Qış aylarında Azərbaycana
ərəb turistlərlə yanaşı, rus turistlərinin
də gəlişi artmağa başlayıb
Turizmin inkişafı istiqamətində atılan addımlar xaricdən Azərbaycana getdikcə daha çox insanın səyahət etməsinə rəvac verir. Elə Azərbaycana gələn ərəb turistlərin say artımından bunu aydın görmək olar. Belə görünür ki, qış aylarında da Azərbaycana gələn xaricilərin sayında böyük artım olacaq. Özü də təkcə ərəb ölkələrindən yox, Rusiyadan da Azərbaycana böyük turist axını gözlənir.
Bu arada qeyd edək ki, Rusiyanın "kayak.ru" axtarış saytı bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib. Məlum olub ki, Rusiya sakinləri arasında ən populyar istirahət məkanı Azərbaycandır. Axtarış saytının məlumatına görə, Bakıya təyyarə ilə gedib-qayıtmaq rusiyalılara 7569 rubla başa gəlir. Tiflisə biletlərin qiyməti 13227 rubl, İrəvana isə 14079 rubldur. Uzaq ölkələr arasında populyar istiqamət Təl-Əvivdir. Bu şəhərə uçuşun qiyməti 19261 rubl təşkil edir. Məlumat üçün bildirək ki, "kayak.ru" müxtəlif turizm resursları üzrə axtarış saytıdır. Sayt və saytın mobil əlavəsi ildə 1,5 milyarddan çox turist sorğusunu cavablandırır. "The Prijeline Group"un müstəqil bölməsi olan şirkətin 20 dildə 40 beynəlxalq saytı fəaliyyət göstərir. Sayt rusiyalıların axtarış sorğularının təhlili əsasında populyar istiqamətləri müəyyən edir, eləcə də daha münasib variantlar təklif edir. Beləliklə bəlli olur ki, Azərbaycana gələn rus turistlərin sayında böyük artım olacaq.
Azərbaycanın qış turizm
potensialı ərəbləri də cəlb edir. Artıq Qəbələdə olan ərəb turistlərin sayında
artım qeydə alınır. Qusar istiqamətində
də çoxalma
var. Qarın yağması
ilə bu rayonlarda qış turizminə erkən
start verilib. Yerli və
xarici turistlərin
kanat yolu ilə dağlarda gəzintisi təşkil
edilir. Ərəb turistlər arasında
"Şahdağ" Qış-Yay
Turizm Kompleksi, Qəbələ və Quba rayonlarının popularylığı getdikcə
artır. Azərbaycanda ərəb turistlərin
istəklərinə uyğun
hər cür şəraitin mövcudluğu
isə bura gələnlərin sayını
artırır. Amma maraq
təkcə yuxarıda
qeyd olunan istiqamətlərə deyil.
Cənub rayonlarına gələn
xaricilərin də
sayı artır.
Amma cənub bölgəsinin
mövcud turizm infrastrukturunun inkişafı
bölgədəki rayonlar
arasında qeyri-bərabər
səviyyədədir. Belə ki, Lənkəranda 17, Masallıda
15, Astarada 2, Cəlilabadda
1, Yardımlıda 2, Biləsuvarda
2, Salyanda 1, Lerikdə
4, Neftçalada 1 qeydiyyatdan
keçmiş mehmanxana
və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda
2 otel tikilməkdədir.
Hesab olunur ki, tələb
artdıqca otellərin
sayı da çoxalacaq. Tələb isə artır. Belə ki, bu ilin
9 ayı ərzində
Azərbaycana gələn
xarici turistlərin
sayı 1 milyon 719
015 nəfərə çatıb.
Bununla keçən
ilin müvafiq dövrü ilə müqayisədə turist
sayı 169 430 nəfər
və ya 10,9% çox olub. Aparılan təbliğat işlərinin
gücləndirilməsi, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün
sadələşdirilmiş viza rejimindən istifadə imkanının
yaradılması Azərbaycana
gələn xarici turistlərin sayının
artmasına bundan sonra da təsir
göstərəcək. Hazırda Azərbaycana ərəb
ölkələrindən daha çox turist gəlir. Belə ki, cari ilin ilk 9 ayında təkcə Birləşmiş Ərəb
Əmirliklərindən Azərbaycana səyahət
edənlərin sayında
keçən ilin müvafiq dövrü ilə müqayisədə
34 dəfə artım
müşahidə edilib.
Digər tərəfdən,
keçən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində
Rusiya, Qazaxıstan,
İran və digər ölkələrdən
Azərbaycana gələn
turistlərin sayında
artım baş verib.
Bununla yanaşı, yay mövsümü ərzində
ölkə daxilində
istirahət edən
turistlərin sayında
da artım müşahidə edilib. Belə
ki, 2016-cı ilin yay mövsümü ərzində Azərbaycanın
regionlarında istirahət
edən yerli və xarici turistlərin sayı 751
353 nəfər olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə
23,5% artıb. Qış turizminin
inkiaşfı ilə
bağlı görülən
işlər isə bu fəsildə də turizm sektorunda artım olacağını göstərir.
"Tax free" sisteminin tətbiq edilməsi də burada mühüm rol oynayır. Xatırladaq ki, turizmin inkişafı ilə bağlı ölkədə
Turizm Şurası yaradılıb. Hesab olunur
ki, Turizm Şurasının 2017-ci ildə
fəaliyyətə başlaması
bu sahənin daha çox inkişaf etməsinə
şərait yaradacaq.
Tahir TAĞIYEV
Bakı xəbər.- 2016.- 26 oktyabr.- S.10