Milli Hökumət zamanında Seyid Cəfər Pişəvəri onu aşıqların rəhbəri qoymuşdu

Həsrət aşığı Hüseyn Cavanın 100 illik yubileyi qeyd edildi

 

 

Noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi   Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri və konsert proqramı  keçirildi.

Cənubi Azərbaycan aşıqlarının da iştirakı ilə keçirilən yubiley tədbirini Azərbaycan Aşıqlar Birliyinin sədri,Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, Hüseyn Cavan o taylı, bu taylı Azərbaycanın ovladı olub. Ustad aşığın aşıq sənətindəki xidmətlərini qeyd edən M.Qasımlı bildirdi ki, H.Cavan bir aşıq kimi kifayət qədər güclü, geniş repertuara, o cümlədən yüksək diapazona malik şaqraq səsə malik olub. Hüseyn Cavanın aşıq Ələsgər ocağından şölələndiyini vurğulayan AAB sədri dedi ki, H.Cavan aşıq Ələsgərin qardaşı oğlu aşıqMusaya şəyird olub:”Aşıq Hüseyn Cavan özünəməxsus cəhətləri olan aşıq idi. Cənubi Azərbaycanda doğuldu, ancaq tale onu bu tay Azərbaycana gətirdi. O, aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu aşıq Musaya şəyirdlik etdi. Ələsgər ocağı Hüseyni öz ağuşuna aldı. Elə Cavan təxəllüsünü də bu ocaqda qazandı. O vaxt aşıq Hüseyn Bozalqanlı sağ idiçox məşhur idi. Gənc Hüseyni ondan fərqləndirmək üçün onaCavan” təxəllüsü verildi. Hüseyn Cavan özündə Göyçə və Qaradağ-Təbriz aşıq mühitlərinin bütün gözəlliklərini özündə, sənətində cəmləmişdi. O, özündən sonra “Cavanı” havasını yadigar qoydu. İndionun oxuduğumöhür vurduğu “İrəvançuxuru” havası miras qalıb. Bu gün hansı aşıq “İrəvançuxuru”nu ustalıqla oxusan deyirlər ki, lap Hüseyn Cavan kimi oxuyur. Hüseyn Cavanın ifası böyük bir ordunun işini görürdü. O, bir müddət İranda da yaşadı. Təsadüfi deyil ki, Milli Hökumət zamanında Seyid Cəfər Pişəvəri onu aşıqların rəhbəri qoymuşdu. Hüseyn Cavan bu taya qayıtdıqdan sonra fəaliyyətini davam etdirir. Gəncəbasar, Goranboy aşıqlarının yetişməsində böyük rol oynayıb. Onun davamçıları çoxdur. Şəyirdlərindən biriüzrlü səbəbdən tədbirə qatıla bilməyən böyük aşığımız Mayıs Gəncəlidir. O, aşıq Mayıs kimi sənətkar yetişdirib”.

M.Qasımlı  vurğuladı ki, həm də məzmunlu, poetik cəhətdən çox yüksək olan şeirlər yazıb. Ustad aşığın bir neçə şeirlər kitabınınnəşr edildiyini deyən AAB sədri qeyd etdi ki,hətta onun Moskvada rus dilində də şeirlər kitabı çap olunub. Səməd Vurğunun zəmanəti ilə aşıq Hüseyn cavanın Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edildiyini deyən M.Qasımlı tarix durduqca, aşıq sənəti yaşadıqca ustadın da yaşayacağını bildirdi.

Qeyd edək ki, Əliyev Hüseyn Mikayıl oğlu Azərbaycan Demokratik Partiyasının üzvü  (1946) olub.Bildirək ki, aşıq Hüseyn Cavan 1916-cı ildə  Cənubi Azərbaycanın Qaradağ  mahalinınUti kəndində  yoxsul ailədə doğulub. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirib.  Onlar bir müddət Ağdamın Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşayıblar. 7 yaşından muzdurluq edən Hüseyn varlı adamlara qoyub-quzu otarıb. 1927-ci ildən 1935-ci ilə qədər Göyçəli aşıq Ələsgərin  qardaşı oğlu Musanın yanında şəyird olub.

Aşıq  sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənərək  toy-düyünlərdə, el şənliklərində çıxış edibdi. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlayıb. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunub. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb bir müddət Təbrizdə yaşayıb. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzib, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırıb. Milli hökumət onu "21 Azər" medalı ilə təltif edib. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışıb, inqilabi ruhlu nəğmələri ilə çıxış edib. Burada aşıqlar ansamblı yaradır. Azərbaycan Demokrat firqəsi və milli hökumət ona xalq artisti fəxri adını verib.

Məlumatlara görə, 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləyən ustad aşıq sonra 1948-ci ildən  Goranboy rayonunun Əzizbəyov kəndində yaşayıb. Qeyd edək ki, Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak edib, Böyük teatrda çıxışı hərarətlə qarşılanıb. 1953-cü ildə Respublika özfəaliyyət incəsənət festivalının laureatı olub, birinci dərəcəli diplom alıb. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olub. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilib. Ustad aşıq1985-ci il noyabrın 14-də vəfat edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  ustad aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi  Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində Prezident təqaüdçüsü ustad aşıqMahmud Məmmədov “Göyçə gözəlləməsi”ifa etdi. Ustadın ifası dinləyicilərin marağına səbəb oldu. Gecədə əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor  qrupu, Gədəbəy aşıqları Asudə Hüseynova, Anar AbdullayevZülfüqar Şəmilovun ifasında “Aran gözəlləməsi” (balabanda Tahir İsgəndərov müşaiət edirdi), Güney Azərbaycandan  gələn məşhur aşıq Məhbub Xəlili “İrəvançuxuru”, Kəlbəcər aşıqları-Elbrus Hüseynov, Şöhrət Kərimov və Əfqan Məmmədov “Cəlili” (balabanda İbad Allahveriyev müşaiət edirdi), Güney Azərbaycandan  gələn Əli Səlimi və Ərsalan Zari H.Cavanın yaratdığı “Səttarxan” dastanından bir parça danışıb “Dərvişi“havası ifa etdilər.

Haqverdi Kərəmoğlu və Yolçu Salmanlı “Orta sarıtel”, aşıq Nəbi Nağıyev “Misri”, Güney Azərbaycandan  gələn məşhur “Dalğaqrupunun rəhbəri Çingiz Mehtipur “Osmanlı divanisi”, aşıq Altay Məmmədli,  aşıq İsa Qaraxanlı “Hüseyni“, Mahmud Cahangiri,  Əli Fəllah “Naxçıvani”, Gözəl Kəlbəcərli, Əli Zeynalabdinov “Göyçəgülü”, aşıq Gülarə Azaflı, aşıq Roman Azaflı “Şəqayi gəraylı”, Höccət Qaradağlı, Məhəmmədəli Abbasi “İncəgülü”, Firudin Bozalqanlı “Ruhani” (solo), aşıq Cavad Məhərrəmi “Qəhramanı”aşıq Şöhrət Kərimov isə “Cəngi koroğlu” havasını ifa etdilər.

Ustad aşıq Hüseyn Cavanın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbiri Azərbaycan dövləti və Azərbaycan Aşıqlar Birliyi tərəfindən böyük ehtiram nümünəsidir...

Ustadın ruhu şad olsun!

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 24 noyabr.- S.14