Turizm sektoruna vergi
güzəştlərinə ilk loyal rəsmi reaksiya...
Pərviz Heydərov: "Turizm obyektlərinin vergidən azad
edilməsi xidmət keyfiyyətinin artmasına səbəb olar"
"Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər". Məlum olduğu kimi, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, sözügedən məsələ Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil, əgər bu, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar.
S.Ələkbərov onu da qeyd edib ki, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır. Yəni ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsin: "Bu addım atılsa, ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaların artmasına gətirib çıxarmalıdır".
Azərbaycanda son illər turizmin inkişafı mühüm
prioritet istiqamətlərdən
biri hesab olunur. Ölkədə turizm sahəsinə
yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin
daha da yaxşılaşdırılması
və müasir standartlara cavab verən infrastrukturun yaradılması üçün
müxtəlif addımlar
atılır. Turizmin inkişafı
həm də ölkənin beynəlxalq
miqyasda tanınmasında
və Azərbaycanın
müsbət imicinin formalaşmasında çox
mühüm rol oynayır. Məlumat
üçün qeyd edək ki, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5
faiz artacağı proqnozlaşdırılır.
Bütün hallarda, ekspertlər turizm sektorunun vergidən azad edilməsini necə dəyərləndirir? Belə
bir addım atılsa, bunun nə kimi faydası
ola bilər?
Sözügedən məsələni dəyərləndirən
iqtisadçı-ekspert Pərviz
Heydərovun fikrincə,
mövcud iqtisadi vəziyyətdə turizmin
inkişafına dövlət
dəstəyinin göstərilməsi
çox mühümdür:
"Ölkədə qeyri-neft
sektorunun inkişafı
hazırda prioritet təşkil edir. Turizm isə onun mühüm
bir tərkib hissəsi sayılır.
Bütövlükdə qeyri-neft sektorunun
inkişafı konkret olaraq hansı addımlar atmaq lazım gəldiyini tələb edirsə, bu onun bütün
seqmentlərinə və
sahələrinə aid edilməlidir.
Turizm obyektlərinin vergidən azad edilməsi xidmət keyfiyyətinin də artmasına səbəb olar. Eyni zamanda qeyd etməliyəm
ki, sözügedən
addımların əsasını
ilk növbədə stimullaşdırıcı
tədbirlər təşkil
edir. Turizmin də inkişafı
üçün belə
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi çox
vacibdir. Lakin bu tədbirləri həyata keçirərkən əvvəlcədən
mühüm nüanslar
nəzərə alınmalı
və yaxşı düşünülmüş şəkildə həyata
keçirilməlidir. Turizm obyektlərinin vergidən azad olunması, hesab edirəm ki, təkcə qiymətlərin aşağı
düşməsi ilə
nəticələnməməlidir. Bu addım eyni
zamanda ölkədə
turizm sahəsində xidmət keyfiyyətinin artmasına da gətirib çıxarmalıdır.
Odur ki, fikrimcə, vergilər nazirinin müavini Sahib Ələkbərovun
da qeyd etdiyi
kimi, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır".
Vidadi ORDAHALLI
Bakı
xəbər.- 2016.- 20 may.- S.13