Naxçıvana turist axınında hiss olunan artım başlayıb
"Naxçıvan Azərbaycanın
elə bölgələrindəndir
ki, turistlərin ora maraq göstərməsi
təbiidir"
Bahadur
Bilalov: "Naxçıvanda
turizmin inkişaf etməsinin əsas səbəblərindən biri
də orada tarixi abidələrin olmasıdır"
Hazırda ən gəlirli sahələrdən biri
turizm sayılır. Turizm artıq
bütün dünyada
sürətlə inkişaf
edən iqtisadi sektora çevrilib.
Ölkəmizin coğrafi cəhətdən
əlverişli mövqedə
yerləşməsi, böyük
dövlət dəstəyinin
olması, infrastrukturun
təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən
amillərdəndir.
Ölkəyə istirahət üçün
gələn turistlər
adətən əlverişli
coğrafi mövqeyə
malik əraziləri
seçir.
Bəllidir ki, bu il ölkəmizə
gələn turistlərin
sayı ötən illərlə müqayisədə
yüksək oldu. Bu fərqi istənilən
şəxs müşahidə
edib. Turistlər istirahət üçün
tək paytaxt Bakı şəhərinə
deyil, ölkəmizin
digər bölgələrinə
də üz tutub. Bu siyahıda
bir sıra bölgələrin adını
çəkmək olar.
Ancaq Naxçıvana yollanan
turistlərin sayı
digər bölgələrlə
müqayisədə üstünlük
təşkil edir.
Açıqlanan statistik rəqəmlərə
əsasən, yanvar-oktyabr
aylarında Naxçıvan
Muxtar Respublikasına
328 min 213 turist gəlib. Dövlət
Statistika Komitəsinin
yaydığı məlumatda
qeyd olunur ki, bu göstərici
2015-ci ilin müvafiq
dövründəki saydan
4,8 faiz və ya 15137 nəfər çoxdur.
Naxçıvana səfər edən turistlərin sayının
artmasında qəribə
heç nə yoxdur. Çünki bu bölgənin
əlverişli coğrafi
mövqedə yerləşməsi,
əhalinin qonaqpərvər
olması, tarixi abidələrlə zənginliyi
və digər əlamətlər turistlərin
marağını cəlb
edir.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov "Bakı-Xəbər"ə
açıqlamasında qeyd etdi ki,
Naxçıvan Azərbaycanın
elə bölgələrindəndir
ki, turistlərin ora maraq göstərməsi
təbiidir: "Naxçıvanda
həm sağlamlıq,
həm də istirahət üçün
gözəl məkanlar
mövcuddur. Orada "Duzdağ"
adlı sanatoriyanın
olması əcnəbilərlə
yanaşı, yerli vətəndaşların da
diqqətini çəkir.
Sanatoriyanın yaxınlığında
"Duzdağ" adlı
5 ulduzlu otel fəaliyyət göstərir.
Eyni zamanda, Culfa rayonu ərazisində Darıdağ termal suyunun ətrafında sanatoriya fəaliyyət
göstərir. Həmin sanatoriyaya
həm ölkədaxili,
həm də xarici turistlər gəlir".
Həmsöhbətimiz onu da əlavə
etdi ki, Naxçıvanda turizmin
inkişaf etməsinin
əsas səbəblərindən
biri də orada tarixi abidələrin olmasıdır. Adıçəkilən
bölgədə dini
turizm də inkişaf edib: "Əshabu-kəhf" ziyarətgahına
dünyanın müxtəlif
yerlərindən gəlirlər.
Qədim inancları,
möcüzəvi sirləri
və əfsanələri
özündə yaşadan
"Əshabi-Kəhf" Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların
ziyarətgahına çevrilib.
Bu mənada dini turizmin inkişafı istiqamətində
görülən işlər,
dini-mədəni abidələrin
bərpası və
qorunması, təşkil
olunan turizm marşrutları mədəni
irsimizin dünyaya
tanıdılmasında vasitə rolunu oynayır".
B.Bilalovun sözlərinə görə, Naxçıvanın
təbiətinin çox
maraqlı olması
insanların diqqətini
cəlb edir: "Son zamanlar Naxçıvan
doğrudan da çox gözəlləşib.
Şəhər abadlaşır və küçələrin
təmizliyi istənilən
insanın diqqətini
cəlb edir. Naxçıvanda respublika səviyyəsində
keçirilən tədbirlər
ora gedənlərin
sayının artmasına
təsir edir".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2016.- 25 noyabr.- S.12.