolyak liderləri Osmanlı dövlətinin torpaqlarına girərək hökumətdən sığınma haqqı istədilər. Sultan Əbdülməcid xan özünə sığınan mültəciləri, Rusiya və Avstriyanın müharibə təhdidlərinə baxmayaraq, geri vermədi. Sultanın bu hərəkəti Osmanlı dövlətinin etibarını çox artırdı, RusiyaAvstriyaya qarşı Fransanın və İngiltərənin ortaq dəstəklərini təmin etdi. Nəticədə, çox keçmədən müqəddəs yerlər məsələsi və Rumıniyanın işğalı səbəbilə Rusiyaya müharibə elan edən Osmanlı dövləti bu dövlətlərin yardımını təmin etdi. Beləcə, 1853-cü ildə Rusiya ilə başladılan Krım müharibəsi görünüşdə parlaq bir zəfərlə nəticələndi. Ancaq cəbhədəki zəfər Osmanlı dövlətinə çox baha başa gəldi. Qərb dövlətləri göstərdikləri yardımların qarşılığı olaraq Osmanlı ölkəsində xristianlara haqlar verilməsi üçün 1856-cı ildə islahat fərmanını yayımladılar. Əli paşanın hökuməti tərəfindən elan edilən bu fərmanın hazırlanmasında İngiltərənin və Fransanın elçiləri də iştirak etmişdilər.

Görünüşdə Osmanlı cəmiyyətinin irq, dindil ayırımı nəzərə alınmadan yaxınlaşmanı hədəf alan bu islahat fərmanı, əslində azlıqların müstəqillik hərəkatlarını sürətləndirib, dövləti dağılmağa doğru sürükləməkdən başqa bir işə yaramayıb. Belə ki, fərmanın qəbul edilməsindən qısa bir zaman sonra Suriyada və Ciddədə müsəlmanlarla xristianlar arasında ciddi çarpışmalar baş verib. Eflak, BoqdanQaradağda müstəqillik qayəsilə üsyanlar çıxıb. Nəticədə Osmanlı dövlətinin yenidən daxilixarici mübarizələrin içərisinə düşdüyü bir zamanda Sultan Əbdülməcid xan 25 iyun 1861-ci ildə vəfat edib. Sultan Əbdülməcid xanın qəbri Sultan Səlim camisinin bağçasındadır.

İyirmi iki il sürən Sultan Əbdülməcid xan dövrü reforma kəlməsilə ifadə edilən qərbləşmə hərəkatı dövrü olub. Dövləti parçalanma uçurumundan qurtarmaq üçün edilən hərəkətlər istənilən nəticəni təmin etməyib. Bununla yanaşı, hər sahədə qərbli düşüncənin və müəssisələrin yerləşməsi xüsusunda təsirli olub. O zamanlar dövlətin hüquq nizamnaməsi şəriətə dayanmaqda idi. Fəqət şəriət boş bir formula halına gəlmişdi. Yəni dövlət belə bir halda olmasaydı, imperatorluq parçalanma halına düşmüş olmazdı. Cəmiyyət şəriəti müdafiə edərkən onun mənasını deyil, keçmiş xatirələrini müdafiə etməkdə idi. Buna görə də Osmanlı dövlətinin keçmiş bir hüquq nizamından yeni bir hüquq nizamına keçməsi tarixi olduğu qədər ictimaisiyasi bir zərurət idi. Keçmiş qanunnizamlara dayanan müəssisələr Qərbdən gələn qanun və nizamları əsas alan yeni müəssisələr halına gəldi. Bu səbəblə Sultan Əbdülməcid xan dövründə yeni bir hüquq dövləti tam mənasıyla qurula bilmədi. Ancaq belə bir üçün yeni bir araşdırma səhifəsi başlamış oldu və müəssisələrin çoxunda bu araşdırma çağın fikir cərəyanı istiqamətində müəmmalara səbəb oldu.

Reforma səltənət hüququnda dəyişiklik etmədi. Sultan Əbdülməcid xan əvvəlki padşahlar kimi həm xəlifə, həm də padşah olaraq qaldı. Bununla yanaşı, bir çox xüsuslarda onlardan fərqli olaraq Avropanı tanıyan və dövlət idarəsində ona yardım edən yeni bir sinif onun səlahiyyətini təhdid edib. Onun dövründə Osmanlı dövlətinin Avropa hüququnu ümumilikdə qəbul etməsi, icraatlarında Avropanın ümumi rəyini hesaba alması onun hakimiyyətini zəiflətməyə yarayıb. O, yaşayış etibarilə və xalqla təması baxımından da qərbli bir hökmdar kimi hərəkət edib. Beləcə, Sultan Əbdülməcid xan islahatçıların başında yer alıb.

Reforma bütün cəmiyyət üçün hüquq bərabərliyi qəbul etdiyinə görə, ədalət sistemində bir birliyə doğru gedilməsi də zəruri idi. Belə bir birliyin tam bir şəkildə təşkil edilməsi, şəriətin olduğu qədər, müsəlman olmayan camaatların yüzillərdən bəri alışmış olduğu din əsaslarına söykənən hüquq nizamlarının tərk edilməsilə mümkün olardı. Halbuki, belə bir işin reform dövründə edilməsinə imkan qalmamışdı. Çünki xarici dövlətlər Osmanlı imperatorluğundakı imtiyazlardan ayrılmaq istəmədikləri kimi, müsəlman olmayan Osmanlı vətəndaşına verilən haqqimtiyazlara toxunulmasına da heç bir surətdə razılıq göstərilmirdi. Qısacası, orta çağlarda görünən xaçlı zehniyyətin başqa bür təzahürü Sultan Əbdülməcid xan dövründə görülməkdə idi.

Sultan Əbdülməcid xan dövrü adamları qərbləşmə hərəkətləri ilə Osmanlı dövlətini qərbli bir dövlər halına gətirməklə, yabançı dövlətlərin Osmanlı imperatorluğunun işlərinə müdaxilə etmələrinə də son verəcəklərini zənn etmişdilər. Halbuki, nəticə bunun əksi oldu. Çünki şəriət tam avropalılaşmağa imkan vermirdi, xristian vətəndaşlara tətbiq edilmədiyinə görə yabançı dövlətlərə geniş bir müdaxilə qapısı açıldı. Böyük Avropa dövlətləri müsəlman olmayan vətəndaşın lehində hər cür istəklər irəli sürməyə başladı. Avropanın dəstəyilə dövlətin mövcudiyyətini mühafizə edə biləcəklərini zənn etdiklərinə görə, islahatçılar üçün Avropanın simpatiyası qiymətli bir təminat kimi görünürdü. Bu səbəblə islahat haqqındakı fikirlərini tədqiq etməyə özlərini məcbur gördülər. 1856-cı il islahat fərmanının hökmləri Türk dövlət adamları ilə İstanbuldakı fransız və ingilis elçiləri arasındakı müzakirələr nəticəsində təsbit edildi. Bu pis başlanğıc idi. Bundan sonra xarici dövlətlər müsəlman olmayan vətəndaşa siyasi haqlar bəxş edən bu fərmanın tam mənasında tətbiq edilməsini istədilər. Daha sonra Osmanlı dövlətində tətbiq edilməsini uyğun gördükləri qanunları hazırlamağa başladılar. Xarici dövlətlərin İstanbuldakı elçiləri dövlətin daxilixarici siyasətinə nəzarət edən bir heyət halına gəldilər. Bu səbəblə Osmanlı hökumətinin təşəbbüs qabiliyyəti, siyasi iqtidarı və etibarı geniş ölçüdə zədələnmiş oldu.

Sultan Əbdülməcid xanın gənc yaşda taxta çıxması, onun saf və təmiz qəlbli olması böyük səhvə yol verməsinə səbəb olub. Bu səhv Osmanlı tarixində qorxunc bir dönüm nöqtəsi olubbu möhtəşəm İslam dövlətinin məhv olma dövrünün başlamasına yol açıb. Bu səhv İslam düşməni olan ingilislərin şirin dilinə aldanaraq masonların yetişdirdikləri cahilləri başına gətirməsi və bunların dövləti daxildən yıxmaq siyasətlərini yürütməyə başlamasına səbəb olub.

Digər tərəfdən Sultan Əbdülməcid xanın dövründə gözəl və müvəffəqiyyətlərlə dolu işlər də görülüb: 1840-cı ildə ilk dəfə olaraq kağız pul çıxarılıb; 1844-cü ildə Məcidiyyə (Qalata) körpüsü inşa edilib; 1853-cü ildə başlayan Krım müharibəsi zamanında ilk teleqraf xətti - İstanbul-Varna-Krım xətti qurulub; Dolmabağça sarayı və bir çox cami və mədrəsələr inşa edilib.

 

Fazil QARAOĞLU

professor

 

Bakı Xəbər.- 2016.- 15 iyul.- S.13.