18 sentyabr - Milli Musiqi Günü azərbaycançılıq təcəssümü kimi...

Azər­bay­can mə­də­niy­yə­ti­nin va­cib ele­men­ti olan mil­li mu­si­qi­miz zən­gin bir azər­bay­can­çı­lıq ör­nə­yi ki­mi bö­yük tə­sir gü­cü­nə ma­lik­dir. Azər­bay­can mu­si­qi­si dün­ya­nın han­sı nöq­tə­sin­də ifa olu­nur­sa, ora azər­bay­can­çı­lıq ru­hu ha­kim kə­si­lir. Mil­li mu­si­qi­miz, aşıq mu­si­qi­si, mu­ğam, xalq mah­nı­la­rı və təs­nif­lər azər­bay­can­çı­lıq əh­va­lı­nı də­rin­dən təb­liğ edir. Azər­bay­can bəs­tə­kar­la­rı azər­bay­can­çı­lıq ru­hu­nu öz əsər­lə­rin­də ya­şa­dır, ya­yır.

Azər­bay­can­çı­lıq məf­ku­rə­si­nə ya­xın­dan bağ­lı olan da­hi bəs­tə­ka­rı­mız Üze­yir bəy Ha­cı­bə­yo­vun fə­a­liy­yə­ti bü­töv­lük­də azər­bay­can­çı­lı­ğın mu­si­qi­yə kö­çü­rül­mə­si­nə, pub­li­sis­ti­ka­ya, sə­nə­tə da­şın­ma­sı­na həsr edi­lib. Xal­qı­mız və döv­lə­ti­miz mil­li mu­si­qi­mi­zi yük­sək­lə­rə qal­dı­ran sə­nət­kar­la­rı unut­mur.

Azər­bay­can az say­lı döv­lət­lər­dən­dir ki, bu­ra­da mu­si­qi­nin, xü­su­sən də mil­li mu­si­qi­nin təb­li­ği­nə bö­yük yer ay­rı­lır. Bil­di­yi­miz ki­mi, sentyab­rın 18-də Azər­bay­can xal­qı­nın da­hi oğ­lu, mu­si­qi mə­də­niy­yə­ti­mi­zin ko­ri­fe­yi Üze­yir bəy Ha­cı­bə­yo­vun do­ğum gü­nü­nüMil­li Mu­si­qi Gü­nü­nü qeyd edi­rik. Mu­si­qi­şü­nas­lar haq­lı ola­raq vur­ğu­la­yır ki, hə­min gün tək­cə mu­si­qi­se­vər­lə­rin de­yil, həm də bü­tün xal­qı­mı­zın bay­ra­mı­dır. Təd­qi­qat­çı­lar de­yir ki, elə bir azər­bay­can­lı tap­maq ol­maz ki, onun qəl­bin­də Üze­yir bə­yə mə­həb­bət, onun öl­məz sə­nə­ti­nə hör­mət his­si ol­ma­sın. Bö­yük bəs­tə­ka­rın ad gü­nü­nün bay­ram ki­mi qeyd edil­mə­si ənə­nə­si­nin əsa­sı­nı ma­estro Ni­ya­zi qo­yub.

Mə­lu­mat­la­ra gö­rə, gör­kəm­li bəs­tə­kar və di­ri­jor Ni­ya­zi Üze­yir bə­yin və­fa­tın­dan son­ra hər il bu gü­nü qeyd edər­miş. Üze­yir bə­yin do­ğum gü­nü­nün mu­si­qi ta­ri­xi­mi­zin ən əla­mət­dar ha­di­sə­si ki­mi anıl­ma­sı tez bir za­man­da ənə­nə ha­lı­nı alıb. 1995-ci il­də isə xal­qı­mı­zın bö­yük oğ­lu, o dövrdə Azər­bay­ca­na rəh­bər­lik et­miş Hey­dər Əli­ye­vin Fər­ma­nı ilə da­hi bəs­tə­ka­rın ana­dan ol­ma­sı­nın 110 il­lik yu­bi­le­yi ərə­fə­sin­də 18 sentyab­rın Mil­li Mu­si­qi Gü­nü ki­mi qeyd olun­ma­sı qə­ra­ra alı­nıb. Mə­lu­mat­la­ra gö­rə, Üze­yir Ha­cı­bə­yov 1908-ci il yan­va­rın 18-də Ba­kı­da H.Z.Ta­ğı­ye­vin te­at­rın­da ta­ma­şa­ya qo­yu­lan "Ley­li və Məc­nun" ope­ra­sı ilə tək­cə Azər­bay­can­da de­yil, bü­tün mü­səl­man Şər­qin­də ope­ra sə­nə­ti­nin əsa­sı­nı qo­yub.

Mu­si­qi­şü­nas­lar de­yir ki, Üze­yir bə­yin yaz­dı­ğı hər bir əsər azər­bay­can­çı­lı­ğa, bu mü­qəd­dəs ide­o­lo­gi­ya­nın təb­li­ği­nə, şü­ur­lar­da yer tut­ma­sı­na xid­mət edir. Mu­si­qi­şü­nas­lar vur­ğu­la­yır ki, o həm də Azər­bay­can­da mu­si­qi­li ko­me­di­ya jan­rı­nın ya­ra­dı­cı­sı­dır. Ü.Ha­cı­bə­yo­vun "Ər və ar­vad", "O ol­ma­sın, bu ol­sun", "Ar­şın mal alan" mu­si­qi­li ko­me­di­ya­la­rın­da o dövr Azər­bay­can mə­i­şə­ti, xalq adət və ənə­nə­lə­ri öz ək­si­ni ta­pıb. Ü.Ha­cı­bə­yov mil­li mu­si­qi xə­zi­nə­si­ni ye­ni janrfor­ma­lar­la zən­gin­ləş­di­rən bir sı­ra əsər­lər, o cüm­lə­dən Azər­bay­can pe­şə­kar mu­si­qi sə­nə­ti­nin şah əsə­ri, dün­ya mu­si­qi xə­zi­nə­si­nin in­ci­lə­rin­dən olan da­hi­ya­nə "Ko­roğ­lu" ope­ra­sı­nı bəs­tə­lə­yib.

Mə­lu­mat­la­ra gö­rə, Üze­yir bəy həm Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti, həm də ye­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət himnlə­ri­nin mu­si­qi­si­nin mü­əl­li­fi­dir. Üze­yir bəy el­mi mu­si­qi­şü­nas­lı­ğın, mu­si­qi təh­si­li­nin əsa­sı­nı qoy­muşöm­rü­nün so­nu­na­dək mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fı­na rəh­bər­lik edib. O, mü­a­sir bəs­tə­kar­lıq mək­tə­bi­nin be­şi­yi ba­şın­da dur­muş, onun qa­baq­cıl dün­ya bəs­tə­kar­lıq mək­təb­lə­ri ilə ya­na­şı du­ra bil­mə­si üçün fə­da­kar­ca­sı­na ça­lı­şıb.

Da­hi bəs­tə­ka­rın ya­rat­dı­ğı mu­si­qi in­ci­lə­ri dün­ya şöh­rə­ti qa­zan­mış, dün­ya mu­si­qi mə­də­niy­yə­ti­nin qı­zıl fon­du­na da­xil olub. Gör­kəm­li mu­si­qi xa­dim­lə­ri onu "pro­fes­si­o­nal Şərq mu­si­qi­si­nin ata­sı" ad­lan­dır­mış­lar. Azər­bay­can və dün­ya mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da mi­sil­siz xid­mət­lə­ri ol­muş Ü.Ha­cı­bə­yo­vun ana­dan ol­ma­sı­nın 100 il­lik yu­bi­le­yi UNES­CO-nun qə­ra­rı ilə bey­nəl­xalq miq­yas­da qeyd olu­nub.

Fəl­sə­fə üz­rə fəl­sə­fə dok­to­ru Va­hid Ömə­rov Ü.Ha­cı­bə­yo­vun mil­li mu­si­qi­yə bağ­lı­lı­ğın­dan bəhs edə­rək ya­zır ki, bö­yük Azər­bay­can sə­nət­kar­la­rı mil­li ru­hun aşı­lan­ma­sın­da ta­ra yük­sək qiy­mət ver­miş­lər. Onun qeyd et­di­yi­nə gö­rə, Fik­rət Əmi­ro­vun qeyd et­di­yi ki­mi, tar azər­bay­can­lı­lar ara­sın­da ən ge­niş ya­yıl­mış, sim­lə­ri xal­qın ürək tel­lə­ri ilə hə­ma­həng səs­lə­nən çox qiy­mət­li mu­si­qi alə­ti­dir. Ü.Ha­cı­bə­yov ta­rı bə­zi "sol­çu­la­rın" hü­cum­la­rın­dan mü­da­fiə et­mək­lə zən­gin xə­zi­nə­mi­zi - Azər­bay­can xalq mu­si­qi­si­ni mü­da­fiə edir­di: "Moskva­da ke­çi­ri­lən Azər­bay­can in­cə­sə­nə­ti de­ka­da­sı gün­lə­rin­də sim­fo­nik or­kestrdə sa­rı sim­li Azər­bay­can ta­rı­nın və baş­qa mil­li çal­ğı alət­lə­ri­nin mü­vəf­fə­qiy­yət­lə səs­lən­mə­si Ü.Ha­cı­bə­yo­vun ya­ra­dı­cı­lıq ide­ya­la­rı­nın qə­lə­bə­si və mil­li mu­si­qi­mi­zin tən­tə­nə­si idi. O öz fik­ri­ni izah edər­kən be­lə de­yir­di: "Mən ta­rın bu ope­ra­da iş­ti­rak et­mə­si üçün baş­qa cür dü­şü­nü­rəm. Hər­gah ta­rı mil­li bir alət ol­du­ğu üçün irə­li çək­mək is­tə­səy­dim, o za­man ka­man­ça­ya da mü­əy­yən yer ve­rər­dim. La­kin bu la­zım de­yil­di. Şərq mu­si­qi­si əsa­sın­da ya­zı­lan əsər­də ka­man­ça­nın və­zi­fə­si­ni skrip­ka da­ha yax­şı bə­dii bir su­rət­də ifa edə bi­lər. La­kin tar be­lə de­yil, ta­rın tembri or­kestrdə ye­ni­lik ya­ra­dır və onun in­cə səs­lə­ri ar­tıq də­rə­cə­də xo­şa gəl­di­yi üçün or­kestrə da­xil edil­mə­si­ni la­zım bi­li­rəm".

Onu da qeyd edək ki, bəs­tə­kar tar­dan tək­cə me­lo­di­ya üçün de­yil, həm də ak­kordla­rın, po­li­fo­nik ün­sür­lə­rin ifa­sın­da da is­ti­fa­də edib. Be­lə­lik­lə, Ü.Ha­cı­bə­yov "Ley­li və Məc­nun" ope­ra­sı­nın mü­qəd­di­mə­sin­də ta­rın sim­fo­nik or­kestrdə­ki ro­lu­nu nü­ma­yiş et­dir­mək­lə, onun gə­lə­cək səh­nə­lə­rin­də­ki fə­a­liy­yə­ti­ni mü­əy­yən­ləş­di­rir. Bö­yük bəs­tə­ka­rı­mız Azər­bay­can ta­rı­na yük­sək qiy­mət ve­rə­rək, "Sehrli tar", "Sa­rı si­min mö­cü­zə­si" ad­lı mə­qa­lə­lər ya­zıb. Fik­rət Əmi­rov tar haq­qın­da ya­zıb: "Azər­bay­can mu­si­qi alət­lə­ri­nin gö­zü tar­dır. Tar öz ahən­gi­nə, tembri­nə, di­a­pa­zo­nu­na, gü­cü­nə gö­rə tək­cə bir alə­ti de­yil, san­ki bir or­kestri əvəz edir. Özüor­kestrin apa­rı­cı­sı­dır. İfa­çı dəs­tə­si üç­lük də, beş­likolan­da apa­rı­cı tar­zən olur. Odur ki, tar­zə­nin mu­ğa­mın sir­lə­ri­nə va­qif ol­ma­sı va­cib sa­yı­lır. Bu ba­xım­dan, doğ­ru de­yir­lər ki, xa­nən­də­ni oxu­dan - oxu­ya­nı oxu­dan tar­zən­dir. Qur­ban Pri­mo­vun sə­nət var­lı­ğı, öl­məz­li­yi tar­da­dır. Tar Qur­ban Pri­mov ay­rıl­maz bir vəh­dət­də­dir".

Fik­rət Əmi­rov ta­ra azər­bay­can­çı­lıq möv­qe­yin­dən mü­na­si­bə­tin for­ma­laş­ma­sın­da Üze­yir Ha­cı­bə­yo­vun ro­lu­nu xü­su­si qeyd edir: "Mə­lum ol­du­ğu ki­mi, 20-ci il­lər­də mu­si­qi hə­ya­tı­mız­da tar ilə əla­qə­dar mü­ba­hi­sə­lər xü­su­si­lə cid­di şə­kil al­mış­dı hət­ta ta­rın xalq mu­si­qi­si alə­ti ol­du­ğu­na da inan­ma­yan­lar var­dı. Mə­sə­lə­nin da­ha çox çə­tin­lik tö­rə­dən tə­rə­fi o idi ki, bu fik­ri res­pub­li­ka­da mə­də­niy­yət üçün mə­sul olan və­zi­fə­li şəxslə­rin di­lin­dən eşit­mək olur­du. Bu­nun­la be­lə, Üze­yir Ha­cı­bə­yov vic­da­nı­nın sə­si­ni boğ­mur, Azər­bay­can xalq mu­si­qi­si­nin əsas­la­rı­nı uzun il­lər də­rin­dən-də­ri­nə təb­liğ et­miş da­hi bir sə­nət­kar ki­mi sa­rı sim­li ta­rın mü­da­fi­ə­si­nə qal­xır­dı. O, Şərq mu­si­qi­si­ni la­zı­mın­ca qiy­mət­lən­dir­mə­yən­lə­rə qar­şı çı­xır ya­zır­dı: "Əl­bət­tə, əgər bir mu­si­qi təh­si­lin­dən iba­rət yal­nız Av­ro­pa mu­si­qi­si­ni he­sab et­sə idik, biz tar təh­si­li­nin lü­zum­suz bir şey ol­du­ğu­nu iq­rar edib ləğv tə­rəf­da­rı olar­dıq. Fə­qət, bu xü­sus­da bi­zim fik­ri­miz be­lə­dir ki, Av­ro­pa mu­si­qi­sin­dən əla­və bir Şərq mu­si­qi­si var­dır biz azər­bay­can­lı­lar özü­müz Şərq əh­lin­dən ol­du­ğu­mu­za gö­rə mu­si­qi təh­si­li işin­də Şərq mu­si­qi­si­nə qar­şı la­qeyd qa­lı­rıq­sa, öz mə­də­ni və­zi­fə­mi­zi ka­ma­lın­ca ifa et­mə­miş ola­rıq".

Ay­dın mə­sə­lə­dir ki, mil­li mu­si­qi­miz, onun ru­hun­dan ya­ra­nan klas­sik mu­si­qi­miz, öl­məz sə­nət əsər­lə­ri azər­bay­can­çı­lıq ide­ya­sı­nı hər za­man özün­də eh­ti­va edə bi­lib. İs­tər ya­ran­dı­ğı dövrlər­də, is­tər­sə ha­zır­da o əsər­lər bir azər­bay­can­çı­lıq nü­mu­nə­si ki­mi diq­qə­ti cəlb edir. Azər­bay­can­çı­lıq ide­ya­sı­nın tə­mə­li­ni qo­yan­lar, onu qu­rub möh­tə­şəm edən şəx­siy­yət­lər bu gün rəh­mət­lə anı­lır. On­la­rın bi­zə qo­yub get­di­yi irs öy­rə­ni­lir. Azər­bay­can­çı­lıq ide­ya­sı mək­tə­bi­nin əsa­sı­nı qo­yan­lar heç za­man unu­dul­mur. Yu­xa­rı­da vur­ğu­la­dı­ğı­mız ki­mi, da­hi Üze­yir bəy Ha­cı­bə­yov da hə­ya­tı bo­yu bu ide­o­lo­gi­ya­ya, azər­bay­can­çı­lıq ide­ya­sı­na, mil­li məf­ku­rə­yə xid­mət edib. O, dü­şün­cə, əqi­də ba­xı­mın­dan azər­bay­can­çı ol­ma­say­dı, xal­qı­mı­zın ta­ri­xin­də bö­yük mə­də­ni in­qi­lab sa­yı­lan bir sı­ra sə­nət ha­di­sə­lə­ri­nin mü­əl­li­fi ola bil­məz­di. Azər­bay­can Şərqdə mə­də­niy­yə­tin in­ki­şa­fı ba­xı­mın­dan hər za­man ön­də ge­dən öl­kə olub, bu gün o mis­si­ya­nı la­yi­qin­cə ye­ri­nə ye­ti­rir. Şərqdə ilk dra­ma­tur­gi­ya ha­di­sə­si, ope­ra ope­ret­ta janrla­rı­nın do­ğu­lu­şu bi­zim ana Və­tə­ni­miz­də-Azər­bay­can­da baş ver­di. Azər­bay­ca­nın hə­ya­tı ilə, Azər­bay­can in­sa­nı­nın ta­le­yi­lə, mə­nə­vi alə­mi­lə, mil­li dü­şün­cə tər­zi­lə səs­lə­şən sə­nət əsər­lə­ri ya­ran­dı. Mil­li ope­ra­la­rı­mı­zın mey­da­na gəl­mə­si, səh­nə öm­rü ya­şa­ma­sı əsl ta­ri­xi ha­di­sə ki­mi yad­daş­la­ra köç­dü. Azər­bay­can­da mil­li ope­ra­la­rı tə­pə­dən-dır­na­ğa qə­dər azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­na bağ­lı olan, ona xid­mət edən Ü.Ha­cı­bə­yov ya­rat­dı.

Qeyd edək ki, Azər­bay­can mil­li mu­si­qi mə­də­niy­yə­ti­nin dün­ya­da şöh­rət qa­za­nan mə­nə­vi xə­zi­nə ol­du­ğu­nu ya­zan mu­si­qi­şü­nas­la­rın bil­dir­di­yi­nə gö­rə, on­lar azər­bay­can­çı­lıq ide­ya­la­rı­nı da özün­də tə­cəs­süm et­di­rir. Azər­bay­can mil­li mu­si­qi mə­də­niy­yə­ti­nin pro­fes­si­o­nal xalq mu­si­qi­sin­dən iba­rət ol­du­ğu­nu xa­tır­la­dan mu­si­qi­şü­nas­lar Azər­bay­ca­nın mər­hum pre­zi­den­ti Hey­dər Əli­ye­vin azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın tə­cəs­sü­mü olan mil­li mu­si­qi mə­də­niy­yə­ti­miz haq­qın­da bu sa­hə­nin təm­sil­çi­lə­ri­nə de­dik­lə­ri­ni ya­da sa­lır: "...Azər­bay­can xal­qı­nın mu­si­qi ir­si zən­gin­dir. Biz folklor mu­si­qi­si­ni, əsrlər mi­nil­lik­lər ər­zin­də xalq tə­rə­fin­dən ya­ra­dı­lıb nə­sil­dən-nəs­lə ya­di­gar ve­ri­lən mu­si­qi­ni nə­zər­də tu­tu­ruq. Biz Azər­bay­can­da nis­bə­tən ya­xın keç­miş­də, əs­rin əv­və­lin­də ya­ra­dı­lan, la­kin ta­ri­xən qı­sa müd­dət ər­zin­də bö­yük, şan­lı yol ke­çə­rək, in­di mü­a­sir pro­fes­si­o­nal sə­nə­tin ən yük­sək sə­viy­yə­sin­də du­ran pro­fes­si­o­nal mu­si­qi­ni nə­zər­də tu­tu­ruq. Si­zin ya­ra­dı­cı­lıq fə­a­liy­yə­ti­niz, bax, bu bü­növ­rə­yə əsas­lan­ma­lı, bu tə­məl üzə­rin­də qu­rul­ma­lı­dır, siz bu zən­gin ma­te­ri­al­dan ge­niş is­ti­fa­də et­mə­li­si­niz".

18 sentyabr - Mil­li Mu­si­qi Gü­nü Azər­bay­can xal­qı­nın hə­ya­tın­da, mu­si­qi ic­ti­ma­iy­yə­tin­də bö­yük əhə­miy­yə­tə ma­lik­dir. Qeyd et­mək la­zım­dır ki, 18 sentyabr ta­ri­xin­də öl­kə­mi­zin bü­tün mu­si­qi ocaq­la­rın­da Ü.Ha­cı­bə­yo­vun xa­ti­rə­si anı­la­caq, hər yer­də mil­li klas­sik mu­si­qi­miz səs­lə­nə­cək. Mil­li Mu­si­qi bay­ra­mı öl­kə bo­yu qeyd edi­lə­cək, səs­lən­di­ri­lən mu­si­qi­nin sə­viy­yə­si tə­bii yük­sək ola­caq, bu mu­si­qi­nin təl­qin et­di­yi ide­ya azər­bay­can­çı­lıq­la sıx bağ­lı­dır. Çün­ki bu mu­si­qi xal­qı­mı­zın ta­ri­xi mə­də­niy­yə­ti­nin bir par­ça­sı­dır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 17-19  sentyabr.- S.12