İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

“Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən ümumilli lider Heydər Əliyevin bu sözləri artıq  öz təsdiqini tapıb. Bəli, Azərbaycan dünyada nüfuzlu bir ölkə olaraq tanınır. Xalqımız  ictimai-siyasi, eyni zamanda sosial-iqtisadi həyatının yeni bir dönəmini-müstəqillik dövrünə qədəm qoyub. Heydər  Əliyevdən sonra onun yolunu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası bir çox sahələrin inkişafını yüksək səviyyədə təmin edib.Ölkəmizin inkişafını təmin edən əsas faktorlar arasında uğurlu islahatlarbunun nəticəsində tətbiq edilən yeniliklər əsas yeri tutur. Dayanıqlı inkişafın mühüm göstəricilərindən biriniprezidentin rəhbərliyi ilə həyata keçirilən müstəqil enerji siyasəti təşkil edir.Və hal-hazırda bu baxımdan ölkəmiz dünyada bir çox aparıcı dövlətlər tərəfindən güclü strateji tərəfdaş olaraq qiymətləndirilir.Sosial-iqtisadi inkişaf bir çox sahələrdə həmçinin elektroenergetika sisteminin inkişafında da nəzərə çarpacaq dərəcədədir.

Və təsadüfi deyil ki, 2014-cü ildə Bakıda keçirilən “Şərq Tərəfdaşlığı”ölkələrinin IV energetika nazirlərinin qeyri-rəsmi görüşündə energetika naziri Natiq Əliyev bildirmişdi ki, “Bu gün Azərbaycan enerji təminatı üzrə tam olaraq müstəqil ölkədir və dünyanın heç bir ölkəsindən asılı deyil”.

Bildiyimiz kimi əvvəllər bu sahədə bir çox problemlər var idi. Ən əsası da bölgələrdə vəziyyət heç də ürəkaçan deyildi. “Azərişıq” ASC yarandıqdan sonra bölgələrdə mövcud problemlərlə bağlı vəziyyətin təhlili aparıldı.6 region üzrə 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlandı.Bu da söz açdığımız problemlərin tez bir zamanda həllinə - istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını stimullaşdırdı. Köhnəlmiş, yararsız hala düşmüş transformatorlar, enerji dirəkləri, naqillər təzələri ilə əvəzləndi, Komplekt Transformator məntəqələri quraşdırıldı. Bir sözlə rayonlarımız, eləcə də onun qəsəbə və ən ucqar kəndləri işıqlığa çıxdı.

 

Belə ki, bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti bitmiş köhnə transformatorlar  yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz olunur.Keçən il 1450 ədəd quraşdırılıb, bu il isə 1650 ədəd bu tip komplekt transformator məntəqələri quraşdırılmaqdadır. Ən əsası Zaqatala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Xüsusilə cəbhə bölgəsində yerləşən rayonlara da diqqət göstərilir.Bildirək ki, düşmənlə təmas xəttində yerləşən Ağdam, Tərtər və Füzuli rayonlarında köhnəlmiş elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz olunur.

 

 “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət proqramı” nın qəbulundan sonra 2010-cu ilin sonuna kimi ölkəmizin elektrik enerjisi sistemində  generasiya gücünün artımı 2000 MVt-dən artıq olub.2011-2016-cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılıb, uğurla istismar edilib.

 

Elektrik şəbəkəsində aparılan islahatların keyfiyyətcə növbəti mərhələsinin başlanğıcı tikilən yatımstansiyalar olub. 2007-ci ildə 110/35/10 kV-luqBuzovna”, 35/10/6 kV-luq “Bilgəh”, 2008-ci ildə 110/35/10 kV-luq 215 saylı yarımstansiya, 110/35/10 kV-luq “Şıx”, 35/10 kV-luqAmburan” və tikintisinə 2008-ci ildə başlanılıb 2009-cu ildə aşılış mərasimi keçirilən 110/35/6 kV-luq 203 saylı yarımstansiya, 2009-cu ildə 110/35/6 KV-luq 227 saylı yarımstansiya, 110/35/10kV-luq “Hava limanı” yarımstansiyası, 2010-cu ildə 110/35/6 kV-luq “Xocasən”, 35/6 kV-luq 486 saylı və 110/35/6 kV-luq “Köhnə Bayıl” yarımstansiyası tikilib istifadəyə verilib.Nəhayət Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü isə 2006-cı ildəki 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb.

 

Məlumdur ki, paytaxtımız bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir. Həmin obyektlərin elektrik enerjisi ilə yüksək səviyyədə təchizatı bir daha sübut edir ki, ölkənin dayanıqlı enerji ilə təmin olunması üçün güclü sistem qurulub. Bu amil də möhtəşəm tədbirlərin keçirlməsi üçün ən uğurlu məkanlardan biri olduğumuzun bariz nümunəsidir.

 

Ümid edirik ki, respublikamızın rayon və şəhərlərində yenidənqurma işləri bunlarla kifayətlənməyəcək,  yaxın gələcəkdə də uğurla davam etdiriləcək və evlərimiz necə deyərlər nura qərq olacaq.

 

""Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Məmmədov Seymur

Bakı xəbər.- 2016.- 13 oktyabr.- S.15