Azərbaycan mədəniyyət tarxi və azəbaycançılıq...

Azər­bay­can mə­də­niy­yə­ti­nin əsas il­ham­ve­ri­ci qüv­və­si Azər­bay­can xal­qı və azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­dır. Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın şü­ur­lar­da, yad­daş­lar­da yer tut­ma­sı üçün mi­nil­lər bo­yu mə­də­niy­yə­ti­miz çər­çi­və­sin­də bö­yük iş­lər gö­rü­lüb. Azər­bay­can­çı­lıq mə­də­niy­yə­ti­mi­zin hər bir sa­hə­sin­də özü­nü gös­tə­rir.

Azər­bay­can döv­lə­ti­nin mə­də­niy­yət si­ya­sə­ti­nin ana xət­ti­nə çev­ri­lən azər­bay­can­çı­lıq ge­niş sə­viy­yə­də təb­liğ edi­lir. Bu gün ki­no, te­atr, ədə­biy­yat-in­cə­sə­nət və baş­qa sa­hə­lər­də azər­bay­can­çı­lıq ide­ya­sı­nı tə­rən­nüm edən əsər­lə­rə yer ve­ri­lir. Azər­bay­can döv­lət­çi­li­yi­nin özə­yi­ni təş­kil edən azər­bay­can­çı­lıq döv­lət­çi bir ide­o­lo­gi­ya ola­raq mə­də­niy­yə­tin, el­min bü­tün sa­hə­lə­ri­nə si­ra­yət edir.

Azər­bay­can mə­də­niy­yə­ti bö­yük ta­ri­xi in­ki­şaf yo­lu ke­çə­rək gü­nü­mü­zə qə­dər gə­lib ça­tıb. Mil­li-mə­nə­vi də­yər­lər, mad­di nü­mu­nə­lər za­man-za­man ci­la­la­na­raq dün­ya­nın ən zə­rif, fü­sun­kar mə­də­niy­yət ör­nək­lə­ri ki­mi qə­bul edi­lir. 

Sə­nət­şü­nas­lar ya­zır ki, Azər­bay­can­da ya­şa­yan xalqla­rın və ta­ri­xən möv­cud ol­muş döv­lət­lə­rin mə­də­niy­yə­ti za­man-za­man öy­rə­ni­lib. Azər­bay­can­da mə­də­niy­yə­tin in­ki­şa­fı­na ta­ri­xən re­gi­on­da baş ve­rən ic­ti­mai-si­ya­si ha­di­sə­lər və Azər­bay­ca­nın Şərqlə Qər­bi bir­ləş­di­rən əra­zi­də yer­ləş­mə­si­nin tə­sir et­di­yi qeyd edi­lən ya­zı­lı mən­bə­lər­də vur­ğu­la­nır ki, XIV-XV əsrlər­də Azər­bay­can­da ya­şa­yan əsas xal­qın-Azər­bay­can türk et­no­su­nun for­ma­laş­ma­sı ilə Azər­bay­can mə­də­niy­yə­ti in­ki­şaf edib. Təd­qi­qat­çı­lar ya­zır ki, sta­bil mər­kəz­lə­ri ol­ma­yan bu mə­də­niy­yə­ti bə­zi dövrlər­də Os­man­lı mə­də­niy­yə­tin­dən fərqlən­dir­mək çə­tin­dir. XV əsrdə Azər­bay­can mə­də­niy­yə­ti­nin iki mər­kə­zi for­ma­la­şır: Cə­nu­bi Azər­bay­can və Aşa­ğı Qa­ra­bağ. XVI-XVIII əsrlər­də bu mə­də­niy­yət mər­kəz­lə­ri­nin for­ma­laş­ma­sı ba­şa ça­tır. Mə­lu­mat­la­ra gö­rə, XIV-XV əsrlər­də­ki Azər­bay­can mə­də­niy­yə­ti­nin mən­bə­yin­dən da­nı­şı­lan­da yad­da sax­lan­ma­lı­dır ki, Azər­bay­can ədə­biy­ya­tı və mə­də­niy­yə­tin di­gər his­sə­lə­ri ay­rıl­maz su­rət­də di­li­lə bağ­lı­dır. Ya­zı­lan­la­ra gö­rə, mad­di mə­də­niy­yət isə əha­li­nin türkləş­mə­sin­dən əv­vəl or­ta­ya çı­xıb. Bu ba­rə­də Azər­bay­ca­nın mə­də­niy­yət­şü­nas alim­lə­ri­nin, ta­rix­çi­lə­rin, ədə­biy­yat­şü­nas­la­rın, yer­li və xa­ri­ci alim­lə­rin ya­zı­la­rı­na, mən­bə və mə­xəz­lər­də yer alan faktla­ra is­ti­na­dən "Vi­ki­pe­di­ya" Açıq En­sik­lo­pe­di­ya­sı­nın tər­tib et­di­yi "Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də ya­zı­lır. Mə­qa­lə­də ya­zı­lır ki, Azər­bay­can müs­tə­qil ol­duq­dan son­ra Azər­bay­can mə­də­niy­yə­ti­nin İran mə­də­niy­yə­ti və ərəb mə­də­niy­yə­ti ilə güc­lü əla­qə­lə­ri sax­la­nıb: "On­la­rın or­taq di­ni və or­taq mə­də­ni-ta­ri­xi ənə­nə­lə­ri var. Ar­xe­o­lo­ji ta­pın­tı­lar və mü­a­sir döv­rə qə­dər gə­lib çat­mış mad­di abi­də­lər Azər­bay­can əra­zi­sin­də qə­dim dövrdə, həm­çi­nin, Qaf­qaz Al­ba­ni­ya­sı döv­rün­də mə­də­niy­yə­tin in­ki­şaf et­di­yi­ni gös­tə­rir. Azər­bay­can­da is­la­mın ya­yıl­ma­sı ilə is­lam mə­də­niy­yə­ti in­ki­şaf edir, məs­cid­lər, məd­rə­sə­lər, tür­bə­lər ti­ki­lir, əsa­sən de­ko­ra­tiv in­cə­sə­nə­tin or­na­men­tal for­ma­sı tə­şək­kül ta­pır.

XIX əsrdə Azər­bay­ca­nın Ru­si­ya­nın tər­ki­bi­nə da­xil ol­ma­sı ilə bu­ra­da ya­şa­yan in­san­lar Ru­si­ya mə­də­niy­yə­ti ilə və onun va­si­tə­si­lə də dün­ya mə­də­niy­yə­ti ilə ta­nış olur.

So­vet Azər­bay­ca­nı döv­rün­də Azər­bay­can mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da əsas­lı də­yi­şik­lik baş ve­rir. XXI əsrdə isə Azər­bay­can mə­də­ni ba­xım­dan mü­a­sir­lə­şir.

Azər­bay­can in­ki­şaf et­miş və dün­yə­vi is­lam cə­miy­yət­lə­ri ara­sın­da­dır. Ope­ra, te­atr ta­ma­şa­la­rı və de­mok­ra­tik res­pub­li­ka­sı olan ilk mü­səl­man öl­kə­si ol­maq­la bir­lik­də Azər­bay­can bu gün dün­yə­vi­li­yin ən çox dəs­tək­lən­di­yi mü­səl­man öl­kə­lə­rin­dən bi­ri­dir".

Azər­bay­ca­nın adı­nın han­sı ta­ri­xi dövrdə mey­da­na çıx­dı­ğı­nı araş­dı­ran alim­lər bil­di­rir ki, "Azər­bay­can" to­po­ni­mi parf və ya or­ta dövr fars di­lin­də At­ro­pa­te­na ad­lı qə­dim döv­lə­tin adı olan Atur­pa­ta­kan­dan əmə­lə gə­lib. Ya­zı­lan­la­ra gö­rə, Ma­ke­do­ni­ya­lı İs­gən­də­rin iş­ğa­lın­dan son­ra Əhə­mə­ni­lər im­pe­ri­ya­sı­nın Mi­di­ya sat­ra­pı At­ro­pa­tın öz çar­lı­ğı­nın əsa­sı­nı qoy­du­ğu Mi­di­ya­nın şi­ma­lı At­ro­pa­te­na ad­lan­dı­rı­lıb. Adın ori­ji­na­lı­nın mən­bə­yi böl­gə­də bir vaxtlar ge­niş ya­yıl­mış Zər­düşt di­ni­dir və mə­na­sı "od tə­rə­fin­dən mü­ha­fi­zə olu­nan" və ya "odun mə­ka­nı" de­mək­dir. Or­ta əsr ərəb coğ­ra­fi­ya­şü­nas­la­rı bu ek­zo­ni­min şəxs adı olan Adar­ba­dor­dan (adar-atəş, bay­kan-mü­ha­fi­zə­çi) xalq eti­mi­o­lo­gi­ya­sı­nın nə­ti­cə­si ki­mi əmə­lə gəl­di­yi­ni fi­kir­ləş­miş­lər. "Azər­bay­can mə­də­niy­yə­ti"ndə ya­zı­lan­la­ra gö­rə, Ab­bas­qu­lu ağa Ba­kı­xa­nov isə bu sö­zün ya­ran­ma­sı­nı Xür­rə­mi­lər hə­rə­ka­tı­nın məş­hur sər­kər­də­si Ba­bək ilə əla­qə­lən­di­rib. "Atur­pat­kan" to­po­ni­min­dən or­ta dövr fars di­li to­po­ni­mi "Adər­bad­qan" va­si­tə­si­lə "Azər­bay­can" to­po­ni­mi or­ta­ya çı­xıb: "Or­ta əsrlər­də Azər­bay­can de­yi­lən­də At­ro­pa­te­na çar­lı­ğı­nın yer­ləş­di­yi, Araz ça­yın­dan cə­nu­ba doğ­ru Ur­mi­ya gö­lü ət­ra­fın­da­kı əra­zi nə­zər­də tu­tu­lur­du. Mə­su­di və ibn Xor­dad­beh şi­mal-şərqdə­ki Mu­ğan dü­zü­nü Azər­bay­ca­na aid edir, an­caq baş­qa coğ­ra­fi­ya­şü­nas­lar isə bu əra­zi­ni Azər­bay­ca­na da­xil et­mir­di­lər. XIII əs­rin əv­vəl­lə­rin­dən, bir qay­da ola­raq, Azər­bay­can an­la­yı­şı şi­ma­la qə­dər ya­yı­lır və onun mə­na­sı sü­rət­lə də­yi­şir­di. Sə­fə­vi­lər döv­rün­də bir müd­dət üçün Araz­dan şi­mal­da­kı mü­əy­yən əra­zi­lər Azər­bay­can əya­lə­ti­nə bir­ləş­di­ril­di. An­caq Sə­fə­vi­lə­rin sü­qu­tun­dan son­ra bu mə­na­da is­ti­fa­də qis­mən sı­ra­dan çıx­dı. XIX əsrdə Ru­si­ya­da­kı azər­bay­can­lı mü­əl­lif­lər onu Araz­dan cə­nub­da­kı əra­zi­lər­lə əla­qə­dar ola­raq is­ti­fa­də edir­di. Rus di­lin­də ya­zı­lan sə­nəd­lər­də Araz ça­yın­dan şi­mal­da­kı əra­zi­lər ilk də­fə Azər­bay­can ki­mi 1786-cı il­də Ste­pan Bur­na­şov tə­rə­fin­dən gös­tə­ril­di. XIX əs­rin son­la­rın­da av­ro­pa­lı alim və jur­na­listlər Azər­bay­can ter­mi­ni­ni Şir­van və Ar­ran əra­zi­lə­ri üçün is­ti­fa­də et­mə­yə baş­la­dı­lar. 1917-ci ilin 15-20 ap­rel ta­rix­lə­ri ara­sın­da Ba­kı­da Qaf­qaz mü­səl­man­la­rı­nın Konqre­si­nin ic­la­sı ər­zin­də Azər­bay­can üçün mux­ta­riy­yət sta­tu­su tə­lə­bi açıq­ca di­lə gə­ti­ril­di. An­caq Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin tək­li­fi ilə "Azər­bay­can" adı qət­na­mə­nin ye­kun mət­nin­dən çı­xa­rıl­dı. 28 may 1918-ci il­də "Azər­bay­can" adı Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin qu­rul­du­ğu­nu elan edən Za­qaf­qa­zi­ya Sey­mi­nin mü­səl­man frak­si­ya­sı tə­rə­fin­dən rəs­mi ola­raq is­ti­fa­də edi­lib. Bu ha­di­sə İran­da, xü­su­si­lə Azər­bay­can in­tel­lek­tu­al­la­rı ara­sın­da tə­əc­cü­bə sə­bəb ol­muş­du. Şeyx Mə­həm­məd Xi­ya­ba­ni və yol­daş­la­rı öz­lə­ri­ni AXC-dən fərqlən­dir­mək üçün İran Azər­bay­ca­nı­nın adı­nı Aza­dıs­tan qoy­du­lar...".

Azər­bay­can­lı­la­rın adı­nın ya­ran­ma­sı­na gəl­dik­də "Azər­bay­can mə­də­niy­yə­ti"ndə qeyd edi­lir ki, XVI-XVII-ci əsr mən­bə­lə­rin­də azər­bay­can­lı­lar "qı­zıl­baş" ad­lan­dı­rı­lır­dı. I Pyot­run ma­ni­fes­tin­də Za­qaf­qa­zi­ya­da və İran­da ya­şa­yan xalqlar ara­sın­da farslar­dan baş­qa əcəm­lə­rin də adı çə­ki­lir: "Əli­söh­bət Sum­bat­za­də­yə gö­rə, bu­ra­da azər­bay­can­lı­lar nə­zər­də tu­tu­lur. Ox­şar şə­kil­də XV-XVIII əsrlər­də Os­man­lı im­pe­ri­ya­sın­da da azər­bay­can­lı­lar "əcəm" ad­lan­dı­rı­lır­dı. Cə­nu­bi Qaf­qa­zı iş­ğal edən Ru­si­ya im­pe­ri­ya­sı Azər­bay­can türklə­ri­ni "adər­bay­can­lı­lar" və ya "Qaf­qaz ta­tar­la­rı" ad­lan­dır­ma­ğa baş­la­dı. İn­qi­lab­dan əv­vəl­ki Ru­si­ya­da azər­bay­can­lı­la­rı "farslar" da ad­lan­dı­rır­dı­lar.

Azər­bay­can xal­qı­nın keç­miş­də özü­nü ne­cə ad­lan­dır­ma­sı mə­sə­lə­sin­də heç bir or­taq fi­kir yox­dur. Be­lə ki, adı­nın özü ic­ti­mai in­ki­şaf sə­viy­yə­sin­də mü­əy­yən­ləş­miş­di. Mə­sə­lən, ya­rım­kö­çə­ri hə­yat tər­zi ke­çi­rən və pat­ri­ar­xal-qə­bi­lə mü­na­si­bət­lə­ri­nin qa­lıq­la­rı­nı sax­la­yan əha­li özü­nü tay­fa­la­rı­nın, ya­xud ir­si mən­su­biy­yət­lə­ri­nin adı ilə ad­lan­dı­rır­dı (əf­şar, tə­kə­li, kən­gər­li, ay­rım və s.). Məs­kun­laş­mış kənd və şə­hər əha­li­si­nin iq­ti­sa­di sa­hə­də fə­a­liy­yə­ti Azər­bay­ca­nın ay­rı-ay­rı ki­çik re­gi­on­la­rı sə­viy­yə­sin­də, dar çər­çi­və­də məh­dud­la­şır­dı, çox vaxt iq­ti­sa­di iş­lər­də bir-bi­rin­dən fərqlən­mək üçün öz­lə­ri­ni əra­zi əsa­sın­da da ad­lan­dı­rır­dı­lar (şir­van­lı, qa­ra­bağ­lı, şə­ki­li, qu­ba­lı və ba­kı­lı). Ələs­gər Ələk­bə­rov so­nun­cu­nu, bu­na qə­dər­ki ki­çik Azər­bay­can xan­lıq­la­rı döv­rün­də­ki par­ça­lan­ma­la­rın qa­lı­ğı he­sab edir. Ey­ni za­man­da di­ni əla­mət­lə­rə gö­rə "mü­səl­man" ad­lan­ma da var­dı. Mə­sə­lən, şa­ir Mir­zə Ələk­bər Sa­bir uşaq ya­şın­da yaz­dı­ğı ilk şe­i­rin­də öz mil­liy­yə­ti­ni "tü­rək" (ya­xud "türk"), ki­mi gös­tər­sə də, bö­yü­yən­də öz həm­və­tən­lə­ri­nə "mü­səl­man" de­yə mü­ra­ci­ət et­miş­di. Azər­bay­ca­nın ta­ri­xi şəx­siy­yət­lə­ri və mə­də­niy­yət xa­dim­lə­ri­nin azər­bay­can­lı­la­ra, Azər­bay­can xal­qı­na mü­ra­ci­ət for­ma­la­rı da fərqli­dir. Qu­ba­lı Fə­tə­li xan 1782-ci il ta­rix­li mək­tu­bun­da, qa­ra­bağ­lı İb­ra­him­xə­lil xa­na işa­rə ola­raq, "azər­bay­can­lı" ter­mi­nin­dən is­ti­fa­də et­miş­di. Onun həm­döv­rü, şa­ir və Qa­ra­bağ xan­lı­ğı­nın və­zi­ri Mol­la Pə­nah Va­qif isə, ək­si­nə, Azər­bay­ca­nı yal­nız kö­çə­ri tay­fa­la­rın el­lə­ri­nə bö­lür­dü. Ya­zı­çı və fi­lo­sof-ma­te­ri­a­list Mir­zə Fə­tə­li Axun­dov isə azər­bay­can­lı­la­ra mü­ra­ci­ət­lə­rin­də "qaf­qaz­lı", "mü­səl­man" və "ta­tar" ad­la­rın­dan is­ti­fa­də et­miş­di. Azər­bay­can­lı­lar ara­sın­da "azər­bay­can­lı­lar", ya­xud "Azər­bay­can türklə­ri" ter­mi­ni ilk də­fə 1891-ci il ta­rix­li "Kəş­kül" ad­lı li­be­ral Ba­kı qə­ze­tin­də or­ta­ya atıl­mış və XIX əs­rin so­nun­dan bu ter­min Ye­li­za­vet­pol qu­ber­ni­ya­sın­da özü­nü­ad­lan­dır­ma ki­mi ya­yıl­ma­ğa baş­la­mış­dı. "Azər­bay­can­lı­lar" et­no­ni­mi yal­nız 1936-cı il­dən eti­ba­rən ge­niş şə­kil­də is­ti­fa­də edi­lib".

Rəs­mi sim­vol və rəmzlər möv­zu­su­na da "Azər­bay­can mə­də­niy­yə­ti" mə­qa­lə­sin­də yer ay­rı­lıb.

Qeyd edi­lir ki, Azər­bay­can bay­ra­ğı üç rəng və rəngli ay­pa­ra ilə sək­kiz­gu­şə­li ul­duz­dan iba­rət­dir. Bay­raq­da göy rəng türkçü­lü­yü, qır­mı­zı rəng mü­a­sir azad­lıq ide­o­lo­gi­ya­sı­nı, ya­şıl rəng isə is­lam­çı­lı­ğı tə­rən­nüm edir. Ay­pa­ra is­la­mı sim­vo­li­zə edir. Fə­tə­li xan Xoyski­yə gö­rə, ul­du­zun gu­şə­lə­ri­nin sa­yı əs­ki əlif­ba ilə ya­zı­lan Azər­bay­can sö­zü­nə işa­rə­dir: "Bir baş­qa ver­si­ya­ya gö­rə, 8 oğuz tay­fa­sı­nın bir­ləş­mə­si (azər­bay­can­lı­lar, os­man­lı­lar, ça­ğa­tay­lar, ta­tar­lar, qa­zax­lar, qıp­çaq­lar, səl­cuq­lu­lar və türkmən­lər) ul­du­zun 8 gu­şə­sin­də əks edi­lib. ABŞ vek­sil­lo­lo­qu Uit­ni Smi­tə gö­rə, bay­ra­ğın mü­əl­li­fi Əli bəy Hü­seynza­də­dir.

7 de­kabr 1918-ci il­də Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti Par­la­men­ti­nin açı­lı­şı za­ma­nı Azər­bay­can bay­ra­ğı Par­la­ment bi­na­sı üzə­rin­də qal­dı­rı­lıb. 1991-ci il fev­ra­lın 5-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət bay­ra­ğı haq­qın­da" Qa­nun qə­bul edə­rək onu Döv­lət bay­ra­ğı elan edib.

Azər­bay­can ger­bi pa­lıd bu­daq­la­rın­dan və sün­bül­lər­dən iba­rət qöv­sün üzə­rin­də yer­lə­şən Şərq qal­xa­nı­nın təs­vi­rin­dən iba­rət­dir. Qal­xa­nın üs­tün­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət bay­ra­ğı­nın rənglə­ri fo­nun­da sək­kiz­gu­şə­li ul­duz, ul­du­zun mər­kə­zin­də Od­lar Yur­du­nu sim­vo­li­zə edən alov təs­vi­ri var. 30 yan­var 1920-ci il­də AXC gerb pro­yektlə­ri­nin təq­dim edil­mə­si üçün kon­kurs haq­qın­da qə­rar qə­bul edib. Azər­bay­can ger­bi qır­mı­zı or­du iş­ğa­lı­na gö­rə tə­yin olu­na bil­mə­sə də, Ba­kı­da ya­şa­yan gür­cü knya­zı Şer­şa­vid­ze­nin la­yi­hə­si sax­la­nıb. 1991-ci il­də müs­tə­qil­li­yin qa­za­nıl­ma­sın­dan son­ra ye­ni­dən kon­kurs elan edi­lib, an­caq heç bir la­yi­hə bə­yə­nil­mə­di­yin­dən, ori­ji­nal pro­yek­tə dü­zə­liş­lər edi­lə­rək qə­bul edi­lib.

1919-cu il­də Üze­yir Ha­cı­bə­yov Əh­məd Ca­va­dın söz­lə­ri­nə Azər­bay­can him­ni­ni yaz­mış, himn 27 may 1992-ci il­də rəs­mən qə­bul edi­lib. Bəs­tə­lən­di­yi dövrdə "Azər­bay­can mar­şı" ad­lan­dı­rı­lan bu himn Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin hər­bi mək­təb­lə­rin­də ifa edi­lir­di".

Ta­ri­xi faktla­ra gö­rə, 28 may 1918-ci il Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin elan edil­di­yi gün­dür. Mə­lu­mat­lar­da bil­di­ri­lir ki, Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti Mil­li Şu­ra­sı hə­min gün Tif­lis­də Qaf­qaz Ca­ni­şi­ni Sa­ra­yı­nın ikin­ci mər­tə­bə­sin­də­ki bö­yük sa­lon­da ke­çi­ri­lən ilk ic­la­sın­da Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin ya­ra­dıl­ma­sı­nı elan edib və Azər­bay­ca­nın 6 bənddən iba­rət İs­tiq­lal Bə­yan­na­mə­si im­za­la­nıb: "1990-cı il­dən eti­ba­rən 28 may ta­ri­xi "Res­pub­li­ka gü­nü" adı ilə döv­lət bay­ra­mı ki­mi qeyd edi­lir.

Mə­lum­dur ki, "Qı­zıl Ul­duz" me­da­lı Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı­nın xü­su­si fərqlən­mə ni­şa­nı­dır. Me­dal üz tə­rə­fin­də iki­üz­lü ha­mar şü­a­lar olan sək­kiz­gu­şə­li ul­duz­dan iba­rət­dir, sa­rı qı­zıl­dan ha­zır­la­nıb. Ar­xa tə­rə­fi ha­mar səthli­dir, or­ta­sın­da "Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı" söz­lə­ri ya­zı­lıb. 6 fev­ral 1998-ci il ta­ri­xin­də "Qı­zıl Ul­duz" me­da­lı 7 iyul 1992-ci il­dən Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı­nın xü­su­si fərqlən­mə ni­şa­nı olan "Ay-Ul­duz" me­da­lı­nı əvəz edib. Bu mü­ka­fat Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi və əra­zi bü­töv­lü­yü­nün mü­da­fi­ə­sin­də gös­tə­ri­lən qəh­rə­man­lıq və cə­sa­rə­tə gö­rə ve­ri­lir.

"Hey­dər Əli­yev" or­de­ni 28 ap­rel 2005-ci il ta­ri­xin­dən Azər­bay­can Res­pub­li­ka­sı­nın ən yük­sək döv­lət təl­ti­fi­dir. Tə­sis edil­di­yi vaxt "Hey­dər Əli­yev" or­de­ni ul­duz­dan, or­den zən­ci­rin­dən və ni­şan­dan iba­rət olub. 3 fev­ral 2014-cü il ta­rix­li də­yi­şik­lik­lər­dən son­ra or­de­nə döş ni­şa­nı da əla­və edi­lib. Or­de­nin dö­şə ta­xıl­maq üçün nə­zər­də tu­tu­lan ul­du­zu sək­kiz­gu­şə­li olub gü­müş­dən ha­zır­la­nıb. Ul­du­zun gu­şə­lə­ri gül lə­çək­lə­ri şək­lin­də iş­lə­nib. Qı­lınclı ul­du­zun gu­şə­lə­rin­dən dör­dü­nün üzə­rin­dən ke­çən iki qı­lınc gü­müş­dən ha­zır­la­nıb qı­zıl su­yu­na çə­ki­lib. Qı­lıncla­rın hər bi­ri­nin dəs­tə­yi­nə bril­yant daş bər­ki­di­lib. Dal­ğa­va­ri çev­rə­li löv­hə­nin or­ta­sın­da da­i­rə­vi me­dal­yon­da­kı ci­la­lan­mış löv­hə üzə­rin­də Hey­dər Əli­ye­vin ba­rel­ye­fi ve­ri­lib. "Hey­dər Əli­yev" or­de­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı­na Azər­bay­ca­nın tə­rəq­qi­si­nə, əzə­mə­ti­nin və şöh­rə­ti­nin artma­sı­na töh­fə ve­rən müs­təs­na xid­mət­lə­ri­nə gö­rə və və­tə­nin mü­da­fi­ə­sin­də, Azər­bay­ca­nın döv­lət mə­na­fe­lə­ri­nin qo­run­ma­sın­da gös­tə­ril­miş mərdlik və şü­ca­ə­tə gö­rə, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə onun sta­tu­su­na gö­rə, əc­nə­bi­lə­rə isə Azər­bay­can Res­pub­li­ka­sı qar­şı­sın­da gör­kəm­li xid­mət­lə­ri­nə gö­rə, azər­bay­can­çı­lıq ide­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­sin­də, dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­sin­də və Azər­bay­can Res­pub­li­ka­sı ilə di­gər döv­lət­lər ara­sın­da si­ya­si, iq­ti­sa­di, el­mi və mə­də­ni əla­qə­lə­rin qu­rul­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də xü­su­si xid­mət­lə­rə gö­rə ve­ri­lir".

Təd­qi­qat­çı­lar qeyd edir ki, "Şah İs­ma­yıl" or­de­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın ali hər­bi or­de­ni­dir, 6 de­kabr 1993-cü il­də tə­sis edi­lib. Or­den düz­gün sək­kiz­gu­şə­li ul­duz şək­lin­də­dir, gü­müş­dən­dir. Ul­du­zun mər­kə­zin­də üzü qı­zıl su­yu­na çə­kil­miş və mi­na­lan­mış, sək­kiz bə­ra­bər kün­cü olan löv­hə fo­nun­da Şah İs­ma­yı­lın ək­si pro­fil­dən təs­vir edi­lib. "Şah İs­ma­yıl" or­de­ni Azər­bay­can Res­pub­li­ka­sı Si­lah­lı Qüv­və­lə­ri­nin təş­ki­lin­də və möh­kəm­lən­di­ril­mə­sin­də xü­su­si xid­mət­lə­rə, Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi bü­töv­lü­yü­nün və təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­sin­də xü­su­si xid­mət­lə­rə, gör­kəm­li sər­kər­də­lik fə­a­liy­yə­ti­nə, res­pub­li­ka­da föv­qə­la­də hal­la­rın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sın­da xü­su­si xid­mət­lə­rə gö­rə ve­ri­lir.

İradə  SARIYEVA

Bakı xəbər.- 2016.- 6 sentyabr.- S.15