Turizm sektorunda
peşə sertifikatları
tətbiq olunmağa başladı
Bahadur Bilalov:
"Turizmin müxtəlif
sahələrində çalışmaq
istəyənlər üçün
peşə sertifikatının
tələb olunması
təqdirəlayiqdir"
Azərbaycanda turizm sahəsi
üzrə işləyənlər
üçün icrası
məcburi olan yeni tələblər qoyulur. Milli Məclisin
yaydığı məlumata
görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə
qeyd edilir ki, turizm sahəsində
bir sıra şəxslər mütləq
peşə sertifikatı
almalıdı
Həmin
şəxslər hüquqi
şəxs olan turagentin və ya turoperatorun, onların filialları
və nümayəndəliklərində
idarəetmə və
ya nəzarət orqanında vəzifə
tutan şəxs, habelə idarəetmə
və ya nəzarət funksiyasını
təkbaşına icra
edən şəxs, turizm fəaliyyəti ilə şəxsən məşğul olan fərdi sahibkar, turizm təşkilatçısına
tabe olan və turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri (menecer, baş menecer və s.) və ya bu
funksiyanı təkbaşına
icra edən şəxs (menecer, idarəçi, məsul
şəxs), bələdçi,
bələdçi-tərcüməçi,
yerləşdirmə fəaliyyəti
ilə məşğul
olan fərdi sahibkar, yerləşdirmə
vasitəsində turistlərin
qəbulu ilə məşğul olan qurumun rəhbəri və ya bu
funksiyanı icra edən şəxslərdir.
Layihəyə görə, nəzarət
orqanının müəyyən
etdiyi qaydalar üzrə peşə sertifikatı almamış
şəxsin aidiyyəti
fəaliyyəti həyata
keçirməsi məsuliyyətə
səbəb olacaq. Bu halda həmin şəxs barədə
məlumat Dövlət
Turizm Reyestrinin aktiv bölməsindən
çıxarılmalıdır.
Şəxs peşə imtahanını
uğurla verdikdə
onun barəsindəki
məlumatlar Dövlət
Turizm Reyestrinin aktiv bölməsinə
daxil edilməlidir.
Peşə imtahanı vermiş
şəxsin arzusu ilə peşə sertifikatı elektron formada verilir.
Peşə sertifikatının sahibi barəsində məhkəmə tərəfindən
oğurluq, etibardan
sui-istifadə, dələduzluq,
sənədlərin saxtalaşdırılması,
rüşvət vermə
və rüşvət
alma maddələri
üzrə ittiham hökmü çıxarıldıqda
və ya eyni maddələr üzrə bəraətverici
əsaslar olmadan cinayət işinə xitam verildikdə nəzarət orqanı
müvafiq peşə
sertifikatını etibarsız
hesab etməlidir.
Turizm sahəsində çalışanlar
üçün yeni
tələblərin qoyulması
barədə fikir bildirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bunları dedi: "Hər bir sahədə olduğu kimi, turizm sahəsində çalışanlar öz
işlərinin mütəxəssisi
olmalıdır. Turizmin inkişaf
etdirilməsi ilk növbədə
bu sahədə çalışan işçilərdən
asılıdır. Otel sahəsində
çalışanlar, turagentlər,
bələdçi, tərcüməçi,
restoran işçiləri,
bölgələrə tur
təşkil edənlər
və digərləri
öz işini yüksək səviyyədə
icra etməlidir ki, turistlər bizdən razı qalsın. Turizmin müxtəlif sahələrində
çalışmaq istəyənlər
üçün peşə
sertifikatının tələb
olunması təqdirəlayiqdir.
Artıq işçilər öz sahələrinin
xırdalıqlarından xəbərdar olacaq.
Bəllidir ki, bu gün işə ehtiyacı olanlar müxtəlif otel, istirahət məkanları
və ya restoranlarda sərbəst
şəkildə çalışa
bilir. Onlardan bu işin necə öyrəndiyini
soruşmurlar".
Həmsöhbətimizin sözlərinə
görə, turizmin
inkişafı üçün
turizm peşə məktəbləri yaradılacaq:
"Turizm peşə
məktəbləri yaradılmaqla
yanaşı, istənilən
turizm məkanında
yeni işə götürülənlər üçün işin necə aparılacağına
dair xüsusi dərslər keçirilsin.
Həmin dərslərdə yüksək nəticə
göstərənlərə sertifikat verilsin".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2016.- 17-19 sentyabr.- S.12