Atatürk Liseyində yazıçı Yunus Oğuzla görüş keçirildi
Yunus Oğuz: “Millətin, onun
təfəkkürünün formalaşması məhz orta məktəblərdən başlayır”
Təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də müxtəlif dillərdə əsərləri işıq üzü görən yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri arasında böyük maraq hiss olunur. Məhz bu marağın göstəricisidir ki, müntəzəm olaraq yazıçı ilə oxucularının görüşü keçirilir. Yunus Oğuzla belə görüşlərdən biri Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində baş tutub. Əvvəlcə görüş iştirakçıları aprel əməliyyatları zamanı şəhid olmuş həmvətənlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Liseyin müəllim və şagird heyətinin iştirak etdiyi görüşü giriş sözü ilə açan təhsil müəssisəsinin müdiri Ali Devrim bildirib ki, təhsil ocağında araşdırmaçılar, yazar və elm adamları ilə görüş keçirmək barədə təşəbbüslər olsa da, indiyə qədər belə bir görüş keçirmək imkanı əldə edilməyib. Yunus Oğuzla keçirilən görüşün təhsil müəssisəsində yazıçı və araşdırmaçılarla keçirilən ilk görüş olduğunu diqqətə çatdıran Ali Devrim dəvəti qəbul etdiyinə görə, ona təşəkkürünü ifadə edib. O, daha sonra Yunus Oğuzun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib. Yunus Oğuzun bir çox tarixi romanlar müəllifi olduğunu diqqətə çatdıran liseyin müdiri bildirib ki, yazıçının qələmə aldığı tarixi romanlar gənc nəslin milli mənlik şüurunda tərbiyəsi, maarifləndirilməsi, türk tarixinin onlara çatdırılması baxımından əhəmiyyətlidir.Yunus Oğuz ümumtürk tarixinə yeni bir baxış ortaya qoyur
Liseyin tarix müəllimi Elmar Həsənli də Yunus Oğuzun qələmə aldığı tarixi romanların gerçək tariximiizin üzə çıxarılması, onun cəmiyyətə, xüsusilə gənc nəslə çatdırılması baxımından dəyərli vasitə olduğunu söyləyib. O, bildirib ki, Yunus Oğuz tarixi romanları tarixi konsepsiya əsasında qələmə alır: "Yunus Oğuzun digər bir mühüm və müsbət cəhəti ondan ibarətdir ki, yazıçı təkcə Azərbaycan deyil, ümumtürk dünyasının tarixi şəxsiyyətləri barədə romanlar yazır. Bir növ Yunus Oğuz ümumtürk tarixinə yeni bir baxış ortaya qoyur. Yunus Oğuzun əsərləri, tarixi romanlarının müxtəlif dillərə tərcümə edilməsi də yazıçının əsərlərinə olan marağın göstəricisidir”.Daha sonra söz yazıçıya verilib. Əvvəlcə öz həyatı, yaradıcılığa başladığı ilk illər barədə oxuculara məlumat verən Yunus Oğuz bu günə qədər qət etdiyi yolun heç də rəvan olmadığını, bu yolda bir sıra çətinliklər, məhdudiyyətlər, qadağalarla üzləşdiyini söyləyib. Bildirib ki, həyatının 31 ili Sovetlər Birliyində keçib: "Özü də o illər çox ağır keçib. Siz bu gün fəxr edə bilərsiniz ki, müstəqil dövlətdə yaşayırsınız, müstəqil fikriniz var. Lakin o zaman yalnız rus ideologiyası vardı. Bu ideologiyaya qarşı çıxsan, ona yad olsan, mütləq səni aradan götürər, yaxud digər yollarla uzaqlaşdırardılar. Bu mənada sizlərə həsəd aparıram ki, müstəqil dövlətdə doğulmusunuz və həmin acıları görməmisiniz. Əminəm ki, gələcəkdə ailədən tutmuş dövlətə qədər bütün idarəetmə sistemlərində iştirak edəcəksiniz. Sizin bu gün əldə etdiyiniz bilik elmə çevriləcək. Elm də öz növbəsində dövlətə, millətə, ailənizə xidmət etməyə yönələcək”.
Ortaq tariximizə, dilimizə dönməyimiz lazımdır
Yunus Oğuz
tarixi araşdırmaçılığa
olan marağından da danışıb. Bildirib ki, fəlsəfə fakultəsində təhsil
alarkən marksizmdən
uzaq olmaq üçün tarixi fəlsəfəyə üstünlük
verib: "O vaxt mən Kommunist Partiyasının üzvü
olmadığım üçün
bizləri KQB-nin arxivlərinə buraxmırdılar.
Həmin
dövrdə fəlsəfə
tarixinin ən böyük arxivləri
KQB-nin arxivləri idi. Kommunist Partiyasının üzvü olan başqa bir tələbə yoldaşımı
həmin arxivlərə
göndərir, onun vasitəsilə həmin arxivlərdən müəyyən
materialları əldə
edə bilirdim. Artıq öz tariximizi oxumağa başlamışdım.
Ona qədər heç bir tarixi oxumağa
qoymurdular. Sovet tarixi
nə yazırdısa,
yalnız onu oxuya bilərdik”. Təhsilini başa vurduqdan sonra Vətənə qayıtdığını
deyən yazıçı
vurğulayıb: Çoxları
məni müəllim
görmək istəyirdi,
ancaq mən müəllim olmaq istəmirdim. Bilirdim ki, yaradıcı
adamam. Müəllimin yaratdığı əsər isə onun şagirdləri və tələbələridir.
Mən isə arxivlərdə oturmaq, tarximizi bilmək istəyirdim.
Ona görə də dünya arxivlərində
oturdum. Eyni vaxtda gizli şəkildə qəzetlər
buraxırdım”. Yunus Oğuz
arxivlərdə aparılan
uzun illərin araşdırması nəticəsində
tarixi romanların işıq üzü gördüyünü deyib.
Yazıçı onu
da bildirib ki, türk tarixi,
şəxsiyyətləri barədə
romanlar yazarkən ortaq türk tarixi barədə düşündüyünü də diqqətə çatdırıb: "Bizim
onsuz da ortaq tariximiz, dilimiz olub. Amma zaman
keçdikcə biri bir, digəri o biri tərəfdə qalıb. Əgər
50-100 il keçsə idi Azərbaycanla Türkiyə
də yadlaşardı.
Amma bizim ortaq tariximizə,
dilimizə dönməyimiz
lazımdır. Bu olmasa
türk tarixini yaza bilməzsən.Türkiyə
uzun illərdir ki, Avropa Birliyinə
can atır. Nə üçün? Avropada nə var? Bunun əvəzinə türk dövlətləri birliyini
gücləndirmək lazımdır.
İnsan
potensialı, iqtisadi ehtiyat, dil birliyi,
ortaq tarix, ortaq mədəniyyət, hamısı buradadır.
Nə üçün Avropa Birliyinə qarşı Türk Birliyini yaratmayaq?” Yunus Oğuz tarixi
bədii ədəbiyyata
keçməsinin səbəbləri
barədə də oxuculara məlumat verib. Bildirib ki, elmlərdə
qaynaqlar, mənbələr
mütləq olmalıdır.
Qaynaqların arxasından
isə bədii ədəbiyat başlayır:
"Elmlə bədii
təfəkkürü birləşdirmək
lazımdır. Məlumat üçün
qeyd edim ki, mənim 4 romanım Təhsil Nazirliyi tərəfindən
sinifdənxaric oxu kimi məktəblərə
verilib. Millətin, onun təfəkkürünün
formalaşması məhz
orta məktəblərdən
başlayır. Çünki
orta məktəblərdə
şagirdlərin beyni
ağ dəftərdir.
Ora nə yazsan elə də hərəkət edəcək.
Bədii
ədəbiyyata ona görə keçdim ki, uşaqlar böyüdükcə milli
kimliyini, dövlətini,
millətini tanıya bilsin. Bunları bilmədikdə isə
olursan kosmopolit. Yəni Vətənini, dövlətini, ailəsini
düşünməyən biri”. Yazıçı bir qayda olaraq millətin formalaşmasında misilsiz
xidmətləri olan sultanlar, hökmdarlar barədə tarixi romanlar yazdığını,
onları cəmiyyətə
tanıtdığını qeyd edib. Bildirib ki, bunlar
sırasında Təhmasib
şahın da öz yeri var:
"Təhmasib şah
bütöv Azərbaycan
bəylərbəyliyi yaratdı.
O, 54 il hakimiyyətdə
olsa da, sovetlərin zamanında bir dəfə Təhmasib şahın adı çəkilmirdi. Şah İsmayıl Xətaidən
sonra birbaşa Şah Abbasa keçilirdi. Bəs ortadakı
tarix harada qalırdı? Niyə
Təhmasib şah Sultan
Süleymanla döyüşmək
istəməyib?. Bu tarix nə
üçün bizdən
gizlədilib? Yaxud
nəyə görə
Nadir şahı qaniçən
adlandırırdılar?.
Xəzər hövzəsi hunların
əsas bazası olduğu halda Attilanı bizə yad, düşmən ediblər. Əmir Teymuru həmişə
topal deyərək lağa qoymuşuq, ələ salmışıq.
Halbuki dünyanın bütün
gəmiləri onun bayrağı altında üzürdü. Biz ondan niyə imtina etməliyik? Əmir Teymur getdiyi yolu Nadir şah təkrar etdi. Əmir Teymur hansı əraziləri tutmuşdusa,
Nadir şah da həmin əraziləri tutub geri qayıtdı.
Yaxud Şah İsmayılın
zamanında dünyanın
mədəniyyət mərkəzi
Təbriz olub. Rəsmi yazışmalar da məhz türkcə aparılıb.Tariximizlə fəxr
etməliyikYəni tarix
təkrar olunur və biz bu tariximizlə fəxr etməliyik”. Yazıçı deyib ki, IX əsrdən başlayaraq 1926-cı ilə qədər, tam 1200 il Anadoludan
tutmuş Orta Asiyaya, Hindistana qədər
böyük bir əraziyə
türk sülalələri rəhbərlik
edib: "Ona görə
də biz öz tariximizi, keçmişimizi
bilməsək, gələcəyimiz də olmayacaq”.Daha sonra oxucuların
suallarını cavablandıran yazıçı qələmə
aldığı tarixi əsərlər
zamanı hansı tarixi mənbələrə
istinad etdiyinə aydınlıq gətirib.
O, tarixi romanları yazarkən
müxtəlif tarixi mənbələrə
istinad etdiyini, bir faktı dəqiqləşdirmək, oxucuya tam obyektiv
şəkildə çatdırmaq üçün
bir neçə tarixi
mənbəni qarşılaşdırıbson nəticəni əldə
etdiyini söyləyib. Əsərlərinin
axıcı, anlaşılan dildə yazılmasına gəlincə
Yunus Oğuz deyib ki, tarixi gerçəklikləri
gənc nəslə çatdırmaq üçün
elmi dildən uzaq, lakin tarixi mənbələrə,
qaynaqlara əsaslanan təhkiyyə
janrından istifadə edir. Yunus Oğuz Məmməd
Səid Ordubadinin də məhz təhkiyyə
janrından istifadə etdiyini deyib: "Yəni nağılvari bir dildə yazmalısan ki,
sənin əsərlərin oxunaqlı olsun.
Bu sistem oxucunu yormur, axıra qədər
əsəri oxumaq istəyir. Daim də oxucuya
düşündürən impulslar, suallar verilir. Ən əsası
təhkiyyə sistemində oxucu istəmədən
hadisələrin iştirakçısı olur.
Yəni istər-istəməz 500 il əvvələ
gedərək sanki hadisələri öz gözü ilə görür. Əsas odur ki, hadisələri görə biləsən və
tarixin qatlarına düşəsən. Ancaq bütün kitablarda o sistem
keçmir”. "Nadir şah” romanı barədə
danışan yazıçı qeyd edib ki, sovetlərin məqsədyönlü
təbliğatı nəticəsində Azərbaycanda Nadir şaha qarşı böyük nifrət hissi
olub: "1902-ci ildə Nəriman Nərimanov
Nadir şah
haqqında yazarkən deyirdi ki, mən Nadir şahı
məhv etdim. Ancaq
100 ildən sonra mən Nadir
şahı reablitasiya etdim.
Artıq dövlət səviyyəsində də bu istiqamətdə işlər görülür”. Sonda
yazıçı ilə xatirə şəkli çəkilib
və Yunus Oğuz
müəllifi olduğu kitabları imzalayaraq oxucularına təqdim edib.
Bakı xəbər.- 2016.- 14-16 may.- S.11