Tarixdə iz buraxanlar: Koroğlu

Ko­roğ­lu XVI əs­rin son­la­rın­da Ana­do­lu­nun hər ye­rin­də və xü­su­si­lə şərq böl­gə­lə­rin­də şöh­rət qa­za­nan, Öz­də­mi­roğ­lu Os­man pa­şa­nın İran sə­fə­ri­nə qo­şu­lan, gur səs­li dağ­lar şa­i­ri ola­raq ta­nı­nan qəh­rə­man ata­la­rı­mız­dan bi­ri­dir.

Əda­lət­siz qüv­və­lər­dən zə­if­lə­ri qo­ru­yan bu qəh­rə­ma­nı­mı­zı biz türk xalqla­rı ola­raq pay­la­şa bil­mi­rik. Hər bi­ri­miz onun öz öl­kə­miz­də ya­şa­dı­ğı­nı söy­lə­yir, adı­na das­tan­lar qo­şu­ruq. Bu gün hər han­sı bir Ana­do­lu, Azər­bay­can, Türkmə­nis­tan, Qır­ğı­zıs­tan, Öz­bə­kis­tan, Qa­za­xıs­tan tür­kü­nə: "Ko­roğ­lu kim­dir" - de­yə so­ruş­san, ha­mı­sı, - "O bi­zim xal­qın qəh­rə­ma­nı­dır", - de­yər. Yə­ni hər bir türk Ko­roğ­lu­nu öz qəh­rə­ma­nı ki­mi gö­rür...

Doğ­ru­su, Ana­do­lu­da "Ko­roğ­lu" das­ta­nı­nı din­lə­yib yo­la çıx­sa­nız və Azər­bay­can­da nə­fəs al­sa­nız, ora­da da "Ko­roğ­lu" das­ta­nı­nı din­lə­yə bi­lər­si­niz. Ora­dan Öz­bək, Qır­ğız, Qa­zax, Türkmən eli­nə uğ­ra­sa­nız, ye­nə də Ko­roğ­lu çı­xar qar­şı­nı­za.

Hər bir türk das­ta­nın­da ol­du­ğu ki­mi, "Ko­roğ­lu das­ta­nı"nda da türk mil­lə­ti­nə aid xü­su­siy­yət­lə­ri gör­mək müm­kün­dür. Ədə­biy­yat ta­rix­çi­lə­ri­miz Ko­roğ­lu ba­rə­sin­də be­lə de­yib: "Türk xalqla­rı bu föv­qə­la­də qəh­rə­ma­nı pay­la­şa bil­mə­yib. Hər bir türk xal­qı Ko­roğ­lu­nun öz öl­kə­sin­də ya­şa­mış ol­du­ğu­nu və öz­lə­ri­nə aid bir qəh­rə­man ol­du­ğu­nu söy­lə­yib".

Türk mil­lə­ti igid­li­yə, qorxmaz­lı­ğa, qəh­rə­man­lı­ğa aşiq­dir. Ta­rix bo­yun­ca türk xal­qı­nın se­vim­li qəh­rə­man­la­rı və bö­yük­lə­ri gur çay­lar ki­mi axıb, əda­lət­siz güc­lər­dən zə­if­lə­ri qo­ru­yub, xal­qın şü­u­run­da ucal­dıq­ca uca­lıb­lar. Mil­lə­ti ucal­dan qəh­rə­man­la­rın ət­ra­fın­da das­tan­lar əmə­lə gə­lib və o kö­nül əs­gər­lə­ri­nin hey­ran­lıq ve­rən ma­cə­ra­la­rı ata­dan oğu­la, ana­dan qı­za nəql edi­lə­rək gü­nü­mü­zə qə­dər ça­tıb.

Nə­yə gö­rə bu mü­la­hi­zə­lər doğ­ru ol­ma­sın?

Son araş­dır­ma­la­ra gö­rə, Ko­roğ­lu ba­rə­sin­də əl­də olu­nan mə­lu­mat­lar bun­lar­dır: Öv­li­ya Çə­lə­bi "Sə­ya­hət­na­mə"sin­də onun Ana­do­lu­nun şi­mal-qər­bin­də şöh­rət­li bir türk qəh­rə­ma­nı ol­du­ğu­nu qeyd edir; di­gər yan­dan Baş Na­zir­li­yin ar­xi­vin­də olan bə­zi və­si­qə­lər­də onun adı Röv­şən Əli ki­mi ke­çir. O, Ko­roğ­lu adı ilə şöh­rət qa­za­nan bir türkdür. XVI əs­rin son­la­rın­da Bo­lu tə­rəf­lər­də ya­şa­yıb. Fə­qət İran sə­fə­ri­nə qo­şul­ma­sı sə­bə­bi­lə Ko­roğ­lu­nun şöh­rə­ti və xa­ti­rə­si da­ha çox Azər­bay­can böl­gə­sin­də ya­yı­lıb və ya­şa­nıb. Şərq böl­gə­lə­ri­nin xalqla­rı onu dağ ba­şın­da ya­şa­yan, zən­gin­lə­rin cə­za­sı­nı ve­rib mal­la­rı­nı ka­sıb­la­ra pay­la­yan  bir qəh­rə­man ola­raq ta­nı­yıb sev­mək­də­dir.

Ko­roğ­lu, be­lin­də qı­lın­cı, haq­sız­lı­ğa qar­şı çı­xan, ye­rə-gö­yə sığ­ma­yan igid bir qəh­rə­man­dır. Onun dö­yüş das­tan­la­rı, qəh­rə­man­lıq şe­ir­lə­ri, sə­si­nin gü­cü, sö­zü­nün sağ­lam­lı­ğı ilə qey­ri-adi bir şəx­siy­yət, türk mil­lə­ti­nə xas bir qəh­rə­man ol­du­ğu şe­ir­lə­rin­dən də açıq­ca gö­rü­nür. O, sa­də türk in­sa­nı­na sa­hib çı­xıb əda­lət tə­rəf­da­rı ol­maq­la ya­na­şı, əlin­də­ki sa­zı ilə qəh­rə­man­lı­ğa qoş­ma­lar da dü­züb...

"Mərd da­ya­nar, na­mərd qa­çar,

Mey­dan gum­bul-gum­bul gum­bul­da­yar.

Şah­lar şa­hı di­van açar,

Di­van gum­bul-gum­bul gum­bul­da­yar.

 

İgid özü­nü öyən­də,

Ox­lar mən­zi­li dö­yən­də,

Qı­lınc qal­xa­na də­yən­də,

Qal­xan gum­bul-gum­bul gum­bul­da­yar.

 

Ox atı­lar qa­la­sın­dan,

Haqq sax­la­sın bə­la­sın­dan,

Ko­roğ­lu­nun nə­rə­sin­dən

Hər yan gum­bul-gum­bul gum­bul­da­yar.

 

Bö­yük bir eşq və igid­lik nü­mu­nə­si Ko­roğ­lu za­man keç­dik­cə he­ka­yə­lə­şə­rək bir xalq das­ta­nı olub. Bu gün "Ko­roğ­lu" das­ta­nı­nın əli­miz­də olan na­ğıl­la­rı azə­ri, öz­bək, qır­ğız, qa­zax, türkmən və Ana­do­lu tür­kü­nün si­lin­məz na­ğıl­la­rı­dır. Bü­tün bu na­ğıl­la­rı təd­qiq edə­rək das­ta­nın əsa­sı­nı or­ta­ya qo­yan Per­tev Na­i­li Bo­qa­ta­va gö­rə, "Ko­roğ­lu" das­ta­nı­nın ana ha­di­sə­si be­lə­dir: Ko­roğ­lu ki­çik bir uşaq ikən ata­sı xid­mət et­di­yi bə­yə seç­di­yi day­ça­la­rı bə­yən­di­rə bil­mə­yib, bu­na gö­rə o, göz­lə­ri­nə mil çə­ki­lə­rək cə­za­lan­dı­rı­lıb. Ko­roğ­lu be­lə zülm gör­müş bir ata­nın oğ­lu ola­raq bö­yü­yüb, də­li­qan­lı bir gənc olub. Ata­sı­nın fə­la­kə­ti­nə sə­bəb olan day­ça­la­ra da ko­run töv­si­yə­si­lə ba­xı­lıb. Bun­lar­dan bi­ri Ko­roğ­lu­nun Qı­ra­tı olub.

Qı­rat ta­yı-bə­ra­bə­ri ol­ma­yan bir at ol­duq­da kor ata oğ­lu­nu ona min­di­rib və in­ti­qa­mı­nı al­maq üçün dağ ba­şı­na gön­də­rib. Ko­run oğ­lu­nun adı bu ha­di­sə­dən eti­ba­rən Ko­roğ­lu ola­raq qa­lıb.

Ko­roğ­lu Çən­li­be­lə yer­lə­şib. Qəh­rə­man­lı­ğı ilə ad qa­za­nıb. Bu şöh­rə­ti­lə ət­ra­fı­na igid­lər top­la­yıb. Dö­yüş­lər za­ma­nı düş­mə­nin bir qis­mi­ni məğ­lub edə­rək ət­ra­fı­na top­la­dı­ğı igid­lə­ri özü­nə hey­ran bu­ra­xıb. Be­lə­cə, on­lar Ko­roğ­lu­nun və­fa­lı və fə­da­kar igid­lə­ri­nə çev­ri­lib­lər. Özü ki­mi qəh­rə­man adam­la­rı ilə bəy­lə­ri, pa­şa­la­rı tit­rə­dən bir qüv­və ha­lı­na gə­lib və on­la­ra fər­man oxu­ma­ğa baş­la­yıb. Bəy­lə­rin, pa­şa­la­rın, zən­gin­lə­rin zül­mün­dən qa­çan­lar gə­lib ona sı­ğı­nıb­lar. Be­lə­cə, za­man keç­dik­cə Ko­roğ­lu bəy­lə­rin, pa­şa­la­rın, zən­gin­lə­rin ka­bu­su, zə­if­lə­rin ha­mi­si ha­lı­na gə­lib. Bu ta­ri­xi qəh­rə­ma­nı­mız bəy­lə­rin, zən­gin­lə­rin mal-döv­lə­ti­ni alıb kim­sə­siz­lə­rə, ka­sıb­la­ra pay­la­maq­la ata­sı­nın hey­fi­ni alıb... Əda­lət­siz­li­yə döz­mə­yən və əda­lət­siz­li­yə qar­şı vu­ru­şan qey­ri-adi in­san, bən­zər­siz sər­kər­də olub. Qı­sa bir za­man­da Ko­roğ­lu­nun adı hər tə­rə­fə ya­yı­lıb.

Ko­roğ­lu­nun Hə­sən adın­da bir oğ­lu olub. O, onu ev­lən­dir­mək, Tel­li xa­nı­mı al­maq is­tə­dik­də bu qı­zın ne­cə bir qız ol­du­ğu ilə ma­raq­la­nıb. Ko­roğ­lu­nun qar­şı­sı­na çı­xan gö­zəl­lər fə­zi­lət­li, so­yu-kö­kü bəl­li ol­ma­lı, türklü­yü ilə öyün­mə­li idi. Bu hər kə­sə mə­lum idi. Ko­roğ­lu­nun bu xü­su­siy­yət­lə­ri­ni bi­lən Tel­li xa­nım onun həm də şa­ir tə­bi­ət­li bir in­san ol­du­ğu­nu bil­di­yi­nə gö­rə be­lə de­yib:

Türk qı­zı­yam, so­yum, kö­küm bəl­li­dir,

Gö­züm ilə sa­çım si­yah tel­li­dir.

Türk qı­zı­nın di­li tu­ti dil­li­dir,

Sən­də ol­sun bu­na inam, Ko­roğ­lu.

 

Bi­zim el­də əh­də və­fa edi­lir,

Kəm söy­lən­məz, doğ­ru yol­la ge­di­lir,

Heç ça­şıl­maz, na­mus yo­lu gü­dü­lür,

Ma­raq et­mə, mə­nə inan, Ko­roğ­lu.

Ta­ri­xi mən­bə­lər Ana­do­lu­da­kı Ko­roğ­lu üçün be­lə de­yir: Ko­roğ­lu dağ­la­rı, xü­su­si­lə Bo­lu dağ­la­rı­nı məs­kən ola­raq tu­tan, qa­nun ta­nı­maz, əli saz­lı, gur avaz­lı bir xalq qəh­rə­ma­nı­dır. Bu sü­but­lar doğ­ru­dur. An­caq Ko­roğ­lu nə üçün da­ğa çıx­mış? Bax bu su­a­lın ca­va­bı­nı türk xal­qı­nın yad­da­şın­da ya­şa­yan das­tan­lar­dan alaq...

Ko­roğ­lu­nun ata­sı xid­mət et­di­yi za­lım bir bə­yə seç­di­yi iki day­ça­nı bə­yən­di­rə bil­mə­di­yi üçün göz­lə­ri oyu­lur. Be­lə bir zülm gör­müş ata­nın öv­la­dı olan Ko­roğ­lu bö­yü­yə­rək igid, də­li­qan­lı bir qəh­rə­man olur. Ata­sı­nın bə­yə bə­yən­di­rə bil­mə­di­yi day­ça­lar­dan bi­ri də onun atı "Qı­rat" olur...

Ko­roğ­lu­nun ata­sı oğ­lu­nu Qı­ra­ta min­di­rib onun in­ti­qa­mı­nı al­maq üçün dağ­la­ra yol­la­yır. Be­lə­lik­lə, Ko­roğ­lu Çən­li­bel­də məs­kən sa­lır. Az bir za­man­da onun adı hər tə­rə­fə ya­yı­lır, ət­ra­fın­da ne­çə-ne­çə igid­lər top­la­nır. Ko­roğ­lu özü ki­mi qəh­rə­man olan bu adam­lar­la bəy­lə­rə, pa­şa­la­ra qar­şı çı­xır, on­la­rı tit­rə­dən bir güc ha­lı­na gə­lir. Ata­sı­nın hey­fi­ni alır, zən­gin­lə­rin sər­və­ti­ni alıb ka­sıb­la­ra pay­la­yır. Be­lə­cə o, ət­ra­fın­da­kı igid­lər­lə zə­if­lə­ri qo­ru­yur, kim­sə­siz­lə­rə ar­xa çı­xır­dı...

Çən­li­bel səl­tə­nə­ti be­lə­cə da­vam edər­kən tü­fəng kəşf edi­lir. Ko­roğ­lu bu də­lik­li də­mi­ri gö­rüb qüs­sə­lə­nir. Uzaq­dan bir tə­tik­lə adam öl­dü­rül­dü­yü­nü öy­rən­dik­də, ar­tıq igid­li­yin ta­ri­xə qa­rış­dı­ğı­nı bil­di­rir və "De­şik­li də­mir çıx­dı, mərdlik get­di" - de­yir.

Düş­mə­ni­nə gö­rün­mə­dən üzaq­dan atı­lan və düş­mən­lə əl­bə­ya­xa olub, qı­lınc dö­yü­şü­nə çıx­ma­dan onu öl­dü­rən gül­lə­lə­rin əmə­lə gəl­mə­si ilə Ko­roğ­lu mey­dan­lar­dan çə­ki­lir... Ko­roğ­lu xalq içə­ri­sin­dən çı­xan, xalq üçün ya­şa­yan gö­zəl in­san, bö­yük sər­kər­də idi. Ko­roğ­lu ey­ni za­man­da is­te­dad­lı bir in­san idi - həm şa­ir, həm aşıq idi. Azər­bay­can xal­qı­nın ən gö­zəl xü­su­siy­yət­lə­ri on­da var idi. Ko­roğ­lu bi­zim xalq qəh­rə­ma­nı­mız­dır. O, və­tən­pər­vər­lik, igid­lik rəm­zi­dir.

Ko­roğ­lu elə bir igid idi ki, düş­mə­ni­nə be­lə qıy­maz­dı, yıx­dı­ğı­nı kəs­məz­di. O, Pey­ğəm­bər əfən­di­miz ki­mi on­la­rı qa­zan­ma­ğa, adam et­mə­yə ça­lı­şar­dı. Mə­sə­lən, onun hə­ya­tın­da baş ve­rən ha­di­sə­lə­rin bi­rin­də onu öl­dür­mək üçün ça­dı­rı­nın qa­pı­sı­na qə­dər gə­lən Zor bə­yin oğ­lu­na qıy­ma­yıb və onun igid­lik qü­ru­ru­nu ox­şa­ya­raq özü­nə dost edib. Bu ha­di­sə be­lə baş ve­rib: türk ta­ri­xin­də xü­su­si ye­ri olan qəh­rə­ma­nı­mız Ko­roğ­lu Ni­gar xa­nım­la ça­dı­rın­da otu­rub ça­lıb-oxu­yur. Onu öl­dür­mə­yə gə­lən Zor bə­yin oğ­lu da Ko­roğ­lu­nu din­lə­mə­yə baş­la­yıb. Bu­nu hiss edən Ko­roğ­lu alıb sa­zı əli­nə və bö­yük şövqlə be­lə söy­lə­yib:

"Bir atı var ala­pa­ça,

Aman ver­məz Qı­rat qa­ça.

Xa­nım kim, Ni­gar kim?

Bir bə­yin oğ­lu, Zor bə­yin oğ­lu.

Hay edən­də, ha­ya tə­pər,

Huy edən­də, hu­ya tə­pər,

Ko­roğ­lu­nu su­ya tə­pər.

Xa­nım kim, Ni­gar kim?

Bir bə­yin oğ­lu, Zor bə­yin oğ­lu".

Bu söz­lə­ri eşi­dən Zor bə­yin oğ­lu gə­lib Ko­roğ­lu­nun əli­ni öpür və onun sa­diq dostla­rın­dan bi­ri olur.  

Bu ha­di­sə in­san­la­rı qa­zan­maq üçün fə­da­kar ol­maq­la bə­ra­bər, şi­rin sö­zün də çox əhə­miy­yət­li ol­du­ğu­nu gös­tə­rir. Bu­na bən­zər bir çox ha­di­sə­lər "Ko­roğ­lu das­ta­nı"nda yer alır. Ha­di­sə­lə­rin axa­rın­da qəh­rə­man­lıq, dostluq, və­fa, sə­da­qət, zə­if­lə­rin qo­run­ma­sı da­ha qa­ba­rıq şə­kil­də ve­ri­lib, tür­kün bü­tün xa­rak­te­ri öz ək­si­ni ta­pıb.

Ana­do­lu yay­la­ğın­dan Or­ta Asi­ya səh­ra­la­rı­na uza­nan "Ko­roğ­lu das­ta­nı" türk xalqla­rı­nın əzə­mət­li or­taq mə­də­niy­yə­ti­dir. Hər bir türk Ko­roğ­lu­ya or­taq çıx­maq­da haq­lı­dır.

Ko­roğ­lu Azər­bay­can xal­qı­nın qəl­bin­də da­im ya­şa­yıb və ya­şa­ya­caq. Bu bö­yük xalq qəh­rə­ma­nı­mı­zı rəh­mət­lə xa­tır­la­yı­rıq.

Ruhu şad olsun!

Fazil QARAOĞLU

Bakı xəbər.- 2016.- 19 noyabr.- S.13