Əcnəbi qonaqlar
Naxçıvana heyran qaldı: "Yoxsa biz Qafqazın
İsveçrəsinə gəlmişik?"
"Naxçıvan mühüm
memarlıq xəzinələri və bu
günə qədər qorunub
saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və
sivilizasiyası ilə maraqlanan alimlər
və ziyarətçilər üçün
mühüm regiondur".
Trend-in məlumatına
görə, Romadakı
"La Sapienza" Universitetinin
professoru Biankamaria Skarkia Amoretti belə hesab edir.
Professorqeyd edir ki, Naxçıvan çox da böyük olmayan ərazini əhatə edir və orta əsr
türk müsəlman
abidələri ilə
zəngindir: "Naxçıvan
Muxtar Respublikasında
XI-XIV əsrlərlərdə tikilmiş qeyri-adi abidələr bəşər
sivilizasiyası üçün
çox önəmlidir.
Sevindirici haldır ki,
Naxçıvan qonşu
ölkələr Türkiyə,
İran və Gürcüstanla yaxşı
əlaqələrə malikdir
və bu əlaqələr insanların
əraziyə avtobus və avtomobillə səfərlərini asanlaşdırır.
Naxçıvanda daxili təhlükəsizlik
çox yaxşı təmin olunub. Bu vəziyyət ərazidə
turizmin inkişafına,
Azərbaycanın mədəniyyət
diplomatiya siyasəti layihəsinin möhkəmlənməsinə
köməklik göstərəcək".
İtaliyalı professor Cianroberto Skarkia
isə bildirib ki, Gürcüstan, İran, Türkiyə və Bolqarıstan daxil olmaqla regional turizm ekspedisiyası üçün Azərbaycan
başlanğıc nöqtə
ola bilər:
"Qeyd etmək lazımdır ki, Naxçıvandakı təcrübəmizə
əsasən Azərbaycanın
bu regionu öz kəşfini gözləyir və heç kimi məyus etməyəcək".
Norveçdən olan turistlərin fikrincə, Naxçıvan
gözəl xatirələr
yaradan bir məkandır. 2011-ci ilin may ayında 4 tanınmış
norveçli turist və alim Naxçıvan
Duzdağ Fizioterapiya Mərkəzində, Xalça
və Tarix muzeylərində olublar. Naxçıvan səfərlərindən öncə norveçlilər
Bakı, Kiş, Şəki və Gəncədə də olublar. Onların Naxçıvan xatirələri
belədir:
"Coğrafi nöqteyi-nəzərdən
bu ərazi xüsusi əhəmiyyətə
malikdir. Naxçıvanın qərb hissəsində
biz Ağrı dağını,
cənub hissədə
isə İran sərhədində Araz çayını görə
bildik. Bu mənzərə bizim üçün ekzotik oldu. Tarixi İpək Yolu
və xüsusilə bu tarixi ticarət
marşrutu ilə bağlı Qarabağlar abidəsi bizi çox heyran etdi. Bundan əlavə, Nuh
peyğəmbər haqqında
olan hekayəni dinləmək və peyğəmbərin dəfn
olunduğu türbəni
görmək bizim üçün xüsusi
əhəmiyyətə malik
oldu. Nuh peyğəmbərin hekayəsi müsəlman və xristianlar üçün eynidir.
Biz bir neçə
muzeydə olduq, Xalça muzeyi daha çox marağımıza səbəb
oldu".
İsveçrəli turist xanım Nikolletta Herman isə Naxçıvan barədə
öz təəssüratlarını
"Foreign Policy News" qəzeti ilə bölüşüb. Xanım
Nikolletta Naxçıvan
təcrübəsinin unudulmaz
olduğunu və Qafqaz bölgəsinə olan heyranlığın ifadə edərək yazır:
"Naxçıvana enərkən gözəl
mənzərə ilə
qarşılaşdım! Nuhun gəmisini
zədələmiş dağ
silsilələri ilə
birləşən Haçadağı
görməkdən zövq
aldım. Bakıdan Naxçıvana
təyyarə ilə səfər edən hər kəs gərək təyyarədə
pəncərənin qarşısında
əyləşsin və
təyyarə enərkən
qətiyyən yatmasın.
Naxçıvan, daha dəqiq desək, muxtar respublika haqqında ilk təəssüratımız
olduqca müsbətdir:
küçələr və
binalar qərb şəhərini xatırladır.
Müxtəlif tikililər, şübhəsiz,
yenə də Azərbaycanın keçmişinin
şahididir. Naxçıvan insanı əsəbiləşdirən
avtomobil siqnalları, tələsən avtomobillər
və avtomobil xaosundan uzaqdır. Eləcə də hara baxsaq,
tullantı, həddindən
artıq sıx olan evlər görmürük. Yoxsa biz Qafqazın
İsveçrəsinə gəlmişik?"
Naxçıvandakı tədqiqatları ilə bağlı xanım Herman qeyd edir: "Üç gün ərzində biz Naxçıvan Muxtar Respublikasını tədqiq etdik. Görünür ki, bu mühüm əraziyə az sayda turistlər səfər edir. Lakin ərazi landşaft təbiətsevərlərin və fotoqrafların arzuladığı yerdir. Böyük şəhərlərin izdiham və çaxnaşmasını xoşlayanlar başqa yer axtarsınlar. Duzdağ Fizioterapiya Mərkəzi bizdə xoş təəssürat yaratdı. Şaxtada ailələr gecə qalaraq müalicə alırlar. Duzla zəngin şaxtadakı hava asma və bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə şəxsən mən burada bir gecə keçirmək istərdim".
Xanım Hermanın fikrincə,
Naxçıvanın gözəl təbiəti sanki bütün insan əli ilə yaradılan zənginlikləri
geridə qoyur: "Qum təpələrinin gözəllikləri
ilə rəqabət aparan gilli
təpələr və təkrarolunmaz rəng oyunu
ilə loğvalanan dağ
silsilələri, aydın göllər, landşaft
arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə
vadar edir. Ecazkar dağ
landşaftlarının arası ilə Naxçıvanın
cənub-şərqindəki Ordubada səfərimiz
yaddaqalan oldu. Fotokameram rahatlıq tapmırdı.
Naxçıvanda az müddət
qalmağımız yeganə mənfi hal idi. Biz burada
məmnuniyyətlə daha artıq
qalardıq
Bakı xəbər.- 2016.- 25 noyabr.- S.12.