Milli oyunlarımız və azərbaycançılığın vəhdəti...

Azər­bay­can xalq oyun­la­rı­nın ta­ri­xi elə xal­qı­mı­zın tə­şək­kü­lü ilə bağ­lı­dır. Mil­li oyun­la­rı­mı­zın özü­lü­nü təş­kil edən hə­rə­kət­lər cə­sur­luq, mərdlik, qorxmaz­lıq, və­tən­pər­vər­lik təl­qin edir. At üs­tə do­ğu­lub qun­daq­la­nan əc­dad­la­rı­mız at üs­tün­də bö­yü­yüb bo­ya-ba­şa ça­tıb­lar. Ulu ba­ba­la­rı­mı­zın atı­nın aya­ğı dəy­mə­yən yer, mə­kan qal­ma­yıb.

Ha­ra ge­dib­lər­sə, ora­da mərdlik, ki­şi­lik, cə­sa­rət sim­vo­lu­na çev­ri­lib­lər. Azər­bay­can­çı­lıq, xalq, döv­lət sev­gi­si ilə ya­ra­nan hər bir xalq oyu­nu bu gün də qo­ru­nur. Azər­bay­can xal­qı­nın qə­dim mil­li oyun­la­rın­dan bi­ri çöv­kən oyu­nu­dur ki, onun ya­şı yü­zil­lər­lə öl­çü­lür. Onu da bil­di­rək ki, çöv­kən oyu­nu qə­dim mi­ni­a­tür­lər­də, rəs­sam­la­rı­mı­zın sə­nət əsər­lə­rin­də ge­niş şə­kil­də təs­vir edi­lib. Biz bun­la­rı da­ha çox Təb­riz mi­ni­a­tür in­ci­lə­rin­də gö­rə bi­lə­rik.

Təd­qi­qat­çı­lar qeyd edir ki, çöv­kən, bə­zən çov­qan və ya çov­kan oyu­nu Qa­ra­bağ at­la­rı ilə id­man ko­man­da oyu­nu­dur.  Bə­zi mü­tə­xəs­sis­lər onun mü­a­sir po­lo oyu­nu­nun bir ver­si­ya­sı ol­du­ğu­nu qeyd edir. On­la­rın söz­lə­ri­nə gö­rə, oyu­nun ma­hiy­yə­ti on­dan iba­rət­dir ki, iş­ti­rak­çı­lar iki dəs­tə­yə ay­rı­lır və iki tə­rəf­də qo­yu­lan di­rək­lər­dən iba­rət rə­qib qa­pı­la­rın­dan to­pu ke­çir­mək tə­ləb olu­nur. Oyun­da iş­ti­rak edən hər ko­man­da­nın tər­ki­bi 7 nə­fər­dən iba­rət­dir. At­la­rın sa­yı 6 ol­ma­lı­dır. Oyun iki­his­sə­li ol­maq­la 30 də­qi­qə da­vam edir.

Mə­lu­mat üçün bil­di­rək ki, Azər­bay­can xal­qı­na mən­sub olan bu qə­dim id­man nö­vü dün­ya­da azər­bay­can­çı­lıq nü­mu­nə­lə­rin­dən bi­ri ki­mi ta­nı­nır.

Onu da vur­ğu­la­yaq ki, 2013-cü il­də çöv­kən UNES­CO-nun Qey­ri-mad­di mə­də­ni ir­sin rep­re­zen­ta­tiv si­ya­hı­sı­na da­xil edi­lib.

Çöv­kən sö­zü­nün eti­mi­o­lo­gi­ya­sı­nı araş­dı­ran alim­lər ya­zır ki, bu söz bə­zi Azər­bay­can mən­bə­lə­rin­də "ağac­cıq" ki­mi iş­lə­di­lib. Qeyd edi­lə­nə gö­rə, çöv­kən oyu­nu­nun adı da oyun­da iş­lə­di­lən alə­tin adı ilə ad­lan­dı­rı­lıb. Bu da ağac­dan ha­zır­lan­mış, çöv­kən ad­lan­dı­rı­lan alət­dir. Mə­lu­mat­la­ra gö­rə, çöv­kə­ni oyun­çu­lar at be­lin­də bu alə­tin kö­mə­yi ilə oy­na­yır. Rəs­sam El­çin Mux­tar El­xan "El-oba oyu­nu, xalq ta­ma­şa­sı" ki­ta­bın­da ya­zır: "Çöv­kən IX-XVII yü­zil­lik­lər­də Azər­bay­can­da ge­niş ya­yıl­mış, əsa­sən at üs­tün­də, qis­mən at­sız oy­na­nı­lan qə­dim oyun və bu za­man is­ti­fa­də olu­nan ucu əy­ri uzun də­yə­nə­yin adı­dır. Mu­si­qi­nin mü­şa­yi­ə­ti ilə ke­çi­ri­lən bu oyun­da at­la­rı rəng eti­ba­ri­lə bir-bi­rin­dən fərqli olan hər dəs­tə­də 6-8, bə­zən isə da­ha çox at­lı iş­ti­rak edir­di. Oyun­da əsas məq­səd də­yə­nək­lə rə­qib qa­pı­sı­na top vur­maq idi. Əha­li­nin müx­tə­lif tə­bə­qə­lə­ri ara­sın­da ge­niş şöh­rət tap­mış, bə­zən isə ki­şi­lər­lə ya­na­şı, qa­dın­la­rın iş­ti­ra­kı ilə ke­çi­ri­lən bu oyu­nun əs­ki qay­naq­lar­da "ku­yi­çöv­kən", "ço­maq oyu­nu" və "çöv­kən­ba­zi" ad­la­rı ilə qeyd edi­lən baş­qa va­ri­antla­rı da olub".

Pro­fes­sor Kam­ran İma­no­vun söz­lə­ri­nə gö­rə, mü­a­sir Azər­bay­can di­lin­də "çöv­kən" ter­mi­ni "çov­qan" ki­mi də səs­lə­nir və "Azər­bay­can di­li­nin izah­lı lü­ğət"lə­rin­də bu sö­zün mə­na­sı "at üs­tün­də ucu əy­ri ço­maq­la top-top oyu­nu" ki­mi təs­vir edi­lir. O, çöv­kən sö­zü­nün və oyu­nu­nun türk mən­şə­li ol­ma­sı, türklər ya­şa­yan are­al­da bö­yük iz­lər bu­ra­xa­raq di­gər xalqlar tə­rə­fin­dən mə­nim­sə­ni­lə­rək ge­niş ya­yıl­dı­ğı­nı qeyd edib.

Oyu­nun ta­ri­xi­ni araş­dı­ran alim­lər vur­ğu­la­yır ki, ko­man­da oyun nö­vü olan çöv­kən ya­rış­la­rı era­mı­zın bi­rin­ci mi­nil­li­yi­nin or­ta­la­rın­da for­ma­laş­mış, yü­zil­lər ər­zin­də Azər­bay­can­da, Or­ta Asi­ya­da, İran­da, Tür­ki­yə­də, İraq­da və qon­şu öl­kə­lər­də məş­hur olub. Mən­bə­lər XII əsrdə is­lam dün­ya­sı­nın mə­də­ni mər­kəz­lə­rin­dən Bağ­dad­da Or­ta Şərq öl­kə­lə­ri­nin at ça­par­la­rı ara­sın­da ta­rix­də ilk bey­nəl­xalq çöv­kən ya­rış­la­rı­nın ke­çi­ril­di­yi­ni gös­tə­rir. Çöv­kən ya­rış­la­rı­nın Azər­bay­can­da çox qə­dim­dən məş­hur ol­du­ğu faktlar­la təs­diq­lə­nir. Örən­qa­la­da apa­rıl­mış ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı ta­pı­lan şir­li qab üzə­rin­də çöv­kən oyu­nu­nun təs­vir edil­di­yi rəsm bu oyu­nun IX əsrdə Bey­lə­qan şə­hə­rin­də ya­yıl­dı­ğı­nı əya­ni sü­but edir.

Aka­de­mik Tey­mur Bün­ya­do­va gö­rə, çöv­kən oyu­nu­nun ma­hiy­yə­ti gənclə­ri qəh­rə­man­lıq ru­hun­da tər­bi­yə et­mək­dir. Folklor­şü­nas Mə­həm­məd Məm­mə­dov isə qeyd edir ki, or­ta əsrlər­də vax­ta­şı­rı mü­ha­ri­bə­lər güc­lü və mə­ha­rət­li dö­yüş­çü­lə­rin ha­zır­lan­ma­sı­nı tə­ləb edir­di ki, on­da da çöv­kən oyu­nu mü­hüm rol oy­na­yıb.

1842-ci il­də bri­ta­ni­ya­lı səy­yah M.Bra­un çöv­kən haq­qın­da öz fi­kir­lə­ri­ni be­lə izah edir­di: "Bu, at­lar­la əsl hok­key oyu­nu­na bən­zə­yir. Çox gö­zəl oyun nö­vü­dür və dü­şü­nü­rəm ki, qərbli­lər üçün də fay­da­lı olar­dı".

Mən­bə­lər­də ya­zı­lan­la­ra gö­rə, Qa­ra­bağ xan­lı­ğı döv­rün­də çöv­kən oyun­la­rı­na ma­raq da­ha da ar­tıb, Şu­şa şə­hə­rin­də­ki Cı­dır dü­zün­də, Xan­kən­di və Xo­ca­lı ara­sın­da­kı əra­zi­də, Ağ­dam­da cı­dır ya­rış­la­rı, müx­tə­lif atüs­tü oyun­lar, o cüm­lə­dən çöv­kən ya­rış­la­rı ke­çi­ri­lib.

Mə­lu­mat­la­ra gö­rə, 1950-ci il­lər­də baş­da çöv­kən ol­maq­la bir sı­ra Azər­bay­can mil­li atüs­tü oyun­la­rı bər­pa edil­di. Bu sa­hə­nin təd­qi­qat­çı­sı Fik­rət Hü­sey­nov ta­ri­xi sə­nəd­lər və folklor ma­te­ri­al­la­rı əsa­sın­da oyun qay­da­la­rı­nı ha­zır­la­ya­raq ki­tab­ça şək­lin­də çap et­dir­di. 1960-cı ilin may ayın­da ilk də­fə ola­raq Azər­bay­ca­nın qərb böl­gə­si­nin bir ne­çə kənd ko­man­da­sı ara­sın­da çöv­kən ya­rı­şı ke­çi­ril­di. Bir il­dən son­ra çöv­kən yığ­ma ko­man­da­sı Ba­kı cı­dır mey­da­nın­da res­pub­li­ka ko­man­da­sı­na 2:1 he­sa­bı ilə qa­lib gəl­di. Çöv­kən Moskva­da ke­çi­ri­lə­cək ya­rış­lar­da iş­ti­rak et­mək hü­qu­qu qa­zan­dı.

Qeyd edək ki, 2006-cı il­dən Şə­ki ra­yo­nu­nun Da­şüz kən­din­də yer­lə­şən Res­pub­li­ka At­çı­lıq Tu­rizm Mər­kə­zi­nin Şə­ki fi­li­a­lın­da çöv­kən üz­rə Pre­zi­dent Ku­bo­ku ke­çi­ri­lir. Hə­min il­də çöv­kən­lə məş­ğul olan və ya­rış­lar­da iş­ti­rak edən cə­mi 3 Azər­bay­can ra­yo­nu var­dı­sa, 2014-cü il müd­də­tin­də on­la­rın sa­yı 20-yə çat­mış­dı. 2016-cı il­də Pre­zi­dent Ku­bo­ku uğ­run­da Azər­bay­ca­nın 22 şə­hər və ra­yo­nun­dan 24 ko­man­da iş­ti­rak edib.

2013-cü il 3 de­kabrda UNES­CO-nun Qey­ri-Mad­di Mə­də­ni İr­sin Qo­run­ma­sı üz­rə Hö­ku­mət­lə­ra­ra­sı Ko­mi­tə­si­nin Ba­kı­da ke­çi­ri­lən 8-ci ses­si­ya­sın­da çöv­kən qu­ru­mun "Tə­ci­li qo­run­ma­ya eh­ti­ya­cı olan qey­ri-mad­di mə­də­ni irs si­ya­hı­sı"na da­xil edil­di və bu da çöv­kə­nin Azər­bay­can xal­qı­nın ha­lal oyu­nu ol­du­ğu­nu bir da­ha təs­diq­lə­di. Çün­ki bə­zi qon­şu döv­lət­lər çöv­kə­nin on­la­ra aid ol­du­ğu­nu id­dia edir, hət­ta bu ba­rə­də UNES­CO-ya mü­ra­ci­ət­lər edir­di­lər.

Çöv­kən oyu­nu­nun qay­da­la­rın­dan ya­zan alim­lər bil­di­rir ki,

Azər­bay­ca­nın Qa­ra­bağ böl­gə­sin­də for­ma­laş­mış Qa­ra­bağ at­la­rı çöv­kən oyu­nu üçün ən ide­al at­lar he­sab edi­lir. Oyun mey­dan­ça­sı­nı təs­vir edən alim­lər de­yir ki, oyun­lar uzun­lu­ğu 90-250, eni 60-120 met­rə­dək olan mey­dan­ça­da ke­çi­ri­lir. Bu oyun üçün fut­bol mey­dan­ça­sın­dan is­ti­fa­də et­mək olar.

Bu oyun­da is­ti­fa­də edi­lən top gir­də və 38-41 sm ara­sın­da olur.

Çöv­kən oyu­nu mə­də­niy­yə­ti­miz­də və ədə­biy­ya­tı­mız­da ge­niş təs­vir olu­nub. Be­lə ki, Azər­bay­can ədə­biy­ya­tın­da çöv­kə­nin iz­lə­ri­nə çox rast gə­li­nir. "Ki­ta­bi-Də­də Qor­qud" boy­la­rın­da, I Şah Təh­ma­si­bin "Kuh və çöv­kən" və Ni­za­mi Gən­cə­vi­nin "Xos­rov və Şi­rin" əsə­rin­də çöv­kən­dən bəhs edi­lir. Klas­sik Azər­bay­can şa­ir­lə­ri olan Qət­ran Təb­ri­zi, Xa­qa­ni Şir­va­ni, Zül­fü­qar Şir­va­ni, İma­dəd­din Nə­si­mi, Şah İs­ma­yıl Xə­tai və di­gər­lə­ri­nin şe­ir­lə­rin­də çöv­kən­lə bağ­lı mü­əy­yən ifa­də­lə­rə rast gə­li­nir. "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı­nın "Sa­lur Qa­za­nın evi­nin yağ­ma­lan­ma­sı" bo­yun­da ya­zı­lır: "Qı­lın­cı­nı nə öyər­sən, mə­rə ka­fir, əy­ri baş­lı çöv­kə­nim­cə gəl­məz mə­nə".

Təd­qi­qat­çı­lar ya­zır ki, ədə­bi nü­mu­nə­lər­dən də mə­lum olur ki, Azər­bay­can­da çöv­kən oyu­nun­da tək­cə ki­şi­lər de­yil, qa­dın­lar da iş­ti­rak edib. Ni­za­mi­nin "Xos­rov və Şi­rin" po­e­ma­sın­da Şi­rin çöv­kən mey­da­nın­da Sa­sa­ni hökmda­rı II Xos­rov­dan ge­ri qal­mır. Şi­rin ilə bə­ra­bər qız­la­rın da bu oyun­da iş­ti­ra­kı təs­vir edi­lir.

Ya­zı­çı Məm­məd Sə­id Or­du­ba­di­nin "Qı­lınc və qə­ləm" ro­ma­nın­da xü­su­si bir fə­sil çöv­kən oyu­nu­na həsr olu­nub. O bö­lüm­də gös­tə­ri­lir ki, Ərəb Xi­la­fə­ti döv­rün­də bu oyun ən tən­tə­nə­li bay­ram­lar, xü­su­si gün­lər za­ma­nı ke­çi­ri­lir­di və bu oyu­nun ən yax­şı us­ta­la­rı ki­mi azər­bay­can­lı­lar ora apa­rı­lır­dı.

Qeyd edək ki, AMEA-nın Folklor İnsti­tu­tu­nun əmək­da­şı, fi­lo­lo­gi­ya üz­rə elmlər dok­to­ru Fü­zu­li Ba­yat "Kas­pi"yə açıq­la­ma­sın­da çöv­kən oyu­nu­nun tək­cə Azər­bay­ca­na yox, bü­tün türk dün­ya­sı­na aid ol­du­ğu­nu bil­di­rib. Onun söz­lə­ri­nə gö­rə, bu oyu­nun qa­zax, ta­cik və ya öz­bək­lə­rə nə qə­dər ai­diy­yə­ti var­sa, Azər­bay­ca­na da o qə­dər ai­diy­yə­ti var: "Çov­qan İra­na aid­dir, am­ma far­sa yox. Həm­çi­nin Hin­dis­ta­na aid­dir, hindli­lə­rə yox. Bi­zim çov­qan oyu­nu ilə bağ­lı Ni­za­mi Gən­cə­vi­nin "Xos­rov və Şi­rin" əsə­rin­dən gə­tir­di­yi­miz ar­qu­ment isə çox gü­lüncdür. Əsər­də Xos­rov Pər­vi­zin çov­qan oy­na­ma­sın­dan da­nı­şı­lır. Əs­lin­də bu, farsla­rın le­hi­nə­dir. Mi­ni­a­tür ümu­miy­yət­lə ümum­şərq möv­zu­su­dur. Am­ma çov­qa­nın bi­zə məx­sus ol­du­ğu­nu gös­tə­rən baş­qa ar­qu­mentlər var. Bu mə­sə­lə­yə bir qə­dər ge­niş bax­maq la­zım­dır. Bu, türk dün­ya­sı­nın oyu­nu­dur. Al­tay türklə­ri­nə, Or­ta Asi­ya türklə­ri­nə aid­dir. Bu oyu­nu Bal­kan­lar­da, Əf­qa­nıs­tan­da və s. öl­kə­lər­də oy­na­yır­lar. Os­man­lı döv­rün­də Tür­ki­yə­də ən ge­niş ya­yıl­mış oyun­lar­dan bi­ri çov­qan olub".

Qeyd edək ki, çöv­kən oyu­nu haq­qın­da müx­tə­lif ədə­biy­yat­lar­da ge­niş bəhs olu­nur. Mü­tə­xəs­sis­lər bil­di­rir ki, Azər­bay­can çöv­kən oyu­nu­nu UNES­CO-ya təq­dim et­mək­lə, həm bey­nəl­xalq hü­qu­qun bü­tün nor­ma­la­rı­na, həm də Qey­ri-Mad­di Mə­də­ni İr­sin Qo­run­ma­sı­na da­ir Kon­ven­si­ya­nın bü­tün şərtlə­ri­nə ri­a­yət edib. Mü­tə­xəs­sis­lər vur­ğu­la­yır ki, Kon­ven­si­ya­ya gö­rə, ənə­nə, oyun, mu­si­qi - bu mad­di irs ele­men­ti olan bü­tün sa­hə­lər hə­min öl­kə­də, o öl­kə­nin bey­nəl­xalq hü­quq çər­çi­və­sin­də ta­nın­mış əra­zi­si da­xi­lin­də oy­na­nı­lır­sa, is­ti­fa­də olu­nur­sa, onu da­şı­yan cə­miy­yət var­sa, hə­min öl­kə­nin hü­qu­qu var ki, bu irs nü­mu­nə­si­ni UNES­CO-nun mü­va­fiq si­ya­hı­la­rı­na təq­dim et­sin.  Azər­bay­ca­nın bu oyu­nu tə­ci­li qo­run­ma si­ya­hı­sı­na ver­mə­si­nə mü­na­si­bət bil­di­rən mü­tə­xəs­sis­lər bil­di­rir ki, bu oyu­nun bu sta­tus­da qo­run­ma­sı bi­zim xey­ri­mi­zə­dir. Bu da on­dan xə­bər ve­rir ki, bə­zi qon­şu döv­lət­lər id­di­a­la­rı­nı gö­tü­rə­cək.

Azər­bay­can xal­qı­nın çox də­yər­li oyun­la­rın­dan olan və özün­də mərdli­yi, mü­ba­riz­li­yi bir­ləş­di­rən, gənclər­də və­tən­pər­vər­lik ru­hu ya­ra­dan çöv­kən oyu­nu bu gün dün­ya­da öl­kə­mi­zin, xal­qı­mı­zın adı ilə ta­nı­nır. Əl­bət­tə, bu ol­duq­ca va­cib idi və biz bu­nu əl­də et­mi­şik. Söz­süz ki, bu­ra­da Hey­dər Əli­yev Fon­du­nun əmə­yi mi­sil­siz­dir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.-9 sentyabr.- S.15