Terrorçuluq və antiterror
- XXI əsrin müharibəsi Dünya demokratik qüvvələri, terrorçulara
qarşı birləşin!
Sivilizasiyanın həddi, qloballaşma
ilə əlaqədar tapşırıqların həyata
keçirilməsi, geopolitik layihələrlə antoqonist
ziddiyyət təşkil edən mübarizə
üsullarından asılı olur. Son
illərin şəraitini təhlil edən beynəlxalq ekspertlər
belə nəticəyə gəlirlər ki,
XXI yüz il
özünə xas hadisələrlə yadda qalır. Bəşəriyyət
müharibənin yeni təhlükəli bir tipi, dini-millətçilik
rəngi ilə tündləşərək xüsusi
diqqət çəkdi. Beynəlxalq ictimaiyyət
əvvəllər də terrorçuluğun
bu növünə məruz
qalmışdı. Lakin XXI yüz ilə qədər bu
dərəcədə aydın, beynəlxalq xarakter
almamış, bu dərəcədə
amansızlıqla və qan tökməklə
ifadə olunmamışdı. Amerika, İraq, Türkiyə, Rusiya,
Fransa və digər ölkələrdəki
terror hadisələrini buna
misal göstərmək olar.
Ona
görə də, terror xarakterli
cinayətlərlə mübarizə son dərəcə
problemlidir. Hüquq-mühafizə
orqanlarının az sayda
cinayətkarları ifşa etməsilə
əsas təşkilatçılar kənarda qalır. Şəraitin
öyrənilməsi zamanı məlum olur
ki, terrorçular daha çox əhalinin
sıx, kompakt toplaşdığı ictimai yerlərdə insanlığa zidd beynəlxalq cinayətləri törətməkdə
çətinlik çəkmirlər. "Kamikadze" ruhunda, (kamukadze yapon sözüdür - "kamu"
ilahi, "kadze" -
külək mənasını verir.
Anlamı "Allahın küləyi" deməkdir. Tayfun adı
ilə bağlıdır. 1274-1281-ci illərdə yapon sahillərinə yaxın Monqol
xanı Hubilyanın gəmisinin məhv edilməsi, sonralar yaponlarda Kamikadze "könüllü
ölümə gedənlər" mənasını
daşıdı.) köklənmiş insanlar
son dərəcə radikal
tərzdə sosial-siyasi ekstremizm
niyyətini həyata keçirməklə guya "qəhrəmanlıq" göstərərək
həlak olurlar.
Mübarizə
metodlarının öyrənilməsi nəticəsində
belə qənaət hasil olur
ki, terrorçular çox zaman əməllərini
heç bir maneə olmadan icra etmək üçün təhlükəsiz şərait
axtarır, distant üsullardan
və texniki vasitələrdən
yararlanırlar. Təəssüflə qeyd etmək lazımdır ki,
hüquq-mühafizə orqanlarında bu
qanlı olayların qarşısını almaq
və subyektlərin zərərsizləşdirilməsi üçün təhlükənin
miqyasına cavab verən texniki
qurğular və vasitələr adekvat deyil, onlara belə qrupları zərərsizləşdirmək
üçün tam
sərbəstlik verilmir. Sərt, müstəsna
cəza tədbirinin - ölüm hökmünün tətbiqi reallaşır,
qaçılmaz olur.
MDB
ölkələrində fəaliyyət göstərən terrorçu qruplarla beynəlxalq
səviyyəli terrorçular arasında
təşkilatı və ideoloji əlaqələrin
olması da artıq sübut
olunmuşdur. Ona
görə də, beynəlxalq aləmdə terrorla
mübarizəni təmin etmək üçün
işlək normativ bazanın
yaradılmasına zərurət var.
ABŞ
Dövlət Departamenti "terrorizmlə
mübarizə" üzrə proqram qəbul
etmişdir. Həmin ölkədə il ərzində terrorizmə həsr olunmuş 2000 akademik nəşr
işıq üzü görmüşdür.
Əsas məqsəd terrorizmlə mübarizədə polisin güc və
bacarığını artırmağa təsir edən şəraitin
yaradılmasından ibarət olmuşdur. BMT-nin və Millətlər Liqasının
konvensiyalarının hazırlanması və ona
zamanın tələbinə uyğun dəyişikliklərin
edilməsi dövlətlərə qarşı olan hadisələrin qarşısını almağa kömək edə bilər.
İngiltərə
politoloqu Uilken Niksona görə, terrorçuluqla
mübarizənin beynəlxalq hüququn tələblərinə
zidd aşağı səviyyədə
olması ona görədir ki,
bəzi dövlətlər terrorizmin
"istehsalı" ilə məşğul olur,
ona dəstək verirlər. Lakin elə dövlətlər də var ki, təkbaşına
- regionda terrorizmə qarşı sədd
çəkə bilir və beynəlxalq
terrorizmlə mübarizədə fəal iştirak
edir. Müəyyən sayda
dövlətlər də var ki, bir araya
gəlib bu sahədə birlik
nümayiş etdirə bilirlər. Lakin dövlətlərin beynəlxalq səviyyədə
əməkdaşlığı hələ ki,
səmərə vermir. Avropada
əməkdaşlıq və təhlükəsizlik
şurasında terrorizmlə mübarizə məsələsi
siyasi müzakirənin predmetinə
çevrilsə də səmərə yoxdur.
Deməli, mübarizənin taktikasında ciddi
qüsurlar var.
Azərbaycan
dövlətinin dünyada terrorçuluqla
mübarizədə dəstəyi və regionda
prinsipal fəaliyyəti beynəlxalq hesabatlarda təqdir olunur. Bu istiqamətdə DİN-in
barışmaz mövqeyi yetərincədir.
Terrorçuluğa
qarşı əməkdaşlığın bariz
nümunəsi kimi 1976-cı ildə
terrorizmə, ekstremizmə və beynəlxalq
zorakılıqlara aid Avropada
təhlükəsizliyin koordinasiya edilməsi
məqsədi ilə yaradılan orqan əhəmiyyət
kəsb edir. Orqana
Ədliyyə və Daxili İşlər
Nazirləri, üzv dövlətlərin maraq doğuran orqan (təşkilat) rəhbərləri daxildir. Xüsusi xidmət
orqanları hüquqşünaslar
mübarizənin məkan və rolunu
müəyyən etmək üçün
terrorçuluğun daha
çox yayılmış növlərini
təsnifatlandırırlar:
1.
Bura maddi və maliyyə
imkanlarını artırmaq məqsədi ilə
planlaşdırılan və istifadə edilən terror-kriminal terror.
2.
Zorakılığın psixoloji aktı -
dini fanatiklər tərəfindən siyasi inam, mif
təəssüratını yaradan terror, ekstremizmdən, radikalizmdən doğan ağlasığmaz hadisələr.
3.
Hərbi terror - düşməni gərginlikdə
saxlamaq və qorxutmaq
məqsədi ilə hərbi münaqişənin bütün imkan və
vasitələrlə həyata keçirilməsi;
4.
Siyasi məqsədlərə çatmaq və onu əldə
etmək məqsədi ilə zorakılıqlardan sistematik istifadə edilən siyasi
terroru aid etmək olar.
Lakin
təcrübə göstərir ki,
terroristlər çox zaman
ümumi niyyətlərdən kənara
çıxaraq (terrorçunun ekstsessi) insanları oğurlamaq,
girov götürmək, məktub-bomba
göndərmək, yandırmaq, partlayışlar törətmək,
silahlı basqınlar etmək, hava gəmisini
girov götürmək, qətllər
törətmək, snayperlərdən istifadə və s. Hallarına rast gəlinir.
Bu siyahı mütləq deyil.
Terrorçuluğun hədəfi,
yuxarıda qeyd etdiyim kimi, bir qayda
olaraq, ağlasığmaz hadisələrin
törədilməsidir. Bu onların xislətinə
uyğundur. Bəzi xarici
ölkələrdə insan həyatı üçün təhlükəli olan əməllər də terror
aktları kimi qəbul edilir.
ABŞ-ın 1984-cü ildə qəbul etdiyi "Cinayətkarlığa nəzarət
haqqında" qanunun tələbinə
görə, insan həyatı üçün xüsusi
təhlükə yaradan zorakılıq
hadisələrinin törədilməsi terror
aktlarına aid edilir və
belə əməllərin tövsifi terroru əhatə edən cinayət qanunvericiliyi ilə həyata keçirilir. Əməl mülki
əhalini vahimə ilə hədələməyə və ya hakimiyyətin siyasi kursunun dəyişdirilməsinə istiqamətlənən
təsir vasitəsi olduğuna görə
terrorçuluq kimi qəbul
edilir. Avropanın hər bir
regionunda terrorizmə qarşı
mübarizə haqqında qanunlar var.
Azərbaycan
Respublikasının cinayət qanunvericiliyi
terrora beynəlxalq normalara
uyğun anlayış verir.
Azərbaycan
Respublikası CM-nin 214- 216-cı maddələrində
və terrorçuluğa qarşı
mübarizə haqqında Azərbaycan Respublikasının qanunu terrorçuluğa dəqiq
anlayışlar verir, mübarizənin hüquqi və təşkilati əsaslarını
müəyyən edir, terrorçuluq
əleyhinə mübarizəni həyata keçirən
dövlət orqanlarının fəaliyyətini
əlaqələndirir.
Terrorizm
cinayətlərinin yüksək, ictimai təhlükəlilik
dərəcəsi sosial funksiyanın
pozulması ilə şərtlənir. Zorakılığa pərəstiş
etməklə ictimaiyyət arasında qorxu
və narahatlıq mühiti
formalaşır.
Bu
cinayətlərin obyekti
bütövlükdə regionda (ölkədə)
ictimai təhlükəsizlik, bir az da
geniş ifadə etsəm, cəmiyyətin
normal həyat tərzi, müəssisə
və təşkilatların fəaliyyəti və dövlətin
siyasi sistemi üçün real təhlükəni
ehtiva edir, əlavə
obyekti kimi isə vətəndaşların
həyat və sağlamlıqları, mülkiyyətin
qorunması və idarəçilik qaydaları təşkil edir. Terror aktlarının
hədəsi, bir qayda
olaraq, gələcəyə hesablanır.
İctimai
təhlükəsizlik, dövlətin siyasi
sistemi, əlavə və mütləq obyekt kimi dövlət və
ictimai xadimlərin həyatı təşkil
edir.
Bu
cinayətlərin bilavasitə obyekti isə
cəmiyyətin firavan həyatının
təhlükəsizliyini tənzimləyən ictimai
münasibətlərin məcmusudur.
Subyektiv
cəhətdən terrorun hərəkətlə,
qəsdən nəticəsini arzulamaq və
ona hazırlığın görülməsi
ilə bağlıdır. Məhkəmə təcrübəsinin
təhlilindən məlum olur ki, əksər terrorlar
partlayışla, sonra yanğınlarla və
s. ağır hərəkətlərlə
törədilir.
Terrorun
obyektiv cəhətinə şəxslərin
bu cinayətləri torətməsi, cəlb
və sövq etməsi,
iştirakçıları təlimatlandırma və silah-sursat vasitələri ilə təmin etməsi,
maliyyələşdirməsi daxildir. Cinayətlərin
motivi altında mövcud
quruluşa qarşı düşmənçilik
münasibəti, dini və milli nifrət hissi başa düşülür.
Motiv cinayətin tövsifinə təsir
etməsə də, cəzanın təyini zamanı nəzərə
alınır.
Terrorizmlə
mübarizənin səmərəliliyi və onun xəbərdarlığı
ABŞ
və Qərbi Avropanın siyasi rəhbərliyi
ilk növbədə terrorçuluğa
qarşı prinsipal mübarizə üçün hüquqi
bazanın olması və onun təkmilləşdirilməsi
üzərində dayanırlar. Yəni orqanlar
arasında qarşılıqlı əlaqənin gücləndirilməsi
və terrorizmlə mübarizə üçün
xüsusi hissələrin
formalaşdırılması, həmin hissələrin texniki vəziyyətin yaxşılaşdırılması
və s;
Mübarizənin
səmərəliyinə təsir edən tendensiyalardan
biri və mən deyərdim ki, mühümü terror təşkilatlarına, qrup
üzvlərinə heç bir mərhəmət göstərmədən
onların sifariş və tələblərini
rədd etmək, onları maliyyələşdirən dövlətlərə
qarşı da barışmaz mövqedə
durmaq və diplomatik
qınaq nümayiş etdirməkdir.
-
Mübarizə zamanı ikili standartlardan uzaq durmaq, terrorizmdən dövlətlərin daxili və xarici siyasətinin
dəyişdirilməsinə istifadə etməmək, terrorizmi milli azadlıq hərəkatlarının
və ya dini özünütəsdiq
forması kimi qəbul etmək olmaz.
Terrorizmə qarşı
mübarizənin istiqamətləri
Mübarizənin
istiqamətləri aşağıdakılardır:
Dünya
ictimaiyyətinin beynəlxalq terror şəbəkələrinin
və təşkilatların fəaliyyətinə ciddi nəzarətin həyata keçirilməsi:
-
Dünya ictimaiyyətinin terrorçuluq
ideyalarına qarşı birləşməsi nəticəsində
bunun qarşısı alına bilər. Bu istiqamətdə məlumat bazasını
artırmaqla əhalini maarifləndirmək lazımdır.
-
Terroru maliyyələşdirən təşkilatların
fəaliyyətini nəzarət altına almaq;
-
Antiterror fəaliyyətinin
koordinasiyasını gücləndirmək; müəyyən vaxtlarda mübarizə mexanizmini
dəyişmək məqsədə uyğundur.
Daha
vacib məsələ BMT Təhlükəsizlik
Şurasının terrorizmlə mübarizə üçün müasir
reallığa cavab verən
konsepsiyanın hazırlanmasından ibarətdir. Konsepsiya beynəlxalq normativ
sənəd kimi elmi
sistemə əsaslanmalı, danışan alətə çevrilməməlidir.
BMT təşəkkül tapdığı
dövrdən bu günə qədər
terrorizmlə bağlı çox iş görsə də, reallıqda və qəbul
etdiyi sənədlərdə beynəlxalq
terrorizmin anlayışına aydınlıq
gətirilməmiş, tərifi verilməmiş, onun hüquqi təbiəti
və məsuliyyət dərəcəsinə aid vahid universal
razılaşması yoxdur. Beynəlxalq terrorçuluq üzrə aktların vahid siyahısı hələ də müəyyənləşməmişdir.
Məsələn: Diplomatik korpusların, beynəlxalq təşkilatların,
nümayəndəliklərin mənzil qərargahlarının
partladılması, küçələrdə, vağzallarda və aerolimanlarda
təxribat xarakterli aktlar,
partlayıcı maddələrdən bilə-bilə istifadə
etmə, ictimai binalarda
təxribat aktlarının törədilməsi məsələlərinin
xüsusi hüquqi
təbiəti aydın deyil. Terrorçuluğun müasir
eskalasiyası hər bir dövlətin terrorçuluqla mübarizəni (tənzimləyən)
koordinasiya edən bir sistemin yaradılmasına zərurət
yaradır.
Terror və terrorizm yeni hadisələr deyil.
Lakin birinci minilliklər ərzində onun müxtəlif növləri
olmuş, yeni növlər də cücərməkdədir.
Son illərdə dünya ictimaiyyəti kompyuter və bioloji terrorçuluqla da qarşılaşır, kosmik
terrorizmin də olacağına heç bir şübhə qalmır. Elmi-texniki tərəqqinin sürətlə
inkişafı bu növ terrorizmə zəmin yaradır. Ona görə, terrorçuluq
çoxşaxəlidir. Ətraf mühitin dəyişilməsinə
ciddi təsir göstərir. Müasir həyatda
terrorçuluq təkcə
ayrı-ayrı dövlətlərə
deyil, bütövlükdə
bəşəriyyətə böyük təhlükə
mənbəyidir.
Şəmsəddin
Əliyev
Bakı
xəbər.- 2016.- 21 iyul.- S. 11.