Azəri rkünə qarşı törədilən soyqırım...

Azə­ri tür­kü­nə qar­şı də­fə­lər­lə tö­rə­di­lən və uzun il­lər­dən bə­ri öz si­ya­si-hü­qu­qi qiy­mə­ti­ni al­ma­yan soy­qı­rım və təh­rif edi­lən ha­di­sə­lər ta­ri­xin açıl­ma­yan sə­hi­fə­lə­rin­dən bi­ri­dir.

1813-cü və 1828-ci il­lər­də im­za­la­nan Gü­lüs­tan və Türkmən­çay mü­qa­vi­lə­lə­ri Azər­bay­can xal­qı­nın par­ça­lan­ma­sı­nın, ta­ri­xi tor­paq­la­rı­mı­zın bö­lün­mə­si­nin əsa­sı­nı qoy­du və azə­ri tür­kü­nün mil­li fa­ci­ə­si­nin da­va­mı ki­mi onun tor­paq­la­rı­nın zəb­ti baş­lan­dı. Bu si­ya­sət qı­sa bir müd­dət­də ger­çək­ləş­di­ri­lə­rək er­mə­ni­lə­rin küt­lə­vi su­rət­də Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal pla­nı­nın ay­rıl­maz his­sə­si­nə çev­ril­di.

İrə­van, Nax­çı­van və Qa­ra­bağ xan­lıq­la­rı­nın əra­zi­lə­rin­də məs­kun­laş­dı­rı­lan er­mə­ni­lər, ora­da ya­şa­yan azər­bay­can­lı­lar­la mü­qa­yi­sə­də az­lıq təş­kil et­mə­lə­ri­nə bax­ma­ya­raq, öz ha­va­dar­la­rı­nın hi­ma­yə­si al­tın­da "Er­mə­ni vi­la­yə­ti" ad­lan­dı­rı­lan in­zi­ba­ti böl­gü­nün ya­ra­dıl­ma­sı­na na­il ol­du­lar. Be­lə sü­ni əra­zi böl­gü­sü ilə, əs­lin­də, azər­bay­can­lı­la­rın öz tor­paq­la­rın­dan qo­vul­ma­sı və məhv edil­mə­si si­ya­sə­ti­nin bü­növ­rə­si qo­yul­du. "Bö­yük Er­mə­nis­tan" ide­ya­la­rı təb­liğ olun­ma­ğa baş­lan­dı. Bu uy­dur­ma döv­lə­tin Azər­bay­can tor­paq­la­rın­da ya­ra­dıl­ma­sı­na "bə­ra­ət qa­zan­dır­maq məq­sə­di­lə" er­mə­ni xal­qı­nın ta­ri­xi­nin sax­ta­laş­dı­rıl­ma­sı­na yö­nəl­miş ge­niş­miq­yas­lı proq­ram­lar re­al­laş­dı­rıl­dı. Azər­bay­ca­nın və ümu­mən Qaf­qa­zın ta­ri­xi­nin təh­rif olun­ma­sı hə­min proq­ram­la­rın mü­hüm tər­kib his­sə­si­ni təş­kil edir­di.

"Bö­yük Er­mə­nis­tan" ya­rat­maq xül­ya­sın­dan ruh­la­nan er­mə­ni qəsbkar­la­rı 1905-1907-ci il­lər­də azər­bay­can­lı­la­ra qar­şı açıq şə­kil­də ge­niş­miq­yas­lı qan­lı ak­si­ya­lar hə­ya­ta ke­çi­rir­di­lər. Er­mə­ni­lə­rin Ba­kı­dan baş­la­nan vəh­şi­lik­lə­ri Azər­bay­ca­nı və in­di­ki Er­mə­nis­tan əra­zi­sin­də­ki Azər­bay­can kəndlə­ri­ni əha­tə edir­di. Yüz­lər­lə ya­şa­yış mən­tə­qə­si da­ğı­dı­lıb yer­lə-yek­san edil­di, min­lər­lə azər­bay­can­lı vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­di. Bu ha­di­sə­lə­rin təş­ki­lat­çı­la­rı mə­sə­lə­nin ma­hiy­yə­ti­nin açıl­ma­sı­na, ona düz­gün hü­qu­qi-si­ya­si qiy­mət ve­ril­mə­si­nə ma­ne­çi­lik tö­rə­də­rək azər­bay­can­lı­la­rın mən­fi ob­ra­zı­nı ya­rat­mış, öz­lə­ri­nin avan­tü­rist tor­paq id­di­a­la­rı­nı pər­də­lə­miş­lər.

Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­sin­dən, Ru­si­ya­da baş ve­rən 1917-ci il fev­raloktyabr çev­ri­liş­lə­rin­dən mə­ha­rət­lə is­ti­fa­də edən er­mə­ni­lər öz id­di­a­la­rı­nı bol­şe­vik bay­ra­ğı al­tın­da re­al­laş­dır­ma­ğa na­il ol­du­lar. 1918-ci ilin mart ayın­dan eti­ba­rən ək­sin­qi­lab­çı ün­sür­lər­lə mü­ba­ri­zə şü­a­rı al­tın­da Ba­kı Kom­mu­na­sı tə­rə­fin­dən ümu­mən Ba­kı qu­ber­ni­ya­sı­nı azər­bay­can­lı­lar­dan tə­miz­lə­mək məq­sə­di gü­dən mən­fur plan hə­ya­ta ke­çi­ril­mə­yə baş­lan­dı. Hə­min gün­lər­də er­mə­ni­lə­rin tö­rət­di­yi ci­na­yət­lər Azər­bay­can xal­qı­nın yad­da­şı­na əbə­di həkk olu­nub. Min­lər­lə dinc azər­bay­can­lı əha­li yal­nız mil­li mən­su­biy­yə­ti­nə gö­rə məhv edi­lib. Er­mə­ni­lər ev­lə­rə od vu­rub, in­san­la­rı di­ri-di­ri yan­dı­rıb­lar. Mil­li me­mar­lıq in­ci­lə­ri­ni, mək­təb­lə­ri, xəs­tə­xa­na­la­rı, məs­cid di­gər abi­də­lə­ri da­ğı­dıb, Ba­kı­nın bö­yük bir his­sə­si­ni xa­ra­ba­lı­ğa çe­vi­rib­lər.

Azər­bay­can­lı­la­rın soy­qı­mı Ba­kı, Şa­ma­xı, Qu­ba qə­za­la­rın­da, Qa­ra­bağ­da, Zən­gə­zur­da, Nax­çı­van­da, Lən­kə­ran­da Azər­bay­ca­nın baş­qa böl­gə­lə­rin­də xü­su­si qəd­dar­lıq­lar­la hə­ya­ta ke­çi­ri­lib. Bu əra­zi­lər­də dinc əha­li küt­lə­vi su­rət­də qət­lə ye­ti­ri­lib, kəndlər yan­dı­rı­lıb, mil­li mə­də­niy­yət abi­də­lə­ri da­ğı­dı­la­raq məhv edi­lib.

Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti ya­ran­dıq­dan son­ra 1918-ci ilin mart ha­di­sə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ri­lib. Na­zir­lər Şu­ra­sı 1918-ci il iyu­lun 15-də bu fa­ci­ə­nin təd­qi­qi məq­sə­di­lə Föv­qə­la­də İs­tin­taq Ko­mis­si­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da qə­rar qə­bul et­di. Ko­mis­si­ya il­kin mər­hə­lə­də mart soy­qı­rı­mı­nı, Şa­ma­xı­da­kı vəh­şi­lik­lə­ri, İrə­van qu­ber­ni­ya­sı əra­zi­sin­də er­mə­ni­lə­rin tö­rət­di­yi ağır ci­na­yət­lə­ri araş­dır­dı. Dün­ya ic­ti­ma­iy­yə­ti­nə bu hə­qi­qət­lə­ri çat­dır­maq üçün Xa­ri­ci İş­lər Na­zir­li­yi nəz­din­də xü­su­si qu­rum ya­ra­dıl­dı. 1919 1920-ci ilin mart ayı­nın 31-i iki də­fə Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti tə­rə­fin­dən ümum­mil­li ma­təm gü­nü ki­mi qeyd edil­di. Əs­lin­də bu, azər­bay­can­lı­la­ra qar­şı yü­rü­dü­lən soy­qı­rım bir əsrdən ar­tıq da­vam edən tor­paq­la­rı­mı­zın iş­ğa­lı pro­se­si­nə ta­rix­də ilk də­fə si­ya­si qiy­mət ver­mək cəh­di idi. La­kin Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin sü­qu­tu bu işin ba­şa çat­ma­sı­na im­kan ver­mə­di.

Za­qaf­qa­zi­ya­nın so­vet­ləş­mə­sin­dən öz çir­kin məq­səd­lə­ri üçün is­ti­fa­də edən er­mə­ni­lər 1920-ci il­də Zən­gə­zu­ru Azər­bay­ca­nın bir sı­ra di­gər tor­paq­la­rı­nı Er­mə­nis­tan SSR-in əra­zi­si elan et­di­lər. Son­ra­kı dövrdə bu əra­zi­lər­də ya­şa­yan azə­ri türklə­ri­nin de­por­ta­si­ya edil­mə­si si­ya­sə­ti­ni da­ha da ge­niş­lən­dir­mək məq­sə­di­lə ye­ni va­si­tə­lə­rə əl at­dı­lar. Bu­nun üçün on­lar SSRİ Na­zir­lər So­ve­ti­nin 23 de­kabr 1947-ci il "Er­mə­nis­tan SSR- kol­xoz­çu­la­rın baş­qa azər­bay­can­lı əha­li­nin Azər­bay­can SSR-in Kür-Araz ova­lı­ğı­na kö­çü­rül­mə­si haq­qın­da" xü­su­si qə­ra­rı­na 1948-1953-cü il­lər­də azər­bay­can­lı­la­rın öz ta­ri­xi tor­paq­la­rın­dan küt­lə­vi su­rət­də de­por­ta­si­ya­sı­na döv­lət sə­viy­yə­sin­də na­il ol­du­lar.

Er­mə­ni mil­lət­çi­lə­ri öz ha­va­dar­la­rı­nın kö­mə­yi­lə 50-ci il­lər­dən eti­ba­rən Azər­bay­can xal­qı­na qar­şı kəs­kin mə­nə­vi tə­ca­vüz kam­pa­ni­ya­sı­na baş­la­dı­lar. Keç­miş So­vet mə­ka­nın­da mün­tə­zəm şə­kil­də ya­yı­lan ki­tab, jur­nal qə­zet­lər­də mil­li mə­də­niy­yə­ti­mi­zin, klas­sik ir­si­mi­zin, me­mar­lıq abi­də­lə­ri­mi­zin ən nə­fis nü­mu­nə­lə­ri­nin er­mə­ni xal­qı­na mən­sub ol­du­ğu­nu sü­but et­mə­yə ça­lış­dı­lar. Ey­ni za­man­da, on­lar tə­rə­fin­dən bü­tün dün­ya­da azər­bay­can­lı­la­rın mən­fi ob­raz­la­rı­nı for­ma­laş­dır­maq cəhdlə­ri güc­lə­nir­di. "Ya­zıq, məz­lum er­mə­ni xal­qı­nın" su­rə­ti­ni ya­ra­da­raq əs­rin əv­və­lin­də re­gi­on­da baş ve­rən ha­di­sə­lər şü­ur­lu su­rət­də təh­rif olu­nur, azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rım tö­rə­dən­lər soy­qı­rım qur­ban­la­rı ki­mi qə­lə­mə ve­ri­lir­di.

Əs­rin əv­vəl­lə­rin­də ək­sər əha­li­si azər­bay­can­lı olan İrə­van şə­hə­rin­dən Er­mə­nis­tan SSR-in di­gər böl­gə­lə­rin­dən soy­daş­la­rı­mız tə­qib­lə­rə mə­ruz qa­la­raq küt­lə­vi su­rət­də qo­vu­lur­du. Azər­bay­can­lı­la­rın hü­quq­la­rı er­mə­ni­lər tə­rə­fin­dən ko­bud­ca­sı­na po­zu­lur, ana di­lin­də təh­sil al­ma­la­rı­na ən­gəl tö­rə­di­lir, on­la­ra qar­şı rep­res­si­ya­lar hə­ya­ta ke­çi­ri­lir­di. Azər­bay­can kəndlə­ri­nin ta­ri­xi ad­la­rı də­yiş­di­ri­lir, to­po­ni­mi­ka ta­ri­xin­də mis­li gö­rün­mə­yən qə­dim to­po­nim­lə­rin mü­a­sir er­mə­ni­lə­rə aid ad­lar­la əvə­zol­ma pro­se­si baş ve­rir­di.

Be­lə­cə, sax­ta­laş­dı­rıl­mış er­mə­ni ta­ri­xi gənc er­mə­ni­lə­rin şo­vi­nist ru­hun­da bö­yü­mə­si­nə zə­min ya­rat­maq üçün döv­lət si­ya­si sə­viy­yə­si­nə qal­dı­rı­lır­dı. Bö­yük hu­ma­nist ide­ya­la­ra xid­mət edən Azər­bay­can ədə­biy­ya­tı mə­də­niy­yə­ti ru­hun­da tər­bi­yə olun­muş ye­ni nəs­li­miz ekstre­mist er­mə­ni ide­o­lo­gi­ya­sı­nın tə­qib­lə­ri­nə mə­ruz qa­lır­dı. Azər­bay­can xal­qı­nın mə­nə­viy­ya­tı­na, mil­li qü­ru­ru­na mən­li­yi­nə yö­nəl­miş böh­tan­lar si­ya­si hər­bi tə­ca­vüz üçün ide­o­lo­ji zə­min ya­ra­dır­dı. Xal­qı­mı­za qar­şı apa­rı­lan soy­qı­rım si­ya­sə­ti­nin özü­nün si­ya­si-hü­qu­qi qiy­mə­ti­ni tap­ma­sı üçün ta­ri­xi faktlar so­vet mət­bu­a­tın­da er­mə­ni­lər tə­rə­fin­dən təh­rif olu­nur ic­ti­mai fi­kir çaş­dı­rı­lır­dı. Er­mə­ni­lə­rin So­vet re­ji­min­dən bəh­rə­lə­nə­rək hə­ya­ta ke­çir­di­yi 80-ci il­lə­rin or­ta­la­rın­da da­ha da güc­lə­nən an­ti­a­zər­bay­can təb­li­ğa­tı­na Azər­bay­can Res­pub­li­ka­sı­nın rəh­bər­li­yi vax­tın­da la­zı­mi qiy­mət ver­mə­di.

1988-ci il­dən or­ta­ya atı­lan qon­dar­ma Dağ­lıq Qa­ra­bağ konflik­ti­nin il­kin mər­hə­lə­sin­dən yüz min­lər­lə azər­bay­can­lı­nın öz ta­ri­xi tor­paq­la­rın­dan qo­vul­ma­sı­na res­pub­li­ka­da düz­gün si­ya­si qiy­mət ve­ril­mə­di. Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti­nin Er­mə­nis­tan SSR-in tər­ki­bi­nə da­xil edil­mə­si haq­qın­da er­mə­ni­lə­rin qey­ri-konsti­tu­si­on qə­ra­rı­nı Moskva­nın əs­lin­də bu vi­la­yə­ti Xü­su­si İda­rə­et­mə Ko­mi­tə­si va­si­tə­si­lə Azər­bay­ca­nın ta­be­li­yin­dən çı­xar­ma­sı­nı xal­qı­mız cid­di na­ra­zı­lıq­la qar­şı­la­dı mü­hüm si­ya­si ak­si­ya­la­ra əl at­maq məc­bu­riy­yə­ti qar­şı­sın­da qal­dı. Res­pub­li­ka­da ke­çi­ri­lən mi­tinqlər za­ma­nı tor­paq­la­rı­mı­zın iş­ğa­lı si­ya­sə­ti qə­tiy­yət­lə pis­lən­sə , Azər­bay­can rəh­bər­li­yi öz pas­siv möv­qe­yin­dən əl çək­mə­di. Məhz elə bu­nun nə­ti­cə­si ola­raq 1990-cı ilin yan­var ayın­da get­dik­cə güc­lə­nən xalq hə­rə­ka­tı­nı boğ­maq məq­sə­di­lə Ba­kı­ya qo­şun­lar ye­ri­dil­di, di­gər fi­zi­ki təz­yiq­lə­rə baş­lan­dı.

1992-ci ilin fev­ral ayın­da er­mə­ni­lər Xo­ca­lı şə­hə­ri­nin əha­li­si­nə mis­li gö­rün­mə­yən di­van tut­du­lar. Ta­ri­xi­mi­zə Xo­ca­lı soy­qı­rı­mı ki­mi həkk olu­nan bu qan­lı fa­ciə min­lər­lə azər­bay­can­lı­nın öz doğ­ma yur­dun­da məhv edil­mə­si, əsir alın­ma­sı, şə­hə­rin yer­lə-yek­san edil­mə­si ilə bit­di.

Mil­lət­çi-se­pa­rat­çı er­mə­ni­lə­rin Dağ­lıq Qa­ra­bağ­da baş­lat­dıq­la­rı avan­tü­rist hə­rə­ka­tın nə­ti­cə­si ola­raq bu gün bir mil­yon­dan ar­tıq soy­da­şı­mız er­mə­ni qəsbkar­la­rı tə­rə­fin­dən öz doğ­ma yurd-yu­va­sın­dan di­dər­gin sa­lı­na­raq ça­dır­lar­da ya­şa­ma­ğa məh­kum edi­lib. Əra­zi­mi­zin 20 fa­i­zi­nin er­mə­ni si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən iş­ğa­lı za­ma­nı min­lər­lə və­tən­da­şı­mız şə­hid olub, xə­sa­rət alıb.

Azər­bay­ca­nın XIX-XX əsrlər­də baş ve­rən bü­tün fa­ci­ə­lə­ri tor­paq­la­rı­nın zəb­ti ilə mü­qa­yi­sə olu­na­raq, er­mə­ni­lə­rin azər­bay­can­lı­la­ra qar­şı dü­şü­nül­müş, plan­lı su­rət­də hə­ya­ta ke­çir­di­yi soy­qı­rım si­ya­sə­ti­nin ay­rı-ay­rı mər­hə­lə­lə­ri­ni təş­kil edib. Bu ha­di­sə­lə­rin yal­nız bi­ri­nə - 1918-ci il mart qır­ğı­nı­na si­ya­si qiy­mət ver­mək cəh­di gös­tə­ri­lib. Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin va­ri­si ki­mi Azər­bay­can Res­pub­li­ka­sı bu gün onun axı­ra qə­dər hə­ya­ta ke­çi­rə bil­mə­di­yi qə­ra­rın mən­ti­qi da­va­mı ola­raq soy­qı­rım ha­di­sə­lə­ri­nə si­ya­si qiy­mət ver­mək bor­cu­nu ta­ri­xin hök­mü ki­mi qə­bul edir.

Bu gün Av­ro­pa Şu­ra­sın­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti öz prin­si­pi­al, ob­yek­tiv, qə­tiy­yət­li möv­qe­yi­ni nü­ma­yiş et­di­rə bi­lir, dün­ya­nın tə­rəq­qi­pər­vər qüv­və­lə­ri­nə hə­qi­qə­ti ol­du­ğu ki­mi çat­dır­ma­ğa səy gös­tə­rir ək­sər vaxtlar bu­na na­il olur. Bu­ra­da ha­di­sə­lər gös­tə­rir ki, Azər­bay­can xal­qı er­mə­ni hə­qi­qət­lə­ri, re­al­lıq­la­rı ilə de­yil, sax­ta, təh­rif olun­muş, mən­tiq­siz in­for­ma­si­ya blo­ka­da­sı ilə üz-üzə da­ya­nır. Bu in­for­ma­si­ya rə­qa­bə­tin­də hər bir Azər­bay­can öv­la­dı əlin­dən gə­lə­ni əsir­gə­mə­mə­li­dir. Biz bu yön­də er­mə­ni mə­sə­lə­si­nə da­ir təb­li­ğat təş­vi­qat işi­mi­zi dün­ya­nın ən nü­fuz­lu döv­lət­lə­ri­nin di­li­nə tər­cü­mə edə­rək yay­ma­lı­yıq. Bu­nun üçün öl­kə­miz­də­ki sə­fir­lik­lə­rin, da­i­mi nü­ma­yən­də­lik­lə­rin im­kan­la­rın­dan is­ti­fa­də et­mə­li­yik on­lar­la olan əla­qə­mi­zi Azər­bay­can hə­qi­qət­lə­ri­ni yay­maq na­mi­nə ge­niş­lən­dir­mə­li­yik. Hər hal­da, er­mə­ni sax­ta­kar­lı­ğı­na qar­şı mü­tə­şək­kil for­ma­da mü­ba­ri­zə apa­ra­raq haq­qın, əda­lə­tin bər­pa­sı­na na­il ol­ma­lı­yıq. Biz qon­şu­luq­da ki­fa­yət qə­dər məkrli, sax­ta­kar, xə­ya­nət­kar olan er­mə­ni­lə­rə öz oca­ğı­mız­da yer ver­mi­şik. Am­ma faktlar onu gös­tə­rir ki, biz be­lə bir bic mil­lə­tin hiy­lə­si­nə al­dan­mı­şıq. Er­mə­ni hiy­lə­si çox­la­rı­nı al­da­dıb, ço­xu­nun qəl­bi­ni köv­rəl­dib. Fə­qət hər za­man on­la­rın bu ya­lan­çı si­ma­sı açı­lıb. Bu da bir hə­qi­qət­dir ki, mər­hə­lə-mər­hə­lə ger­çək­ləş­di­ri­lən qey­ri-in­sa­ni si­ya­sət nə­ti­cə­sin­də azər­bay­can­lı­lar in­di Er­mə­nis­tan ad­lan­dı­rı­lan əra­zi­dən - min il­lər bo­yu ya­şa­dıq­la­rı öz doğ­ma ta­ri­xi-et­nik tor­paq­la­rın­dan di­dər­gin sa­lı­na­raq küt­lə­vi qətl qır­ğın­la­ra mə­ruz qa­lıb, xal­qı­mı­za məx­sus min­lər­lə ta­ri­xi-mə­də­ni abi­də ya­şa­yış məs­kə­ni da­ğı­dı­la­raq vi­ran edi­lib!

Er­mə­ni­lə­rin Cə­nu­bi Qaf­qa­za gəl­mə bir xalq ol­du­ğu­nu sü­but et­mək üçün ta­ri­xi hə­qi­qət­lər dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­lı­dır.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2016.- 14 oktyabr.- S.10