Azərbaycan Tibb Universitetində “Fitnə”
filmi təqdim olunub
Bakı, 22 noyabr, SalamNews. Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü
ilə Azərbaycan Tibb Universitetində “Fitnə” adlı filmin təqdimatı baş tutub.Dövlət Komitəsindən SalamNews-a
verilən məlumata görə, filmin nümayişindən əvvəl
ATU–nun rektoru, professor Gəray
Gəraybəyli qeyd edib ki, hazırda
terrorçuluq nəinki
Azərbaycanda, bütün
regionda və dünyada aktual problemlərdən birinə
çevrilib: “20 il bundan əvvəl ekstremizm və terrorizm ifadələrindən
çox nadir hallarda istifadə olunurdu. Ancaq son illərdə hər gün bu sözləri
eşidirik. Hətta ekstremizmin
dini, siyasi və digər növləri də yaranıb. İndi dünyada elə
bir ölkə yoxdur ki, özünü
ekstremizmdən və terrorçuluqdan sığortalanmış
hesab etsin. Təəssüf ki, Azərbaycan hələ 20
il əvvəl beynəlxalq miqyaslı terrorizmlə üzləşib”.Rektor
G.Gəraybəyli müasir
dövrdə daha çox gənclərin dini ekstremizmə cəlb olunduğunu, onların müxtəlif vədlərlə aldadılıb
terrorçuluğa çəkildiyini
bildirib.Professor G.Gəraybəyli,
xüsusilə gənclərin
radikal dini cərəyanların təsiri
altına düşməməsi
və bu istiqamətdə məlumatlandırılması
üçün “Fitnə”
filminin əhəmiyyət
daşıdığını bildirib. Onun sözlərinə görə,
radikal dini qruplara qoşulan gənclərə yalnız
maarifləndirmə yolu
ilə kömək etmək mümkündür.Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki,
bu gün dünyada bir sıra maraqlı güclər öz istəklərini yerinə
yetirmək üçün
dindən alət kimi istifadə edirlər. Məhz bu məqsədlə
radikal dini qruplar yaradılır, xüsusilə də sülh dini olan İslamın adından istifadə olunur. M.Qurbanlı komitə tərəfindən
radikal dini cərəyanların yaratdığı
qruplaşmalara qarşı
hüquqi, iqtisadi və ideoloji formada aparılan tədbirlər barədə
geniş məlumat verib. Onun sözlərinə görə,
xüsusilə gənclərin
radikal dini cərəyanların təsiri
altına düşməməsi
və bu istiqamətdə maarifləndirmənin
gücləndirilməsi üçün
müxtəlif tipli tədbirlərin keçirilməsi
vacibdir.Daha sonra ATU-da təhsil alan tələbələr
üçün “Fitnə”
filmi nümayiş olunub. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sifarişi ilə
çəkilən “Fitnə” filmi dini radikalizmə qarşı mübarizənin
psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs
edir.
Bakı xəbər.- 2016.- 23 noyabr.- S.14