Tarixdə iz buraxanlar: Kazım Qarabəkir

Türk dün­ya­sı­nın ta­ri­xi şəx­siy­yə­ti Ka­zım Qa­ra­bə­kir 1882-ci il­də İs­tan­bul­da ana­dan olub. O, mil­lət­çi bir əs­gər və döv­lət ada­mı idi. Ata­sı Krım qa­zi­si Məh­məd Əmin pa­şa, ana­sı Həv­va xa­nım­dır.

Ka­zım Qa­ra­bə­kir İs­tan­bu­lun Zey­rək mə­həl­lə­sin­də baş­lat­dı­ğı ilk təh­si­li­ni ata­sı­nın iş yer­lə­ri­ni də­yiş­mə­si­lə Van, Har­put və Mək­kə­də da­vam et­di­rib. Or­ta təh­si­li­ni Fa­teh hər­bi rüş­diy­yə­si və Ku­re­li hər­bi mək­tə­bin­də ta­mam­la­dıq­dan son­ra Hər­biy­yə mək­tə­bi­nə gi­rib. 1902-ci il­də Hər­biy­yə mək­tə­bin­dən mə­zun ol­duq­dan son­ra Hərb Aka­de­mi­ya­sı­na da­xil olub. Bu el­mi mü­əs­si­sə­ni də bi­rin­ci­lik­lə bi­tir­dik­dən son­ra or­du­da yüz­ba­şı ola­raq iki il­lik təc­rü­bə­si­ni Mo­nas­tır­da ta­mam­la­yıb. Mo­nas­tır Er­ka­nı Hər­biy­yə­sin­də və­zi­fə ala­raq rum və bol­qar ko­mi­tə­çi­lə­ri­nə qar­şı vu­ruş­ma­lar­da iş­ti­rak edib. Bu vu­ruş­ma­lar­da yed­di də­fə uğur əl­də edib. Ön yüz­ba­şı rüt­bə­si­lə təl­tif olu­nub, 1907-ci il­də İs­tan­bul Hər­biy­yə mək­tə­bi­nə tə­yin edi­lib. İt­ti­had və Tə­rəq­qi fir­qə­si­nin Mo­nas­tır və İs­tan­bul mər­kəz­lə­rin­də ça­lı­şıb. 1908-ci il­də İkin­ci Məş­ru­tiy­yə­tin ela­nı ilə Ədir­nə­də­ki Üçün­cü pi­ya­da tü­mə­ni­nə Er­ka­nı Hər­biy­yə­li­yi­nə tə­yin edi­lib. O za­man baş ve­rən 31 mart ha­di­sə­si nə­ti­cə­sin­də hə­rə­kat or­du­su­na qa­tı­la­raq İs­tan­bu­la gə­lib. Bə­yoğ­lu qış­la­sı vu­ruş­ma­la­rın­da və Yıl­dız sa­ra­yı­nın iş­ğa­lın­da iş­ti­rak edib. 1910-cu il­də Ar­na­vut üs­ya­nı­nın ya­tı­rıl­ma­sı­na Hə­rə­kat və Er­kai hərb rə­is və­ki­li ola­raq qa­tı­lıb. 1912-ci il­də Ədir­nə­yə dön­dük­də min­ba­şı rüt­bə­si­nə yük­sə­lib və Sər­həd ko­mis­sa­rı­nın və­ki­li ola­raq ça­lı­şıb. Son­ra al­man he­yə­tin­də və­zi­fə ala­raq Av­ro­pa­ya ge­dib. 1914-cü il­də pol­kov­nik-ley­te­nant rüt­bə­si­nə yük­sə­lib.

I Dün­ya mü­ha­ri­bə­sin­də (1914-1918-ci il­lər) Bi­rin­ci Qüv­və ko­man­dan­lı­ğın­da və­zi­fə ba­şın­da ikən İran hə­rə­ka­tı­na qa­tı­lıb (1914-cü il). Da­ha son­ra İs­tan­bu­la ça­ğı­rı­lıb və Qar­tal­da­kı 14-cü his­sə­nin ko­man­dan­lı­ğı­na tə­yin olu­na­raq Ça­naq­qa­la mü­ha­ri­bə­si­nə qa­tı­lıb (1915-ci il). Bir il son­ra pol­kov­nik rüt­bə­si­lə təl­tif edi­lə­rək İraq cəb­hə­si­nə gön­də­ri­lib. Şərqdə müx­tə­lif bir­lik­lə­rə rəh­bər­lik et­dik­dən son­ra 1918-ci il­də Ər­zin­can­da­kı Bi­rin­ci Qaf­qaz ar­til­le­ri­ya­sı­na ko­man­dan tə­yin olu­nub. Rus dəs­tə­yin­də­ki er­mə­ni or­du­su­na qar­şı Ər­zin­can və Ər­zu­rum­da mü­vəf­fə­qiy­yət­lə nə­ti­cə­lə­nən hə­rə­kat­lar təş­kil edib. Şərqdə­ki qət­li­am və in­san­lıq xa­ri­cin­də­ki hə­rə­kət­lə­rin qar­şı­sı­nı alıb. Or­du rəh­bər­li­yi­nin və əha­li­nin təq­di­ri­ni qa­za­nan Ka­zım Qa­ra­bə­kir ge­ne­ral-ma­yor rüt­bə­si­lə təl­tif edi­lib.

I Dün­ya mü­ha­ri­bə­si­nin so­nun­da müt­tə­fiq döv­lət­lər məğ­lub sa­yı­lın­ca yed­di cəb­hə­də şan və şə­rəf­lə dö­yü­şən türk or­du­su 1918-ci il­də "Mondros mü­qa­vi­lə­si" ilə si­la­hı bu­rax­maq məc­bu­riy­yə­tin­də qa­lıb. Ka­zım Qa­ra­bə­kir pa­şa ona tək­lif edi­lən Ümu­mi Qə­rar­gah rə­is­li­yi­ni qə­bul et­mə­yə­rək, Ana­do­lu­da mil­li mü­ca­di­lə hə­rə­ka­tı­na qa­tı­lıb. Əv­vəl Ər­zu­rum­da­kı 15-ci ar­til­le­ri­ya ko­man­dan­lı­ğı­na tə­yin olu­nub. İt­ti­faq­da olan döv­lət­lə­rin bü­tün təh­did­lə­ri­nə bax­ma­ya­raq, Ər­zu­rum konfran­sı­nı tər­tib et­di­rib və Mus­ta­fa Ka­mal pa­şa­nın təq­di­ri­ni qa­za­nıb. Ka­zım Qa­ra­bə­kir Türk İs­tiq­lal sa­va­şı­nın çox əhə­miy­yət­li dö­nüş nöq­tə­si olan Ər­zu­rum konfran­sı­nın ke­çi­ril­mə­sin­də ta­ri­xi bir rol oy­na­yıb.

Ka­zım Qa­ra­bə­kir pa­şa Ata­tür­kün ən ya­xın si­lah­da­şı olub. O, Ata­türk in­qi­la­bı­na hər­bi və si­ya­si təc­rü­bə­si ilə bö­yük töh­fə ve­rib. Yə­ni Ka­zım Qa­ra­bə­kir pa­şa Tür­ki­yə­nin İs­tiq­lal sa­va­şın­da (1918-1923) fə­al iş­ti­rak edib, Şərq cəb­hə­si­nin ko­man­da­nı ki­mi bir sı­ra əzə­li türk tor­paq­la­rı­nın ge­ri qay­ta­rıl­ma­sın­da əvəz­siz xid­mət­lər gös­tə­rib. Sa­rı­qa­mış və Qarsda er­mə­ni­lə­ri məğ­lub edə­rək on­la­ra "Güm­rü mü­qa­vi­lə­si"ni diq­tə edib. "Güm­rü mü­qa­vi­lə­si" türk is­tiq­lal mü­ca­di­lə­si­nin ilk mil­lət­lə­ra­ra­sı mü­qa­vi­lə­si­dir. Bu mü­qa­vi­lə ilə Ər­də­han, Artvin və Qars mil­li sər­həd­lə­rin da­xi­li­nə alı­nıb. Türk he­yə­ti­nin rəh­bə­ri ola­raq Ru­si­ya, Uk­ray­na, Azər­bay­can, Gür­cüs­tan və Er­mə­nis­tan So­vet təm­sil­çi­lə­ri­lə 13 oktyabr 1921-ci il­də "Qars mü­qa­vi­lə­si"ni im­za­la­yıb. Bu mü­qa­vi­lə ilə Tür­ki­yə və So­vet İt­ti­fa­qı sər­hə­di­nin bu­gün­kü şək­li təs­bit edi­lib. Bu nə­ti­cə­nin əl­də edil­mə­sin­də ge­ne­ral-ma­yor Ka­zım Qa­ra­bə­ki­rin ta­ri­xi xid­mət­lə­ri olub.

O za­man bol­şe­vik çev­ri­li­şin­dən son­ra Tür­ki­yə ilə Ru­si­ya ara­sın­da im­za­la­nan Ər­zin­can mü­qa­vi­lə­si­nin şərtlə­ri­nə gö­rə, rus­lar Şər­qi Ana­do­lu­dan çə­kil­mə­li idi­lər. Fə­qət on­lar iş­ğal et­dik­lə­ri əra­zi­lər­dən çə­ki­lər­kən hə­min yer­lə­ri er­mə­ni­lə­rə təs­lim et­mə­yə ça­lı­şıb­lar. 1918-ci ilin əv­vəl­lə­rin­də Andra­ni­kin daş­nak or­du­su Ər­zu­rum, Qars, Van, Bit­lis, Muş, Nax­çı­van və Zən­gə­zur da da­xil ol­maq­la o böl­gə­də er­mə­ni döv­lə­ti ya­rat­maq üçün əha­li­ni qı­lıncdan ke­çi­rir, aman­sız qətllər tö­rə­dir­di­lər. Və­ziy­yət o ye­rə ça­tır ki, Nax­çı­van əha­li­si er­mə­ni­lə­rin tö­rət­di­yi vəh­şi­li­yin qar­şı­sı­nı al­maq üçün türk or­du­su­na mü­ra­ci­ət edir. Bö­yük sər­kər­də, ge­ne­ral-ma­yor Ka­zım Qa­ra­bə­kir vaxt itir­mə­dən özü­nü nax­çı­van­lı­la­rın kö­mə­yi­nə çat­dı­rır. O vaxt Nax­çı­van­da və­ziy­yət ol­duq­ca ağır idi, si­lah­sız, top­suz-tü­fəngsiz əha­li er­mə­ni qa­ni­çən­lə­rin qar­şı­sın­da tək­ba­şı­na qal­mış­dı. Pe­şə­kar hərbçi ki­mi və­ziy­yə­ti və şə­ra­i­ti də­yər­lən­di­rən Ka­zım Qa­ra­bə­kir pa­şa­nın rəh­bər­li­yi ilə Türk-Qaf­qaz or­du­su hər­bi əmə­liy­ya­ta baş­la­yır və Andra­ni­kin qul­dur dəs­tə­si­ni dar­ma­da­ğın et­mək­lə Nax­çı­van­da özü­nü­i­da­rə hö­ku­mə­ti­nin qu­rul­ma­sı­na yar­dım­çı olur. Məq­sə­di­nə na­il ola bil­mə­yən er­mə­ni daş­nak­lar on­la­rı qı­zış­dı­ran ha­va­dar­la­rı­nın təz­yi­qi ilə ye­ni­dən tor­paq id­di­a­sı­nı gün­də­mə gə­ti­rir­lər. İra­nın şi­mal-qər­bin­də in­gi­lis­lə­rə qar­şı apar­dı­ğı uğur­lu əmə­liy­yat­dan son­ra Ka­zım Qa­ra­bə­kir qə­rar­ga­hı­nı Təb­riz­dən Nax­çı­va­na kö­çü­rür. Onun bu gə­li­şi­ni Nax­çı­van ca­ma­a­tı se­vinclə qar­şı­la­sa da, Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si­nin nə­ti­cə­lə­ri­nə və mü­qa­vi­lə şərtlə­ri­nə gö­rə Qa­ra­bə­kir pa­şa və or­du­su Nax­çı­va­nı tərk et­mə­li idi. Am­ma Nax­çı­va­nı ne­cə ümid­siz, kö­mək­siz qo­yub get­mək olar­dı? Ya­ra­nan və­ziy­yə­ti hər­tə­rəf­li in­cə­lə­yən hər­bi-si­ya­si xa­dim, ge­ne­ral Ka­zım Qa­ra­bə­kir çı­xış yo­lu­nu ta­pır. Onun tək­li­fi­lə Nax­çı­van­da yer­li Araz-Türk hö­ku­mə­ti ya­ra­dı­lır.

Ge­ne­ral Ka­zım Qa­ra­bə­kir pa­şa­nın ko­man­dan­lı­ğın­da ta­ri­xi Azər­bay­can böl­gə­si olan Nax­çı­van düş­mən iş­ğa­lın­dan tə­miz­lən­sə də, 1920-ci ilin ap­rel ayın­da Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti sü­qut edir və XI qır­mı­zı or­du sər­həd­lər­dən içə­ri da­xil olur. Rus­lar Nax­çı­va­nı er­mə­ni­lə­rə ver­mək üçün ye­ni­dən fə­a­liy­yə­tə baş­la­yır, uy­dur­ma fi­kir­lər­lə türk qo­şun­la­rı­nın Nax­çı­van­dan çıx­ma­sı­nı tə­ləb edir. Bu tə­ləb­lə­rə bax­ma­ya­raq, Ka­zım Qa­ra­bə­kir pa­şa da­ha 8 ay ora­da­kı ta­bor­lar­la bir­lik­də Nax­çı­van­da qa­lır. Bu qəh­rə­man türk ge­ne­ra­lı­nın məq­sə­di Nax­çı­va­nın ta­le­yi üçün tam si­ya­si tə­mi­nat al­maq, nə­yin ba­ha­sı­na olur­sa-ol­sun, bu­ra­nı er­mə­ni-rus cay­na­ğın­dan xi­las et­mək idi. Bu­nun üçün bi­rin­ci ad­dım Nax­çı­van mə­sə­lə­si­ni Moskva mü­qa­vi­lə­si­nin əsas bəndlə­rin­dən bi­ri­nə sal­maq idi. Bu məq­səd­lə o, var gü­cü ilə ça­lı­şır. Son­ra­dan yaz­dı­ğı "Bol­şe­vik­lər­lə sək­kiz ay bir­lik­də" xa­ti­rə­lər ki­ta­bın­da Azər­bay­can türklə­ri ilə bir­lik­də çi­yin-çi­yi­nə er­mə­ni iş­ğal­çı­la­rı­na qar­şı mü­ba­ri­zə­dən və Nax­çı­va­nın ta­le­yin­dən bəhs edir.

Nax­çı­van uğ­run­da ge­dən qan­lı dö­yüş­lər sən­gi­sə də, böl­gə­nin ta­le­yi həll olun­ma­mış­dı, düş­mən­lər bu tor­paq­la­rı uy­du­rul­muş Er­mə­nis­tan əra­zi­si­nə qat­maq üçün də­ri­dən-qa­bıq­dan çı­xır­dı­lar. Fə­qət qəh­rə­man türk sər­kər­də­si Ka­zım Qa­ra­bə­kir pa­şa, Tür­ki­yə­nin özün­də və­ziy­yə­tin son də­rə­cə ağır ol­ma­sı­na bax­ma­ya­raq, Nax­çı­va­nın bir qa­rı­şı­nı da düş­mə­nə ver­mək niy­yə­tin­də de­yil­di. 1921-ci ilin mart ayı­nın 16-da Moskva­da Ru­si­ya ilə Tür­ki­yə ara­sın­da, 1921-ci il oktyabr ayı­nın 13-də isə Qarsda Tür­ki­yə ilə Azər­bay­can, Gür­cüs­tan və Er­mə­nis­tan ara­sın­da an­laş­ma im­za­la­nır. Ru­si­ya nü­ma­yən­də­si­nin iş­ti­ra­kı ilə bağ­la­nan mü­qa­vi­lə­də Nax­çı­va­nın Azər­bay­ca­nın tər­ki­bin­də qal­ma­sı və mux­tar sta­tu­sa ma­lik ol­ma­sı, elə­cə də Nax­çı­va­nın ta­le­yi ilə bağ­lı təh­lü­kə ya­ran­dıq­da Tür­ki­yə­nin tə­mi­nat­çı­lı­ğı mə­sə­lə­si bir­də­fə­lik öz həl­li­ni ta­pır. Bu ta­ri­xi mü­qa­vi­lə­ni im­za­la­yan nü­ma­yən­də­lər­dən bi­ri də ge­ne­ral Ka­zım Qa­ra­bə­kir pa­şa idi.

Türk sər­kər­də­si və döv­lət xa­di­mi Ka­zım Qa­ra­bə­kir Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si döv­rün­də Şər­qi Ana­do­lu­nu və Nax­çı­va­nı rus və er­mə­ni iş­ğa­lın­dan xi­las edib və bu xid­mə­ti­nə gö­rə "Şərq Fa­te­hi" adı­nı qa­za­nıb. Bu gün Ka­zım Qa­ra­bə­kir pa­şa Nax­çı­van­da bir qəh­rə­man ki­mi xa­tır­la­nır.

Bu da bir hə­qi­qət­dir ki, Ka­zım Qa­ra­bə­kir pa­şa 1918-1920-ci il­lər­də Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün tə­min olun­ma­sın­da, onun ay­rıl­maz tər­kib his­sə­si olan Nax­çı­van əra­zi­si­nin er­mə­ni si­lah­lı­la­rı­nın tə­ca­vü­zün­dən mü­da­fiə edil­mə­sin­də çox bö­yük və bən­zər­siz xid­mət­lər gös­tə­rib.

Nax­çı­va­nın mə­də­ni hə­ya­tın­da ya­xın­dan iş­ti­rak edən Ka­zım Qa­ra­bə­kir pa­şa şə­hər­də te­at­rın fə­a­liy­yə­ti­ni bər­pa edib, təd­ris mü­əs­si­sə­lə­ri açıb, mək­təb­lər üçün Tür­ki­yə­dən çox say­da dərslik­lər gə­tir­dib. Ey­ni za­man­da, hər­bi və­tən­pər­vər­lik tər­bi­yə­si­nə bö­yük əhə­miy­yət ve­rən və ni­za­mi or­du qu­ru­cu­lu­ğu­nun va­cib­li­yi­ni nə­zə­rə alan Ka­zım Qa­ra­bə­kir pa­şa bu işi öy­rən­mək üçün bir qrup gən­ci Tür­ki­yə mək­təb­lə­ri­nə oxu­ma­ğa gön­də­rib.

Bə­şər ta­ri­xi çox sər­kər­də­lər gö­rüb. An­caq Ka­zım Qa­ra­bə­ki­rin şəx­sin­də ta­mam ay­rı-ay­rı sə­nət sa­hib­lə­ri­nə xas xü­su­siy­yət­lər cəm­ləş­di­yin­dən, o bü­tün bu iş­lə­rin öh­də­sin­dən qib­tə­o­lu­na­caq də­rə­cə­də ba­ca­rıq­la gə­lə bi­lib. Türk dün­ya­sı üçün ge­ne­ral-ma­yor Ka­zım Qa­ra­bə­kir pa­şa mü­ha­ri­bə sə­nə­ti­nin zir­və­sin­də da­ya­nır. Onun ən bö­yük ar­zu­su xal­qı­nı azad gör­mək olub.

Ka­zım Qa­ra­bə­kir Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin bi­rin­ci döv­rə seç­ki­lə­rin­də (1920-ci il) Ədir­nə­dən mil­lət və­ki­li se­çi­lib. İs­tiq­lal mü­ha­ri­bə­sin­dən son­ra An­ka­ra­da­kı Bi­rin­ci or­du­nun mü­fət­tiş­li­yi­nə tə­yin edi­lib. 1923-cü il­də ikin­ci döv­rə seç­ki­lə­rin­də İs­tan­bul­dan mil­lət və­ki­li se­çi­lib. 1924-cü il­də təş­ki­lat­çı­sı ol­du­ğu Cum­hu­riy­yət döv­rü­nün ilk mü­xa­li­fət par­ti­ya­sı tə­rəq­qi­pər­vər Cum­hu­riy­yət fir­qə­si­nin rəh­bər­li­yi­nə se­çi­lib.

Tək­par­ti­ya­lı­lıq döv­rün­də küs­kün ola­raq 1938-ci ilə qə­dər İs­tan­bul­da qa­lan Ka­zım Qa­ra­bə­kir 1938-ci il­də tək­rar si­ya­si hə­ya­ta atı­lır və İs­mət pa­şa­nın ar­zu­su­nu qə­bul edə­rək CHP-dən İs­tan­bul mil­lət və­ki­li se­çi­lir. 1946-cı il­də TBMM rəh­bər­li­yi­nə gə­ti­ri­lir və 1946-1948-ci il­lər­də Bö­yük Mil­lət Məc­li­si­nin səd­ri olur. Bu və­zi­fə­də ikən 1948-ci il yan­var ayı­nın 26-da in­farkt ke­çi­rə­rək və­fat edir və An­ka­ra şə­hid­li­yin­də dəfn edi­lir.

Ko­man­dan və si­ya­si xa­dim ola­raq Tür­ki­yə­də müx­tə­lif və­zi­fə­lər­də ça­lı­şan ge­ne­ral Ka­zım Qa­ra­bə­kir pa­şa­nın hər­bi, si­ya­si, iq­ti­sa­di möv­zu­lar­da və bu ta­ri­xi ata­mı­zın xa­ti­rə­lə­ri­ni eh­ti­va edən ki­tab­la­rı var və ma­a­rif sa­hə­lə­rin­də bir çox əsər­lə­rin mü­əl­li­fi­dir. Nax­çı­van­da ti­ki­lən məs­ci­də gör­kəm­li türk sər­kər­də­si və ic­ti­mai xa­dim, 1918-1921-ci il­lər­də Nax­çı­van di­ya­rı­nı er­mə­ni qul­dur­la­rın­dan tə­miz­lə­yən Ka­zım Qa­ra­bə­kir pa­şa­nın adı ve­ri­lib.

Ru­hu şad ol­sun!

Fazil QARAOĞLU

Bakı xəbər.- 2016.- 15 noyabr.- S.13