Mətbuata
dövlət qayğısının müasir
kamil modeli-azərbaycançılığın
praktik nümayişi kimi...
II
yazı
Azərbaycançılıq
ideologiyasının formalaşmasında, təbliğində,
yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı
bu müqəddəs ideologiyanın ən
güclü
daşıyıcısıdır. Milli mətbuatımız və
azərbaycançılıq yüz ildən
artıqdır yol gəlir. 141 ildir milli mətbuatımız
azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı
kimi özünü
göstərə bilir.
Bildiyimiz
kimi, Azərbaycan mətbuatı 15-20 il əvvəlki mətbuat deyil,
artıq güclənmiş ölkəmizdə və Cənubi
Qafqazda, eləcə də beynəlxalq aləmdə
öz sözünü
deyən mətbuatdır. Onu da qeyd edək ki, mətbuatımızın bu
səviyyədə inkişafına görə dövlətimizə
borcluyuq. Çünki
ən çətin şəraitdə Azərbaycan dövləti
mətbuatdan öz dəstəyini əsirgəmədi.
Bu da mətbuatımızın
yad təsirlərə düşməsinə
əngəl oldu. Mediamız dövlətçiliyə,
azərbaycançılıq ideologiyasına sadiq
bir təsisatdır. Yeni
dövrünü yaşayan
mətbuatımızın 141 yaşının tamam olması həqiqətən də qürurverici bir hadisədir.
Qos-qoca mətbuatımız
xalqımızın maariflənməsində, cəmiyyətimizin
inkişafında, dövlətçiliyimizin qorunmasında mühüm rola malikdir. Müstəqil Azərbaycan dövləti
çoxmillətli, çoxdinlidir və
mediamız da hər bir
xalqın, dinin nümayəndəsinə böyük sayğı ilə yanaşır.
Mətbuatımıza gəlincə, respublikamızda çeşidli media
orqanları, elektron KİV-lər, radio və televiziyalar fəaliyyət
göstərir. Faktdır ki, dövlət
quruculuğunda, dövlət və
ictimaiyyət münasibətlərinin yaranmasında,
formalaşmasında önəmli rolu mətbuat
oynayır. Mediamız bu gün
də o missiyanı davam
etdirməkdədir.
Azərbaycan
mətbuatının 130 illiyi ilə
bağlı verilən Sərəncamda qeyd
edilirdi ki, azad mətbuatın inkişafına əngəl
yaradan süni məhdudiyyətlərin,
o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin
təkmilləşdirilməsi və müasir
dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi və onlar üçün
çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi,
bu istiqamətdə verilmiş
bir sıra fərman və sərəncamlar,
mətbuat işçiləri ilə mütəmadi
görüşlər ənənəsinin
yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial
müdaxilə - bütün bunlar Heydər Əliyevin azad
sözə və onun
daşıyıcılarına münasibətini səciyyələndirən
faktlardır: "Bu gün dövlət-mətbuat münasibətlərində
Heydər Əliyevin siyasətini və ənənələrini
davam etdirərək, Azərbaycan dövləti
mətbuatın fəaliyyətinə normal
şərait yaradılması, onun cəmiyyət
həyatına təsirinin, demokratikləşmə proseslərində
rolunun təmin edilməsi və artırılması,
vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam
reallaşdırılması üçün
ardıcıl tədbirlər görür.
Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində
professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin
də tətbiq olunmasını təmin etmək zərurəti
yaranır, onların ictimaiyyətlə əlaqələrinin
fəallaşdırılması üçün
təsirli tədbirlər görülür.
İndiki şəraitdə dövlət
qurumları qarşısında KİV-lə normal,
işgüzar münasibətlərin
qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə
yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq
edilməsi vəzifəsi qoyulmuşdur. Bundan başqa, mətbuatın
müstəqilliyinin, maddi bazasının,
maliyyə təminatının möhkəmləndirilməsində,
jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun
yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və
bunun üçün
konkret tədbirlər görülür.
Mətbuat və informasiya sahəsində
münasibətləri tənzimləyən dövlət qurumunun olmadığı şəraitdə ictimai özünütənzimləmə
orqanı kimi Mətbuat
Şurasının rolu
artırılmalıdır. Mətbuat
Şurası dövlət-mətbuat, vətəndaş-mətbuat
münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist
etikasına əməl olunmasında, jurnalistlərin
hüquqlarının müdafiəsində, informasiya
almaq imkanlarının genişləndirilməsində
getdikcə daha fəal rol
oynamalıdır. Mətbuatdan və bütün
kütləvi informasiya vasitələrindən
daha çox obyektivlik, peşəkarlıq, qərəzsizlik,
yüksək milli şüur
və vətənpərvərlik, aktual
problemlərə diqqət yönəldilməsi gözlənir...".
Milli
mətbuatımız hər zaman ictimaiyyətlə
dövlət arasında çox isti bir əlaqə
forması olub. Əksər hallarda ictimaiyyət öz
problemlərinin həllini mətbuata həvalə edib. Bir sözlə, mətbuat
ictimaiyyətin və dövlətin maraqlarını müdafiə
etmək məsələsində həmişə ön sırada durub. Azərbaycan
dövləti də, öz növbəsində,
müasir milli mətbuatımıza,
media nümayəndələrinə
qayğı və diqqət göstərib. Dövlət
maraqlarının müdafiəsində, azərbaycançılığın
təbliğində Azərbaycan mediası yetərli iş görür.
Dövlətimiz inkişaf etdikcə mətbuatımız
da böyük tərəqqi
yolu keçir. Hətta
milli mətbuatımızın müxtəlif
dövrlərini müqayisə edib konkret nəticələr söyləyənlər
də az olmayıb. Media
ekspertləri qeyd edir ki, Azərbaycan mətbuatına dövlət
qayğısı sovet dövründə
də olub. Ekspertlər deyir
ki, bu, Azərbaycanın
sabiq prezidenti Heydər
Əliyevin qayğısı ilə bağlı olub. Azərbaycanda mətbuata dövlət
qayğısı hələ 1970-80-ci illərdə öz yüksək səviyyəsinə
çatıb. Heydər Əliyevin mətbuata
qayğısı nəticəsində bütövlükdə
cəmiyyət həyatının bütün
sahələri ilə birlikdə mətbuat da
inkişaf etdirilib. Hələ keçən əsrin 90-cı illərinin
ortalarında - müstəqil dövlətimiz öz
ilk Konstitusiyasını qəbul etdikdən,
yeni parlament seçildikdən
sonra prezident Heydər
Əliyev ölkədə teleradio
yayımının keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə yeni, müasir
avadanlıqların alınmasına və
quraşdırılmasına nail olub. Qeyd edək ki, Qafqazda ilk
olaraq Azərbaycanda sovet
dönəmindən qalan teleötürücü
qurğular dəyişdirilib. Azərbaycanda
son illər mətbuata dövlət
qayğısının özünəməxsus nümunəsi
formalaşdırılıb. Biz bunu milli mətbuatımızın
yubiley dönəmlərində, eyni zamanda da
başqa vaxtlarda hiss edirik. Dövlət
jurnalistlərin əməyini yüksək qiymətləndirir.
Redaksiyaların maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün
həyata keçirilən tədbirlər həmin məntiqi bir daha sübut
etdi.
"İki Sahil" qəzetinin
baş redaktoru, əməkdar
jurnalist Vüqar Rəhimzadə
mediamızın inkişafını şərh edib: "...Hər birimiz
1990-cu ildə Azərbaycanın düşdüyü
ağır günlərin şahidiyik. Azərbaycanda
çox çətin bir
dövr idi,
insanların sabaha ümidi
yox idi, gərgin sosial həyat tərzi yaşayırdılar.
İnsanların şəxsi həyatına kifayət qədər
müdaxilələr olurdu. Bu proses təbii ki, mətbuatdan da yan keçmirdi. Azərbaycanda
senzuranın, xüsusilə hərbi senzuranın mövcudluğu mətbuatın,
jurnalistikanın məhvinə yönəlmişdi. Jurnalistlərə
qarşı fiziki, mənəvi təzyiqlərin,
təqiblərin baş alıb getdiyi bir dövrdə
yaşayırdıq. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı
bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Baxmayaraq ki, 1991-ci ildə
ölkə parlamentində müstəqillik aktı qəbul olunmuşdu, amma ölkədə
müstəqillikdən söhbət gedə bilməzdi. Bütün bu təqib və
təhlükələr ulu öndərin
hakimiyyətə qayıdışı ilə arxada
qaldı, Azərbaycan tənəzzüldən tərəqqiyə
qədəm qoydu. Bu
dövrdə də kifayət qədər fərman və sərəncamlar
imzalandı ki, bu gün Azərbaycan dövlətinin
varlığı, mövcudluğu, dünya birliyində özünə layiqli yer tutması ulu öndərin adı ilə
bağlıdır. Azərbaycanda müstəqil
mətbuatın inkişafı, yaranması, mövcudluğuna
məhz həmin dövrdə və ulu
öndərin imzaladığı sərəncamlarla, qərarlarla
çox böyük
təkan verildi. 1998-ci il
avqustun 6-da senzuranın ləğvi ilə
bağlı imzalanan Sərəncama əsasən,
mətbuat üzərindən dövlət
nəzarət mexanizmi götürüldü.
Ulu öndərin təməlini qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
İstər daxili, istər xarici siyasət, istərsə də regionlarda quruculuq işləri
gedir. Bu gün Azərbaycan müasir
şəkildə dünyaya təqdim olunur, bütövlükdə yenidən qurulur.
Bundan
əlavə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istərdim. Bu
müddət ərzində bu qurum çox uğurla fəaliyyət göstərib.
2005-ci
ildə Azərbaycan milli mətbuatının
yaranmasının 130 illiyində Prezident İlham Əliyev ümummilli
lider Heydər Əliyevin siyasətini çox uğurla davam etdirərək, "Əməkdar jurnalist" adının bərpa
olunmasını və ölkənin aparıcı media nümayəndələrinin ali mükafatlarla, həmçinin,
"Tərəqqi" medalı ilə təltif
olunmasını, redaksiyalara birdəfəlik
maliyyə yardımlarının ayrılmasını təmin
etdi. Təbii ki, bu da mətbuatın
inkişafı üçün böyük zəmindir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun yaradılması və
fəaliyyəti Azərbaycan mətbuatı tarixində çox önəmli bir
hadisə idi. Hər bir
qəzet, jurnal, mətbuat orqanı, jurnalist bu fondun
fəaliyyətindən bəhrələnir və onunla yaxından əməkdaşlıq edir. Mən xüsusilə qeyd etmək istərdim ki,
2010-cu ildə milli mətbuatın
yaranmasının 135 illiyində cənab Prezident
İlham Əliyev Azərbaycan Mətbuat
Şurasının inzibati binasının
açılışında və orada MŞ-nin İdarə Heyətinin üzvləri
ilə görüşdə bir çox məsələlərə toxundu. Burada jurnalistlərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı məsələlər
dinlənildi. Bundan bir
neçə saat sonra
xüsusi Sərəncamla jurnalistlər üçün yeni
yaşayış binasının tikilməsinə vəsait
ayrıldı. Hesab edirəm ki, bu, analoqu
olmayan hadisədir. Həm
jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, həm Prezident
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dəstək Fondunun
(KİVDF) yaradılması, jurnalistlərin ali
dövlət mükafatları ilə təltif olunması və
digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin,
xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə
diqqətinin nümunəsidir".
Vüqar
Rəhimzadə, həmçinin, Azərbaycan jurnalistlərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məsələsinə
də diqqət çəkib. Ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunduğunu vurğulayan baş redaktor həmin
hadisəni ölkədə jurnalistlərə göstərilən
dövlət qayğısının çox
böyük nümunəsi
adlandırıb, bu prosesin
davamlı olaraq həyata keçirildiyini
xatırladıb: "Jurnalistlər üçün
tikilən binanın açılışında, növbəti
binanın tikintisinin başlanması, təməlqoyma
mərasimində möhtərəm Prezidentin
şəxsən iştirakı jurnalistlərə bir daha böyük
diqqətin, qayğının göstərilməsidir".
Qeyd
edək ki, Azərbaycan Respublikası Prezidentinin mətbuata qayğısı misilsizdir.
Ekspertlər
vurğulayır ki, Azərbaycan KİV-i tarixin bütün mərhələlərində öz sözünü deyə
bilib. Qeyd edilənə görə, Azərbaycan mətbuatı
öz platformasında bu
istiqamətdə çox dəyərli
işlər görməyi bacardı. Amma hesab etmək olar ki, sovet dövrü
Azərbaycan mətbuatının yenidən
formalaşmasını təmin etdi, həm
də mətbuatın milli keyfiyyətlərdə
formalaşmasının əsasını qoydu. 1978-ci il hüquqi-siyasi islahatı milli
mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələyə yol
açdı. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında ulu
öndər Heydər Əliyev tərəfindən Azərbaycan
dili dövlət dili kimi təsdiq etdirildi.
Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq
olunması Azərbaycan mətbuat dilinin və
bütövlükdə Azərbaycan dilinin
inkişafı tarixində böyük bir hadisəyə çevrildi.
Ona
görə də məhz dilin
inkişafı ilə bağlı belə bir
hüquqi-siyasi, konstitusion
əsasın yaradılması Azərbaycan mətbuatının
inkişafı qarşısında yeni
üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan
dilinin inkişafı istiqamətində çox böyük
işlər həyata keçirilməyə
başlandı. Bu dövrdə Azərbaycan
mətbuatı inkişaf etdi,
gözəl bir ənənə
yaratdı, Azərbaycan dilinin səlisləşməsinə
xidmət etdi.
Əlbəttə,
ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının dövlət müstəqilliyini əldə
etməsindən sonra baş
verdi. O illərdə
artıq yeni əsaslarda müstəqil Azərbaycan
mətbuatı formalaşdı. Azərbaycan mətbuatının
böyük hamisi və
qayğıkeşi, mətbuatın missiyasını və
funksiyasını dərindən başa
düşən, onu lazımınca qiymətləndirməyi
bacaran Heydər Əliyev 1998-ci ildə mətbuat
üzərində senzuranı ləğv etdi.
Ulu
öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər
kütləvi informasiya vasitələrində
dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi,
hərbi sirlərin mühafizəsi ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün
informasiya üzərində nəzarətin
tətbiq edilməsi ilə bağlı 15 aprel
1993-cü il tarixli Sərəncam
qüvvəsini itirmiş elan
edildi. Bundan başqa, 1999-cu ilin
sonunda "Kütləvi informasiya
vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının
inkişafını şərtləndirən, bəhs edilən
sahəyə müvafiq surətdə sahəvi
və ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi
işinə əhəmiyyətli töhfə oldu.
2000-ci
ilin mart ayında Heydər
Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
proqramı" təsdiq olundu. İdarəçilik
sisteminin islahatı çərçivəsində
Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi,
kütləvi informasiya vasitələrinin
yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi
məqsədilə Milli Mətbuat, Teleradio və İnternet
Şurası yaradıldı.
Azərbaycan
mətbuatı uzun və şərəfli
bir yol keçib.
Bu yolun
yolçuları olan mətbuat nümayəndələri
dövlətə, dövlətçiliyə, xalqa,
azərbaycançılığa qəlbən
bağlıdır. Azərbaycan mətbuatının
uğurları hələ qabaqdadır...
İradə
SARIYEVA
Bakı
xəbər.- 2016.- 22 iyul.- S. 15.