"Böyük dayağ"ın Pərişanı - vəfatından 21 il ötür...

Məlahətli gəncəli qızın səhnə ömründən xatırlamalar...

21 il əv­vəl hə­yat­da idi. Ya­şa­yır­dı, ya­ra­dır­dı, ai­lə­si­nin, oca­ğı­nın için­də idi. Hə­yat yol­da­şı­na, ba­la­la­rı­na, ta­ma­şa­çı­la­rı­na onun qu­ru nə­fə­si bəs edir­di. Tə­ki vaxtsız ölüm apar­ma­yay­dı onu... Azər­bay­can səh­nə­si­nin, ki­no­su­nun qey­ri-adi gö­zəl­lik­lə­rin­dən bi­ri ki­mi qa­lıb xa­ti­rə­lər­də.

Ek­ra­na ho­pan si­ma­sın­da kü­sə­yən bir qı­zın şıl­taq­lı­ğı da, əzə­mət­li qa­dı­nın məğ­rur­lu­ğu da, ağ­bir­çək ana­la­rın əz­mi, müd­rik­li­yi ifa­də olu­nub. Biz itir­dik­lə­ri­mi­zin çox vaxt fər­qin­də ol­mu­ruq, an­caq za­ma­nın sü­rət qa­ta­rı elə ke­çir ki, gö­zü­mü­zü açan­da o yer­lə­ri boş gö­rü­rük. Səh­nə üçün, sə­nət üçün ya­şa­yan­lar xoş­bəxt adam­lar­dır, çün­ki on­lar bu mü­qəd­dəs üçün do­ğu­lub.

Azər­bay­can Res­pub­li­ka­sı­nın xalq ar­tis­ti Zem­fi­ra Əli­ye­va səh­nə üçün do­ğu­lan xoş­bəxt in­san­lar­dan olub. Bu, ta­ma­şa­çı­nın dü­şün­cə­si­dir. An­caq gö­rə­sən o özü­nü səh­nə­də xoş­bəxt sa­nır­dı­mı? Bir aya­ğı te­atrda, bir aya­ğı evin­də olar­dı Zem­fi­ra xa­nı­mın. Ba­la­la­rı­nın, hə­yat yol­da­şı­nın qay­ğı­sı­nı çə­kər­di. 21 il əv­və­lə qə­dər bu be­lə idi...

26 no­yabr Azər­bay­can Res­pub­li­ka­sı­nın xalq ar­tis­ti, əvəz­siz te­atr ki­no aktri­sa­sı Zem­fi­ra Əli­ye­va­nın xa­ti­rə gü­nü­dür.

Əs­lin­də, o heç unu­dul­ma­yıb ki, xa­tır­lan­sın da. Hər də­fə "Bö­yük da­yaq" fil­mi nü­ma­yiş olu­nan­da Zem­fi­ra xa­nı­mın ya­rat­dı­ğı Pə­ri­şan ob­ra­zı bu gün ma­raq­la qar­şı­la­nır. Tə­bii oyun tər­zi haq­qın­da da­nı­şı­lır, söh­bət açı­lır.

Qeyd edək ki, Zem­fi­ra xa­nım Əli­ye­va 25 de­kabr 1941-ci il­də Gən­cə şə­hə­rin­də do­ğu­lub. Ana­sı Fi­ru­zə Bə­dir­bəy­li Gən­cə Döv­lət Dram Te­at­rı­nın aktri­sa­sı olub. Gö­rü­nür, Zem­fi­ra xa­nı­mın ürə­yin­də te­atr sə­nə­ti­nə, səh­nə­yə ana­sı Fi­ru­zə xa­nım ma­raq, sev­gi ya­ra­dıb. Mə­lu­mat­la­ra gö­rə, Z.Əli­ye­va ki­çik yaş­la­rın­dan te­at­rın ta­ma­şa­la­rın­da uşaq rol­la­rı­nı oy­na­yıb. Te­atrşü­nas­lar Z.Əli­ye­va­nın səh­nə­də ya­rat­dı­ğı ob­raz­la­rı xa­rak­te­ri­zə edər­kən qeyd edir ki, o, is­te­dad, zəh­mət gər­gin məşqlər sa­yə­sin­də ob­raz­la­rın xa­rak­te­ri­ni açıb, on­la­rı ta­ma­şa­çı­la­ra sev­di­rib, qə­bul et­di­rib. Te­atrşü­nas­lar qeyd edir ki, Z.Əli­ye­va­nın is­te­da­dı, eh­ti­ras­lı emo­si­o­nal ifa­də va­si­tə­lə­ri er­kən for­ma­laş­dı­ğı üçün 17 ya­şın­da ona Cə­fər Cab­bar­lı­nın "Sol­ğun çi­çək­lər" me­lod­ra­ma­sın­da Sa­ra ro­lu tap­şı­rı­lıb. Mə­lu­mat­la­ra gö­rə, gənc aktri­sa göz­lə­nil­di­yin­dən da­ha çox uğur qa­za­nıb. Bun­dan son­ra aktri­sa te­at­ra gö­tü­rü­lüb qı­sa müd­dət­də Sə­məd Vur­ğu­nun "Va­qif" (Gül­nar), Vik­tor Ro­zo­vun "Sa­ba­hın xe­yir" (Li­za), Ev­ri­pi­din "Me­de­ya" (Me­de­ya), Əf­qan Əs­gə­ro­vun "Qız ata­sı" (Mər­yəm) əsər­lə­ri­nin ta­ma­şa­la­rın­da mü­rək­kəb rol­lar oy­na­yıb, "Bö­yük da­yaq" fil­min­də Pə­ri­şan ob­ra­zı­na çə­ki­lib.

Zem­fi­ra Məm­mə­də­li qı­zı Əli­ye­va 1972-ci il­də Nax­çı­van Döv­lət Te­at­rı­nın trup­pa­sı­na da­xil olub. Bu te­atrda qa­zan­dı­ğı sə­nət­kar­lıq na­i­liy­yət­lə­ri­nə gö­rə 1 iyun 1974-cü il­də Azər­bay­can Res­pub­li­ka­sı­nın əmək­dar ar­tis­ti 1 de­kabr 1982-ci il­də xalq ar­tis­ti fəx­ri ad­la­rı ilə təl­tif edi­lib. Aktri­sa 1988-1995-ci il­lər­də Aka­de­mik Mil­li Dram Te­at­rın­da iş­lə­yib. 26 no­yabr 1995-ci il­də Ba­kı­da və­fat edib.

Te­atrşü­nas­lar qeyd edir ki, fü­sun­kar səh­nə gör­kə­mi, mə­la­hət­li da­nı­şı­ğı, zən­gin əl­van ifa­də va­si­tə­lə­ri, coş­qun da­xi­li eh­ti­ra­sı var­dı. Bu ya­ra­dı­cı­lıq key­fiy­yət­lə­ri aktri­sa­nın ya­rat­dı­ğı səh­nə su­rət­lə­ri­nə xü­su­si emo­si­o­nal tə­ra­vət, psi­xo­lo­ji də­rin­lik fəl­sə­fi bü­töv­lük ve­rir­di. Z.Əli­ye­va Nax­çı­van te­at­rın­da çox rol­lar oy­na­yıb. On­la­rı xa­tır­la­yaq: Al­maz, Sa­ra, Fi­rən­giz, Ya­qut ("Al­maz", "Sol­ğun çi­çək­lər", "Oq­tay Eloğ­lu" "Ya­şar", Cə­fər Cab­bar­lı), Səl­ma, Ro­za, Xu­mar, An­jel ("Ana", "Şey­da", "Şeyx Sə­nan" "Uçu­rum", Hü­seyn Ca­vid), So­na ("Ha­cı Qa­ra", Mir­zə Fə­tə­li Axun­dov), Rey­han ("Ya­ğış­dan son­ra", Bəx­ti­yar Va­hab­za­də), Ma­ral ("Sən­siz", Şı­xə­li Qur­ba­nov), Pır­pız So­na ("Də­li yı­ğın­ca­ğı", Cə­lil Məm­məd­qu­lu­za­də), Zin­yət ("Toy", Sa­bit Rəh­man), Söy­lü ("Bəxt üzü­yü", Va­qif Sə­mə­doğ­lu), Nər­min, An­jel ("Unu­da bil­mi­rəm" "Məhv ol­muş gün­də­lik­lər", İl­yas Əfən­di­yev), Kle­ya ("Tül­kü üzüm", Gi­ler­ma Fi­qey­re­du), Pə­ri­ca­han Zöh­rə ("La­çın yu­va­sı" "Eşq in­ti­qam", Sü­ley­man Sa­ni Axun­dov), Zəh­ra ("Bay­ra­mın bi­rin­ci gü­nü", Na­zim Hik­mət), Elektra ("Elektra", So­fo­ki), Dil­bər ("Ye­nə o bağ olay­dı...", Mi­ka­yıl Müş­fi­qin şe­ir­lə­ri əsa­sın­da bə­dii kom­po­zi­si­ya), Və­fa ("Siz xoş­bəxt ya­şa­yın", Əl­yar Yu­sif­li). Te­le­vi­zi­ya ta­ma­şa­la­rın­da da ("Yad qı­zı", Or­xan Ka­mal; "Ma­nas" s.) yad­da­qa­lan ob­raz­lar ya­ra­dıb. "Azər­bay­can­film"in "Bö­yük da­yaq", "Pən­cə­rə", çox­se­ri­ya­lı "İt­kin gə­lin" filmlə­rin­də çə­ki­lib.

Əs­lin­də, səh­nə­də da­ha çox iş­lər gö­rə bi­lər­di Zem­fi­ra xa­nım! Vaxtsız gə­lən əcəl ar­zu­la­rı­nı ya­rım­çıq qoy­du. 54 ya­şın­da dün­ya­dan kö­çən aktri­sa özün­dən son­ra səh­nə­də bö­yük iz qo­yub. O iz an­caq onun özü­nə məx­sus­dur. Səh­nə­də heç kə­si tək­rar et­mə­di, özü ki­mi oy­na­dı, özü ki­mi al­qış­lan­dı, özü ki­mi se­vil­di.

Heç ya­dım­dan çıx­mır onun si­ma­sı. Aka­de­mik Mil­li Dram Te­at­rın­da Na­hid Ha­cı­za­də­nin "Qi­sas qi­ya­mə­tə qal­maz" ta­ma­şa­sı səh­nə­yə qo­yu­lan­da ora­da ana ob­ra­zı Zem­fi­ra xa­nı­ma hə­va­lə olun­muş­du. Bu ob­raz o qə­dər tə­bii alın­mış­dı ki, onun sə­si hə­lə qu­la­ğım­da­dır.

Z.Əli­ye­va ana rol­la­rı­nın ol­duq­ca bən­zər­siz, qey­ri-adi ifa­çı­sı idi. Onun sə­sin­də pa­fos yox idi, am­ma iç­dən gə­lən bir hə­yə­can var­dı, o hə­yə­can ta­ma­şa­çı­nın qəl­bi­ni, ru­hu­nu tit­rə­dir­di.

Onun və­fa­tı xə­bə­ri bü­tün ta­ma­şa­çı­la­rın, onu ta­nı­yan­la­rın qəl­bi­ni ya­ra­la­dı. 54 yaş yaş idi ki, Zem­fi­ra xa­nım ölü­mün gö­rü­şü­nə tə­ləs­di... Ta­ma­şa­çı­la­rı­nın hər za­man gö­zü səh­nə­ni ax­ta­rır ki, bir­dən qa­ran­lıq səh­nə­nin də­rin­li­yin­dən Zem­fi­ra xa­nı­mın ecaz­kar, ürək­lə­ri tit­rə­dən sə­si gə­lər. O səs ana sə­si ki­mi doğ­ma­dır hər kəs üçün. Bəl­kə za­ma­nın­da qiy­mət ve­rə bil­mə­mi­şik, bəl­kə diq­qə­ti­mi­zi əsir­gə­mi­şik. Bil­mi­rəm. Am­ma sə­nə­tə, sə­nət­ka­ra sev­gi qay­ğı­mı­zı hər za­man, hə­mi­şə hiss et­dir­mə­li­yik. 1995-ci il Azər­bay­can te­at­rı­nın böh­ran döv­rü idi. Bu il­lər­də, sö­zün dü­zü, te­atrla­rın qa­pı­sı­nı çox vaxt açan da ol­mur­du. Əl­bət­tə, bu mü­na­si­bət aktri­sa­nı da na­ra­hat edir­di. Aktri­sa, aktyor hə­mi­şə ta­ma­şa­çı­sı­nı göz­lə­yir. On­lar ta­ma­şa­çı al­qış­la­rı ilə xoş­bəxt olur.

Zem­fi­ra xa­nı­mın ru­hu şad ol­sun! Biz o ru­hu­nu al­qış­la­yaq...

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 26-28 noyabr.- S.14