Bir şair ömrü də son baharda sonuna qovuşdu...
“Taleh Həmidin adına verilmiş
xoşbəxtlik İtdiyi
üçün etibarsız
sayılır…”
Səsi gəlməyəndə qəribsəyərdik
həmişə. Bir müddət əvvəl
danışmışdıq. Dedim çoxdandır görünmürsüz. Dedi
şəkər macal verir ki... Söz
verdi ki,
arada vaxt edib gələcək “Bakı-Xəbər”ə. Danışılası
o qədər sözü
vardı ki hələ. Gələcəyəm
dedi, ancaq gəlmədi. Daha doğrusu gəlməyə
macalı olmadı.
Yoxsa sözünə
bütöv adam
idi Taleh Həmid. Taleh müəllim kimi dəyərli insanların,
qələm adamlarının,
ictimai xadimlərin, ziyalıların dünyadan
köç xəbəri
adama ən doğma adamının itkisindən doğan sarsıntını yaşadır,
hiss etdirir...
Taleh müəllimin
vəfat etməsi ilə bağlı yayılan xəbərə
inanmadıq. Şairin telefon nömrəsinə
zəng vurduq, zəng çatırdı.
Telefonu Taleh müəllimin yaxın dostu Anar müəllim götürdü. Yayılan xəbəri
təəssüf hissi
ilə təsdiqlədi.
Anar müəllim bildirdi ki, Taleh Həmid
səhər saatlarında
dünyasını dəyişib
və mərhumun cənacəsi doğulduğu
Şəmkir rayonunun Dəllər-Cəyir kəndinə
yola salınacaq.
Beləliklə, noyabrın 1-i görkəmli
şair, publisist Taleh Həmidin vəfatı günü kimi tarixə düşdü.
Dünyamızın beş-on saf, qayğıkeş adamlarından
birini də itirmək o deməkdir ki, artıq mənəviyyat aləminə
xal düşür. Şan-söhrətdən
sevdasından uzaq adam idi
Taleh müəllim. Böyük ideallara, gözəl, qiymətli əsərlərə
hörüb toxuduğu
ömrünü sadə
şəkildə yaşayırdı.
O qədər sadə
insan idi ki, qarşındakının
böyük bir söz adamı olduğunu sanki unudurdun. Taleh Həmid anadan şair doğulmuşdu...
Arzu eləmədim büllur sarayı,
Kimsənin yığdığı sona
qalmayıb.
Şairlik Tanrının vergisi,
payı,
Şairlər sevgidən şair olmayıb.
Atasını erkən itirmişdi. Həmişə deyirdi ki, anam
bizi saxladı, böyüdüb ərsəyə
çatdırdı. Ana
haqqını heç
vədə unutmurdu.
Doğulduğu Şəmkirə
o qədər bağlı
idi ki, az qala hər
söhbətində xəyalı
oralarda idi. Taleh müəllim anasının daşa çevirilmiş ömrünün
yaratdığı kədəri “Anamın
nə kövrək məzar daşı var...” şeirində yanğı ilə ifadə edirdi.
Yanına
gələndə həsrətim
sönür,
Ocağa
çevrilir, alova dönür,
İçim pörşələnir, əlim isinir,
Anamın
nə isti məzar daşı var!
Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı,
bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!
Önündə varlığım çəkilir
dara,
Bələnir yağışa, üz
sürtür qara,
Ünvan
göstərirəm qəlbidaşlara,
Anamın
nə kövrək məzar daşı var!
Taleh müəəlim
həyatda çox əziyyət çəkdi. Uzun müddət
xəstəliklə mübarizə
apardı. Müsahibələrindən
birində deyirdi:Əlli yaşımı
ağrılar, acılar
içində, xəstəxanalar
palatasında qarşıladım.
Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey
bitdi. Amma bitmədi. Tanrı mənə
ömrün altmışını
da qismət elədi. Ona görə həm
uşaqlığımı, həm gəncliyimi, həm də ömrün ahıl çağlarını özümə
taleyin töhfəsi bilirəm”.
Unutdum ömrün
uzaq qatarında
xoşbəxtliyimi,
İtirdim tələbəlik illərində
İtirdiyim çantam kimi.
İndi
qaldıqca
Uzaq-uzaq
qütblər arasında
mən
Təcili
bir elan vermək
Keçir ürəyimdən.
Ağrılar var – sinəmboyu
yayılır,
Taleh Həmidin adına
verilmiş
xoşbəxtlik
İtdiyi
üçün etibarsız
sayılır…
Taleh müəllim həmişə
deyirdi ki, xoşbəxtlik əbədi
deyil, xoşbəxtlik
bir andır:”Hələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm.
Hər halda bu, mənim
fikrimdir. Bəlkə özünü
əbədi xoşbəxt
sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın
böyük arzuları
qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər
də yoxdur…”
Bəli, hələ heç kəs xoşbəxtliyi doya-doya yaşaya bilməyib. Hər kəs xoşbəxtlikdən
bircə qətrə dadıb. Taleh Həmid söz
sənətində öz
cığırı, izi
olan şairlərdən
biri kimi hər zaman üzdə olub. Səsi gəlib, sözünün
boy-buxunu görsənib.
1985-ci ildə SSRİ Yazıçılaır Birliyinin
üzvü olan Taleh Həmid 1986-cı ildə Respublika Lenin komsomolu mükafatı laureatına layiq görülüb.
Xatırladaq ki, Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıbdır. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika Komsomolu mükafatına layiq görülüb. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarda - “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) olub. 2005-2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib. “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” şeir və publisistik kitabları nəşr olunub. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.
2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında “VI Uluslararası Canakkala Seir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Yazıçılar Birliyinin üzvü idi...
Taleh Həmid yaddaşlarda insanlara ümid verən, həmsöhbətinin ovqatını yaxşı istiqamətdə dəyişən bir insan kimi qalacaq. Özünü elə aparırdı ki, qeyri-ixtiyari olaraq sən onu özünə doğma sayırdın. Taleh müəllim şair ömrü yaşadı, həyatını sözə bağladı. Söz də onu ucaltdı, tanıtdı, yaddaşlarda, xatirələrdə əbədi etdi.
Şəmkir torpağı bu
gün öz doğma balasını qarşılayacaq. Ana torpaq öz
əziz balasını ağuşuna alacaq. Taleh müəllim
anasına-İradə anaya qovuşacaq. Ancaq bu dünyadakı İradəsi - xanımı
burada gözüyaşlı qalacaq. Həmişə deyirdi
ki, bütün arxivləri
yoxlatmışam, mənim anam Azərbaycanın
ən yaşlı İradəsidir. Nəvəsi dünyaya gələndə Taleh
müəllim özünü elə
xoşbəxt sayırdı ki...Şairin xoşbəxt olduğu
an başqa bir aləmdir... Taleh müəllim
64 yaşında köçünü
çəkib getdi. Bir
neçə dəfə ölümlə pəncə-pəncəyə
gəlmişdi, lakin hər dəfə qalib ayrılmışdı əcəldən.
Amma bu dəfə
olmadı - kəmfürsət fələk onu
ölümün ağuşuna
atdı...
Bakı
xəbər.- 2016.- 3 noyabr.- S.14