Hüquqidemokratik Azərbaycan Respublikasında multikulturalizm siyasəti və azərbaycançılıq...

 

II yazı

Dünyada insanları qayğılandıran məsələlər arasında insan hüquq və azadlıqları xüsusi yer tutur. Bir sıra ölkələrdə bu problemin mövcudluğu narahatlıq doğurur. Məlumdur ki, hazırda Avropa ölkələrində, Amerikanın özündə, Rusiya və digər dövlətlərdə milli zəmində ayrıseçkilik halları müşahidə olunur. İnsan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlar fəaliyyət göstərir, bu qurumlar da mümkün qədər insan hüquqlarını qorumağa çalışır.

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədov "Hüquqi-demokratik Azərbaycanda multikulturalizm siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir" elmi-tədqiqat məqaləsində qeyd edir ki, Azərbaycan Respublikasında insan hüquqlarına hörmət və multikultural dəyərlərə göstərilən ali münasibətdən danışarkən tarixmüasirlik arasında paralel aparmaq mümkündür. O bildirir ki, islam sivilizasiyasının, həmçinin, islama qədər Azərbaycanda mövcud olmuş bir çox mədəniyyətlərin və dinlərin yayılması müasir dövrdə ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasında siyasi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir: "Belə olduğu halda, tarixdən gələn və müasir dövrdə əhəmiyyətini itirməyən çoxmədəniyyətli cəmiyyətin inkişafı məsələsi dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin siyasi fəaliyyətində diqqət mərkəzində olub və Azərbaycanda multikultural dəyərlərin müdafiəsi sahəsində konsepsiya təşkil edib.

Əslində burada üzərində durulması vacib olan məqamlardan biri Heydər Əliyevin mükəmməl siyasi idarəçiliyinin və müasir dövrdə milli məfkurəmizin təməlində dayanan azərbaycançılıq ideyasının inkişafı ilə bağlı olan məsələdir. Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsini əsas götürərək, müxtəlif sahələrlə yanaşı, milli-mənəvi dəyərlərə, xalqlararası münasibətlərə və insan hüquqlarının qorunması kimi vacib məqamların inkişafına həssas yanaşıb. Bu gün Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyət respublikanın həm daxili, həm də xarici siyasəti üçün müsbət dəyər formalaşdırır. Ölkədə fəaliyyət göstərən bir sıra dini icmalar Azərbaycan hökumətinin yürütdüyü şəffaf siyasətə şahid olaraq bu siyasətin genişlənməsi və daha da möhkəmlənməsinə öz mənəvi dəstəklərini ifadə edirlər. Belə müsbət məqamlar bir çox hallarda beynəlxalq ictimaiyyətin diqqətini çəkir və tolerantlıq məkanı olan Azərbaycanla, diplomatik-siyasi, iqtisadi və mədəni olmaqla, bir çox sahələrdə respublika ilə əməkdaşlığa maraq ildən-ilə artır. Müdrik siyasətin kökündə heç şübhəsiz ki, Heydər Əliyevin müəyyən etdiyi və gələcək nəsillərə ötürdüyü milli-mənəvi miras böyük rol oynayır.

Ölkənin ictimai-siyasi həyatında baş verən demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnosxalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir. Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona dahi beynəlmiləlçi, müsəlman dünyasının lideri, "Qafqazın atası" adını verdi (Zabelin M. "Tarix yaradan şəxsiyyət" "Azərbaycan" qəzeti, nömrə 129, 17 iyun 2009). Həqiqətən də stabil siyasət Azərbaycanda müxtəlif etnosetnik qrupların sülhmehriban şəraitdə yaşaması, hüquqlarının müdafiəsi sahəsində atılan mühüm addımdır. Azərbaycan Respublikasında sülhsevər siyasətin təməlini qoymaq görkəmli dövlət xadimi Heydər Əliyevə nəsib olmaqla yanaşı, burada mühüm məqamlara da diqqət yetirmək vacibdir. Belə ki, Heydər Əliyevin xalqa sevgisi, yüksək siyasi təcrübəsi və ən əsası xarizmatik şəxsiyyəti bu məsələdə əhəmiyyətli rol oynadı".

Tədqiqatçı müasir dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritetlərindən iki istiqamət barədə də danışır.

Müəllif yazır ki, 1) insan hüquqlarının müdafiəsi; 2) multikultural dəyərlərin inkişaf etdirilməsi kimi vacib məqamların təhlil olunması bir daha onu göstərir ki, ölkədə hüquqi-demokratik dövlət quruculuğu uğurla davam etdirilir və çoxmədəniyyətli respublikada xalqlararası gərginliyin yaranması üçün heç bir ciddi əsas yoxdur. "Əksinə, Heydər Əliyevin uzaqgörən siyasətinin davamı olaraq Azərbaycanda insan hüquqları və multikulturalizm siyasəti xalqları birləşdirmək və milli-mənəvi məsələlərdə həmrəy addımlamaq üçün yeni perspektivlər yaratmaqdadır"-deyə A.Əhmədov vurğulayır.

Azərbaycanda insan hüquqları və alternativi olmayan multikultural dəyərlərin müasir mərhələdə təhlilini verən A.Əhmədovun qeyd etdiyinə görə, Azərbaycan Respublikasında bu mərhələni haqlı olaraq Prezident İlham Əliyevin müdrik siyasətinin xalq tərəfindən təqdir olunması, dövlətin beynəlxalq aləmdə tanınması, daxilixarici siyasətində əldə olunan uğurların mərhələsi adlandırmaq mümkündür: "Bu səbəbdən qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi və multikulturalizm siyasətinin inkişafı müasir mərhələdə dövlət siyasətinin prioritetləri olaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdədir. Son on üç ildə Azərbaycanda müşahidə olunan sosial-iqtisadi tərəqqi, vətəndaş və insan hüquqlarının qorunması, həmçinin, multikultural dəyərlərin illər ötdükcə möhkəmlənməsi dövlət-xalq münasibətlərinə öz müsbət təsirini göstərib və dövlətə olan etimad artıb. Bu etimadın təməlində heç şübhəsiz ki, Heydər Əliyev kimi bir dühanın təməlini qoyduğu siyasət dayanır. O siyasət ki, Azərbaycanda yaşayan bütün vətəndaşlara və müxtəlif mədəniyyətləri təmsil edən xalqlara bərabər hüquqlar tanıyır. Bu siyasətin müasir Azərbaycanda layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən ötən illər ərzində davamlı inkişaf genişlənib və insan hüquqlarının ayrılmaz hissəsi olan multikulturalizm siyasəti müsbət meyllərin inkişafına gətirib çıxarıb.

Müsbət inkişafa nail olunmasında ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər həm hüquqi baxımdan, həmçinin, onun icrası zamanı sosial-siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycanda 2003-cü ildən etibarən müxtəlif vaxtlarda ölkədə insan hüquqlarının inkişafı və multikultural dəyərlərin genişlənməsində səmərə təşkil edən sənədlər qəbul olunub. 2009-cu ilin martında keçirilən referendumda Milli Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. "Dövlətin ali məqsədi" maddəsinə edilən əlavəyə əsasən, dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Hazırda milli qanunvericilikdə müşahidə olunan belə müsbət meyllər Azərbaycanda həyatın bütün sahələrinə öz müsbət təsirini davam etdirir. Nəticədə ölkədə yaşayan hər kəs, müxtəlif konfessiyaların nümayəndələri Azərbaycan vətəndaşları olaraq bunu hiss edir və yaşayır.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması haqqında" Milli Fəaliyyət Proqramının icrası ötən dövr ərzində ölkədə davamlı inkişafa ciddi dəstək verib. Bu fəaliyyətin müsbət nəticələrindən biri multikulturalizminteqrasiya insan hüquqlarının vacib elementi kimi təkcə mədəni və ya fəlsəfi deyil, həmçinin, hüquqisiyasi baxımdan milli və beynəlxalq səviyyədə nəzəri konseptual yanaşma tələb edir. Multikulturalizm Azərbaycanda yaşam tərzi olaraq tarixi köklərə malik olsa da, multikultural dəyərlərə münasibətin Azərbaycan tərəfindən təqdim edilən siyasi modeli əlbəttə ki, ölkədə həyata keçirilən stabil siyasətin mühüm amil olduğuna diqqət çəkir. Bu isə, öz növbəsində, Azərbaycanın müasir beynəlxalq münasibətlərdə tutduğu mövqeyinin möhkəmlənməsinə və mövcud sahədə problemlərin birgə həlli yollarının araşdırılmasında səsinin eşidilməsinə ciddi şərait yaradır. Belə balanslaşdırılmış siyasətin yüksək səviyyədə təqdim olunması və dialoqa göstərilən həssas münasibət təməli Heydər Əliyev tərəfindən qoyulan şəffaf siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və Azərbaycanın milli maraqlarının qorunması, həmçinin, təhlükəsizliyinin təmin olunmasında, sosial-siyasi, iqtisadi, mədəni inkişafında əhəmiyyətli təsirini davam etdirməkdədir".

A.Əhmədov bildirir ki, Azərbaycan son illər sivilizasiyalararası dialoqun gücləndirilməsi, dünyada sülh və əminamanlığın bərqərar olunmasına təşviq edən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Onun qeyd etdiyinə görə, belə tədbirlərdən biri Prezident İlham Əliyevin böyük dəstəyi ilə hər il baş tutan Bakı Beynəlxalq Humanitar Forumudur: "Belə yüksək səviyyəli tədbirdə iştirak edən dövlət başçıları, yüksək dövlət rəsmilərinin iştirakı ilə keçirilən forumun siyasi, hüquqi və mədəni əhəmiyyətini dünya mediası da yaxından izləyir. Forumda diqqət çəkən bölmələrdən biri multikulturalizm siyasəti və çoxkonfessiyalı cəmiyyətlərdə davamlı inkişafa nail olunmasına həsr olunan müzakirələrlə bağlıdır. Burada Azərbaycan Respublikasının təcrübəsi ilə bağlı səslənən fikirlər ölkənin beynəlxalq aləmdə multikultural dəyərlərin yaşandığı stabil inkişaf məkanı kimi tanınmasının siyasi və mədəni əhəmiyyətini açıq şəkildə göstərməkdədir.

Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin açılması olub. Bu Mərkəzin fəaliyyətə başlaması Azərbaycan Respublikasının dünyada sülhsevər siyasət yürütdüyünə və insan hüquq və azadlıqlarına yüksək səviyyədə hörmət edildiyinə bir daha bariz nümunə oldu. Bu səbəbdən Prezident İlham Əliyevin çıxış və müsahibələrində qeyd etdiyi kimi: "Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır". Buradan çoxmədəniyyətli cəmiyyətin inkişafına dövlətin birmənalı dəstəyi, multikulturalizm siyasətinə göstərdiyi həssas münasibətin heç də təsadüfən baş vermədiyini anlamaq çətin deyil. Yəni Azərbaycan Respublikası tarixinin dərinliklərindən süzülüb gələn multikultural dəyərlərini mənəvi miras olaraq müasir dövrə qədər gətirib çıxara bilmişPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu sülhsevər missiyanı davam etdirərək hüquqi-demokratik inkişafını daha da möhkəmlədə bilib".

Alim bildirir ki, multikultural dəyərlərə yüksək münasibət göstərən Azərbaycan Respublikası qısa vaxt ərzində bunun mümkün olduğunuinsan hüquqlarının müdafiəsində çoxmədəniyyətli cəmiyyət amilinin əhəmiyyətinə diqqət çəkərək dünya liderlərinin məsələyə münasibətinin vacibliyini bəyan edir: "Yəni Azərbaycan hökuməti multikulturalizm siyasətinin iflasa uğramadığını, əksinə, ərazisində yaşayan xalqların sülhmehriban şəraitdə yaşamasını önə çəkərək, bunun təməlində yürüdülən stabil siyasətin əhəmiyyətini də vurğulamış olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "multikulturalizmin alternativi yoxdur". Bu məsələdə alternativ axtarışında olan Avropanın yaşamaqda olduğu miqrant böhranı bir daha onu göstərdi ki, mədəni və siyasi dialoqun gücləndirilməsi zəruridir və bundan qaçmaq qlobal problemin həllinə kömək yox, əksinə, daha çox süni maneə yaratmaqdadır.

Məqalə boyu bütün sadalanan müsbət məqamları ümumiləşdirərək, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının inkişafı və bu siyasətin təməlində dayanan multikulturalizm siyasətinin bir model olaraq beynəlxalq aləm tərəfindən müsbət qəbul olunmasını və alınan nəticələri müddəalar şəklində aşağıda göstərildiyi kimi ifadə etmək mümkündür:

Hüquqidemokratik inkişaf yolunda irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunması multikultural dəyərlərə ali münasibətdə öz əksini tapıb;

Müasir Azərbaycanda multikulturalizm siyasətinin uğurlu başlanğıcı görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq məfkurəsinə əsaslanır və nəticə olaraq xalqların sülhmehriban şəraitdə yaşamasına diqqəti artırır;

Prezident İlham Əliyevin siyasi fəaliyyəti çoxkonfessiyalı Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında milli və beynəlxalq qanunvericiliyin inkişafına əhəmiyyətli təsir göstərir və mövcud sahədə siyasi-hüquqi, mədəni səmərə təşkil edir;

Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkə həqiqətləri və mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu mühüm amil respublikanın beynəlxalq münasibətlərə inteqrasiyasına dəstək verir;

Azərbaycanda millietnik mədəniyyətin inkişafı ərazisində yaşayan xalqları bir-birinə yaxınlaşdırır, milli maraqlarının qorunmasında həmrəy addım atmağa təşviq edir;

İnsan hüquqları və multikultural dəyərlərin nəzəri əsaslarının inkişafında beynəlxalq tədbirlərin əhəmiyyəti illər keçdikcə daha da artır.

Demokratik dəyərlərə sadiq qalan, müsəlman ölkəsi Azərbaycanın çoxkonfessiyalı cəmiyyəti bir daha onu göstərir ki, islam sülh və əminamanlıq dinidir, xalqlar arasında dialoqa tərəfdar olan və nəticə etibarilə birləşdirən mühüm amildir...".

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2016.- 20 iyul.- S. 15.