Milli təhsil tariximizin əsası olan seminariyalar...

Azərbaycançılıq ideologiyasının yayılmasında onların rolu...

II ya­zı

 

Azər­bay­can­çı­lı­ğın el­mi cə­hət­dən in­ki­şaf et­di­ril­mə­sin­də söz­süz ki, Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın, elə­cə də İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın azər­bay­can­lı mə­zun­la­rı­nın əvəz­siz xid­mət­lə­ri olub. Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın ədə­biy­yat­da, mə­də­niy­yət­də, ma­a­rif­də, elmdə özü­nə də­rin iz­lər sal­ma­sın­da se­mi­na­ri­ya mə­zun­la­rı kök­lü iş­lər gö­rüb.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Ar­xiv İda­rə­si­nin rəs­mi say­tın­da ida­rə­nin baş məs­lə­hət­çi­si Ra­fiq Sə­fə­rov "Qo­ri və İrə­van mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın mil­li təh­sil ta­ri­xi­miz­də­ki ye­ri və ro­lu haq­qın­da" ma­raq­lı faktla­rı gün­də­mə gə­ti­rib.

R.Sə­fə­rov hər iki se­mi­na­ri­ya­nın Azər­bay­can təh­si­li­nə, Azər­bay­can ma­a­ri­fi­nə, azər­bay­can­çı­lı­ğa ver­di­yi töh­fə­ni ge­niş şə­kil­də araş­dı­ra­raq qeyd edir ki, Za­qaf­qa­zi­ya Mü­əl­lim­lər  Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin ilk bu­ra­xı­lı­şı 1882-ci  ilə tə­sa­düf edir. İlk ola­raq şö­bə­nin kur­su­nu bi­tir­miş 10  nə­fər mü­səl­man azər­bay­can­lı gənc Azər­bay­ca­nın mək­təb  ta­ri­xin­də pe­da­qo­ji təh­sil al­mış azər­bay­can­lı mü­əl­lim­lə­rin  il­kin dəs­tə­si ola­raq pe­da­qo­ji cəb­hə­də fə­a­liy­yə­tə  baş­la­mış­dı. 1882-ci il­də şö­bə­nin kursla­rı­nı bi­tir­miş şəxslə­rin sı­ra­sın­da Hə­şim bəy Nə­ri­man­bə­yov, Rə­şid bəy Əfən­di­yev, Məm­məd bəy Əfən­di­yev və baş­qa­la­rı var idi. Bu şö­bə­nin mə­zun­la­rı say­ca az ol­ma­sı­na bax­ma­ya­raq,  Za­qaf­qa­zi­ya­nın Azər­bay­can kəndlə­rin­də dün­yə­vi mək­təb­lə­rin  açıl­ma­sın­da və fə­a­liy­yət gös­tər­mə­sin­də mü­hüm rol  oy­na­mış­lar. O bil­di­rir ki, Za­qaf­qa­zi­ya Mü­əl­lim­lər  Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin təş­ki­li ana di­lin­də   ilk dərsli­yin mey­da­na gəl­mə­si­nə şə­ra­it ya­rat­dı. Təd­qi­qat­çı­nın bil­dir­di­yi­nə gö­rə, 1882-ci il­də ilk də­fə nəşr edi­lən A.O.Çernya­yevski­nin "Və­tən di­li" (I his­sə) və S.Və­li­bə­yov­la bir­lik­də ha­zır­la­na­raq 1888-ci il­də dərc  olu­nan hə­min dərsli­yin II his­sə­si­nin işıq üzü gör­mə­si  fe­o­da­lizm döv­rün­dən qal­mış doq­ma­tik və sxo­las­ti­ka ilə bağ­lı  olan və uzun müd­dət da­vam edən höc­cə­lə­mə (əb­cəd-çə­rə­kə) üsu­lu­na ilk və bö­yük zər­bə idi: "Hə­min Se­mi­na­ri­ya­nın mə­zu­nu  son­ra­lar ədə­biy­yat­şü­nas alim, pe­da­qoq və ma­a­rif­çi F.Kö­çər­li­nin söz­lə­ri ilə de­sək, bü­töv is­lam alə­min­də, türk-ta­tar­dil­li xalqlar içə­ri­sin­də söv­ti üsul­lu dərs de­mək və  dərslik tər­tib et­mək tə­şəb­bü­sü ilk də­fə Azər­bay­can­da or­ta­ya  çıx­mış və Azər­bay­can mək­təb­lə­rin­də tət­biq olu­nub. Bu,  Azər­bay­can mək­təb ta­ri­xin­də mü­hüm pe­da­qo­ji ha­di­sə idi. Son­ra­kı il­lər­də də­fə­lər­lə çap edi­lən "Və­tən di­li" uzun  müd­dət Azər­bay­can mək­təb­lə­rin­də ana di­li dərsli­yi ki­mi  is­ti­fa­də olun­muş və in­qi­lab­dan əv­vəl­ki Azər­bay­can  zi­ya­lı­la­rı­nın bü­töv bir nəs­li "Və­tən di­li" ki­ta­bın­dan  fay­da­la­nıb. Ən baş­lı­ca­sı isə, bu dərslik Azər­bay­can di­li­nin gə­lə­cək in­ki­şa­fı­na, ana di­lin­də ye­ni-ye­ni dərslik­lə­rin tər­tib edil­mə­si­nə güc­lü tə­kan ver­di. R.Əfən­di­ye­vin "Uşaq  bağ­ça­sı" və "Bə­si­rət-ül-ət­fal", N.Nə­ri­ma­no­vun "Türk Azər­bay­can di­li­nin müx­tə­sər sərf-nəh­vi", Ü.Ha­cı­bə­yo­vun "He­sab mə­sə­lə­lə­ri" və  "Lü­ğət"i, M.Mah­mud­bə­yo­vun "Türk əlif­ba­sı və ilk qi­ra­ət"i, baş­qa mü­əl­lim­lər­lə bir­lik­də "İkin­ci il", "Üçün­cü il", "İm­la­mız"dan baş­la­mış, Ə.Y.Se­yi­dov­la H.K.Sa­nı­lı­nın "Əlif­ba"sı da da­xil ol­maq­la, ana di­lin­də ya­zı­lan dərslik və dərs və­sa­it­lə­ri "Və­tən di­li"nin la­yiq­li da­vam­çı­la­rı ol­muş­lar".

Təd­qi­qat­çı vur­ğu­la­yır ki, Azər­bay­ca­nın təh­sil ta­ri­xin­də  əhə­miy­yət­li rol oy­na­mış təh­sil mü­əs­si­sə­lə­rin­dən sa­yı­lan İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı "Ku­ta­i­si və İrə­van   qu­ber­ni­ya­la­rın­da mü­əlllim­lər se­mi­na­ri­ya­la­rı­nın təş­kil   edil­mə­si haq­qın­da "Ru­si­ya İm­pe­ri­ya­sı­nın Döv­lət Şu­ra­sı­nın 20  oktyabr 1880-ci il ta­rix­li qə­ra­rı­na uy­ğun ola­raq  ya­ra­dı­lıb. Üç mad­də və qət­na­mə­dən iba­rət olan hə­min qə­rar­da qeyd edi­lir­di: "1) İm­pe­ri­ya­da Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı və Za­qaf­qa­zi­ya Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı haq­qın­da əsas­na­mə­lər əsa­sın­da Ku­ta­i­si və İrə­van qu­ber­ni­ya­la­rı­nın hər bi­rin­də bir Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı açıl­sın... 3) Ştat­la­rın la­yi­hə­lə­ri üz­rə se­mi­na­ri­ya­la­rın sax­lan­ma­sı üçün Ku­ta­i­si Se­mi­na­ri­ya­sı­na-27.800 rubl, İrə­van Se­mi­na­ri­ya­sı­na 28.350 rubl, ye­kun ola­raq isə Za­qaf­qa­zi­ya di­ya­rı­nın yer­li büd­cə­si­nə il­də əl­li al­tı min yüz əl­li rubl ke­çi­ril­sin...".

"İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın tən­tə­nə­li açı­lı­şı 1881-ci  il no­yab­rın 8-də hə­ya­ta ke­çi­ril­miş­di. İrə­van Mü­əl­lim­lər  Se­mi­na­ri­ya­sın­da di­gər el­mi-fən­lər­lə ya­na­şı, Azər­bay­can di­li  fən­ni və şə­ri­ət dərslə­ri­nin təd­ris edil­mə­si üçün se­mi­na­ri­ya­nın ştat cəd­və­lin­də mü­va­fiq ştat va­hi­di nə­zər­də  tu­tul­muş­du. İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın nəz­din­də  Azər­bay­can şö­bə­si­nin ya­ra­dıl­ma­sı haq­qın­da ta­ri­xi mən­bə­lər­də hər han­sı bir mə­lu­mat aş­kar edil­mə­miş­di. Ta­ri­xi mən­bə­lər­də  se­mi­na­ri­ya­nın ştat cəd­və­lin­də mü­səl­man di­ni üz­rə şə­ri­ət dərslə­ri və Azər­bay­can di­li fən­ni­nin təd­ris edil­mə­si üçün  mü­va­fiq ştat va­hi­di­nin ay­rıl­dı­ğı ba­rə­də mə­lu­mat­lar var. İn­qi­lab­dan əv­vəl­ki Qaf­qa­zın ən qiy­mət­li sor­ğu nəşrlə­rin­dən  bi­ri olan və Tif­lis­də, Qaf­qaz Ca­ni­şi­ni Baş İda­rə­si­nin  nəz­din­də dərc edil­miş və Qaf­qa­za aid sta­tis­tik, sor­ğu və  ad­res mə­lu­mat­la­rı top­lan­mış "Kav­kazskiy Ka­len­dar"da dərc  olun­muş mə­lu­mat­la­ra gö­rə, Axund Məm­məd Ba­ğır Qa­zı­za­də 1883-cü il­dən baş­la­ya­raq, uzun il­lər ər­zin­də İrə­van Mü­əl­lim­lər  Se­mi­na­ri­ya­sın­da Azər­bay­can di­li fən­ni­ni və şə­ri­ət  dərslə­ri­ni təd­ris edib. Qaf­qa­zın ay­rı-ay­rı yer­lə­rin­də, o  cüm­lə­dən Ku­ban­da və Ku­ta­i­si qu­ber­ni­ya­sın­da açıl­mış se­mi­na­ri­ya­lar­dan fərqli ola­raq, İrə­van Mü­əl­lim­lər  Se­mi­na­ri­ya­sın­da Azər­bay­can di­li­nin və şə­ri­ə­tin təd­ris  edil­mə­si heç də tə­sa­dü­fi de­yil­di. Çün­ki bu se­mi­na­ri­ya xal­qı­mı­zın ta­ri­xən qə­dim tor­paq­la­rın­dan sa­yı­lan İrə­van   ma­ha­lın­da ya­ra­dıl­mış­dı. Hə­min ma­hal­da ya­şa­yan əha­li­nin  ək­sə­riy­yə­ti­ni Azər­bay­can türklə­ri, mü­səl­man­lar təş­kil  edir­di. Se­mi­na­ri­ya­da Azər­bay­can di­li­nin və şə­ri­ə­tin təd­ris  edil­mə­si döv­rün tə­lə­bi idi. Təh­sil al­maq üçün se­mi­na­ri­ya­ya  gəl­miş azər­bay­can­lı mü­səl­man gənclər ilk pe­da­qo­ji təh­si­li­ni al­dıq­dan son­ra hə­yat fə­a­liy­yə­ti­ni azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı kəndlər­də ib­ti­dai mək­təb­lə­rin ya­ra­dıl­ma­sı işi­nə və ya­xud möv­cud olan ib­ti­dai kənd mək­təb­lə­rin­də mü­əl­lim­lik pe­şə­si­nə həsr edə­rək xalq küt­lə­lə­ri ara­sın­da elm və ma­a­ri­fin ya­yıl­ma­sı və sa­vad­sız­lı­ğın ara­dan qal­dı­rıl­ma­sı işin­də ya­xın­dan iş­ti­rak et­miş­lər" - de­yə təd­qi­qat­çı bil­di­rir.

Onun qeyd et­di­yi­nə gö­rə, İrə­van Se­mi­na­ri­ya­sı­nın çar  hö­ku­mə­ti tə­rə­fin­dən mür­tə­ce məq­səd­lər­lə açıl­ma­sı­na  bax­ma­ya­raq, bu təh­sil oca­ğı möv­cud ol­du­ğu 37 il ər­zin­də öz  fə­a­liy­yə­ti ilə Cə­nu­bi Qaf­qaz­da, o cüm­lə­dən Azər­bay­can­da  xalq mək­tə­bi və təh­si­lin, mə­də­ni-ma­a­rif işi­nin in­ki­şaf  et­di­ril­mə­sin­də əhə­miy­yət­li rol oy­na­yıb.

Alim ya­zır ki, 1881-ci il­də İrə­van ma­ha­lın­da se­mi­na­ri­ya­nın  açıl­ma­sın­dan sa­va­yı da­ha iki mü­hüm ha­di­sə baş ver­miş, İrə­van  ma­ha­lın­da İrə­van Gim­na­zi­ya­sı və ye­ni tip­li Ulu­xan­lı mək­tə­bi  də ya­ra­dıl­mış­dı. Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mə­zu­nu  F.Kö­çər­li 1885-ci ilin iyun ayın­da İrə­van Gim­na­zi­ya­sı­na  Azər­bay­can di­li və şə­ri­ət mü­əl­li­mi tə­yin edi­lib və bu  təd­ris oca­ğın­da 10 il müd­də­tin­də pe­da­qo­ji fə­a­liy­yə­ti­ni  da­vam et­di­rib. O qeyd edir ki, Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın di­gər mə­zu­nu Cə­lil Məm­məd­qu­lu­za­də 1887-ci il­də Qo­ri Se­mi­na­ri­ya­sı­nı bi­tir­dik­dən son­ra İrə­van və Ye­li­za­vet­pol xalq mək­təb­lə­ri di­rek­tor­lu­ğun­da yer­lə­şən Ulu­xan­lı mək­tə­bi­nə mü­əl­lim tə­yin edi­lib: "Azər­bay­can­da ib­ti­dai kənd mək­təb­lə­ri­nin ya­ra­dıl­ma­sı işin­də Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mə­zun­la­rı ilə ya­na­şı, İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­tir­miş mə­zun­lar da ya­xın­dan iş­ti­rak et­miş­lər. İlk pe­da­qo­ji təh­si­li­ni hə­min se­mi­na­ri­ya­da al­mış bir sı­ra azər­bay­can­lı gənclər son­ra­lar təh­si­li­ni Ru­si­ya və Av­ro­pa­nın müx­tə­lif ali təh­sil ocaq­la­rın­da da­vam  et­di­rə­rək təh­si­li­ni ba­şa vur­duq­dan son­ra və­tə­ni­nə - Azər­bay­ca­na qa­yıt­mış və öl­kə­miz­də elm, mə­də­ni-ma­a­rif  iş­lə­ri­nin, ha­be­lə iq­ti­sa­diy­ya­tın müx­tə­lif sa­hə­lə­ri­nin  in­ki­şaf et­di­ril­mə­sin­də ya­xın­dan iş­ti­rak et­miş­lər. Xal­qı­mı­zın bir sı­ra ta­nın­mış nü­ma­yən­də­lə­ri, ma­a­rif fə­da­i­lə­ri - Hə­mid bəy Şah­tax­tinski, Ha­şım bəy Nə­ri­man­bə­yov, Ha­şım bəy Və­zi­rov, Ta­ğı bəy Sə­fi­yev, Va­hid Mu­sa­bə­yov, Fər­rux Ağa­ki­şi­bə­yov, İba­dul­la Mu­ğan­linski, Ş.Mah­mud­bə­yov, C.Məm­mə­dov və baş­qa­la­rı vax­ti­lə ilk pe­da­qo­ji təh­si­li­ni İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da al­mış­lar.

Mil­li təh­sil ta­ri­xi­miz­də Qo­ri və İrə­van mü­əl­lim­lər  se­mi­na­ri­ya­la­rı­nın ol­duq­ca əhə­miy­yət­li ro­lu da­nıl­maz­dır. 1898-ci il­dən 1902-ci ilə­dək İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın di­rek­to­ru və­zi­fə­si­ni tut­muş Mi­xa­il Alek­se­ye­viç Mi­ro­pi­yev 1903-cü il­də Za­qaf­qa­zi­ya Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın ye­ni di­rek­to­ru tə­yin edi­lər­kən de­kabr ayın­da Qo­ri şə­hə­ri­nə gə­lə­rək se­mi­na­ri­ya­nın şəx­si he­yə­ti və ye­tir­mə­lə­ri qar­şı­sın­da çı­xış edib. M.A.Mi­ro­pi­yev öz çı­xı­şın­da Za­qaf­qa­zi­ya Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın fə­a­liy­yə­ti­nə yük­sək qiy­mət ve­rib. O, se­mi­na­ri­ya­nın 1900-cü il­də Pa­ris­də ke­çi­ri­lən mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın ümum­dün­ya sər­gi­sin­də la­yi­qin­cə iş­ti­rak et­di­yi­ni, se­mi­na­ri­ya­la­rın Qaf­qaz yu­bi­ley sər­gi­sin­də isə yük­sək mü­ka­fa­ta la­yiq gö­rül­dü­yü­nü bil­di­rə­rək se­mi­na­ri­ya­ya onun ki­çik ba­cı­sı - İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­dan təb­rik­lər gə­tir­di­yi­ni qeyd edib. M.A.Mi­ro­pi­yev İrə­van Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nı Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın ki­çik ba­cı­sı ad­lan­dır­mış­dı. Qeyd edək ki, XIX əs­rin so­nu - XX əs­rin əv­vəl­lə­rin­də ib­ti­dai mək­təb­lər üçün azər­bay­can­lı mü­əl­lim­lər əsa­sən Qo­ri və İrə­van se­mi­na­ri­ya­la­rın­da ha­zır­la­nır­dı. La­kin bu təh­sil ocaq­la­rı Azər­bay­can di­li mü­əl­li­mi ha­zır­la­mır­dı. Hə­min dövrdə Azər­bay­can di­li mü­əl­lim­lə­ri­nin ha­zır­lan­ma­sın­da sis­tem­siz­lik hökm sü­rür­dü. 1905-1907-ci il­lər­də Azər­bay­can di­li mü­əl­lim­lə­ri­nin ha­zır­lan­ma­sı o dövrdə fə­a­liy­yət gös­tə­rən  mə­də­ni-ma­a­rif cə­miy­yət­lə­ri­nin aç­dıq­la­rı kurslar­da; Ba­kı  qu­ber­ni­ya­sı və Da­ğıs­tan vi­la­yə­ti­nin xalq mək­təb­lə­ri  mü­di­riy­yə­ti­nin kursla­rın­da; Ye­li­za­vet­pol Məd­rə­sə­sin­də, ha­be­lə Ta­ğı­ye­vin qız mək­tə­bin­də, həm­çi­nin 1915-ci il­də açıl­mış qa­dın pe­da­qo­ji kursla­rın­da hə­ya­ta ke­çi­ri­lir­di. Azər­bay­can­da xalq ma­a­ri­fi, mək­təb, ədə­biy­yat, mə­də­niy­yət və in­cə­sə­nə­tin bir çox nü­ma­yən­də­lə­ri ilk pe­da­qo­ji təh­si­li­ni Qo­ri və İrə­van mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rın­da al­mış­lar".

Təd­qi­qat­çı qeyd edir ki, Azər­bay­can­da pe­da­qo­gi­ka el­mi­nin ya­yıl­ma­sı və in­ki­şaf et­di­ril­mə­si, xalq ma­a­ri­fi­nin bü­töv bir döv­rü məhz Qo­ri və İrə­van mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın mə­zun­la­rı­nın fə­a­liy­yə­ti ilə bağ­lı olub.

Təd­qi­qat­çı Azər­bay­can­da xalq ma­a­ri­fi və mək­tə­bi­nin, pe­da­qo­ji fi­kir ta­ri­xi­nin ta­nın­mış təd­qi­qat­çı­sı aka­de­mik H.Əh­mə­dov­dan si­tat gə­ti­rir: "M.V.Lo­mo­no­sov adı­na Moskva Döv­lət Uni­ver­si­te­ti­nin mə­zun­la­rı Ru­si­ya­da elm, mə­də­niy­yət və in­cə­sə­nə­tin in­ki­şa­fın­da han­sı xid­mət­lə­ri gös­tər­miş­lər­sə, Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mə­zun­la­rı da Azər­bay­can üçün  hə­min xid­mət­lə­ri gös­tər­miş­lər".

R.Sə­fə­ro­vun qeyd et­di­yi­nə gö­rə, xal­qı­mız Qo­ri və İrə­van  se­mi­na­ri­ya­la­rı­nın mə­zun­la­rı­nın ta­ri­xi xid­mət­lə­ri­ni unut­ma­yıb. O bil­di­rir ki, hə­min təh­sil ocaq­la­rı­nın mil­li təh­sil ta­ri­xi­miz­də­ki ye­ri və ro­lu bu gün də öy­rə­ni­lir, təd­qiq edi­lir, gənc nəs­lin, tə­lə­bə­lə­rin el­mi-pe­da­qo­ji bi­li­yi­nin ar­tı­rıl­ma­sın­da is­ti­fa­də edi­lir.

Azər­bay­ca­nın ma­a­rif ta­ri­xin­də əhə­miy­yət­li ro­la ma­lik olan se­mi­na­ri­ya­lar bö­yük bir nə­sil ye­tiş­dir­di. O nə­sil xal­qı­mı­zın hə­ya­tın­da, ta­ri­xin­də mü­hüm rol oy­na­yıb. On­la­rın ya­rat­dı­ğı mək­təb əbə­di ola­raq ya­şa­ya­caq. Çün­ki onun ma­ya­sın­da və­tən­çi­lik, xalqçı­lıq, azər­bay­can­çı­lıq qa­yə­si, ide­ya­sı var.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 5 -7noyabr.- S.15