Azərbaycan xalq  cümhuriyyəti  dövründə kitabxanaların  yaradılması siyasəti azərbaycançılıq təcəssümü kimi...

I ya­zı

Azər­bay­can­çı­lı­ğın ge­niş şə­kil­də təb­liğ olun­du­ğu mə­kan­lar­dan bi­ri şüb­hə­siz ki, ki­tab­xa­na­lar­dır. Ki­tab­xa­na­la­rın azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın ya­yıl­ma­sın­da, in­ki­şa­fın­da, şü­ur­lar­da özü­nə yer tut­ma­sın­da əhə­miy­yət­li ro­lu var. Küt­lə­vi ki­tab­xa­na­lar­da sax­la­nan ki­tab­lar oxu­cu­la­rın ix­ti­ya­rı­na ve­ri­lir və on­lar­dan is­ti­fa­də edən hər bir oxu­cu ki­tab­lar­dan çox şey öy­rə­nir.

Ekspertlər qeyd edir ki, Azər­bay­can ki­tab­xa­na­la­rı Azər­bay­can xal­qı­nın mil­li sər­və­ti­dir və bu sər­vət azər­bay­can­çı­lıq xə­zi­nə­si­nin ən va­cib ele­men­ti­dir. Təd­qi­qat­çı­lar vur­ğu­la­yır ki, xal­qı­mı­zın ya­rat­dı­ğı qiy­mət­li ta­ri­xi mə­də­ni, ədə­bi-bə­dii, el­mi-fəl­sə­fi ir­sin top­la­nıb sax­lan­ma­sın­da, bə­şər mə­də­niy­yə­ti­nin qa­zan­dı­ğı na­i­liy­yət­lə­rin nə­sil­dən-nəs­lə çat­dı­rıl­ma­sın­da, cə­miy­yə­ti­mi­zin in­tel­lek­tu­al-mə­nə­vi po­ten­si­a­lı­nın ar­tı­rıl­ma­sın­da ki­tab­xa­na­la­rı­mız əvəz­siz rol oy­na­yır.

Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi haq­qın­da araş­dır­ma apa­rar­kən ay­dın gör­dük ki, bu sa­hə də azər­bay­can­çı­lıq ru­hun­dan qay­naq­la­nıb.

Ta­nın­mış alim, pro­fes­sor Abu­zər Xə­lə­fov "Azər­bay­can­da ki­tab­xa­na işi­nin ta­ri­xi" ki­ta­bı­nın I fəs­lin­də Azər­bay­ca­nın ki­tab­xa­na­çı­lıq ta­ri­xi­ni araş­dı­rıb. O, ki­ta­bı­nın "Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti döv­rün­də Azər­bay­can­da ki­tab­xa­na işi (1918-1920-ci il­lər)" bö­lü­mün­də ya­zır ki, ADR-in 1918-1920-ci il­lər­də mə­də­ni qu­ru­cu­luq sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi təd­bir­lər içə­ri­sin­də ki­tab­xa­na işi ilə bağ­lı atı­lan ad­dım­lar mü­hüm yer tu­tur: "Keç­miş qu­ru­luş­lar­dan müs­tə­qil Azər­bay­can hö­ku­mə­ti­nə ki­tab­xa­na işi sa­hə­sin­də ol­duq­ca pis bir mi­ras qal­mış­dı. Əha­li­yə xid­mət edən mü­tə­şək­kil ki­tab­xa­na şə­bə­kə­si yox idi. Çar Ru­si­ya­sı­nın müs­təm­lə­kə­çi­lik si­ya­sə­ti uc­qar­lar­da yer­li əha­li­yə xid­mət edən döv­lət ki­tab­xa­na­la­rı ya­rat­ma­ğa və on­la­rı ma­liy­yə­ləş­dir­mə­yə im­kan ver­mir­di. Yer­li əha­li­nin di­lin­də ki­tab­lar sax­la­yan mil­li ki­tab­xa­na­la­rın təş­ki­li­nə bö­yük çə­tin­lik­lə ica­zə al­maq müm­kün idi. XX əs­rin əv­vəl­lə­rin­də Ba­kı şə­hə­rin­də və Azər­bay­ca­nın ra­yon­la­rın­da qey­ri-döv­lət təş­ki­lat­la­rı, cə­miy­yət­lər və ay­rı-ay­rı şəxslər tə­rə­fin­dən təş­kil edil­miş ki­tab­xa­na­la­rın bir ço­xu 1917-1918-ci il­lər ara­sın­da baş ve­rən hö­ku­mət də­yi­şik­lik­lə­ri, və­tən­daş mü­ha­ri­bə­si və möv­cud çə­tin­lik­lər nə­ti­cə­sin­də öz fə­a­liy­yə­ti­ni da­yan­dır­mış­dı. Be­lə çə­tin bir şə­ra­it­də ha­ki­miy­yə­tə gə­lən Azər­bay­can hö­ku­mə­ti bü­tün ma­a­rif və mə­də­niy­yət mü­əs­si­sə­lə­ri­nə rəh­bər­li­yi Xalq Ma­a­rif Na­zir­li­yi­nə hə­va­lə et­di. Na­zir­li­yin hə­ya­ta ke­çir­di­yi təd­bir­lər içə­ri­sin­də ki­tab­xa­na­la­rın qey­di­nin apa­rıl­ma­sı, on­la­rın­şə­bə­kə­lə­ri­nin bər­pa edil­mə­si, ki­tab­lar­la, ava­dan­lıq­lar­la tə­min edil­mə­si mü­hüm yer tu­tur­du. Hö­ku­mət mək­təb şə­bə­kə­si­ni qay­da­ya sa­lar­kən mək­təb ki­tab­xa­na­la­rı­nın bər­pa və in­ki­şaf et­di­ril­mə­si­ni, on­la­rın ilk növ­bə­də dərslik­lər, dərs və­sa­it­lə­ri və di­gər ki­tab­lar­la tə­min edil­mə­si­ni la­zım bil­miş­di. Bu vaxt res­pub­li­ka­da 700-ə qə­dər mək­təb var idi. Mək­təb­lə­rin ək­sə­riy­yə­tin­də ki­tab­xa­na­la­rın ol­ma­sı­nı nə­zə­rə al­saq, Ma­a­rif Na­zir­li­yi­nin bö­yük təh­sil ki­tab­xa­na şə­bə­kə­si­nə ma­lik ol­ma­sı ay­dın­la­şar. Bu­nu nə­zə­rə alan na­zir­lik 1918-1920-ci il­lər­də Tür­ki­yə­dən 20 min nüs­xə­dən ar­tıq dərslik, dərs və­sa­i­ti və di­gər ki­tab­lar alıb mək­təb ki­tab­xa­na­la­rı­na ver­miş­di. Öl­kə­də olan ma­liy­yə çə­tin­lik­lə­ri­nə bax­ma­ya­raq, par­la­ment 1919-cu il sentyab­rın 18-də xalq mək­təb­lə­ri ki­tab­xa­na­la­rı­na türk di­lin­də ki­tab­lar al­maq üçün bir mil­yon ma­nat pul bu­ra­xıl­ma­sı haq­qın­da qa­nun qə­bul et­di. Bu pu­la Ma­a­rif Na­zir­li­yi Tür­ki­yə­dən və baş­qa öl­kə­lər­dən qiy­mət­li təd­ris ki­tab­la­rı alıb mək­təb ki­tab­xa­na­la­rı­na gön­dər­miş­di. Na­zir­lik ki­ta­ba olan bö­yük eh­ti­ya­cı nə­zə­rə ala­raq Tür­ki­yə ilə ya­na­şı, qon­şu Ru­si­ya­dan, Gür­cüs­tan­dan və Av­ro­pa döv­lət­lə­rin­dən xey­li ki­tab al­ma­ğa mü­vəf­fəq ol­muş­du. Par­la­ment 1919-cu il­də təh­sil mü­əs­si­sə­lə­ri ki­tab­xa­na­la­rı­nı ki­tab­la təc­hiz et­mək haq­qın­da hö­ku­mə­tin təq­di­ma­tı­na əsa­sən xü­su­si qa­nun qə­bul et­miş­di. Qa­nun bü­tün mək­təb ki­tab­xa­na­la­rı­nın Azər­bay­can­da nəşr edi­lən ki­tab, jur­nal, məc­muə və qə­zet­lə­rin məc­bu­ri nüs­xə­lə­ri ilə təc­hiz edil­mə­si­ni; xa­ri­ci öl­kə­lər­dən alı­nan ki­tab­la­rın ilk növ­bə­də ki­tab­xa­na­la­ra ve­ril­mə­si­ni; öz fə­a­liy­yə­ti­ni da­yan­dır­mış mək­təb­lə­rin, ki­tab ma­ğa­za­la­rı­nın an­bar­la­rın­da sax­la­nan ədə­biy­ya­tın ki­tab­xa­na­la­ra pay­lan­ma­sı­nı; ay­rı-ay­rı şəxslə­rin, mü­əs­si­sə­lə­rin və xey­riy­yə cə­miy­yət­lə­ri­nin ki­tab­xa­na­la­rı­nın ki­tab­la təc­hiz olun­ma­sı­na cəlb edil­mə­si­ni zə­ru­ri he­sab edir­di. Bu qa­nun öz de­mok­ra­tik prin­sip­lə­ri­nə gö­rə bö­yük mə­də­ni əhə­miy­yət kəsb edir­di". Təd­qi­qat­çı ya­zır ki, Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti hö­ku­mə­ti  mək­təb ki­tab­xa­na­la­rı ilə ya­na­şı, o dövrdə xalq ki­tab­xa­na­la­rı-qi­ra­ət­xa­na­la­rı ad­lan­dı­rı­lan və bi­la­va­si­tə yaş­lı əha­li­yə xid­mət edən ki­tab­xa­na­la­rın fə­a­liy­yə­ti­ni nə­za­rə­tə al­maq­la on­la­ra hər cür kö­mək et­mə­yə ça­lı­şır­dı. A.Xə­lə­fo­vun yaz­dı­ğı­na gö­rə, bu tip ki­tab­xa­na­la­rın ək­sə­riy­yə­ti qey­ri-döv­lət təş­ki­lat­la­rı­na, cə­miy­yət­lə­rə və ay­rı-ay­rı şəxslə­rə mən­sub idi. Ma­a­rif Na­zir­li­yi ki­tab­xa­na­la­rı olan bü­tün təş­ki­lat­la­ra, cə­miy­yət­lə­rə və şəxslə­rə mət­bu­at va­si­tə­si­lə mü­ra­ci­ət edib öz fə­a­liy­yə­ti­ni da­vam et­dir­mə­yi, on­la­ra kö­mək gös­tər­mə­yin va­cib­li­yi­ni bil­dir­miş­di. Öl­kə­nin mə­də­ni in­ki­şa­fın­da xalq ki­tab­xa­na-qi­ra­ət­xa­na­la­rı­nın təş­ki­li­nə bö­yük əhə­miy­yət ve­rən Xalq Cum­hu­riy­yə­ti ye­ni ki­tab­xa­na­lar təş­kil et­mək­lə, möv­cud ki­tab­xa­na­la­rın fə­a­liy­yə­ti­ni da­vam et­dir­mə­si­nə, on­la­rın mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­mə­si­nə, ilk növ­bə­də ki­tab­lar­la tə­min edil­mə­si­nə xü­su­si diq­qət ye­ti­rir­di.

Alim öz təd­qi­qa­tın­da bir sı­ra ma­raq­lı mə­qam­la­ra to­xu­nur: "Mən XX əs­rin əv­vəl­lə­rin­də ki­tab­xa­na işi­nin ta­ri­xi­ni öy­rə­nər­kən o dövrdə, əsa­sən so­vet döv­rün­də for­ma­laş­mış sta­tis­ti­ka­nın düz­gün ol­ma­dı­ğı qə­ra­rı­na gəl­mi­şəm. Ona gö­rə də öz şəx­si mü­la­hi­zə­lə­ri­mi şərh et­mə­yi va­cib sa­yı­ram. So­vet döv­rün­də for­ma­laş­mış və döv­riy­yə­yə bu­ra­xıl­mış sta­tis­ti­ka­ya gö­rə, Azər­bay­can­da 1913-cü il­də 95 min ki­ta­bı olan 25 ki­tab­xa­na və 1920-ci il­də isə 25 min ki­ta­bı olan 11ki­tab­xa­na olub. Mən bu dövr ki­tab­xa­na işi­nin ta­ri­xi­ni öy­rə­nib ümu­mi­ləş­di­rər­kən be­lə qə­na­ə­tə gəl­mi­şəm ki, bu rə­qəm­lə­rin hər iki­si səhv rə­qəm­lər­dir. Bu sta­tis­ti­ka­nı bu cür  for­ma­laş­dır­maq­da so­vet ta­rix­çi­lə­ri­nin əsas məq­sə­di ma­a­rif və mə­də­niy­yə­tin möv­cud du­ru­mu­nu əks et­di­rən düz­gün bir sta­tis­ti­ka for­ma­laş­dır­maq yox, si­ya­si nə­ti­cə­lə­rə əsas­la­nan sta­tis­ti­ka for­ma­laş­dır­maq idi. Sta­tis­ti­ka­nı sax­ta­laş­dır­maq­da so­ve­to­loq­la­rın əsas məq­sə­di xal­qın keç­miş na­i­liy­yət­lə­ri­ni in­kar et­mək, bü­tün mü­vəf­fə­qiy­yət­lə­ri so­vet qu­ru­lu­şu­nun adı­na çıx­maq idi. So­vet sta­tis­ti­ka­sı res­pub­li­ka əha­li­si­nin də 97 fa­iz sa­vad­sız ol­du­ğu­nu id­dia edir­di. Hal­bu­ki, ta­rix­çi­lə­ri­mi­zin son təd­qi­qat­la­rı gös­tə­rir ki, 1920-ci il­lər­də res­pub­li­ka əha­li­si­nin 30 fa­i­zi sa­vad­lı olub.

Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin ide­o­lo­ji fə­a­liy­yə­ti­nin baş­lı­ca is­ti­qa­mət­lə­rin­dən bi­ri mil­li özü­nü­dər­kin dir­çəl­dil­mə­si­nə xid­mət edən, döv­lət­çi­li­yin möh­kəm­lən­di­ril­mə­si­nə ça­lı­şan mil­li kon­sep­si­ya­nın ya­ra­dıl­ma­sı və in­ki­şaf et­di­ril­mə­si idi. Bu sa­hə­də hö­ku­mət xey­riy­yə cə­miy­yət­lə­ri, mil­li mə­də­ni-ma­a­rif qu­rum­la­rı, fə­a­liy­yə­ti­ni ge­niş­lən­di­rən həm­kar­lar it­ti­fa­qı təş­ki­lat­la­rı, ko­o­pe­ra­tiv təş­ki­lat­lar­la əmək­daş­lıq edir­di. Bu təş­ki­lat­la­rın ət­ra­fın­da top­lan­mış mil­li zi­ya­lı­la­rı­mız müs­tə­qil döv­lə­tin möh­kəm­lən­di­ril­mə­si, mə­də­ni-ma­a­rif mü­əs­si­sə­lə­ri­nin təş­ki­lin­də və fə­a­liy­yə­tin­də iş­ti­rak edir, təb­li­ğat və təş­vi­qat iş­lə­ri apa­rır­dı­lar".

A.Xə­lə­fov ki­ta­bın­da ya­zır ki, ki­tab­xa­na­lar haq­qın­da so­vet sta­tis­ti­ka­sın­da nə mək­təb ki­tab­xa­na­la­rı, nə qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın ki­tab­xa­na­la­rı, nə xey­riy­yə cə­miy­yət­lə­ri­nin ki­tab­xa­na­la­rı, nə də ic­ti­mai ki­tab­xa­na­lar nə­zə­rə alı­nır­dı: "Hal­bu­ki, 1917-ci ilə qə­dər res­pub­li­ka­da gös­tə­ri­lən ki­tab­xa­na­la­rın bö­yük şə­bə­kə­si möv­cud idi. Ba­şa düş­mək ol­mur, bu ki­tab­xa­na­lar ne­cə ol­du? Ha­mı­sı bir-iki ilin için­də məhv ol­muş­du­mu?

Müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­ca­nın mə­də­ni hə­ya­tın­da hə­lə əs­rin əv­vəl­lə­rin­də ya­ran­mış "Ni­cat", "Nəş­ri-ma­a­rif", "Sə­fa" və s. cə­miy­yət­lər mü­hüm rol oy­na­yır­dı. Bu cə­miy­yət­lər öz­lə­ri­nə məx­sus mə­də­ni-ma­a­rif mü­əs­si­sə­lə­ri­nin, ki­tab­xa­na-qi­ra­ət­xa­na­la­rın, klub­la­rın, dər­nək­lə­rin işi­ni can­lan­dı­rır, Azər­bay­can di­li kursla­rı təş­kil edir, yox­sul əha­li­yə kö­mək­lik edir­di­lər. Bu cə­miy­yət­lə­rin hə­lə XX əs­rin əv­vəl­lə­rin­dən for­ma­laş­mış ki­tab­xa­na­çı­lıq fə­a­liy­yə­ti da­ha da ge­niş­lən­miş­di. Öz­lə­ri­nə məx­sus ki­tab­xa­na və qi­ra­ət­xa­na­la­rı ye­ni ədə­biy­yat­la tək­mil­ləş­di­rir, ye­ni qi­ra­ət­xa­na­lar təş­kil edir­di­lər. Cə­miy­yət­lə­rin ki­tab­xa­na-qi­ra­ət­xa­na­la­rın­da mil­li ədə­biy­ya­tın top­lan­ma­sı­na və təb­li­ği­nə, küt­lə­vi təd­bir­lə­rin ke­çi­ril­mə­si­nə xü­su­si diq­qət ye­ti­ri­lir­di. Hö­ku­mət də öz tə­rə­fin­dən cə­miy­yət ki­tab­xa­na-qi­ra­ət­xa­na­la­rı­na ki­tab və döv­ri mət­bu­at al­maq­da kö­mək edir, on­la­rın işi­ni əla­qə­lən­dir­mə­yə ça­lı­şır­dı. Be­lə cə­miy­yət­lər tək­cə Ba­kı­da de­yil, Azər­bay­ca­nın ra­yon­la­rın­da da fə­a­liy­yət gös­tə­rir­di. Hö­ku­mə­tin cə­miy­yət­lə­rə, it­ti­faq­la­ra, ic­ti­mai bir­lik­lə­rə mü­na­si­bət­də yü­rüt­dü­yü li­be­ral si­ya­sət on­la­rın fə­a­liy­yə­ti­nin da­ha da ge­niş­lən­mə­si­nə sə­bəb olur­du. Rəs­mi sta­tis­ti­ka­ya gö­rə, 1920-ci il­də Azər­bay­can­da 700-dən ar­tıq ümum­təh­sil mək­tə­bi olub. Mək­təb­lə­rin ni­zam­na­mə­si­nə gö­rə, bü­tün mək­təb­lər­də ki­tab­xa­na­lar ol­ma­lı idi. Be­lə he­sab edək ki, mək­təb­lə­rin ki­çik­li­yin­dən, bö­yük­lü­yün­dən, mad­di im­ka­nın­dan ası­lı ola­raq, mək­təb­lə­rin bir ço­xu­nun ki­tab­xa­na­sı ol­ma­yıb. Hər hal­da, 700 mək­təb­dən təx­mi­nən ya­rı­sı­nın ki­tab­xa­na­sı­nın ol­ma­sı­nı eh­ti­mal et­sək, 1920-ci il­də res­pub­li­ka­mız­da 400-ə ya­xın mək­təb ki­tab­xa­na­sı olub. Di­gər ic­ti­mai ki­tab­xa­na­lar haq­qın­da da be­lə fi­kir yü­rüt­sək və XX əs­rin əv­vəl­lə­rin­də res­pub­li­ka­da fə­a­liy­yət gös­tə­rən ki­tab­xa­na­la­rı təx­mi­ni he­sab­la­saq, 100-ə ya­xın xalq ki­tab­xa­na-qi­ra­ət­xa­na­sı­nın fə­a­liy­yət gös­tər­mə­si aş­ka­ra çı­xır. Be­lə he­sab edək ki, 1917-1920-ci il­lər­də­ki çə­tin şə­ra­it üzün­dən bu ki­tab­xa­na­la­rın bir ço­xu bağ­lan­mış­dı. An­caq de­mək ol­maz ki, ha­mı­sı bağ­lan­mış­dı. Təx­mi­ni he­sab­la­ma­la­ra gö­rə, bu ki­tab­xa­na­la­rın ya­rı­ya qə­də­ri öz fə­a­liy­yə­ti­ni da­vam et­dir­miş, fə­a­liy­yə­ti­ni da­vam et­di­rə bil­mə­yən­lər də öz fon­du­nu qo­ru­yub sax­la­mış­dı. Bü­tün bun­la­rı nə­zə­rə ala­raq biz be­lə he­sab edi­rik ki, so­vet sta­tis­ti­ka­sı tə­rə­fin­dən for­ma­laş­mış "1920-ci il­də Azər­bay­can­da 95 min ki­tab fon­du olan 11 ki­tab­xa­na var­dı" fik­ri yan­lış­dır, möv­cud şə­ra­i­ti əks et­dir­mir. 1919-cu ilin əv­vəl­lə­rin­də Ba­kı və onun ra­yon­la­rın­da mə­də­ni-ma­a­rif cə­miy­yət­lə­ri­ni bir­ləş­dir­mək tə­şəb­bü­sü gös­tə­ril­miş­di. Bu cə­miy­yət­lə­rin konfran­sı­nın ça­ğı­rıl­ma­sı üçün təş­ki­lat ko­mi­tə­si ya­ra­dıl­dı".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 20 sentyabr.- S.15