Heydər Əliyev Fondu tərəfindən Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası azərbaycançılıq və tolerantlıq nümunələri kimi...

Azər­bay­can to­le­rantlı­ğın ün­va­nı­dır. Öl­kə­miz­də ta­ri­xən möv­cud olan to­le­rantlıq əsrlər­dən bə­ri bir ənə­nə­yə, da­ha doğ­ru­su, hə­yat tər­zi­mi­zə çev­ri­lib. Azər­bay­can xal­qı­nın da­xi­li­nə si­ra­yət edən, ge­ne­tik xü­su­siy­yə­ti­nə çev­ri­lən to­le­rantlıq, mul­ti­kul­tu­ral ənə­nə­yə hör­mət his­si gö­zəl nü­mu­nə­dir.

Bi­zim ulu ba­ba­la­rı­mız ta­ri­xən xey­riy­yə­çi­lik et­mə­yi, baş­qa xalqla­rın nü­ma­yən­də­lə­ri­nə da­yaq ol­ma­ğı, on­la­ra hu­ma­nist mü­na­si­bət gös­tər­mə­yi se­vib­lər. Sirr de­yil ki, pay­taxtda  bə­zi kil­sə­lər, mə­bəd­lər azər­bay­can­lı xey­riy­yə­çi­lə­rin mad­di kö­mək­li­yi ilə in­şa edi­lib. Al­lah ev­lə­ri­nin in­şa­sı­na, ya­xud tə­mi­ri­nə im­kan­lı şəxslər ta­ri­xən dəs­tək gös­tə­rib.

Ulu­la­rı­mı­zın xey­riy­yə­çi­lik ənə­nə­lə­ri döv­lə­ti­miz tə­rə­fin­dən da­vam et­di­ri­lir. Bu sa­hə­də çe­şid­li iş­lər gö­rü­lür. Döv­lət dəs­tə­yi ilə kil­sə­lər, si­na­qoq­lar in­şa edi­lir. Tə­mi­rə eh­ti­ya­cı olan mə­bəd­lər əsas­lı şə­kil­də tə­mir-bər­pa edi­lir.

Bil­di­yi­miz ki­mi, bir sı­ra so­si­al-mə­də­ni la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də Hey­dər Əli­yev Fon­du­nun, onun rəh­bə­ri UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri, mil­lət və­ki­li Meh­ri­ban xa­nım Əli­ye­va­nın mi­sil­siz xid­mət­lə­ri var.

Mə­lum ol­du­ğu ki­mi, Meh­ri­ban Əli­ye­va­nın rəh­bər­li­yi ilə Hey­dər Əli­yev Fon­du nə­in­ki Azər­bay­can­da, hət­ta onun hü­dud­la­rın­dan kə­nar­da iri­miq­yas­lı la­yi­hə­lər hə­ya­ta ke­çi­rir, mək­təb­lər ti­kir, tə­mi­rə eh­ti­ya­cı olan bi­na­la­rı tə­mir et­di­rir.

Azər­bay­can­da ta­ri­xən qey­ri-is­lam din­lə­ri­nə də hər za­man say­ğı və qay­ğı gös­tə­ri­lib. Baş­qa din­lə­rə məx­sus inanc mə­bəd­lə­ri Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən tə­mir edi­lib.   

Bi­li­rik ki, Hey­dər Əli­yev Fon­du­nun to­le­rantlıq ənə­nə­lə­ri­nin ya­yıl­ma­sı­na, mul­ti­kul­tu­ral dün­ya­gö­rü­şü­mü­zün dün­ya­da ta­nı­dıl­ma­sı­na, elə­cə də di­gər sa­hə­lə­rə bö­yük töh­fə­lər ve­rir.  Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi iri­miq­yas­lı la­yi­hə­lər­dən bi­ri xris­ti­an dün­ya­sın­da bö­yük əks-sə­da ver­di. Bu, Fon­dun Va­ti­kan­da gör­dü­yü xey­riy­yə işi ilə bağ­lı idi.

Fon­dun Azər­bay­can-Va­ti­kan əla­qə­lə­ri­nin in­ki­şa­fın­da bö­yük zəh­mə­ti ol­du­ğu­nu eti­raf edən Va­ti­kan təm­sil­çi­lə­ri qeyd edir ki, Azər­bay­can-Va­ti­kan əla­qə­lə­ri bir re­al­lıq­dır. Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı­nın bər­pa edil­mə­si tə­bii ki, bö­yük ha­di­sə­dir və bu ha­di­sə ta­rix dur­duq­ca ya­şa­ya­caq. Va­ti­kan rəs­mi­lə­ri Fon­dun bu sa­hə­də gör­dü­yü iş­lə­ri çox yük­sək qiy­mət­lən­di­rib və on­lar bu­na gö­rə də Meh­ri­ban Əli­ye­va­ya min­nət­dar­lıq­la­rı­nı  bil­di­rib. On­lar vur­ğu­la­yıb ki, Hey­dər Əli­yev Fon­du­nun Va­ti­kan­da hə­ya­ta ke­çir­di­yi təd­bir­lər tək­cə ka­ta­kom­ba­la­rın bər­pa­sı ilə bit­mir. Fond, ey­ni za­man­da, Va­ti­kan Apos­tol ki­tab­xa­na­sın­da olan Azər­bay­ca­na aid əl­yaz­ma­la­rın bər­pa­sı­na da töh­fə ve­rib.

Qeyd edək ki, Ro­ma Pa­pa­sı­nın Mü­qəd­dəs Ar­xe­o­lo­gi­ya üz­rə Şu­ra­sı­nın səd­ri kar­di­nal Can-Fran­ko Ra­va­zi Meh­ri­ban Əli­ye­va­nın fə­a­liy­yə­ti haq­qın­da bun­la­rı de­yib: "Meh­ri­ban Əli­ye­va­nın rəh­bər­lik et­di­yi Fond tə­rə­fin­dən dün­ya miq­ya­sın­da uşaq­la­ra, yaş­lı və ka­sıb in­san­la­ra kö­mək gös­tə­ril­mə­si, müx­tə­lif hu­ma­ni­tar la­yi­hə­lə­rin re­al­laş­dı­rıl­ma­sı ilə bağ­lı mə­lu­ma­tı­mız var. Bir söz­lə, Hey­dər Əli­yev Fon­du bir çox sa­hə­lər­də mü­hüm iş­lər gö­rür. Azər­bay­ca­na sə­fə­rim za­ma­nı bu öl­kə­də müx­tə­lif din­lə­rin, et­nik qrup­la­rın, ic­ma­la­rın nü­ma­yən­də­lə­ri­nin bə­ra­bər hü­quq­lar əsa­sın­da, bir yer­də ne­cə meh­ri­ban ya­şa­ma­sı­nın şa­hi­di ol­dum. Azər­bay­can­da mü­səl­man, xris­ti­an və yə­hu­di­lər sülh şə­ra­i­tin­də ya­şa­yır".

Şu­ra səd­ri vur­ğu­la­yıb ki, Azər­bay­ca­na sə­fə­ri za­ma­nı Ba­kı ilə ya­na­şı, Azər­bay­ca­nın re­gi­on­la­rı­nı da gə­zib, ora­da­kı ta­ri­xi abi­də­lər­lə ta­nış olub.

"Zən­nim­cə, Azər­bay­can­da xa­ri­ci qo­naq­la­ra təq­dim et­mək üçün gö­zəl im­kan­lar var. Be­lə ki, bu öl­kə­də tu­ristlə­rin ma­ra­ğı­na sə­bəb ola bi­lə­cək bir çox gör­mə­li yer­lər, bö­yük həs­sas­lıq­la qo­ru­nub sax­la­nan, müx­tə­lif mə­də­niy­yət­lə­rə aid ta­ri­xi abi­də­lər var. Azər­bay­can­da di­nin­dən, di­lin­dən, ir­qin­dən ası­lı ol­ma­ya­raq, hər kəs bö­yük qo­naq­pər­vər­lik­lə qar­şı­la­nır, çox xoş mü­na­si­bət gö­rür. Bu­na gö­rə də Azər­bay­ca­na olan sə­fər­lə­rim mə­nim üçün xoş xa­ti­rə­dir" - de­yə Ro­ma Pa­pa­sı­nın Mü­qəd­dəs Ar­xe­o­lo­gi­ya üz­rə Şu­ra­sı­nın səd­ri bil­di­rib.

Mə­lum ol­du­ğu ki­mi, Hey­dər Əli­yev Fon­du­nun tə­şəb­bü­sü ilə Va­ti­kan­da bər­pa edi­lən Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı­nın açı­lış mə­ra­si­mi bö­yük ha­di­sə olub.

Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va 2016-cı ilin 23 fev­ral ta­ri­xin­də baş tu­tan açı­lış mə­ra­si­min­də iş­ti­rak edib.

Əv­vəl­cə Meh­ri­ban Əli­ye­va Ro­ma­da­kı Mas­si­mo Sa­ra­yı­na gə­lə­rək bu­ra­da Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı­nın bər­pa­sı ilə bağ­lı təq­di­ma­ta qa­tı­lıb.

Mu­ze­yin di­rek­to­ru Ri­ta Pa­ris Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va­nı və di­gər qo­naq­la­rı sa­lam­la­yıb.

Pro­fes­sor Fab­ri­zio Bis­kon­ti Ro­ma ka­ta­kom­ba­la­rı­nın bər­pa­sı­na gös­tər­di­yi diq­qə­tə gö­rə Meh­ri­ban Əli­ye­va­ya xü­su­si min­nət­dar­lı­ğı­nı bil­di­rib. O, ka­ta­kom­ba­la­rın ta­ri­xi ba­rə­də mə­lu­mat ve­rə­rək on­la­rın bü­tün xris­ti­an dün­ya­sı üçün mü­hüm əhə­miy­yət da­şı­dı­ğı­nı vur­ğu­la­yıb və bər­pa iş­lə­rin­dən son­ra əl­də edi­lən nə­ti­cə­lə­rin möh­tə­şəm ol­du­ğu­nu de­yib: "Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə biz ta­ri­xi mə­ka­nı qo­ru­ya bil­dik".

Va­ti­ka­nın Mə­də­niy­yət üz­rə Pon­ti­fik Şu­ra­sı­nın səd­ri kar­di­nal Canfran­ko Ra­va­zi Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı­nın dün­ya mə­də­niy­yə­ti, xü­su­si­lə də xris­ti­an­lar üçün bö­yük mə­nə­vi də­yə­ri ol­du­ğu­nu vur­ğu­la­yıb: "Mü­səl­man öl­kə­si olan Azər­bay­ca­nın Hey­dər Əli­yev Fon­du isə bu mə­nə­vi də­yə­rin ya­şa­ma­sı­na bö­yük dəs­tək ver­di".

Canfran­ko Ra­va­zi bil­di­rib ki, məhv ol­maq təh­lü­kə­si ilə üz­lə­şən ka­ta­kom­ba­la­rın bər­pa­sı ilə bağ­lı bü­tün dün­ya xris­ti­an­la­rı­na mü­ra­ci­ət edib, la­kin müs­bət ca­vab al­ma­dı­ğı­nı, yal­nız Hey­dər Əli­yev Fon­du­nun bu ça­ğı­rı­şa ca­vab ver­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va çı­xı­şın­da Azər­bay­ca­nın ün­va­nı­na səs­lə­nən xoş söz­lə­rə gö­rə tə­şək­kü­rü­nü bil­di­rib. Rəh­bər­lik et­di­yi Hey­dər Əli­yev Fon­du­nun dün­ya mə­də­ni ir­si­nin qo­run­ma­sın­da­kı fə­a­liy­yə­tin­dən da­nı­şan Meh­ri­ban Əli­ye­va öl­kə­mi­zin hər za­man din­lər və mə­də­niy­yət­lər ara­sın­da kör­pü ol­du­ğu­nu qeyd edib. M.Əli­ye­va bu gün də Azər­bay­can­da müx­tə­lif din­lə­rin nü­ma­yən­də­lə­ri­nin sülh və meh­ri­ban­lıq şə­ra­i­tin­də ya­şa­dı­ğı­nı vur­ğu­la­yıb: "Azər­bay­can əsrlər bo­yu müx­tə­lif mə­də­niy­yət­lə­rin və si­vi­li­za­si­ya­la­rın tə­mas və ün­siy­yət mə­ka­nı olub. Asi­ya ilə Av­ro­pa ara­sın­da yer­lə­şən öl­kə­mi­zin mə­də­ni müx­tə­lif­li­yi­nə bu coğ­ra­fi yer­ləş­mə öz tə­si­ri­ni gös­tə­rib. Ta­rix bo­yu bu qə­dim tor­paq­da müx­tə­lif din­lə­rin, mə­də­niy­yət­lə­rin, et­nik qrup­la­rın nü­ma­yən­də­lə­ri sülh, qar­daş­lıq və hör­mət şə­ra­i­tin­də ya­şa­yıb­lar. Mi­nil­lik­lər­lə for­ma­la­şan bu ab-ha­va Azər­bay­can cə­miy­yə­tin­də qo­ru­nub sax­la­nıb.

Azər­bay­can bu gün çox­mil­lət­li, çox­kon­fes­si­ya­lı öl­kə­dir və ye­nə də to­le­rantlıq və dö­züm­lü­lük ide­ya­la­rı cə­miy­yət­də çox güc­lü­dür. Öl­kə­miz­də heç vaxt di­ni zə­min­də qar­şı­dur­ma ol­ma­yıb və ol­ma­ya­caq. Azər­bay­can döv­lə­ti­nin si­ya­sə­ti on­dan iba­rət­dir ki, di­ni mü­na­si­bət­lər çox sağ­lam zə­min­də qu­ru­lub. Biz bü­tün di­ni təd­bir­lə­ri, bay­ram­la­rı bir­gə ke­çi­ri­rik. Bi­zim din xa­dim­lə­ri­miz hər za­man bir­lik nü­ma­yiş et­di­rir. Əl­bət­tə, cə­miy­yət­də hökm sü­rən to­le­rantlıq və dö­züm­lü­lük ab-ha­va­sı Azər­bay­can xal­qı­nın ya­şam tər­zi­dir.

Əf­sus­lar ol­sun ki, son za­man­lar din­lə­ra­ra­sı mü­na­si­bət­lər də böh­ran ya­şa­yır. Biz is­la­mo­fo­bi­ya, kse­no­fo­bi­ya, an­ti­se­mi­tizm ki­mi meyllə­rin güc­lən­mə­si­ni gö­rü­rük. Di­ni zə­min­də qan­lı toq­quş­ma­lar, mü­na­qi­şə­lər baş ve­rir. Min­lər­lə gü­nah­sız in­san hə­lak olur, mil­yon­lar­la in­san öz doğ­ma yurdla­rı­nı tərk edib qaç­qın və məc­bu­ri köç­kün hə­ya­tı sür­mə­yə məc­bur qa­lır. Ey­ni za­man­da, sər­həd­lər bağ­la­nır, an­ti­miq­rant meyllə­ri güc­lə­nir. Əmi­nəm, bu hal­lar bi­zim hər bi­ri­mi­zi na­ra­hat edir və bu gün Azər­bay­ca­nın dün­ya­ya me­sa­jı on­dan iba­rət­dir ki, mul­ti­kul­tu­ra­lizm müm­kün­dür. Azər­bay­can­da mü­şa­hi­də olun­du­ğu ki­mi, müx­tə­lif din­lə­rə və mil­lət­lə­rə mən­sub olan in­san­lar, müx­tə­lif mə­də­niy­yət­lə­rin nü­ma­yən­də­lə­ri bir­gə sülh və qar­daş­lıq şə­ra­i­tin­də ya­şa­ya bi­lər. Azər­bay­can mü­səl­man alə­mi­nin ay­rıl­maz bir his­sə­si­dir. Ey­ni za­man­da, bi­zi Av­ro­pa öl­kə­lə­ri ilə güc­lü əla­qə­lər bir­ləş­di­rir. Biz si­ya­si, iq­ti­sa­di, ener­ji, hu­ma­ni­tar sa­hə­lər­də əmək­daş­lıq qur­mu­şuq. Azər­bay­can həm İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na, həm də Av­ro­pa Şu­ra­sı­na üzv olan na­dir öl­kə­lər­dən bi­ri­dir. Bu il öl­kə­miz­də "Mul­ti­kul­tu­ra­lizm ili" elan olu­nub. Mən çox şa­dam ki, bu gün biz bir la­yi­hə­ni ba­şa çat­dı­rı­rıq, ey­ni za­man­da, di­gər la­yi­hə­yə start ve­ri­rik. Yə­ni bi­zim əmək­daş­lı­ğı­mız da­vam edir. Fik­rim­cə, be­lə mü­na­si­bət­lər, be­lə əla­qə­lər din­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin ən sə­mə­rə­li, ən xe­yir­xah for­ma­sı­dır. Mən bu gün fəxr edi­rəm ki, Azər­bay­can döv­lə­ti xris­ti­an abi­də­lə­ri sı­ra­sın­da öz ta­ri­xi və mə­də­ni də­yə­ri ilə xü­su­si yer tu­tan Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı­nın bər­pa­sı­na öz töh­fə­si­ni ve­rib. Bər­pa iş­lə­rin­də əmə­yi olan hər bir in­sa­na bir da­ha də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm".

Vur­ğu­la­yaq ki, mü­qəd­dəs Ro­ma ka­ta­kom­ba­la­rı­nın bər­pa­sı Hey­dər Əli­yev Fon­du ilə Mü­qəd­dəs Taxt-Tac ara­sın­da 2012-ci il­də im­za­lan­mış iki­tə­rəf­li sa­zi­şə əsa­sən hə­ya­ta ke­çi­ri­lib. İta­li­ya mət­bu­a­tı və ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən Fon­dun bu ad­dı­mı din­lər və mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun in­ki­şa­fı­na ve­ri­lən ən önəm­li töh­fə­lər­dən bi­ri ki­mi qiy­mət­lən­di­ri­lib.

Qeyd edək ki, ümum­dün­ya mə­də­ni ir­si­nin qo­run­ma­sı­na bö­yük dəs­tək ve­rən Hey­dər Əli­yev Fon­du­nun gör­dü­yü iş­lər hey­ran­lıq­la qar­şı­la­nır. Meh­ri­ban Əli­ye­va Ru­si­ya­nın İTAR-TASS agentli­yi­nə mü­sa­hi­bə­sin­də Fon­dun bey­nəl­xalq aləm­də gör­dü­yü iş­lə­rə ma­raq­lı izah ve­rib: "... Ya­ran­dı­ğı ilk gün­dən Hey­dər Əli­yev Fon­du nə­in­ki Azər­bay­ca­nın, elə­cə də ümum­dün­ya mə­də­ni ir­si­nin qo­run­ma­sı­na bö­yük əhə­miy­yət ve­rir. Biz bir sı­ra iri la­yi­hə­lər hə­ya­ta ke­çir­mi­şik. Bi­zim "Azər­bay­can - to­le­rantlı­ğın ün­va­nı" la­yi­hə­miz var. Bu la­yi­hə çər­çi­və­sin­də həm mü­səl­man məs­cid­lə­ri, həm də xris­ti­an kil­sə­si bər­pa edi­lib, Azər­bay­can­da ya­şa­yan yə­hu­di uşaq­la­rı üçün mək­təb və mə­də­ni mər­kəz in­şa olu­nub. Av­ro­pa­da biz Ver­sal Sa­ra­yı­nın me­mar­lıq abi­də­lə­ri­nin, ka­fed­ral kil­sə­nin vit­raj­la­rı­nın bər­pa­sın­da, bir sı­ra di­gər la­yi­hə­lər­də də iş­ti­rak et­mi­şik. Mən bir da­ha qeyd et­mək is­tər­dim ki, bu la­yi­hə­ni çox va­cib he­sab edi­rəm. Çün­ki dün­yə­vi mü­səl­man öl­kə­si olan Azər­bay­can yal­nız xris­ti­an alə­mi­nə aid mü­qəd­dəs yer­lə­rin və ta­ri­xi-mə­də­ni abi­də­lə­rin bər­pa­sın­da iş­ti­rak et­mir, ey­ni za­man­da, ümum­dün­ya əhə­miy­yət­li abi­də­lə­ri bər­pa edir. Bu, Fon­dun si­ya­sə­ti­dir və ina­nı­ram ki, məhz mə­də­niy­yət, mə­də­ni irs sa­də ol­ma­yan bu­gün­kü dün­ya­nı bir­ləş­di­rə bi­lər".

Qeyd edək ki, Ro­ma Pa­pa­sı­nın Mü­qəd­dəs Ar­xe­o­lo­gi­ya üz­rə Şu­ra­sı­nın sə­la­hiy­yət­li nü­ma­yən­də­si Fab­ri­sio Bis­kon­ti Hey­dər Əli­yev Fon­du­nun xey­rir­xah əmə­li­ni təq­dir edə­rək bil­di­rib: "...Ro­ma şə­hə­ri­nin ət­ra­fın­da yer­lə­şən 60-a ya­xın ka­ta­kom­ba ara­sın­da Mü­qəd­dəs Mar­çel­li­nio və Pi­et­ro ka­ta­kom­ba­la­rı xris­ti­an alə­mi üçün ən mü­hüm və ən ma­raq­lı abi­də­lər­dən bi­ri­dir və La­vi­ka­no kü­çə­sin­də yer­lə­şir. Öz mə­za­rı­nın və ana­sı im­pe­rat­ri­ça Ye­le­na­nın şə­rə­fi­nə tik­dir­di­yi mav­zo­le­yin yer­ləş­di­yi bu ka­ta­kom­ba im­pe­ra­tor Konstan­ti­nin to­le­rantlı­ğa ver­di­yi də­yə­rin gös­tə­ri­ci­si­dir. Qeyd edim ki, say­sız-he­sab­sız rəsm əsər­lə­ri də bu­ra­da sax­la­nır. On­la­rın ara­sın­da 100-ə ya­xın əsər var ki, bun­la­rın ki­çik bir his­sə­si­ni məhz Ro­ma Pa­pa­sı­nın Mü­qəd­dəs Ar­xe­o­lo­gi­ya üz­rə Şu­ra­sı öz və­sa­i­ti he­sa­bı­na bər­pa edib.

Bu ba­xım­dan ha­zır­da Hey­dər Əli­yev Fon­du­nun bi­zə gös­tər­di­yi yar­dım tə­rə­fi­miz­dən ol­duq­ca yük­sək də­yər­lən­di­ri­lir. Biz bun­dan bö­yük şə­rəf his­si du­yu­ruq. Bu­na gö­rə mən Fon­dun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­ya tə­şək­kü­rü­mü bil­dir­mək is­tə­yi­rəm ki, bu cür bö­yük xe­yir­xah­lıq gös­tə­rib, bi­zim nü­fuz­lu ar­xe­o­lo­ji abi­də­mi­zin bər­pa­sı­na öz töh­fə­si­ni ver­mək qə­ra­rı­na gə­lib".

Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi iş­lər to­le­rantlı­ğa, din­lər, mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rə bö­yük sti­mul, tə­kan ve­rir. Azər­bay­can hə­qi­qə­tən də to­le­rantlı­ğın və­tən­lə­rin­dən bi­ri­dir. To­le­rantlıq his­siy­ya­tı gen­lə­ri­miz­də ol­ma­say­dı, o bu cür tə­bii şə­kil­də for­ma­laş­maz­dı.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 8-10 oktyabr .- S.15