Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında azərbaycançılıq motivləri...

II ya­zı

Yu­sif Və­zir Çə­mən­zə­min­li həm şəx­siy­yət, həm də ya­ra­dı­cı­lıq eti­ba­ri­lə azər­bay­can­çı­lı­ğa bağ­lı olan zi­ya­lı, qə­ləm ada­mı, ic­ti­mai-si­ya­si, fəl­sə­fi fi­kir ada­mı­dır.

Yu­sif Və­zir ya­ra­dı­cı­lı­ğı­nı, onun ic­ti­mai-si­ya­si, ədə­bi-bə­dii, fəl­sə­fi ir­si­ni araş­dı­ran alim­lər ol­duq­ca ma­raq­lı faktlar, də­yər­li mə­lu­mat­lar təq­dim edir.

Y.V.Çə­mən­zə­min­li­nin ya­ra­dı­cı­lı­ğı­nı təh­lil edən mü­tə­xəs­sis­lər vur­ğu­la­yır ki, Yu­sif Və­zi­rin xalq na­ğıl­la­rın­dan gö­tü­rül­müş, uşaq­lar üçün yaz­dı­ğı məş­hur "Mə­lik Məm­məd" na­ğı­lı 1910-cu il­də Ki­yev­də ya­zı­lıb və 1911-ci il­də ki­tab­ça şək­lin­də nəşr olu­nub. Ki­yev­də­ki nəş­riy­yat he­yə­ti Azər­bay­ca­nın ta­ri­xi­nin ya­zıl­ma­sı tə­şəb­bü­sü­nü də irə­li sü­rür­dü. Bu ba­rə­də Yu­sif Və­zir 1913-cü il mart ayı­nın 12-də "Sə­da­yi-həqq" qə­ze­tin­də çap et­dir­di­yi "Biz ki­mik?" mə­qa­lə­sin­də ya­zır­dı: "... Ta­ri­xin mil­lə­ti­mi­zə nə qə­dər mən­fə­ə­ti ol­du­ğu­nu nə­zə­rə alıb Ki­yev mü­səl­man stu­dentlə­ri­nin nəş­riy­yat he­yə­ti ər­ba­bi qə­lə­mi­miz­dən Azər­bay­can ta­ri­xi­ni yaz­ma­ğı ri­ca edir. Ta­rix müx­tə­sər və sa­də­cə Azər­bay­can di­lin­də ol­ma­lı­dır. Onu he­yət təb et­dir­mə­yi öh­də­si­nə gö­tü­rür və bun­dan əla­və, ta­rix mü­əl­li­fi­nə mü­ka­fat da ver­mə­yi vəd edir".

Yu­sif Və­zir 1912-ci il­də "Yed­di he­ka­yə", 1913-cü il­də isə "Hə­yat sə­hi­fə­lə­ri" ad­lı ki­tab­la­rı­nı Ki­yev­də çap et­di­rir. On­la­rın hər nüs­xə­si­ni Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mü­əl­li­mi, gör­kəm­li ədə­biy­yat­şü­nas Fi­ru­din bəy Kö­çər­li­yə gön­də­rir. Fi­ru­din bəy ki­tab­ça­la­rı al­dıq­dan son­ra Qo­ri­dən Ki­ye­və gön­dər­di­yi mək­tub­lar­la Yu­sif Və­zir ya­ra­dı­cı­lı­ğı­na, onun mə­də­niy­yət sa­hə­sin­də xid­mət­lə­ri­nə yük­sək qiy­mət ve­rir.

Be­lə­lik­lə, Yu­sif Və­zi­rin Ki­yev­də­ki 5 il­lik tə­lə­bə­lik hə­ya­tı ədə­bi və el­mi sa­hə­də çox əl­ve­riş­li olub. O za­man o, di­ni mə­sə­lə, qa­dın mə­sə­lə­lə­ri və uşaq tər­bi­yə­si ilə son də­rə­cə ma­raq­la­nır­dı. Nə­ti­cə­də "Ar­vad­la­rı­mı­zın ha­lı", "Qan­lı göz yaş­la­rı", "Ana və ana­lıq" ki­tab­la­rı mey­da­na çı­xır. 1915-ci il­də Bi­rin­ci Dün­ya Mü­ha­ri­bə­si­nin ge­di­şi ilə əla­qə­dar ola­raq al­man hü­cu­mun­dan çə­ki­nən çar hö­ku­mə­ti Ki­yev Uni­ver­si­te­ti­ni mü­vəq­qə­ti ola­raq Sa­ra­to­va kö­çür­dü­yü üçün Yu­sif Və­zir uni­ver­si­te­ti 1915-ci il­də Sa­ra­tov­da bi­ti­rir. O, uni­ver­si­te­ti bi­tir­dik­dən son­ra Sa­ra­tov məh­kə­mə pa­la­ta­sın­da ha­kim­lik və­zi­fə­si­nə na­mi­zəd qə­bul olu­nur. Yu­sif Və­zi­rin tut­du­ğu və­zi­fə ma­aş­sız ol­du­ğu üçün bir ne­çə ay­dan son­ra baş­qa iş ax­tar­maq üçün Ki­ye­və ge­dir. Ora­da "Zemstvo" təş­ki­la­tı­na da­xil olub cəb­hə­yə ge­dir.

Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, fev­ral in­qi­la­bı baş ve­rən za­man Yu­sif Və­zir Qa­lit­si­ya­da idi. 1917-ci il­də Uk­ray­na­nın  mil­li hə­rə­ka­tı bü­tün Ru­si­ya da­xi­lin­də ya­şa­yan qey­ri-rus mil­lət­lə­rə ör­nək olur. Bu­nun­la əla­qə­dar Yu­sif Və­zir 1917-ci il­də Qa­lit­si­ya­dan Ki­ye­və gə­lir. Ora­da si­ya­si təş­ki­la­ta eh­ti­yac ol­du­ğu­nu hiss edib Ki­yev­də oxu­yan azər­bay­can­lı tə­lə­bə­lə­ri ət­ra­fı­na top­la­ya­raq Türk Ədə­bi Mər­kə­ziy­yə fir­qə­si "Mü­sa­vat"ın Ki­yev şö­bə­si­ni ya­ra­dır. Hə­min şö­bə­yə baş­çı­lıq et­mək üçün Yu­sif Və­zir sədr se­çi­lir. Müs­tə­qil Uk­ray­na Res­pub­li­ka­sı ya­ran­dıq­dan son­ra Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti Yu­sif Və­zi­ri Uk­ray­na­da dip­lo­ma­tik nü­ma­yən­də tə­yin edir. Ye­ni­cə işə baş­la­mış dip­lo­ma­tik nü­ma­yən­də­li­yin əsas məq­sə­di Azər­bay­ca­nı Ru­si­ya ic­ti­ma­iy­yə­ti­nə ta­nıt­maq idi. Ona gö­rə də on­lar mü­sa­mi­rə­lər təş­kil et­mək­lə bə­ra­bər, Azər­bay­ca­nın ta­ri­xi, ədə­biy­ya­tı, mə­də­niy­yə­ti, ti­ca­rə­ti və iq­ti­sa­diy­ya­tı haq­qın­da çox­lu mə­qa­lə ya­zıb mət­bu­at­da çap et­di­rir. Be­lə­lik­lə, Azər­bay­can ya­vaş-ya­vaş ta­nın­ma­ğa baş­la­yır.

Təd­qi­qat­çı­lar ya­zır ki, Yu­sif Və­zir hə­min təş­ki­lat­da iş­lə­di­yi dövrdə "Azər­bay­ca­nın mux­ta­riy­yə­ti" və "Biz ki­mik və is­tə­di­yi­miz nə­dir?" ki­tab­la­rı­nı ya­zıb çap et­di­rir. Yu­sif Və­zi­ri dü­şün­dü­rən və na­ra­hat edən mə­sə­lə­lər­dən bi­ri də Azər­bay­ca­nın mil­li mar­şı­nın ol­ma­ma­sı idi. Bu­nun­la əla­qə­dar onun 1917-ci il de­kabr ayı­nın 19-da "Açıq söz" qə­ze­tin­də çap et­dir­di­yi mə­qa­lə­də de­yi­lir­di: "Hər bir mil­lə­tin özü­nə­məx­sus bir mil­li nəğ­mə­si var. O nəğ­mə oxun­duq­da mil­lət fərdlə­ri­nin ru­hu uca­lır. Mü­ba­ri­zə edib öz xal­qı­nı mü­ha­fi­zə et­mək xa­hi­şi ar­tır. Bi­zim isə bu nəğ­mə­miz yox­dur. Odur ki, mil­li ru­hu­muz da yox­dur. Düş­mə­ni yıx­maq üçün də mil­li ruh la­zım­dır. Mil­li şər­qi əmə­lə gə­tir­mək üçün şa­ir­lə­ri­miz və mu­si­qi­şü­nas­la­rı­mız, Üze­yir Ha­cı­bə­yov cə­nab­la­rı ça­lış­ma­lı­dır".

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, 1918-ci il­də və­tən­daş mü­ha­ri­bə­si ilə əla­qə­dar Azər­bay­can­la ra­bi­tə kə­si­lir. Yu­sif Və­zir və­tən­də baş ve­rən ha­di­sə­lər­dən heç bir in­for­ma­si­ya al­ma­dı­ğı üçün tut­du­ğu və­zi­fə­si­ni mü­a­vi­ni­nə tap­şı­rıb Sim­fe­ro­po­la ge­dir. Ora­da bir ne­çə ay lən­gi­di­yi üçün əd­liy­yə di­rek­tor­lu­ğun­da məs­lə­hət­çi iş­lə­yir. Krım­da­kı "Mil­lət" qə­ze­tin­də "Azər­bay­can və azər­bay­can­lı­lar" ad­lı mə­qa­lə­si­ni çap et­di­rir və Lit­va ta­tar­la­rı­nın ta­ri­xi ilə ma­raq­la­na­raq on­la­rın ya­ran­ma­sı və və­ziy­yə­ti haq­qın­da təd­qi­qat apa­rıb yaz­dı­ğı "Lit­va ta­tar­la­rı" ad­lı ki­tab­ça­sı­nı 1919-cu il­də Sim­fe­ro­pol­da çap et­di­rir.

Təd­qi­qat­çı­lar ya­zır ki, yol şə­ra­i­ti yax­şı­la­şan ki­mi Yu­sif Və­zir Odes­sa­ya ge­dir. Mü­ha­ri­bə ilə əla­qə­dar yol­lar bağ­lı ol­du­ğu üçün Yu­sif Və­zir Odes­sa­da iki ay qal­ma­lı olur. O, və­tə­nə qa­yıt­dıq­da "Azər­bay­can" qə­ze­tin­də "Xa­ri­ci si­ya­sə­ti­miz", "Mil­li və mə­də­ni irslə­ri­miz" baş­lı­ğı ilə sil­si­lə mə­qa­lə­lə­ri­ni çap et­di­rir. Yu­sif Və­zir bir müd­dət Ba­kı­da qal­dıq­dan son­ra Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti­nin Na­zir­lər Şu­ra­sı­nın səd­ri Nə­sib bəy Yu­sif­bə­yo­vun tək­li­fi ilə 1919-cu il­də ye­ni ya­ran­mış res­pub­li­ka­nın sə­fi­ri ki­mi İs­tan­bu­la gön­də­ri­lir. Yu­sif Və­zir İs­tan­bul­da dip­lo­ma­tik iş­lə məş­ğul ol­maq­la ya­na­şı, öz ədə­bi fə­a­liy­yə­ti­ni də da­vam et­di­rir. Be­lə ki, Azər­bay­ca­nı və Azər­bay­can ədə­biy­ya­tı­nı türk alə­mi­nə ta­nıt­maq üçün el­mi mü­şa­hi­də­lər­lə zən­gin olan "Azər­bay­can ədə­biy­ya­tı­na bir nə­zər", "Ta­ri­xi-coğ­ra­fi və iq­ti­sa­di Azər­bay­can" ad­lı ki­tab­la­rı­nı ya­zıb 1921-ci il­də on­la­rı İs­tan­bul­da çap et­di­rir.

Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, Y.V.Çə­mən­zə­min­li­nin 1918-1920 il­lər­də Krı­mın Sim­fe­ro­pol şə­hə­rin­də nəşr olu­nan "Mil­lət" qə­ze­tin­də 30-a ya­xın mə­qa­lə­si çap edi­lib.

Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, Azər­bay­can­da so­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra Yu­sif Və­zir tut­du­ğu və­zi­fə­si­nin ar­tıq bit­miş ol­du­ğu­nu elan edib, Pa­ris­də Si­ya­si Elmlər İnsti­tu­tu­nun dip­lo­ma­ti­ya fa­kül­tə­sin­də təh­sil alan ki­çik qar­da­şı Mi­ri­nin (Mi­rab­dul­la) ya­nı­na ge­dir. Fran­sa­da hər han­sı bir əc­nə­bi­nin hü­quq sa­hə­si üz­rə iş­lə­mə­si qey­ri-müm­kün ol­du­ğu üçün Yu­sif Və­zir mad­di və­ziy­yə­ti­nin ağır ol­ma­sı ilə əla­qə­dar məc­bur olub Pa­ris ya­xın­lı­ğın­da­kı Kli­şi ad­lı şə­hə­rə kö­çüb əv­vəl­cə lo­ko­mo­tiv, son­ra­lar isə av­to­mo­bil za­vod­la­rın­da fəh­lə­lik edir. O, "Pa­ris xə­bər­lə­ri" qə­ze­tin­də də əmək­daş­lıq edib "Şərq mək­tub­la­rı" baş­lı­ğı al­tın­da cür­bə­cür ya­zı­lar çap et­di­rir. Yu­sif Və­zi­rin qar­da­şı Mi­ri 1922-ci il­də təh­si­li­ni ba­şa vu­rub Pa­ris bankla­rı­nın bi­rin­də mə­mur iş­lə­yir­di. 1924-cü il­də Mi­ri qəf­lə­tən xəs­tə­lə­nir. Onun on üç ay da­vam edən xəs­tə­li­yi ölüm­lə nə­ti­cə­lə­nir. Qar­da­şı 1925-ci il­də 29 ya­şın­da Pa­ris­də və­fat edir. Ye­ga­nə qar­da­şı­nın vaxtsız və­fa­tı Yu­sif Və­zi­ri həd­din­dən ar­tıq sar­sı­dır, bu ona çox bö­yük dərd olur. Qar­da­şı­nı itir­dik­dən son­ra Yu­sif Və­zir Pa­ris­də bö­yük çə­tin­lik­lər­lə üz­lə­şir və onu göz­lə­yən təh­lü­kə­lə­rə bax­ma­ya­raq, və­tə­ni Azər­bay­ca­na qa­yıt­ma­ğı qə­ra­ra alır.

Təd­qi­qat­çı­lar qeyd edir ki, Yu­sif Və­zir və­tə­ni­nə qa­yıt­maq üçün Pa­ris­də­ki so­vet sə­la­hiy­yət­li nü­ma­yən­də­li­yi­nə əri­zə ilə və Azər­bay­can SSR Xalq Ko­mis­sar­la­rı So­ve­ti­nin səd­ri Qə­zən­fər Mu­sa­bə­yo­va xü­su­si mək­tub­la mü­ra­ci­ət edir. Q.Mu­sa­bə­yov Yu­sif Və­zir­dən al­dı­ğı mək­tu­bu Azər­bay­can SSR-in Kom­mu­nist Par­ti­ya­sı­nın bi­rin­ci ka­ti­bi Ki­ro­va gös­tə­rir. Ki­rov Yu­sif Və­zi­rin və­tə­ni­nə qa­yıt­maq ar­zu­su­nu bö­yük məm­nu­niy­yət­lə qar­şı­la­yır. Bir il­dən son­ra Ümu­mit­ti­faq İc­ra­iy­yə Ko­mi­tə­si­nin 18 yan­var 1926-ci il ta­rix­li qə­ra­rı­na əsa­sən, Yu­sif Və­zir so­vet və­tən­daş­lı­ğı­na da­xil olur. Yu­sif Və­zir 1926-cı ilin ap­rel ayın­da hə­mi­şə­lik ola­raq mü­ha­ci­rət­dən və­tə­nə qa­yı­dır. Son­ra­lar Sta­li­nə ün­van­la­dı­ğı mək­tu­bun­da Və­zi­rov ça­rə­siz və­ziy­yə­ti­ni və on il əv­vəl So­vet Azər­bay­ca­nı­na qa­yıt­ma­sı­nın sə­bəb­lə­ri­ni açıq­la­yır­dı. Və­zi­rov ya­zır­dı: "Mə­nim üçün və­tən də­niz­də fır­tı­na­lı sə­ya­hət­dən son­ra sı­ğın­dı­ğım sa­kit bir li­man ki­mi­dir".

Təd­qi­qat­çı­lar ya­zır ki, qür­bət el­lər­dən və­tə­ni­nə qa­yıt­mış Yu­sif Və­zir ilk əv­vəl "Ba­kı iş­çi­si" nəş­riy­ya­tın­da bə­dii şö­bə­nin re­dak­to­ru, son­ra­lar Döv­lət Plan Ko­mi­tə­si­nin ic­ti­mai-mə­də­ni böl­mə­sin­də ix­ti­sa­sı üz­rə və­kil iş­lə­miş və ey­ni za­man­da mü­əl­lim­lik­lə də məş­ğul ol­ma­ğa baş­la­mış­dı. Əv­vəl­cə Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin şərqşü­nas­lıq və pe­da­qo­ji fa­kül­tə­sin­də, son­ra­lar isə Pe­da­qo­ji, Tibb və Neft insti­tut­la­rın­da Azər­bay­can və rus dil­lə­ri ka­fed­ra­sın­da dərs de­yib. Ey­ni za­man­da Yu­sif Və­zir Ru­hul­la Axun­do­vun re­dak­tə­si ilə çıx­mış "Rus­ca-Azər­bay­can­ca lü­ğət"in mü­əl­lif­lə­rin­dən bi­ri ol­muş­du. Azər­bay­can di­lin­də ter­mi­no­lo­gi­ya­nın ya­ra­dıl­ma­sın­da da Y.V.Çə­mən­zə­min­li­nin bö­yük xid­mə­ti olub.

Təd­qi­qat­çı­lar ya­zır ki, Yu­sif Və­zir Sta­lin rep­res­si­ya­sın­dan əziy­yət çə­kir. Mə­lu­mat­la­ra gö­rə, 1937-ci il Sta­lin tə­miz­lə­mə­lə­ri­nin ən çə­tin il­lə­rin­dən bi­ri idi. Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı da, öz növ­bə­sin­də, (di­gər so­vet qu­rum­la­rı ki­mi) cid­di cəhdlə "sı­ra­la­rı­nı tə­miz­lə­yir­di". Və­zi­rov da hə­dəf alın­mış 20-yə ya­xın ya­zı­çı ara­sın­da idi. O, so­vet­lə­rə qə­dər­ki dövrdə di­ni is­tis­ma­rı tən­qid edə­cək qə­dər cə­sa­rət­li ya­zı­çı ol­du­ğu­nu de­yə­rək özü­nü mü­da­fiə et­mə­yə ça­lı­şır­dı. Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın III Ple­nu­mun­da (mart, 1937-ci il) İt­ti­fa­qın səd­ri Sey­ful­la Şa­mi­lov, ara­la­rın­da Və­zi­rov da ol­maq­la, bir sı­ra ya­zı­çı­la­rı tən­qid atə­şi­nə tut­du. 19 iyun 1937-ci il­də "Ədə­biy­yat" qə­ze­tin­də Çə­mən­zə­min­li­ni ək­sin­qi­lab­çı ol­maq­da it­ti­ham edən yed­di mə­qa­lə çap edil­di. Onu "Stu­dentlər" və "Qız­lar bu­la­ğı" ki­mi ro­man­la­rın­da mən­fi ob­raz­lar va­si­tə­si­lə ək­sin­qi­la­bi fi­kir­lər təb­liğ et­mək­də it­ti­ham edir­di­lər. İçin­də ol­du­ğu təh­lü­kə­ni dərk edən Çə­mən­zə­min­li əl­yaz­ma­la­rı­nın bö­yük bir his­sə­si­ni yan­dır­dı. Təd­qi­qat­çı­lar ya­zır ki, 1937-ci il­də o, Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın üzvlü­yün­dən çı­xa­rı­lır və bu­nun­la da iş tap­maq im­ka­nı­nı iti­rir. Hə­ya­tı­nı xal­qın is­tiq­la­liy­yə­ti­nə və tə­rəq­qi­si­nə həsr edən Yu­sif Və­zir özün­də heç bir gü­nah gör­mə­yə­rək 1937-ci il may ayı­nın 20-də Azər­bay­can K(b)P Mər­kə­zi Ko­mi­tə­si­nin bi­rin­ci ka­ti­bi M.C.Ba­ğı­ro­va əri­zə ilə mü­ra­ci­ət edir. Yu­sif Və­zir M.C.Ba­ğı­ro­va yaz­dı­ğı əri­zə­nin ca­va­bı­nın gəl­mə­sin­dən əli­ni üzə­rək 1937-ci il iyun ayı­nın 8-də Ümu­mit­ti­faq K(b)P-nin baş ka­ti­bi İ.V.Sta­li­nə əri­zə ilə mü­ra­ci­ət edir. Bu əri­zə­yə də ca­vab gəl­mir. Yu­sif Və­zir 20-25 gün Moskva­da qa­lıb Sta­li­nə yaz­dı­ğı əri­zə ba­rə­də Mər­kə­zi Ko­mi­tə­yə mü­ra­ci­ət edir. La­kin ora­dan da heç bir ca­vab ala bil­mir. Ça­rə­siz qa­lan Yu­sif Və­zir Ba­kı­ya qa­yı­dır. 1938-ci il­də "Kom­mu­nist" qə­ze­tin­də çı­xan bir elan­da bil­di­ri­lir­di ki, Öz­bə­kis­tan SSR-in Ur­gənc şə­hə­rin­də­ki Xa­rəzm Vi­la­yət Pe­da­qo­ji İnsti­tu­tun­da rus di­lin­də dərs de­mə­yə mü­əl­lim ye­ri tut­maq üçün mü­sa­bi­qə elan olu­nur. Yu­sif Və­zir sə­nəd­lə­ri­ni top­la­yıb Ur­gənc şə­hə­ri­nə gön­də­rir. Mü­sa­bi­qə­dən ke­çib rek­tor­luq­dan də­vət alır. 1938-ci ilin av­qust ayın­da Yu­sif Və­zir Ur­gən­cə yo­la dü­şür. O, Ur­gənc Pe­da­qo­ji İnsti­tu­tun­da baş mü­əl­lim və ey­ni za­man­da insti­tut ki­tab­xa­na­sı­na mü­dir tə­yin olu­nur.

Təd­qi­qat­çı­lar ya­zır ki, 1937-38-ci il­lər­də rep­res­si­ya­ya mə­ruz qa­lan Azər­bay­ca­nın bir qrup elm və mə­də­niy­yət xa­dim­lə­rin­dən B.Ço­ban­za­də, N.Şah­su­va­rov, H.Zey­nal­lı, H.Nə­zər­li və baş­qa­la­rı­nın ver­dik­lə­ri ifa­də­lər əsa­sın­da 1940-cı il yan­var ayı­nın 25-də Yu­sif Və­zir Ur­gəncdə həbs edi­lib Ba­kı­ya gə­ti­ri­lir. O, al­tı aya ya­xın Keş­lə həbs dü­şər­gə­sin­də sax­lan­dıq­dan son­ra 1940-cı ilin iyul ayı­nın 3-də Nij­nıy Nov­qo­rod vi­la­yə­ti­nin Su­xo­bez­vod­na­ya stan­si­ya­sın­da­kı həbs dü­şər­gə­si­nə gön­də­ri­lir. Y.V.Çə­mən­zə­min­li 1943-cü il yan­var ayı­nın 3-də Nij­nıy Nov­qo­rod vi­la­yə­ti­nin Su­xo­bez­vod­na­ya stan­si­ya­sın­da­kı həbs dü­şər­gə­sin­də ac­lıq­dan və heç şüb­hə­siz, ürək tut­ma­sın­dan və­fat edir. Təd­qi­qat­çı­lar ya­zır ki, ha­di­sə­nin sə­hə­ri gü­nü - 1943-cü il yan­va­rın 4-də Y.V.Çə­mən­zə­min­li Bet­lu­qa ça­yı­nın sa­hi­lin­də­ki qə­bi­ris­tan­lıq­da dəfn olu­nub. 1956-cı il­də Yu­sif Və­zi­rə bə­ra­ət ve­ri­lib.

Mə­lu­mat­la­ra gö­rə, Yu­sif Və­zir 1930-35-ci il­lər­də Azər­bay­can Neft İnsti­tu­tun­da iş­lə­yən za­man hə­min insti­tut­da çı­xan "Əziz­bə­yov adı­na Azər­bay­can Qı­zıl Bay­raq­lı Neft İnsti­tu­tu­nun əx­ba­ri" jur­na­lın­da "Neft və onun ta­ri­xi" ad­lı mə­qa­lə­si ilə bə­ra­bər, bir çox mə­qa­lə ya­zıb çap et­di­rib. Yu­sif Və­zir bir çox he­ka­yə­lə­ri­ni "Ma­a­rif və mə­də­niy­yət" jur­na­lın­da və baş­qa mət­bu­at or­qan­la­rın­da çap et­di­rib. Son­ra­lar isə "Qız­lar bu­la­ğı", "Stu­dentlər", "1917-ci il" ad­lı ro­man­la­rı­nı çap et­di­rir. 1935-ci il­də "Həz­rə­ti-Şəh­ri­yar" ad­lı ko­mik pye­si­ni bi­ti­rir. Uzun il­lər təd­qi­qat­çı­la­rın diq­qə­tin­dən kə­nar­da qa­lan "Həz­rə­ti-Şəh­ri­yar" ko­me­di­ya­sı, nə­ha­yət, ilk də­fə 1980-ci il­dən in­cə­sə­nət top­lu­su "Qo­bus­tan" jur­na­lı­nın 4-cü nöm­rə­sin­də çap olu­nub. Dün­ya­da ge­niş ta­nın­mış və bestsel­le­rə çev­ril­miş "Əli və Ni­no"nun Y.V.Çə­mən­zə­min­li­nin qə­lə­min­dən çıx­dı­ğı­nı id­dia edən ədə­biy­yat­şü­nas­lar var...

İradə Sariyeva

Bakı xəbər.- 2016.- 24 noyabr.- S.15.