Tarixdə iz buraxalar: Məhdimqulu

Əl­də edi­lən mən­bə­lər­də şa­i­rin adı da­im Məh­dim­qu­lu ola­raq ke­çir. Şa­ir haq­qın­da rə­va­yət şək­lin­də an­la­dı­lan­lar­da da baş­qa bir is­mə rastlan­mır. Çox gü­man ki, məş­hur şa­i­ri­miz uşaq­lıq il­lə­rin­dən bu ad­la anı­lıb, şe­ir­lə­rin­də də bu ad­dan is­ti­fa­də edib. An­caq biz bu adın şa­i­rə lə­qəb ola­raq ve­ril­di­yi qə­na­ə­tin­də­yik. Çün­ki ad ver­mə ənə­nə­si­nə gö­rə, do­ğul­du­ğun­da şa­i­rə baş­qa bir ad ve­ril­miş ol­ma­lı­dır. Son­ra­dan isə Məh­dim­qu­lu adı o qə­dər məş­hur­la­şıb ki, şa­i­rə uşaq­lı­ğın­da ve­ri­lən adı yad­dan çı­xa­rıb.

Türkmən­lə­rin da­hi şa­i­ri Məh­dim­qu­lu­nun ya­şa­dı­ğı dövr də­qiq ta­rix­lər­lə bi­lin­mir. 1988-ci il­də ərəb hərflə­ri­lə nəşr edi­lən "Məh­dim­qu­lu" ad­lı əsər­də şa­i­rin təx­mi­nən 1733-1783-cü il­lər ara­sın­da ya­şa­dı­ğı bil­di­ri­lir. Türkmə­nis­tan­da şa­i­rin do­ğul­du­ğu il 1733, və­fat et­di­yi il isə 1783-cü il ola­raq qə­bul edi­lir. Hət­ta 1983-cü il­də Türkmə­nis­tan­da şa­i­rin 250 il­li­yi ke­çi­ri­lib.

Məh­dim­qu­lu məş­hur türkmən şa­i­ri Döv­lət Aza­di­nin oğ­lu­dur. Uşaq­lı­ğın­da ata­sı­nın el­min­dən və şa­ir­li­yin­dən qay­naq­la­nıb edib. O, Bu­xa­ra­da və Xi­və­də yax­şı məd­rə­sə təh­si­li gö­rüb, ərəb­cə­ni, farsca­nı və ədə­bi Şərq türkcə­si­ni öy­rə­nib, Ni­za­mi, Sə­di, Fü­zu­li, Nə­vai ki­mi türkcə­nin və farsca­nın klas­sik­lə­ri­ni təd­qiq edib. Dün­ya­ya gəl­di­yi yer Xə­zər də­ni­zi­nin cə­nub-şərq is­ti­qa­mə­tin­dən də­ni­zə tö­kü­lən Te­rek ça­yı ya­xın­lı­ğın­da­dır. Şa­ir Türkmə­nis­ta­nı, Öz­bə­kis­ta­nı, Əf­qa­nıs­ta­nı və İra­nın bir qis­mi­ni gə­zib-do­laş­sa da, hə­ya­tı­nın bö­yük his­sə­si­ni türkmən­lə­rin ara­sın­da ke­çi­riş vəb təx­mi­nən 1783-cü il­də və­fat edib.

Şah­mə­həm­məd Qən­di­mov: "Əgər türkmən klas­sik ədə­biy­ya­tı­nı bö­yük bir xır­man ola­raq göz önü­nə gə­tir­sək, Məh­dim­qu­lu­nun sə­tir­lə­ri bu xır­ma­nın sə­si­ni tək­ba­şı­na mey­da­na gə­ti­rər,"- de­yib. Hə­qi­qə­tən də, bu gün Məh­dum­qu­lu türkmən ədə­biy­yat­çı­la­rı­nın, hət­ta bü­tün türkmən­lə­rin "xə­li­fə­si" ola­raq gö­rü­lür. Türkmən­lər Məh­dim­qu­lu­dan hör­mət­lə bəhs edir­lər. Bu­nun sə­bə­bi isə Məh­dim­qu­lu­nun sa­də­cə türkmən ədə­biy­ya­tı­nın ən bö­yük şa­i­ri ol­ma­sı de­yil, ey­ni za­man­da ya­şa­dı­ğı dövrdən bu gü­nə qə­dər­ki ide­al bir türkmən ti­pi­nə hə­lə XVIII əsrdə təm­sil­çi­lik et­miş ol­ma­sı­dır. Şa­ir bir tə­rəf­dən ənə­nə­vi türkmən ədə­biy­ya­tı­nın şe­ir for­ma­sı­na uy­ğun ola­raq yaz­dı­ğı şe­ir­lər­də o za­ma­nın türkmən ru­hu­nu əks et­di­rib, di­gər tə­rəf­dən 150 il son­ra hə­ya­ta ke­çə­cək türkmən bir­li­yi­nin rö­ya­sı­nı gö­rüb. Məh­dim­qu­lu­nun şe­i­rin­də XVIII əs­rin türkmən hə­ya­tı bir tab­lo ha­lın­da gö­rü­lə bi­lər. Biz döv­rün so­si­al və si­ya­si prob­lem­lə­ri­ni araş­dır­maq is­tə­yən­lə­rin Məh­dim­qu­lu­nun şe­ir­lə­ri­nə də mü­ra­ci­ət et­mə­li ol­du­ğu dü­şün­cə­sin­də­yik.

Məh­dim­qu­lu­nun şe­ir­lə­rin­də türkmən­lə­ri cəlb edən cə­hət­lər­dən bi­ri də türkmən hə­ya­tı­nı əks et­di­rər­kən türkmə­nin mərdli­yi­ni və igid­li­yi­ni təs­vir et­mə­si­lə onun qü­ru­ru­nu yük­sək­lə­rə qal­dır­ma­sı­dır.

Şa­i­rin ədə­bi şəx­siy­yə­ti­ni ələ alar­kən onun di­li üzə­rin­də dur­maq la­zım­dır. Məh­dim­qu­lu­dan əv­vəl­ki klas­sik türkmən şa­ir­lə­ri və şəx­sən şa­i­rin ata­sı Döv­lət Məh­məd Aza­di həm dil, həm də üs­lub ola­raq klas­sik Ça­ğa­tay ədə­biy­ya­tı­nın tə­si­rin­də əsər ya­zıb. Bu şe­ir­lə­rin di­li can­lı türkmən şi­və­sin­də de­yil, ogün­kü klas­sik türk ədə­biy­ya­tı­nın di­li­nə da­yan­maq­da­dır. An­caq Məh­dim­qu­lu, klas­sik ədə­biy­ya­tı, xü­su­si­lə də Nə­va­i­ni çox yax­şı bil­mə­si­nə bax­ma­ya­raq, şe­i­ri­ni türkmən di­lin­də və türkmən­lə­rin an­la­yıb mə­nim­sə­yə­cə­yi bir tərzdə ya­zıb. Məh­dim­qu­lu­nun şe­ir­lə­rin­də­ki dil hər han­sı bir türkmə­nin asan­lıq­la an­la­ya bi­lə­cə­yi sa­də bir dil, üs­lu­bu da ey­ni şə­kil­də türkmən tə­səv­vü­rü­nə uy­ğun sa­də bir üs­lub­dur.

Məh­dim­qu­lu­nun şe­ir­lə­ri­nin xalq ara­sın­da söy­lən­mə­si   əz­bər­lən­mə­si onun şe­ir­lə­rin­də­ki məz­mun və sə­nət üs­tün­lü­yü ilə bə­ra­bər, Də­də Qor­qud tə­bi­ri­lə, "ozan di­li­nin çe­vik­li­yi" sa­yə­sin­də­dir. 

Onun şe­ir­lə­rin­də məz­mun ola­raq yax­şı in­san­la pis in­sa­nın, mərdlə na­mər­din, gö­zəl­lə çir­ki­nin mü­qa­yi­sə­si ge­niş yer alır. Şa­ir bir çox şe­i­rin­də in­san­la­rı yax­şı­lı­ğa və doğ­ru­lu­ğa ça­ğı­rır, haqq di­nin tə­lə­bi­ni ye­ri­nə ye­tir­mə­yə də­vət edir. Bir dər­viş əda­sı ilə xal­qı ir­şad et­mə­yə ça­lı­şan Məh­dim­qu­lu­nu prof.Fu­ad Köp­rü­lü Yə­sə­vi tə­qib­çi­si bir Nəq­şi­bən­di şey­xi ola­raq gö­rür.

Bü­tün Tür­küs­tan­da ya­şa­dı­ğı za­man­dan gü­nü­mü­zə qə­dər çox də­rin tə­sir­li bir iz bu­ra­xan Əh­məd Yə­sə­vi­nin Məh­dim­qu­lu­nu da tə­sir­lən­dir­mə­si tə­bi­i­dir. Şa­ir özü də "...İq­lim sa­hi­bi Əh­məd Yə­sə­vi" de­yə­rək bu­nu təs­diq edir. Gün­də­lik hə­yat­dan il­ham ala­raq yaz­dı­ğı par­ça­lar­da Azər­bay­can və Ana­do­lu­nun aşiq­lə­ri ki­mi mə­həl­li mən­zu­mə­lər əmə­lə gə­ti­rən bu şa­ir tə­səv­vü­fi-əx­la­qi şe­ir­lə­rin­də də ta­ma­mi­lə Əh­məd Yə­sə­vi­nin ruh və əda­sı­nı gös­tə­rir: dün­ya­nın fa­ni­li­yi­ni, mö­min­lə­rə axi­rət üçün ça­lış­ma­ğın la­zım gəl­di­yi­ni, Al­lah eş­qi ilə qəl­bi­nin çarpdı­ğı­nı, haqq yo­lun­da qəm çə­kən hə­qi­qi dər­viş­lər­lə yol­daş­lıq et­mək is­tə­di­yi­ni bil­di­rir; iba­dət və ita­ət lü­zu­mu­nu, fə­na­lıq­lar­dan çə­kin­mə­yi, yax­şı xa­siy­yət­lə­rə sa­hib ol­ma­ğın la­zım ol­du­ğu­nu və da­ha bir ne­çə əx­la­qi əsas­la­rı öy­rət­mə­yə ça­lı­şır. Hal­bu­ki bu, ta­ma­mi­lə "Di­va­ni-hik­mət­də nə­si­hət edi­lən şey­lər­dir. Be­lə­cə, açıq-ay­dın gö­rü­nür ki, Xo­ca Əh­məd Yə­sə­vi türkmən­lə­rin xalq şa­i­ri­nə də güc­lü tə­sir gös­tə­rib.

Di­ni və tə­səv­vü­fi dü­şün­cə­nin tə­məl­lə­rin­dən olan bu dün­ya­nın fa­ni­li­yi mə­sə­lə­si Məh­dim­qu­lu­nun şe­ir­lə­rin­də çox iş­lə­nən bir möv­zu­dur. İn­san oğ­lu bu dün­ya­dan ne­cə ol­sa kö­çə­cək. Ona gö­rə in­san dün­ya ma­lı­na o qə­dər də ta­mah sal­ma­ma­lı, axi­rə­ti qa­zan­ma­lı­dır:

"Məh­dim­qu­lu, imiş bu dün­ya fa­ni,

Fa­ni­ni qoy, axi­rət de­yib qoy ca­nı,

Öm­rü­nü ve­rib sa­tın al­ma dün­ya­nı,

Bu dün­ya­nın di­bi gö­rü­nüb du­rub­dur..."

Məh­dim­qu­lu­nun şe­ir­lə­rin­də yax­şı in­san-pis in­san mü­qa­yi­sə­si çox yer tu­tur. Da­hi şa­ir şe­ir­lə­rin­də yax­şı in­sa­nın üs­tün vəsflə­ri­ni, pis in­sa­nın zə­if cə­hət­lə­ri­ni or­ta­ya qo­yur. Məh­dim­qu­lu­nun şe­ir­lə­rin­də yax­şı in­san mərd, pis in­san isə na­mərd de­yə di­lə gə­ti­ri­lir. Mərd in­san hər şey­dən əv­vəl kəl­mə­nin mə­na­sı­na uy­ğun ola­raq cə­sur, da­va­dan qorxma­yan bir şəxsdir. Mərd in­san yax­şı­lıq se­vən, əda­lət­li, sirr sax­la­yan və oba­ya xey­ri də­yən bir şəxsdir. Na­mərd isə qor­xaq, da­va­dan qa­çan, ri­ya­kar, sirr sax­la­ma­yan və al­çaq bir şəxsdir.

"Mərd igid mərd yer­dən ye­ti­şər,

Na­mərd əs­lin­də mərd ol­maz,

Qur­dun gö­zün­də od ya­nar,

Çaq­qal-tül­kü qurd ol­maz..."

Alə­mi Ər­vah­da, o ruh­lar alə­min­də­ki Yu­nus Əm­rə, Ko­roğ­lu, Da­da­loğ­lu və Qa­ra­ca­oğ­lan bir ara­ya gə­lə­rək be­lə de­yib­lər: "XVIII əsrdə Türkmən elin­də uca di­lək­li, qəh­rə­man ürək­li, ge­niş qəlbli, di­li hü­nər­li Məh­dim­qu­lu adın­da bir adam or­ta­ya çı­xa­caq. Ona əl ve­rək, yol ve­rək, sö­zü­müz­dən, sa­zı­mız­dan, şe­ir sə­nə­ti­miz­dən ona da pay gön­də­rək. "Ana­do­lu­nun söz us­ta­la­rı be­lə da­nı­şar­kən, ya­xın­la­şan Qor­qud ata da bir-iki söz söy­lə­yib və ba­xaq gö­rək nə de­yib: "Al­la­hın iz­ni ilə mən də Məh­dim­qu­lu di­li ilə səs­lə­nə­cə­yəm!.."

Yu­nus Əm­rə boy­nu­nu bü­kə­rək be­lə de­yib:

- Sev­gi, bir­lik tə­rəf­da­rı­yam, mən sev­gi və bir­lik ver­dim Məh­dim­qu­lu şe­ir­lə­ri­nə.

At üs­tün­də do­ğul­muş Ko­roğ­lu bir əlin­də qı­lınc, bir əlin­də saz:

- Mən igid­li­yə sev­da­lı mey­dan əs­gə­ri­yəm. Mərd da­ya­nar, na­mərd qa­çar mey­da­nım­dan. Məh­dim­qu­lu­nun şe­ir­lə­ri­nə igid­cə de­yiş­mə­lər ve­rə­cə­yəm, - de­yib.

Da­da­loğ­lu əlin­də­ki sa­zı­nı si­nə­si­nə sı­xıb:

- Mən də Ko­roğ­lu qar­da­şım ki­mi­yəm. Əs­gər mey­da­nı­nın di­li­yəm! Nə var­sa qoş­ma­la­rım­da, ver­dim get­di Məh­dim­qu­lu­ya, - de­yib.

Qa­ra­ca­oğ­lan da ət­ra­fı­na ba­xıb, söz sı­ra­sı­nın ona gəl­di­yi­ni an­la­yıb və ba­şı­nı əyə­rək ya­vaş-ya­vaş ba­xaq gö­rək nə de­yib:

- Ağa­lar, mən gö­zə­li se­və­rəm, gö­zəl olan nə var­sa onun üçün söy­lə­rəm: qa­ra göz­lü, in­cə bel­li, kək­lik ayaq­lı, in­ci diş­li gö­zəl­lə­rə... Uca zir­və­li dağ­la­ra, gö­zəl el­lə­rə söy­lə­rəm... Məh­dim­qu­lu­ya ve­rə­cə­yim sa­də­cə bun­lar­dır.

Ozan­la­rın söz­lə­ri bi­tin­cə hər kəs Də­də Qor­qu­da ba­xıb. Qor­qud ata əv­vəl saq­qa­lı­nı sı­ğal­la­yıb, xey­li vaxt in­cə-in­cə dü­şü­nüb, son­ra be­lə de­yişb:

- Gö­zəl söz ya­ra­şır oza­na əl­də qo­puz olun­ca. Ozan nə et­sin baş­da döv­lət ol­ma­yın­ca! Mən bu gə­lim­li-ge­dim­li dün­ya­da Məh­dim­qu­lu­ya döv­lət sev­gi­si ver­dim...

Be­lə­cə, söy­ləş­mə­dən son­ra o söz us­ta­la­rı vi­da­la­şıb ay­rı­lıb­lar.

XVIII əsrdə türkmən eli­nə sev­gi, bir­lik, igid­lik bu­lu­du ola­raq axır Məh­dim­qu­lu... Döv­lət ol­ma­nın uca­lı­ğı kö­nül­lər­də cü­cə­rir. Onun söz­lə­ri­lə əs­gər­lər da­ha da qəh­rə­man­la­şır, bir­li­yin gə­ti­rə­cə­yi di­ri­lik da­nı­şı­lır türkmən oba­la­rın­da... Məh­dim­qu­lu mərdli­yi şe­ir­lə­rin qa­nad­la­rı­na ta­xar, uçu­rar türkmən eli­nin uc­suz-bu­caq­sız səh­ra­la­rın­da.

Bu hü­nər Məh­dim­qu­lu­da ata hə­diy­yə­si bir xü­su­siy­yət­dir. Onun ata­sı Döv­lət Məh­məd aza­di­lə­rin dü­şün­cə­li ali­mi olub. Ba­ba­sı Məh­dim­qu­lu Yo­na­cı isə mis­ra­lar­da dü­şü­nür, şe­ir­lə söy­lə­şir­di. Ulu­lar nə de­miş­lər: "İn­san ata­da gör­dü­yü­nü gö­tü­rər..." Məh­dim­qu­lu­nun ata­sı Döv­lət Məh­məd oğ­lu­nun yax­şı təh­sil al­ma­sı­na xü­su­si fi­kir ve­rib, onu məd­rə­sə­lər­də oxu­dub.

Məh­dim­qu­lu ərəb və fars dil­lə­ri­ni öy­rə­nib. Ədə­biy­ya­tın bü­tün sir­lə­ri­ni qav­ra­yıb. O, türk di­li­nin us­ta şa­ir­lə­ri­nin şe­ir­lə­ri ilə bəs­lə­nir. Nə­va­i­ni bi­lir, Ni­za­mi və Fü­zu­li ilə ta­nış olur. Ulu Türk eli­ni do­la­şır, türk xalqla­rı­nın ya­şa­dı­ğı yer­lə­ri gə­zir, Hin­dis­ta­na qə­dər ge­dir. Gün gə­lir, gör­dük­lə­ri­ni və bil­dik­lə­ri­ni şe­ir dəz­ga­hın­da to­xu­yur. Son­ra qəl­bi­nin bü­tün güm­rah­lı­ğı ilə bun­la­rı xal­qı­na aşı­la­ya­raq, on­la­rı bir­li­yə, döv­lət ol­ma­nın ulu­lu­ğu­na ça­ğı­rır. On­la­ra, mü­ha­ri­bə et­mək la­zım gə­lər­sə, ürək­dən sa­vaş­ma­ğı, mər­da­nə vu­ruş­ma­ğı, əs­gər­cə do­yüş­mə­yi töv­si­yə edir.

Bu gün Məh­dim­qu­lu­nun türkmən­lər ara­sın­da se­vil­mə­si­nin və ucal­dıl­ma­sı­nın sə­bəb­lə­rin­dən bi­ri də onun üs­tün sə­nət­kar­lı­ğı ilə ya­na­şı, ya­şa­dı­ğı dövrdə türkmən­lə­rin mə­nə­vi gü­cü­nü yük­səltmə­si və bir­li­yə ça­ğır­ma­sı­dır. Məh­dim­qu­lu­nun özün­dən son­ra gə­lən bü­tün türkmən şa­ir­lə­ri­nə tə­sir et­di­yi­ni de­sək, səhv et­mə­rik. Məh­dim­qu­lu­nun şe­ir­lə­ri­nin xalq ara­sın­da ya­yıl­ma­sı çox ge­niş­miq­yas­lı olub. Onun şe­ir­lə­ri­ni eh­ti­va edən ki­tab­lar­dan ən həcmli­si şa­i­rin 250-ci do­ğum ili mü­na­si­bə­ti­lə 1983-cü il­də nəşr edi­lən iki cildlik ki­tab­dır. Bu ki­tab­da 498 şe­ir top­la­nıb.

Al­lah sev­gi­si Məh­dim­qu­lu­nun ürə­yin­də taxt qur­muş­du. O, ən gö­zəl şer­lə­rin­də bu eş­qi di­lə gə­ti­rir... 1780-ci il­də əbə­diy­yə­tə kö­çən bu ulu şa­i­rin ru­hu şad ol­sun.

Fazil QARAOLU professor

Bakı xəbər.- 2016.- 28 oktyabr.- S.13