Hü­seyn Ca­vid ir­sin­də türkçü­lük azər­bay­can­çı­lı­ğın tər­kib his­sə­si ki­mi...

I ya­zı

Azər­bay­can ədə­biy­ya­tı­nın, fəl­sə­fi fi­kir ta­ri­xi­nin elə si­ma­la­rı var ki, on­lar hər za­man xa­tır­la­nır. De­mək is­tə­yi­rik ki, o şəx­siy­yə­lər üçün za­man an­la­yı­şı yox­dur, çün­ki hər za­man xa­tır­la­nır­lar. Mil­li-mə­nə­vi də­yər­lə­rin və bə­dii tə­fək­kü­rün zən­gin­ləş­di­ril­mə­sin­də xid­mə­ti olan da­hi­lə­rin ir­si bi­zə bö­yük ör­nək­dir.

24 oktyabr ta­ri­xin­də dün­ya­ya gə­lən da­hi şa­ir və dra­ma­turq, mil­li ro­man­tiz­min ba­ni­si Hü­seyn Ca­vid öz zən­gin bə­dii-fəl­sə­fi ir­si ilə Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xin­də mü­hüm rol oy­na­yan şəx­siy­yət­dir. Mə­lum­dur ki, da­hi şa­i­rin əsər­lə­ri mək­təb­li ye­ni­yet­mə­lə­rin mil­li-mə­nə­vi tər­bi­yə­sin­də, ədə­biy­ya­tı­mı­zın və azər­bay­can­çı­lıq məf­ku­rə­si­nin təb­li­ğin­də ədə­bi-fəl­sə­fi mən­bə ki­mi xü­su­si ak­tu­al­lıq kəsb edir. Hü­seyn Ca­vid də xal­qı­mı­zın ye­tir­di­yi bö­yük söz sə­nət­kar­la­rı və mü­tə­fək­kir­lə­ri ki­mi, özün­dən əv­vəl­ki mə­də­ni-mə­nə­vi xə­zi­nə­ni mə­nim­sə­yib və öz öl­məz fi­kir və ob­raz­la­rı ilə da­ha da zən­gin­ləş­di­rib. Məhz bu sə­bəb­dən da­hi Hü­seyn Ca­vi­din zən­gin ir­si­nin ye­ni­yet­mə və gənclər ara­sın­da təb­li­ği­ni məq­səd ki­mi qar­şı­ya qoy­muş la­yi­hə­nin re­al­laş­dı­rıl­ma­sı Azər­bay­can ədə­biy­ya­tı­nın təb­li­ği­nə bö­yük töh­fə ola­caq. Hü­seyn Ca­vid elə bir şəx­siy­yət­dir ki, onun ya­ra­dı­cı­lı­ğı bü­tün nə­sil­lər üçün ide­ya mən­bə­yi­dir.

Fəl­sə­fə üz­rə fəl­sə­fə dok­to­ru Va­hid Ömə­rov qeyd edir ki, türkçü­lük ide­ya­la­rı­nın alov­lu tə­rən­nüm­çü­lə­rin­dən bi­ri də Hü­seyn Ca­vid olub. Alim vur­ğu­la­yır ki, onun əsər­lə­rin­də türkçü­lük­lə azər­bay­can­çı­lıq vəh­dət təş­kil edir. Alim fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru Ay­bə­niz Kən­gər­li­dən si­tat gə­ti­rir: "XIX yü­zi­lin so­nu, XX yü­zi­lin əv­vəl­lə­rin­də ye­ti­şən türkçü­lər nəs­li­nin gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri ki­mi Hü­seyn Ca­vid tək­cə Azər­bay­can türklə­ri üçün yaz­mır­dı, bü­tün türk dün­ya­sı üçün ya­zır­dı, Ca­vid üçün türklük bir bü­töv idi, tam idi. Ümum­türk ədə­bi di­li­nin nə ol­du­ğu­nu an­la­maq üçün Hü­seyn Ca­vid əsər­lə­ri­nin di­li­nə bax­maq ki­fa­yət­dir".

Fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru A.Kən­gər­li qeyd edir ki, Hü­seyn Ca­vid üçün va­hid türk ədə­biy­ya­tı, va­hid türk mə­də­niy­yə­ti var­dı və o ədə­biy­ya­tın, mə­də­niy­yə­tin için­də Hü­seyn Ca­vid var­dı: "Şəx­sən mə­nə gö­rə, Hü­seyn Ca­vid­siz türk mə­də­niy­yə­ti ola bil­mə­di­yi ki­mi, türk mil­lə­ti də ola bil­məz. İs­ma­yıl Qas­pı­ra­lı­nı, Məm­məd Əmin Yur­da­qu­lu, Zi­ya Gö­yal­pı oxu­yan, ta­nı­yan, ca­nü-kö­nül­dən se­vən Os­man­lı tür­kü­nün Hü­seyn Ca­vi­di də on­lar qə­dər ta­nı­ma­ma­sı nə qə­dər acı­dır, ağı­la, mən­ti­qə sığ­ma­yan bir şey­dir...".

V.Ömə­rov qeyd edir ki, Ca­vid öm­rü türklük üçün, türklük yo­lun­da ya­şan­mış ömür­dür və bu hə­qi­qə­ti hər bir tür­kün an­la­ma­sı gün işı­ğı ki­mi ay­dın bir zə­ru­rət­dir...

Qeyd edi­lə­nə gö­rə, mil­lət öz bö­yük­lə­ri­ni ta­nı­yan­da bö­yük olur. Mil­lət Hü­seyn Ca­vid ki­mi da­hi­lə­rə ma­lik ol­du­ğu­nu an­la­yan­da, on­la­rı sev­mə­yi, də­yər­lən­dir­mə­yi ba­ca­ran­da mil­lət olur.

Alim ya­zır ki, XX əs­rin 60-cı il­lə­rin­də pan­tür­kist dam­ğa­sı vu­rul­du­ğu za­man Azər­bay­can mü­ha­cir ədə­biy­yat­şü­na­sı Mus­ta­fa Haq­qı Tür­kə­qul "Azər­bay­can türk şa­i­ri Hü­seyn Ca­vid" ad­lı də­yər­li bir əsər ya­zıb onu bir da­ha Tür­ki­yə­yə ta­nıt­dı: "A.Kən­gər­li 60-cı il­lər­də Mus­ta­fa Haq­qı Tür­kə­qul Os­man­lı tür­kü­nün də türklü­yün Hü­seyn Ca­vid ad­lı bö­yü­yü­nü, türk qan­lı, türk iman­lı əzə­mət­li da­hi­si­ni ta­nı­ma­ma­sı­nı yol­ve­ril­məz say­mış­dı və gec də ol­sa, Ca­vi­di Os­man­lı tür­kü­nə ta­nıt­maq işi­ni boy­nu­na gö­tür­müş­dü.

Mü­əl­lif ki­ta­bı, sa­də­cə, "Azər­bay­can türk şa­i­ri Hü­seyn Ca­vid" ad­lan­dır­mış­dı və o ta­ma­mi­lə haq­lı idi. Çün­ki Ca­vid tək­cə Azər­bay­can şa­i­ri de­yil və sa­yı­la da bil­məz, Ca­vid bü­tün türklü­yə məx­sus­dur, Ca­vid türk şa­i­ri­dir, bü­tün türklə­rin də onu öz mil­li şa­i­ri ki­mi ta­nı­ma­sı, sev­mə­si tə­bi­i­dir, va­cib­dir" - de­yə ya­zır. Mus­ta­fa Haq­qı bəy "Azər­bay­can türk şa­i­ri Hü­seyn Ca­vid" əsə­ri­ni ya­zan­da, bu işi gör­mək o qə­dər də asan de­yil­di - ən azı Ca­vid haq­qın­da ele­men­tar qay­naq, bil­gi əl­də et­mək prob­le­mi bu­na im­kan ver­mir­di. Yə­ni mü­əl­lif bu əsə­ri bi­zə mə­lum olan zən­gin qay­naq­lar əsa­sın­da yaz­ma­yıb. Am­ma bü­tün o məh­dud im­kan­lar da­xi­lin­də Mus­ta­fa Haq­qı bə­yin əsə­ri uğur­lu alın­mış­dı və o, Hü­seyn Ca­vi­di ol­du­ğu ki­mi ta­nıt­ma­ğa, qis­mən də ol­sa, mü­vəf­fəq ol­muş­du.

AMEA-nın müx­bir üz­vü Sə­la­həd­din Xə­li­lov Hü­seyn Ca­vi­din pan­tür­kist dam­ğa­sı ilə 1937-ci il­də həbs edi­lib sür­gün edil­di­yi­nə işa­rə edə­rək, onu ümu­mi­ləş­miş ha­di­sə ki­mi təq­dim edib ya­zır: "O dövrdə ya­şa­yan da­hi­lə­rin sim­vo­lik­ləş­miş qü­rub mə­qa­mı­na - 1937-ci ilə nə­zər sal­maq is­tər­dik. Nə qə­dər işıq­lı hə­yat­la­rın so­nu olan, özü ilə nə qə­dər par­laq si­ma­la­rı ya­ra­dı­cı dün­ya­dan qo­pa­rıb apa­ran ta­rix sal­na­mə­sin­də şəx­siy­yət­lə­rin və mil­liy­yət­lə­rin ta­le­yi­nə qəsd mə­qa­mı ki­mi qa­lan acı­lı-ağ­rı­lı hə­min 37-ci il, sən de­mə, tək­cə So­vet­lər çər­çi­və­sin­də yox, bü­tün pla­net­də - Şərqdə və Qərbdə, Şi­mal­da və Cə­nub­da - hər yer­də öz məş­hum mis­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir­miş".

V.Ömə­rov ya­zır ki, hə­min bu dəh­şət­li il­də Av­ro­pa­da fa­şiz­min tim­sa­lın­da gə­lə­cək fa­ci­ə­lə­rin tə­mə­li qo­yu­lur­du. Hər­bi­ləş­miş qüv­və­lər tə­pə­dən-dır­na­ğa qə­dər si­lah­lan­mış, bey­ni zə­hər­li gənclər tək­cə yə­hu­di­lə­ri de­yil, bü­tün par­laq dü­şün­cə sa­hib­lə­ri­ni sı­xış­dı­rıb qov­maq­dan, qət­lə ye­tir­mək­dən həzz alır­dı­lar. Haqq sö­zü­nü de­mə­yə ça­lı­şan­lar Av­ro­pa­nın mər­kə­zin­də bir yol­la, So­vet­lər­də isə baş­qa yol­la tə­qib olu­nur­du­lar, ma­hiy­yət isə ey­ni idi. İşıq­lı si­ma­lar qa­ba qüv­və­tin, dik­ta­tu­ra­nın qə­zə­bi­nə tuş gəl­miş­di. Bö­yük dü­şün­cə adam­la­rı, söz sa­hib­lə­ri ya qət­lə ye­ti­ri­lir, ya da Av­ro­pa­nın mər­kə­zin­dən Qər­bə, ora­dan da Ame­ri­ka­ya - uzaq Qər­bə doğ­ru, So­vet­lə­rin mər­kə­zin­dən isə Uzaq Şər­qə - Si­bir çöl­lə­ri­nə doğ­ru sı­xış­dı­rı­lır­dı­lar.

V.Ömə­rov vur­ğu­la­yır ki, la­kin ha­di­sə­lər for­ma­ca ey­ni, sim­met­rik ol­sa da, nə­ti­cə­lər fərqli ol­du: "Uzaq Şər­qə sür­gün edi­lən­lər "qa­ran­lıq" dün­ya­sı­na, uzaq Ame­ri­ka­ya qa­çıb ge­dən­lər isə "işıq" dün­ya­sı­na düş­dü­lər. Kim­lər­sə ya­ra­dı­cı­lıq­dan məh­rum edil­di, kim­lər­sə ya­ra­dı­cı­lıq üçün da­ha əl­ve­riş­li bir mü­hi­tə düş­dü. Qər­bin ye­ni in­ki­şaf po­ten­si­a­lı ya­ran­dı və onun ağır­lıq mər­kə­zi Av­ro­pa­dan Ame­ri­ka­ya köç­dü. ABŞ-ın tim­sa­lın­da bu gün dün­ya­da ən bö­yük güc mər­kə­zi olan if­rat Qərb ide­o­lo­gi­ya­sı və tex­no­lo­gi­ya­sı for­ma­laş­dı. Si­bir sindro­mu isə qo­ca Şər­qin dərdlə­ri­nə da­ha bir dərd gə­tir­di.

Bu gün nə Hit­ler var, nə də Sta­lin. La­kin par­laq si­ma­la­rın Şərqdən Qər­bə axı­nı ye­nə də da­vam edir. "SS" və "ÇK" öz işi­ni gör­dü, get­di. La­kin əsa­sı hə­lə o vaxt qo­yu­lan pro­ses­lə­rin tə­si­ri hə­lə də tam si­li­nib get­mə­yib. Bu gün dün­ya iki­qütblü yox, bir­qütblü­dür. Şər­qə sür­gün edi­lən­lər yox­dur, an­caq Qər­bə "kö­nül­lü" ge­dən­lər var və bu yo­lun yol­çu­la­rı ye­nə də işıq­lı si­ma­lar, par­laq zə­ka sa­hib­lə­ri­dir. Bu gün bu pro­se­sin adı də­yi­şib -"ağıl­la­rın axı­nı" olub.

Hə­min 1937-ci il­də Ca­vid Uzaq Şər­qə sür­gün edil­miş, kö­nül­lü Uzaq Qər­bə ge­dən M.İq­bal isə öm­rü­nü kö­nül­lü ba­şa vur­muş­du. Cüb­ran və Cab­bar­lı­nın isə bu müd­hiş ili göz­lə­mə­yə höv­sə­lə­lə­ri çat­ma­mış­dı. La­kin bu şəx­siy­yət­lə­ri bir­ləş­di­rən sa­də­cə il de­yil, hə­yat ama­lı, ta­le yo­lu, ide­ya ya­xın­lı­ğı­dır".

V.Ömə­rov bil­di­rir ki, bu fi­kir­lər S.Xə­li­lo­va aid­dir. O, həm­çi­nin, vur­ğu­la­yır ki, Şər­qin bö­yük mü­tə­fək­kir­lə­ri ilə mü­qa­yi­sə et­dik­dən son­ra Cab­bar­lı və Ca­vi­di mü­qa­yi­sə edə­rək, S.Xə­li­lov ya­zıb ki, bi­ri ide­ya­lar, ma­hiy­yət­lər dün­ya­sın­da qə­rar tu­tur və yer­də­ki­lə­rə sa­də bir tə­za­hür ki­mi ba­xır, o bi­ri yer­də olan­la­rın za­hi­ri pər­də­si­ni gö­tür­mək­lə ma­hiy­yə­ti də, ide­ya­nı da ger­çək hə­ya­tın özün­dən in­ti­xab et­mə­yə ça­lı­şır. S.Xə­li­lov ya­zıb: "Əs­lin­də, hər iki da­hi ey­ni bir yo­lu qət edir. Bi­ri sə­ma­dan enir, o bi­ri sə­ma­ya yük­sə­lir. Bi­ri hə­ya­tın ali mə­na zir­və­sin­dən hə­ya­tın di­bi­nə işıq sa­lır, o bi­ri hə­ya­tın di­bin­dən onun ali mə­na­sı­na doğ­ru in­san­lar­la bir­lik­də çox çə­tin bir yük­sə­liş yo­lu keç­mə­yə ça­lı­şır. Yol­lar ey­ni ol­sa da, səmtlər bir-bi­ri­nin ək­si­nə­dir. Əv­vəl­cə özü nu­ra ça­tıb, in­san­la­ra nur­dan pay ver­mək­lə, in­san­lar­la bir­lik­də nu­ra doğ­ru yü­rüş et­mək fərqli ha­di­sə­lər­dir. La­kin is­ti­qa­mət­lər fərqli ol­sa da, məq­səd­lər, mə­ram­lar ey­ni­dir.

Bə­li, hər iki ədib həm bö­yük mü­tə­fək­kir, fi­lo­sof, həm də gö­zəl sə­nət­kar­dır. La­kin kim əv­vəl­cə fi­lo­sof­dur, kim əv­vəl­cə sə­nət­kar? Bax, əsas fərq də bu­ra­da üzə çı­xır.

Ca­vid isə əv­vəl­cə­dən fi­lo­sof idi. O yük­sək təh­sil gör­müş, bir sı­ra fəl­sə­fi tə­lim­lər­dən xə­bər­dar olan və öz fəl­sə­fi kon­sep­si­ya­sı, ide­ya­la­rı olan və bu ide­ya­la­rı bə­dii yol­la, sə­nət va­si­tə­si­lə çat­dır­maq is­tə­yən bir sə­nət­kar idi. Ca­vid bir­ba­şa yük­sək mər­tə­bə­dən baş­la­yır. İde­ya­lar­dan baş­la­yıb hə­ya­tın özü­nə doğ­ru gə­lir.

Cab­bar­lı bir tə­bi­ət­şü­nas alim, ekspe­ri­men­ta­tor sə­yi, en­tu­zi­az­mı ilə ya­şa­dı­ğı mad­di dün­ya­nın iç üzü­nü ax­ta­rır, qı­rır, da­ğı­dır, sö­kür, ye­ni­dən qu­rur, ye­ni­dən sö­kür, bü­tün da­xi­li qat­la­rı alt-üst edir, açıb bi­zə gös­tə­rir, la­kin ye­nə əsil ma­hiy­yət de­yil, ye­ni bir pər­də, ye­ni bir il­lü­zi­ya, ye­ni bir ri­ya, ye­ni bir sax­ta­kar­lıq, haq­sız­lıq üzə çı­xır... Bəs ha­ra­da­dır hə­qi­qət? Bəs ma­hiy­yə­tə ne­cə çat­maq olar? Bax, bu su­al­lar bü­tün ay­dın­lı­ğı ilə göz­lə­ri­miz önün­də can­la­nır, la­kin elə bil ki, ca­vab ta­pıl­mır. "Se­vil"də çad­ra­nın atıl­ma­sı və gu­ya ma­hiy­yə­tin, hə­qi­qə­tin üzə çı­xa­rıl­ma­sı, "Oq­tay Eloğ­lu"nda pər­də­nin sö­kül­mə­si, di­var­la­rın iç üzü­nün gös­tə­ril­mə­si, "Od gə­li­ni"ndə hət­ta pal­tar­dan da xi­las ol­maq, adət-ənə­nə­nin də bu­xov­la­rın­dan azad ol­maq, is­la­mın da eh­kam­la­rı­na qar­şı çıx­maq cəhdlə­ri - müt­ləq azad­lıq ax­ta­rış­la­rı... Bü­tün bun­lar, tə­bii ki, uğur­la nə­ti­cə­lən­mir. On­da nə­dir bu ax­ta­rış­la­rın mə­na­sı? Mə­na elə ax­ta­rı­şın uğur­suz­lu­ğun­da­dır. Mən­fi ca­vab da bir ca­vab­dır.

Ca­vid isə lap əv­vəl­cə­dən ma­hiy­yət qa­tın­da əy­lə­şib bi­zim bu fa­ni (mad­di) dün­ya­da köl­gə­lə­rin oyu­nu­nu iz­lə­yir. La­kin oxu­cu hə­min bu fa­ni dün­ya­nın için­də ol­du­ğun­dan, onu ma­hiy­yət qa­tı­na qal­dır­maq, ide­ya­lar alə­mi­nə yük­səltmək və bu­ra­da­kı mət­ləb­lə­ri ona çat­dır­maq o qə­dər də asan iş de­yil.

Ca­vid üçün əsas məq­səd ide­ya­nı çat­dır­maq­dır. Bə­dii üsul və təh­ki­yə ola bil­sin ki, hət­ta tə­sa­dü­fi se­çil­miş va­si­tə­lər­dir. Yə­ni əsas in­ki­şaf xət­ti ide­ya ilə bağ­lı ol­du­ğun­dan, ha­di­sə­lər son­ra­dan se­çi­lir və bu ide­ya­nın tə­ka­mü­lü­nə uy­ğun­laş­dı­rı­lır. Ca­vid irə­li­cə­dən qoy­du­ğu bir fəl­sə­fi ide­ya­nın bə­dii yol­la açı­lı­şı­na ça­lı­şar­kən ca­ri, ger­çək ha­di­sə­lər­dən da­ha çox ta­ri­xi möv­zu­la­ra və rə­va­yət­lə­rə mü­ra­ci­ət edir. Bu möv­zu­lar ümum­bə­şə­ri möv­zu­lar­dır. Konkret za­man və mə­kan­la bağ­lı de­yil. Hət­ta ta­rix­də hə­qi­qə­tən mə­lum olan ha­di­sə­lər də konkret za­man-mə­kan mü­əy­yən­li­yin­dən, döv­rün spe­si­fik xü­su­siy­yət­lə­rin­dən, mil­li et­noq­ra­fik mün­də­ri­cə­dən azad olu­nur, bü­tün bun­lar an­caq rəmzlər­lə təq­dim edi­lir və təh­ki­yə an­caq ide­ya­nın açı­lı­şı­na xid­mət edir. San­ki bə­dii xa­rak­ter də, mil­li ko­lo­rit də ar­xa pla­na ke­çir və ide­ya­nın in­ki­şaf yo­lu­nu köl­gə­də qoy­ma­maq üçün bir fon ro­lu­nu oy­na­maq­la ki­fa­yət­lə­nir. Yə­ni Ca­vid­də ha­di­sə­lər ikin­ci plan­da­dır, fo­kus­dan kə­nar­da­dır və bu­ra­da hər han­sı de­ta­lın elə bir əhə­miy­yə­ti yox­dur. Məhz ona gö­rə­dir ki, mad­di re­a­lizm müs­tə­vi­sin­də, konkret­lik priz­ma­sın­da Ca­vid ya­ra­dı­cı­lı­ğı tən­qi­də tab gə­tir­mir".

Qeyd edi­lə­nə gö­rə, Mus­ta­fa Haq­qı Ca­vi­din so­vet re­ji­mi za­ma­nı mil­liy­yət­çi və və­tən­pər­vər ide­ya­la­rı təb­liğ et­di­yi­nə gö­rə tə­qib edil­di­yi­ni gös­tə­rir: "Le­ni­nin Çar­lıq Ru­si­ya­sı məh­ku­mu mil­lət­lə­rə "Tə­yi­ni-mü­qəd­də­rat" haq­qı vəd et­mə­si­nə rəğ­mən, mə­lum ol­du­ğu üz­rə, bol­şe­vik or­du­la­rı 1920-ci ilin ap­re­lin­də Azər­bay­ca­nı iş­ğal et­di­lər". Bu za­man Ca­vid Azər­bay­ca­nın mər­kə­zi Ba­kı şə­hə­rin­də idi. Bu­na gö­rə də iş­ğa­lın ilk anın­dan eti­ba­rən Azər­bay­ca­nın mər­kə­zin­də cə­rə­yan edən ha­di­sə­lə­rin  şa­hi­di ol­muş­du. Azər­bay­ca­nın rus or­du­la­rı tə­rə­fin­dən ye­ni­dən iş­ğa­lı hər kəs üçün göz­lə­nil­məz bir ha­di­sə ol­du. Bu ha­di­sə yal­nız Ca­vid ki­mi mil­liy­yət­çi və və­tən­pər­vər mü­nəv­vər­lə­ri de­yil, hət­ta Azər­bay­ca­nın iş­ğa­lın­da bol­şe­vik­lə­rə ön ayaq ol­muş yer­li kom­mu­nistlə­ri be­lə şa­şırtdı. Çün­ki iş­ğa­lın ilk gün­lə­rin­dən eti­ba­rən Azər­bay­ca­nın mu­zey­lə­ri, ki­tab­xa­na­la­rı, bank və s.-lə­ri yağ­ma edi­lib Moskva­ya da­şı­nır, Azər­bay­ca­nın min­lər­cə yurdse­vər öv­lad­la­rı sor­ğu­suz-su­al­sız öl­dü­rü­lür­dü. Kom­mu­nist iş­ğal­çı­la­rın ilk gör­dü­yü iş­lər­dən bi­ri də bü­tün mət­bu­a­ta əl qoy­maq və nəşr edi­lən hər dür­lü qə­zet, dər­gi, bro­şur və ki­tab­la­rı sı­xı sen­zu­ra­ya ta­be et­mək ol­du. Be­lə bir və­ziy­yət­də bir çox azər­bay­can­lı ya­zar­lar ki­mi Ca­vi­də də sus­maq­dan baş­qa bir şey qal­mır­dı...".

Da­hi Hü­seyn Ca­vid və­tən üçün çox bö­yük iş­lər gö­rüb. Onun ya­rat­dı­ğı söz xə­zi­nə­si azər­bay­can­çı­lıq və türkçü­lü­yün vəh­də­tin­dən möh­tə­şəm abi­də­yə çev­ri­lib.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 28 oktyabr.- S.15