Dövlət müstəqilliyimizin 25 illik yubileyi ilə bağ­lı Prezident Sərəncamı və azərbaycançılıq...

II ya­zı

"Heç bir qüv­və Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni əlin­dən ala bil­məz, bun­dan son­ra heç bir qüv­və Azər­bay­ca­nın döv­lət­çi­li­yi­ni məhv edə bil­məz". Azər­bay­can döv­lə­ti­nin me­ma­rı Hey­dər Əli­ye­vin hə­qi­qət­dən ma­ya­la­nan öl­məz fik­ri müs­tə­qil Azər­bay­ca­nın əbə­di ya­şa­ya­ca­ğı­na bö­yük inam aşı­la­yır.

Mə­lum­dur ki, Hey­dər Əli­yev 18 oktyabr - Döv­lət Müs­tə­qil­li­yi Gü­nü­nün Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət bay­ra­mı ki­mi qeyd edil­mə­si haq­qın­da 15 oktyabr 1994-cü il­də Fər­man im­za­la­yıb. Ar­tıq 22 il­dir bu gün rəs­mi döv­lət bay­ra­mı ola­raq öl­kə­də qeyd edi­lir.

Hey­dər Əli­yev Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin tü­kən­məz sər­vət ol­du­ğu­nu vur­ğu­la­yır, gə­lə­cək nə­sil­lə­rin Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­ni göz bə­bə­yi ki­mi qo­ru­ya­ca­ğı­na ina­nır­dı. Ke­çən ya­zı­mız­da qeyd et­miş­dik ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı­nın iyir­min­ci il­dö­nü­mü haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Sə­rən­cam im­za­la­yıb. 2011-ci il­də döv­lət müs­tə­qil­li­yi­mi­zin 20 il­li­yi ke­çi­ri­lib. Sə­nəd­də vur­ğu­la­nır­dı ki, bu il­lər ər­zin­də de­mok­ra­tik, hü­qu­qi və dün­yə­vi döv­lə­tin qu­rul­ma­sı xal­qı­mı­zın ta­ri­xi na­i­liy­yə­ti­dir: "Hə­lə ötən əs­rin 70-ci il­lə­rin­dən baş­la­ya­raq Azər­bay­ca­nın bö­yük oğ­lu Hey­dər Əli­ye­vin stra­te­gi­ya­sı­na uy­ğun res­pub­li­ka­mız­da hə­ya­ta ke­çi­ri­lən ge­niş­miq­yas­proq­ram­lar mü­a­sir iq­ti­sa­di po­ten­si­a­lın for­ma­laş­dı­rıl­ma­sı­na, so­si­al-mə­də­ni hə­ya­tın can­lan­dı­rıl­ma­sı­na və mil­li-mə­nə­vi də­yər­lə­rin dir­çəl­dil­mə­si­nə yö­nəl­di­lə­rək gə­lə­cək müs­tə­qil­li­yi­mi­zin tə­min olun­ma­sı üçün zə­min ha­zır­la­mış­dı".

2011-ci il­də ve­ri­lən sə­rən­cam­da qeyd edi­lə­nə gö­rə, iyir­mi il­lik in­ki­şaf yo­lu­mu­zun ən par­laq nə­ti­cə­si on­dan iba­rət­dir ki, bu gün Azər­bay­can, sö­zün əsl mə­na­sın­da, ar­tıq tam müs­tə­qil öl­kə­dir. Öl­kə­miz­də ger­çək­ləş­di­ri­lən si­ya­sət da­im Azər­bay­can xal­qı­nın ma­raq­la­rı­na xid­mət gös­tə­rir: "2010-cu il­də Azər­bay­can­da Döv­lət Bay­ra­ğı mey­da­nı­nın açı­lı­şı ol­muş və dün­ya­nın ən yük­sək bay­ra­ğı ucal­dıl­mış­dır. Bu mey­dan Azər­bay­ca­nın son iyir­mi il­də keç­di­yi in­ki­şaf yo­lu­nun rəm­zi­nə çev­ril­miş­dir. Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi res­pub­li­ka­mı­zın hər bir və­tən­da­şı üçün ən bö­yük sər­vət­dir".

Bu gün­lər­də isə öl­kə baş­çı­sı Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin 25 il­li­yi ilə bağ­lı Sə­rən­cam im­za­la­yıb. Bu ba­rə­də ötən ya­zı­mız­da ge­niş mə­lu­mat al­mı­sı­nız.

Qeyd edək ki, Azər­bay­can Pre­zi­den­ti, Ali Baş Ko­man­dan İl­ham Əli­yev Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin 20-ci və Si­lah­lı Qüv­və­lə­rin 93-cü il­dö­nüm­lə­ri mü­na­si­bə­ti­lə Ba­kı­da ke­çi­ri­lən tən­tə­nə­li hər­bi pa­rad­da Azər­bay­ca­nın keç­di­yi müs­tə­qil­lik yo­lu haq­qın­da ge­niş nit­qin­də bil­di­rir­di: "...İyir­mi il ər­zin­də Azər­bay­can müs­tə­qil döv­lət ki­mi bö­yük və şə­rəf­li yol keç­miş­dir. İyir­mi il ər­zin­də öl­kə­miz sü­rət­lə in­ki­şaf et­miş­dirbu gün böl­gə­də çox güc­lü möv­qe­lə­rə ma­lik­dir. Öl­kə­miz­də bü­tün is­ti­qa­mət­lər­də - iq­ti­sa­di sa­hə­də, so­si­al mə­sə­lə­lə­rin həl­lin­də bö­yük uğur­lar əl­də edil­miş­dir. O cüm­lə­dən öl­kə­miz­də or­du qu­ru­cu­lu­ğu pro­se­si uğur­la get­miş­dir. Bu gün Azər­bay­can­da ni­za­mi or­du var. Mən hər­bi his­sə­lə­rə tez-tez ge­dir, və­ziy­yət­lə ta­nış olu­ram. Tam mə­su­liy­yət­lə de­yə bi­lə­rəm ki, bu gün Azər­bay­can Or­du­su çox yük­sək sə­viy­yə­də­dir. Or­du­muz­da pe­şə­kar­lıq, dö­yüş qa­bi­liy­yə­ti ar­tır, Si­lah­lı Qüv­və­lər­də ruh yük­sək­li­yi var. Bü­tün bu mə­sə­lə­lər bi­zi çox se­vin­di­rir. Azər­bay­can­da Or­du qu­ru­cu­lu­ğu pro­se­si bun­dan son­ra da uğur­la ge­də­cək­dir. Or­du­muz öl­kə qar­şı­sın­da du­ran və­zi­fə­lə­ri ic­ra et­mək üçün bü­tün im­kan­la­ra ma­lik­dir".

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti hə­min çı­xı­şın­da da öl­kə­mi­zin əra­zi bü­töv­lü­yü­nün bər­pa edi­lə­cə­yi­ni inam­la di­lə gə­ti­rib: "Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa edil­mə­li­dir. Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü da­nı­şıq­lar möv­zu­su de­yil, ol­ma­yıb ol­ma­ya­caq­dır. Biz ça­lı­şı­rıq ki, mə­sə­lə tez­lik­lə bey­nəl­xalq hü­quq nor­ma­la­rı əsa­sın­da öz həl­li­ni tap­sın Azər­bay­ca­nın bey­nəl­xalq bir­lik tə­rə­fin­dən ta­nı­nan əra­zi bü­töv­lü­yü bər­pa edil­sin.

Bu­nun üçün biz dip­lo­ma­tik səy­lə­ri­mi­zi da­vam et­di­rə­cə­yik. Bi­zim işi­miz haqq işi­dir. Biz heç bir baş­qa öl­kə­nin tor­pa­ğı­nı zəbt et­mə­mi­şik, heç bir baş­qa öl­kə­nin tor­pa­ğın­da bi­zim gö­zü­müz yox­dur, bax­ma­ya­raq ki, bu­gün­kü Er­mə­nis­tan ta­ri­xi Azər­bay­can tor­paq­la­rın­da ya­ra­nıb. Dağ­lıq Qa­ra­bağ  ta­ri­xi Azər­bay­can tor­pa­ğı­dır. Bu hə­mi­şə be­lə olub, bu gün be­lə­dir. Sa­də­cə, mü­vəq­qə­ti ola­raq iş­ğal al­tı­na dü­şüb. An­caq bu iş­ğal çox çə­kə bil­məz. Mən tam əmi­nəm ki, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü is­tə­ni­lən yol­la bər­pa edi­lə­cək­dir. Bu­nu et­mək üçün biz da­ha da güc­lü ol­ma­lı­yıq. Azər­bay­can­da bü­tün sa­hə­lər­də apa­rı­lan is­la­hat­lar, öl­kə­mi­zin in­ki­şa­fı, böl­gə­də­ki möv­qe­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si nə­ti­cə­sin­də is­tə­di­yi­mi­zə na­il ola bi­lə­cə­yik".

Ta­rix­çi­lər qeyd edir ki, İl­ham Əli­yev həm müs­tə­qil­li­yi­mi­zin 20 il­li­yi, həm 25 il­li­yi mü­na­si­bə­ti­lə sə­rən­cam­lar im­za­la­yıb. Öl­kə baş­çı­sı­nın azər­bay­can­çı­lıq məf­ku­rə­si­nə bö­yük töh­fə­lər ver­di­yi­ni de­yən ekspertlər bil­di­rir ki, Azər­bay­ca­nın müs­tə­qil­li­yi əbə­di­dir. Res­pub­li­ka­mı­zın heç bir öl­kə­dən ası­lı və­ziy­yət­də ol­ma­dı­ğı­nı vur­ğu­la­yan ekspertlər de­yir ki, Azər­bay­can xal­qı­nın ira­də­si­ni ifa­də edən İl­ham Əli­yev müs­tə­qil Azər­bay­ca­nın Pre­zi­den­ti, həm dün­ya azər­bay­can­lı­la­rı­nın ye­ni li­de­ri­dir.

Təd­qi­qat­çı­lar ya­zır ki, Azər­bay­ca­nın əl­də et­di­yi uğur­lar bey­nəl­xalq təş­ki­lat­la­rın, apa­rı­cı rey­tinq agentlik­lə­ri­nin qiy­mət­lən­dir­mə­lə­rin­də öz ək­si­ni ta­pır. Be­lə ki, "Do­ing Bu­si­ness" he­sa­ba­tı­na gö­rə, 2009-cu il­də öl­kə­miz dün­ya öl­kə­lə­ri ara­sın­da "Ən is­la­hat­çı öl­kə" ki­mi qiy­mət­lən­di­ri­lib. Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun son he­sa­ba­tı­na əsa­sən, Azər­bay­can dün­ya­nın 50 ən rə­qa­bət qa­bi­liy­yət­li iq­ti­sa­diy­yat­la­rı qru­pu­na da­xil olub MDB öl­kə­lə­ri ara­sın­da bi­rin­ci­lik möv­qe­yi­ni sax­la­yıb. BMT-nin İn­san İn­ki­şa­fı He­sa­ba­tı­na əsa­sən isə, Azər­bay­can "İn­san in­ki­şa­fı in­dek­si"nə gö­rə, yük­sək in­san in­ki­şa­fı qru­pun­da yer alıb. Son il­lər "Stan­dart & Po­or's", "Mo­ody's" "Fitch Ra­tings" ki­mi nü­fuz­lu rey­tinq agentlik­lə­ri tə­rə­fin­dən isə Azər­bay­ca­nın rey­tin­qi ar­dı­cıl ola­raq ar­tı­rı­lıb.

Ümum­mil­li li­de­rin möh­kəm tə­mə­li­ni ya­rat­dı­ğı xa­ri­ci si­ya­sət kur­su­nun Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən bö­yük uğur­la da­va­mı­nın nə­ti­cə­si­dir ki, in­di Azər­bay­ca­nın sə­si dün­ya­nın ən mö­tə­bər tri­bu­na­la­rın­dan gə­lir, üç­rəngli bay­ra­ğı­mız yük­sək­lə­rə qal­dı­rı­lır. Azər­bay­ca­nın 2011-ci ilin son­la­rın­da 155 öl­kə­nin eti­ma­dı­nı qa­za­na­raq BMT-nin Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-da­i­mi üz­vü se­çil­mə­si öl­kə­mi­zin bey­nəl­xalq aləm­də get­dik­cə ar­tan nü­fu­zu­nun sü­rət­li iq­ti­sa­di in­ki­şa­fı­nın da­ha bir gös­tə­ri­ci­si­dir.

Ekspertlər vur­ğu­la­yır ki, Pre­zi­dent İl­ham Əli­ye­vin bə­yan et­di­yi ki­mi, ha­zır­da qar­şı­da du­ran ən baş­lı­ca məq­səd Azər­bay­ca­nı in­ki­şaf et­miş döv­lət­lər sə­viy­yə­si­nə çat­dır­maq­dır. Bu ba­xım­dan öl­kə­nin in­ki­şa­fı­nın ha­zır­kı mər­hə­lə­sin­də qar­şı­ya qo­yul­muş əsas hə­dəf­lər çox­şa­xə­li, in­no­va­si­ya yö­nüm­lü iq­ti­sa­diy­ya­tın for­ma­laş­dı­rıl­ma­sı, əha­li­nin ri­fa­hı­nın da­vam­lı ola­raq yax­şı­laş­dı­rıl­ma­sı, ha­be­lə el­min, mə­də­niy­yə­tin in­ki­şa­fın­da, ic­ti­mai hə­ya­tın bü­tün is­ti­qa­mət­lə­rin­də ye­ni na­i­liy­yət­lə­rin əl­də olun­ma­sı­dır. Döv­lət baş­çı­sı­nın 29 de­kabr 2012-ci il ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş "Azər­bay­can 2020: gə­lə­cə­yə ba­xış" İn­ki­şaf Kon­sep­si­ya­sı qar­şı­ya qo­yul­muş mü­hüm və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­sin­də mü­hüm rol oy­na­ya­caq. Bu İn­ki­şaf Kon­sep­si­ya­sı so­si­al-iq­ti­sa­di in­ki­şa­fın key­fiy­yət­cə ye­ni mər­hə­lə­sin­də Azər­bay­ca­nın gə­lə­cək in­ki­şaf perspek­tiv­lə­ri­ni də­rin el­mi əsas­lar­la mü­əy­yən­ləş­di­rən kon­sep­tu­al əhə­miy­yət­li sə­nəd­dir.

Si­ya­si elmlər na­mi­zə­di İl­ham İs­ma­yı­lov ya­zır: "Hey­dər Əli­ye­vin si­ya­sət mək­tə­bi­nin la­yiq­li ye­tir­mə­si olan İl­ham Əli­ye­vin bö­yük si­ya­sət­də at­dı­ğı inam­lı ad­dım­lar nə­ti­cə­sin­də Azər­bay­can­da tək­cə so­si­al-iq­ti­sa­di sis­tem­də de­yil, həm si­ya­si ic­ti­mai tə­si­sat­lar­da əsas­lı ye­ni­ləş­mə­lər olub, sə­mə­rə­li in­ten­siv is­la­hat­lar apa­rı­lıb. 15 oktyabr 2008-ci il­də Azər­bay­can­da ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­ri­nə xal­qın, mil­li eli­ta­nın bey­nəl­xalq mü­şa­hi­də­çi­lə­rin ver­di­yi yük­sək qiy­mət de­yi­lən­lə­ri bir da­ha sü­but et­di. Pre­zi­dent İl­ham Əli­yev de­yib: "Bi­zim təc­rü­bə­miz onu gös­tə­rir ki,

Azər­bay­ca­nın seç­di­yi yol düz­gün yol­dur. İq­ti­sa­di, si­ya­si so­si­al is­la­hat­la­rın pa­ra­lel şə­kil­də apa­rıl­ma­sı Azər­bay­ca­nı hər­tə­rəf­li in­ki­şaf et­di­rir, öl­kə­miz üçün çox la­zım olan sa­bit­li­yi möh­kəm­lən­di­rir, ic­ti­mai-si­ya­si və­ziy­yə­tə müs­bət tə­sir gös­tə­rir. Ona gö­rə si­ya­si iq­ti­sa­di is­la­hat­la­rın da­vam et­di­ril­mə­si za­ma­nın tə­lə­bi­dir.

Əgər biz doğ­ru­dan da, mü­a­sir, güc­lü öl­kə ya­rat­maq is­tə­yi­rik­sə, bu­nu et­mə­li­yik. Bu iş­də döv­lə­tin üzə­ri­nə bö­yük və­zi­fə­lər dü­şür. Biz bu­na bir­lik­də na­il ol­ma­lı­yıq".

Ulu ön­də­rin xal­qı­mı­zın, cə­miy­yə­ti­mi­zin mil­li in­ki­şa­fı­na yö­nəl­miş müs­tə­qil­lik kon­sep­si­ya­sı­nı ya­ra­dı­cı­lıq­la da­vam in­ki­şaf et­di­rən Pre­zi­dent İl­ham Əli­ye­vin mil­li in­ki­şaf kon­sep­si­ya­sı­nın baş­lı­ca qa­yə­si öl­kə­də de­mok­ra­tik transfor­ma­si­ya pro­ses­lə­ri­ni ən ya­xın müd­dət­də ba­şa çat­dır­maq, və­tən­daş cə­miy­yə­ti struk­tur­la­rı­nın tə­si­sat­la­rı­nın for­ma­laş­ma­sı­na baş­la­maq səy­lə­ri ilə hə­ya­ta ke­çi­ri­lən "sa­bit­lik­dən in­ki­şa­fa doğ­ru" ide­ya­sı­dır.

Öl­kə Pre­zi­den­ti­nin əzmkar fə­a­liy­yə­ti­ni qeyd edər­kən ulu ön­də­rin bu müd­rik söz­lə­ri ya­da dü­şür: "Si­zi əmin edi­rəm ki, Azər­bay­can xal­qı in­di­yə qə­dər ol­du­ğu ki­mi, bun­dan son­ra da Azər­bay­ca­nın döv­lət­çi­li­yi­nin, müs­tə­qil­li­yi­nin, Azər­bay­can xal­qı­nın mil­li azad­lı­ğı­nın ke­şi­yin­də du­ra­caq bu müs­tə­qil­li­yi cə­sa­rət­lə qo­ru­yub sax­la­ya­caq­dır".

Bu gün Azər­bay­can döv­lə­ti 25 il­dir müs­tə­qil­dir. Döv­lət­mi­mi­zin, xal­qı­mı­zın müs­tə­qil ol­ma­sı ta­ri­xi na­i­liy­yət­dir. 25 il­də öl­kə­miz­də çox şey də­yi­şib. Müs­bət is­ti­qa­mət­də ge­dən bu də­yi­şik­lik­lər xal­qı­mı­za, döv­lə­ti­mi­zə uğur gə­ti­rib.

Hey­dər Əli­yev "Azər­bay­can xal­qı öz döv­lə­ti­ni dəs­tək­lə­yir, mü­da­fiə edir bu da xal­qı­mı­zın əbə­di müs­tə­qil­li­yi­nin tə­mi­na­tı­dır" de­yir­di. Bə­li, bu gün Azər­bay­can xal­qı Azər­bay­can döv­lə­ti­nin ət­ra­fın­da sıx bir­lə­şib döv­lət­çi­li­yi­mi­zin göz bə­bə­yi ki­mi qo­run­ma­sın­da döv­lət baş­çı­sı­na dəs­tək ve­rir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 14 oktyabr.- S.13