Milli təhsil tariximizin əsası olan seminariyalar...

Azərbaycançılıq ideologiyasının yayılmasında onların rolu...

III ya­zı

 

Azər­bay­can təh­sil ta­ri­xi­nin for­ma­laş­ma­sın­da, elə­cə də mil­li ide­o­lo­gi­ya­mı­zın da­ha ge­niş sə­viy­yə­də in­ki­şa­fın­da Qo­ri, İrə­van, Qa­zax mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın, elə­cə də di­gər ma­a­rif ocaq­la­rı­nın müs­təs­na ro­lu olub. Bu se­mi­na­ri­ya­lar­da ye­ti­şən zi­ya­lı­lar mil­li-mə­nə­vi də­yər­lə­rə, azər­bay­can­çı­lıq his­si­nə ger­çək sa­hib olan in­san­lar idi.

Ta­rix­çi­lə­rin ver­di­yi mə­lu­ma­ta gö­rə, 1918-ci il­də Qo­ri Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can böl­mə­si ilk Azər­bay­can Res­pub­li­ka­sı­nın ma­liy­yə və­sa­i­ti he­sa­bı­na Qa­zax şə­hə­ri­nə kö­çü­rü­lür və so­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra 1940-cı il­lə­rə qə­dər Qa­zax Pe­da­qo­ji Tex­ni­ku­mu adı ilə fə­a­liy­yət gös­tə­rir. Bu təd­ris oca­ğı­nın Qa­zax şə­hə­ri­nə kö­çü­rül­mə­sin­də gör­kəm­li ma­a­rif­çi, pe­da­qoq, me­to­dist, ədə­biy­yat­şü­nas, pub­li­sist Fi­ru­din bəy Kö­çər­li­nin çox bö­yük xid­mət­lə­ri olub.

Mə­lu­mat­la­ra gö­rə, Sə­məd Vur­ğun, Meh­di­xan Və­ki­lov, Os­man Sa­rı­vəl­li, Meh­di Hü­seyn, Sey­ful­la Şa­mi­lov, İs­ma­yıl Şıx­lı və baş­qa­la­rı Qa­zax Se­mi­na­ri­ya­sı­nın ye­tir­mə­lə­ri olub.

Qeyd edi­lə­nə gö­rə, Qo­ri Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin ba­za­sın­da Müs­tə­qil Qa­zax Se­mi­na­ri­ya­sı­nın tən­tə­nə­li açı­lı­şı olur. Açı­lış­da Qa­zax­da yer­lə­şən türk or­du­su­nun ko­man­da­nı Səb­ri bəy, Türk Qar­ni­zo­nu­nun rə­i­si Ca­mal bəy, Qa­za­xın rə­i­si H.Şıx­lınski və yer­li hö­ku­mə­tin mə­mur­la­rı iş­ti­rak edib. Bun­dan baş­qa, Cəb­ra­yıl­dan, Şa­ma­xı­dan, Ağ­dam­dan, Göy­çay­dan, Nax­çı­van­dan, Za­qa­ta­la­dan və baş­qa ra­yon­lar­dan da şa­girdlər gə­lib bu­ra­da təh­sil alır­dı. Bö­yük ma­a­rif­çi və ic­ti­mai xa­dim F.Kö­çər­li se­mi­na­ri­ya­ya baş­çı­lıq et­mək­lə ya­na­şı, Qa­zax­da yüz­lər­lə qız uşa­ğı­nın sa­vad əl­də et­mə­si üçün ye­tim­lər kur­su tə­sis edir, qaç­qın­la­ra yar­dım fon­du ya­ra­dır­dı. Ta­ri­xi mə­lu­mat­la­ra gö­rə, 1920-ci il­də F.Kö­çər­li er­mə­ni ter­ror­çu­la­rı tə­rə­fin­dən qət­lə ye­ti­ri­lir. Bun­dan son­ra se­mi­na­ri­ya­ya xalq ya­zı­çı­sı Meh­di Hü­sey­nin ata­sı Əli Hü­sey­nov rəh­bər­lik edir.

Mə­lu­mat­la­ra gö­rə, Qa­zax Se­mi­na­ri­ya­sı­nın fə­a­liy­yə­ti Azər­bay­can­da təh­si­lin, ma­a­ri­fin in­ki­şa­fı­na bö­yük tə­kan ve­rib. Gö­rü­lən tə­ci­li təd­bir­lər nə­ti­cə­sin­də ar­tıq 1919-cu ilin əv­və­lin­də Ba­kı­da, Gən­cə­də, Nu­xa­da, Sal­yan­da, Şu­şa və Qa­zax­da 23 döv­lət or­ta təh­sil mü­əs­si­sə­si, o cüm­lə­dən 6 ki­şi, 4 qa­dın gim­na­zi­ya­sı, 5 re­al­nı mək­təb, 3 mü­əl­lim se­mi­na­ri­ya­sı, 3 qa­dın təh­sil mü­əs­si­sə­si, 1 po­li­tex­nik və 1 ti­ca­rət mək­tə­bi fə­a­liy­yət gös­tə­rir­di.

Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki Tey­mur Bün­ya­dov Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da ya­zır ki, 1918-ci ilin may ayın­da Qa­zax qə­za­sı­nın əha­li­si Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­ni Qa­zax şə­hə­ri­nə kö­çür­mək və onun əsa­sın­da müs­tə­qil mü­əl­lim­lər se­mi­na­ri­ya­sı ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü ilə çı­xış edib. O vur­ğu­la­yır ki, qa­zax­lı­lar se­mi­na­ri­ya bi­na­sı­nın in­şa­sı və bağ sa­lın­ma­sı üçün 10 des­ya­tin tor­paq ayır­ma­ğı, bir­də­fə­lik 3 min ma­nat və hər il 1 min ma­nat və­sa­it ver­mə­yi öh­də­lə­ri­nə gö­tü­rüb: "Gənc Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti hö­ku­mə­ti Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı Azər­bay­can şö­bə­si­nin əm­la­kı­nın Qo­ri­dən Qa­zax şə­hə­ri­nə da­şı­nıb gə­ti­ril­mə­si­ni hə­min şö­bə­nin mü­fət­ti­şi F.Kö­çər­li­yə tap­şır­dı. Xalq ma­a­rif na­zi­ri­nin əm­ri ilə o, 1 oktyabr 1918-ci il­dən ye­ni ya­ra­dı­lan Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na di­rek­tor tə­yin edil­di. Se­mi­na­ri­ya­nın rəs­mi açı­lı­şı 1918-ci il no­yab­rın 10-da ol­du və hə­min gün­dən dərslər baş­lan­dı. 1918-ci il­də se­mi­na­ri­ya­ya 35, 1919-cu il­də 24 şa­gird qə­bul edil­di. Se­mi­na­ri­ya ya­ra­dıl­dı­ğı za­man­dan mil­li zə­min­də, mil­li ruh­lu mü­əl­lim kadrla­rı ha­zır­lan­ma­sın­da bö­yük rol oy­na­dı.

Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin ma­a­rif sa­hə­sin­də ən önəm­li təd­bir­lə­rin­dən bi­ri Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın ya­ra­dıl­ma­sı olub. Bu se­mi­na­ri­ya Qa­zax əha­li­si­nin bö­yük mad­di dəs­tə­yi, gör­kəm­li pe­da­qoq və ədə­biy­yat xa­di­mi F.Kö­çər­li­nin gər­gin əmə­yi sa­yə­sin­də fə­a­liy­yə­tə baş­la­mış və təd­ri­sin ana di­lin­də apa­rıl­dı­ğı, mil­li ruh­lu mü­əl­lim kadrla­rı­nın ha­zır­lan­dı­ğı ilk təh­sil oca­ğı olub".

Akadkmik Bün­ya­dov bil­di­rir ki, hə­lə XIX əs­rin 80-ci il­lə­rin­dən eti­ba­rən za­man-za­man Qo­ri şə­hə­rin­də yer­lə­şən Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin mü­səl­man əha­li­nin sıx ya­şa­dı­ğı şə­hər­lər­dən bi­ri­nə kö­çü­rül­mə­si mə­sə­lə­si qal­dı­rı­lır, müx­tə­lif tək­lif­lər irə­li sü­rü­lür­dü. Ali­min araş­dır­ma­sı­na gö­rə, Azər­bay­ca­nın gör­kəm­li ma­a­rif xa­dim­lə­ri, zi­ya­lı­lar se­mi­na­ri­ya­nın Azər­bay­can şö­bə­si­ni Ba­kı, Gən­cə, Şa­ma­xı, Şu­şa və ya Ağ­dam şə­hər­lə­rin­dən bi­ri­nə kö­çür­mə­yi və onun əsa­sın­da ay­rı­ca se­mi­na­ri­ya açıl­ma­sı­nı tək­lif edir­di­lər: "F.Kö­çər­li "Azər­bay­can" qə­ze­ti­nin 13 oktyabr 1918-ci il ta­rix­li 10-cu sa­yın­da se­mi­na­ri­ya­nın ya­ra­dıl­ma­sı haq­qın­da dərc et­dir­di­yi mə­qa­lə­də müs­tə­qil mü­əl­lim­lər se­mi­na­ri­ya­sı­nın ni­yə məhz Qa­zax­da açıl­ma­sı mə­sə­lə­si­nə ay­dın­lıq gə­ti­rib. Mə­qa­lə­də qeyd edi­lib ki, 1918-ci il may ayı­nın əv­və­lin­də Qa­zax şə­hə­ri­nin əha­li­si və bir ne­çə kən­din ca­ma­a­tı Qaf­qaz Təh­sil Da­i­rə­si qar­şı­sın­da və­sa­tət qal­dır­dı ki, Qo­ri şə­hə­rin­də yer­lə­şən Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si Qa­zax şə­hə­ri­nə kö­çü­rül­sün və onun əsa­sın­da müs­tə­qil mü­əl­lim­lər se­mi­na­ri­ya­sı ya­ra­dıl­sın. Qa­zax əha­li­si gə­lə­cək­də se­mi­na­ri­ya bi­na­sı­nın in­şa­sı, bağ sa­lın­ma­sı üçün 10 des­ya­tin su­va­rı­lan tor­paq ayır­ma­ğı öh­də­si­nə gö­tür­dü. Se­mi­na­ri­ya­nın fə­a­liy­yə­tə baş­la­ma­sı üçün yer­li əha­li həm­çi­nin bir­də­fə­lik 3 min ma­nat və hər il 1 min ma­nat və­sa­it ödə­mə­yi də vəd et­di.

Qeyd et­mək la­zım­dır ki, Qa­zax əha­li­si­nin mü­əl­lim­lər se­mi­na­ri­ya­sı­nın ya­ra­dıl­ma­sı üçün tək­lif et­di­yi yar­dım­lar ki­fa­yət qə­dər san­bal­lı idi. Mə­sə­lən, Qo­ri Se­mi­na­ri­ya­sı­na şa­girdlə­rin kənd tə­sər­rü­fa­tı­nın müx­tə­lif sa­hə­lə­ri: bağ­çı­lıq, bos­tan­çı­lıq, ipək­çi­lik, arı­çı­lıq və s. üz­rə prak­tik məş­ğə­lə­lər apar­ma­sı üçün cə­mi 2 des­ya­tin tor­paq sa­hə­si ay­rıl­mış­dı.

1918-ci il ma­yın 26-da Cə­nu­bi Qaf­qaz Sey­mi­nin da­ğıl­ma­sı və müs­tə­qil Gür­cüs­tan, Azər­bay­can və Er­mə­nis­tan res­pub­li­ka­la­rı­nın ya­ran­ma­sı mə­sə­lə­nin həl­li­ni sü­rət­lən­dir­di. Gür­cüs­tan Res­pub­li­ka­sı öz müs­tə­qil­li­yi­ni elan et­dik­dən dər­hal son­ra Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın gür­cü şö­bə­si əsa­sın­da mil­li mü­əl­lim­lər se­mi­na­ri­ya­sı ya­rat­ma­ğı qə­ra­ra al­dı və onun Azər­bay­can və er­mə­ni şö­bə­lə­ri­ni kö­çür­mə­yi qon­şu res­pub­li­ka­la­rın hö­ku­mət­lə­ri­nə tək­lif et­di".

T.Bün­ya­do­vun yaz­dı­ğı­na gö­rə, Azər­bay­can hö­ku­mə­ti iyu­nun 10-da ke­çi­ri­lən ic­la­sın­da Qo­ri Se­mi­na­ri­ya­sı­nın mil­li se­mi­na­ri­ya­la­ra ay­rıl­ma­sı mə­sə­lə­si­ni ge­niş və hər­tə­rəf­li mü­za­ki­rə edib. Xalq ma­a­rif na­zi­ri Nə­sib bəy Yu­sif­bəy­li Qa­zax əha­li­si­nin bu mə­sə­lə ilə bağ­lı mü­ra­ci­ə­ti­ni nə­zə­rə al­ma­ğı tək­lif edib və hö­ku­mət üzvlə­ri Qa­zax əha­li­si­nin gə­lə­cək se­mi­na­ri­ya­nın nor­mal fə­a­liy­yət gös­tər­mə­si üçün bü­tün gə­rək­li xərclə­ri ödə­mə­yi öh­də­si­nə gö­tür­mə­si­ni, elə­cə də 1914-cü il­dən Gən­cə­də, 1916-cı il­dən Ba­kı­da mü­əl­lim­lər se­mi­na­ri­ya­la­rı­nın fə­a­liy­yət gös­tər­mə­si­ni, res­pub­li­ka­nın şərq his­sə­si­nin bol­şe­vik-daş­nak qüv­və­lə­ri­nin nə­za­rə­tin­də ol­ma­sı­nı, di­gər böl­gə­lər­də də anar­xi­ya­nın hökm sür­mə­si­ni nə­zə­rə al­dı­lar. Alim vur­ğu­la­yır ki, xalq ma­a­rif na­zi­ri Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı Azər­bay­can şö­bə­si­nə aid əm­la­kın Qo­ri­dən Qa­zax şə­hə­ri­nə da­şı­nıb gə­ti­ril­mə­si­ni tə­min et­mə­yi hə­min şö­bə­nin mü­fət­ti­şi F.Kö­çər­li­yə tap­şır­dı: "Azər­bay­can hö­ku­mə­ti 1918-ci il iyu­nun 20-də ke­çi­ri­lən ic­la­sın­da Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si əsa­sın­da müs­tə­qil mü­əl­lim­lər se­mi­na­ri­ya­sı təş­kil edil­mə­si­ni qə­ra­ra al­dı. Hö­ku­mə­tin tap­şı­rı­ğı ilə Gən­cə xə­zi­nə­dar­lı­ğı 1918-ci il iyu­nun 22-də Azər­bay­can şö­bə­si­nin əm­la­kı­nın Qo­ri­dən Qa­zax şə­hə­ri­nə da­şın­ma­sı xərclə­ri­ni ödə­mək üçün F.Kö­çər­li­nin he­sa­bı­na 5 min ma­nat və­sa­it kö­çür­dü. La­kin Gür­cüs­tan hö­ku­mə­ti­nin Os­man­lı or­du his­sə­lə­ri­ni Azər­bay­ca­na bu­rax­ma­maq üçün 1918-ci ilin iyun-av­qust ay­la­rın­da Cə­nu­bi Qaf­qaz də­mir yo­lu nəq­liy­ya­tı­nın nor­mal fə­a­liy­yə­ti­ni ən­gəl­lə­mə­si, Tif­lis­dən Poy­lu kör­pü­sü­nə qə­dər də­mir yo­lu xət­ti­ni öz nə­za­rə­tin­də sax­la­ma­sı əm­la­kın da­şın­ma­sı işi­ni sentyabr ayı­na qə­dər tə­xi­rə sal­dı.

Yal­nız 1918-ci ilin sentyabr ayı­nın or­ta­la­rın­da Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı Azər­bay­can şö­bə­si­nin əm­la­kı­nı Qa­zax şə­hə­ri­nə gə­ti­rib çı­xar­maq müm­kün ol­du. Qa­zax qə­za­sı­nın rəh­bər­li­yi, nü­fuz­lu şəxslə­ri se­mi­na­ri­ya­nın nor­mal fə­a­liy­yə­tə baş­la­ma­sı üçün bü­tün ha­zır­lıq­la­rı gör­dü­lər. Mə­şə­di İb­ra­him Ha­cı İs­ma­yıl oğ­lu Qa­zax şə­hə­rin­də özü­nə məx­sus 17 otaq­lı mül­kü­nü se­mi­na­ri­ya­ya hə­diy­yə et­di. Azər­bay­can hö­ku­mə­ti­nin qə­ra­rı ilə şö­bə­nin ba­za­sın­da Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı təş­kil edil­di. Gör­kəm­li pe­da­qoq F.Kö­çər­li se­mi­na­ri­ya­nın mü­fət­ti­şi tə­yin edil­di. Xalq ma­a­rif na­zi­ri­nin növ­bə­ti, 12 oktyabr 1918-ci il ta­rix­li, 39 say­lı əm­ri ilə Cə­nu­bi Qaf­qaz Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın keç­miş mü­fət­ti­şi F.Kö­çər­li Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­na di­rek­tor tə­yin edil­di. Əm­rə əsa­sən o, və­zi­fə­si­nin ic­ra­sı­na ca­ri ilin 1 oktyab­rın­dan baş­la­mış sa­yı­lır­dı.

Xalq Ma­a­rif Na­zir­li­yi həm­çi­nin se­mi­na­ri­ya­nın ix­ti­sas­lı mü­əl­lim kadrla­rı ilə tə­min edil­mə­si üçün zə­ru­ri ad­dım­lar at­dı. Na­zir­li­yin tap­şı­rı­ğı ilə F.Kö­çər­li se­mi­na­ri­ya­da ça­lı­şa­caq mü­əl­lim­lə­ri və di­gər iş­çi­lə­ri mü­əy­yən­ləş­dir­mək, se­mi­na­ri­ya kol­lek­ti­vi­ni for­ma­laş­dır­maq işi­nə baş­la­dı.  Fi­ru­din bəy bir ne­çə gün ər­zin­də Qo­ri Se­mi­na­ri­ya­sı­nın is­te­dad­lı və mü­əl­lim­lik işin­də bö­yük təc­rü­bə qa­zan­mış mə­zun­la­rı sı­ra­sın­dan ye­ni ya­ra­dı­lan Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da iş­lə­mə­yə la­yiq bil­di­yi şəxslər haq­qın­da mə­lu­ma­tı na­zir­li­yə təq­dim et­di. Hə­min təq­di­mat əsa­sın­da na­zi­rin im­za­la­dı­ğı 28 oktyabr 1918-ci il ta­rix­li, 62 say­lı əmrlə Azər­bay­can Hö­ku­mə­ti İş­lər ida­rə­si­nin kar­gü­za­rı İs­fən­di­yar bəy Və­ki­lov se­mi­na­ri­ya­ya rus di­li və tə­bi­ət elmlə­ri, Yu­sif Qa­sı­mov fən­lə­rin me­to­di­ka­sı, Ba­kı 3 say­lı ali ib­ti­dai mək­tə­bin mü­əl­li­mi Əli Hü­sey­nov ta­rix və coğ­ra­fi­ya, Gən­cə qə­za­sın­da Bağ­man­lar kənd mək­tə­bi­nin mü­di­ri Mə­həm­məd Hü­seynza­də ri­ya­ziy­yat, İb­ra­him əfən­di Qa­yı­bov türk di­li fən­lə­ri üz­rə mü­əl­lim tə­yin edil­di­lər.

Bun­dan baş­qa, se­mi­na­ri­ya­nın və Qa­zax­da­kı ali ib­ti­dai mək­tə­bin dərslik və dəf­tər­xa­na lə­va­zi­ma­tı ilə təc­hiz edil­mə­si üçün Xalq Ma­a­rif Na­zir­li­yi­nin gös­tə­ri­şi ilə 1918-ci ilin oktyabr ayın­da Ba­kı­dan xey­li miq­dar­da dərslik və dərs və­sa­i­ti gön­də­ril­di.

İb­ra­him əfən­di Qa­yı­bov Mü­səl­man Ru­ha­ni İda­rə­si ka­ti­bi­nin kö­mək­çi­si və­zi­fə­sin­dən 1918-ci il no­yab­rın 1-də azad edil­di və ye­ni tə­yi­na­tı­na əsa­sən Qa­zax Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sın­da mü­əl­lim­lik fə­a­liy­yə­ti­nə baş­la­dı.

Qa­zax­da Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın fə­a­liy­yə­tə baş­la­ma­sı həm şə­hə­rin, həm də bü­töv­lük­də re­gi­o­nun mə­də­ni hə­ya­tın­da çox bö­yük ha­di­sə ol­du. Qə­za rə­i­si Ha­lay bəy Şıx­linski­nin gös­tə­ri­şi ilə 1918-ci il oktyab­rın 29-da qə­za­da ma­a­ri­fin və­ziy­yə­ti­nin mü­za­ki­rə­yə çı­xa­rıl­ma­sı da xey­li də­rə­cə­də bun­dan qay­naq­la­nır­dı. Qə­za ida­rə­sin­də ke­çi­ri­lən və se­mi­na­ri­ya­nın di­rek­to­ru F.Kö­çər­li­nin rəh­bər­lik et­di­yi yı­ğın­caq­da pe­da­qoq­lar­la ya­na­şı, di­gər zi­ya­lı­lar, şə­hə­rin nü­fuz­lu şəxslə­ri, po­lis iş­çi­lə­ri iş­ti­rak et­miş­di. Qa­zax hər­bi qar­ni­zo­nu­nun rə­i­si pol­kov­nik Ca­mal Ca­hid bəy Qa­zax Ali İb­ti­dai Mək­tə­bin­də tə­lim-tər­bi­yə işi­nin təş­ki­li haq­qın­da mə­ru­zə edə­rək, ək­sər his­sə­si ka­sıb ge­yim­li olan şa­girdlə­rin sor­ğu-su­al za­ma­nı çox ağıl­lı, düz­gün ca­vab­lar ver­mə­si­ni məm­nun­luq­la qeyd et­di. Mə­ru­zə­çi da­ha son­ra Qa­zax əha­li­si­nin çox ka­sıb tə­bə­qə­si­nə mən­sub olan, kü­çə­lər­də boş-be­kar do­la­şan uşaq­la­rın da mək­tə­bə cəlb edil­mə­si, on­la­ra pal­tar, ayaq­qa­bı, dərslik və di­gər təd­ris lə­va­zi­ma­tı ve­ril­mə­si, mad­di yar­dım gös­tə­ril­mə­si mə­sə­lə­si­ni qal­dır­dı.

Ca­mal Ca­hid bəy qız­lar üçün mək­təb açıl­ma­sı mə­sə­lə­si­nə də to­xun­du. Azər­bay­can­lı qız­la­rın da oğ­lan­lar qə­dər tə­lim-tər­bi­yə­yə eh­ti­ya­cı ol­du­ğu­nu vur­ğu­la­dı. Mə­ru­zə­çi da­ha son­ra mü­əl­lim­lə­rin mad­di tə­mi­na­tı mə­sə­lə­si­nə to­xun­du. Bil­dir­di ki, mü­əl­li­mə hö­ku­mə­tin ver­di­yi əmək­haq­qın­dan əla­və, cə­miy­yət də mad­di yar­dım gös­tər­mə­li­dir. Gənc nəs­lin tə­lim-tər­bi­yə­si ki­mi çox çə­tin və mə­su­liy­yət­li bir və­zi­fə­ni öh­də­si­nə gö­tür­müş şəxslər gün­də­lik mə­i­şət qay­ğı­la­rın­dan azad olun­ma­lı­dır...".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.-8-noyabr.- S.15