Lənkəran, Astara, Masallı və Lerik tarix-diyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi...

III ya­zı

Azər­bay­can­çı­lıq ide­ya­sı­nın, bu möh­tə­şəm ide­o­lo­gi­ya­nın gənc nəs­lə aşı­lan­ma­sın­da mu­zey­lə­rin apar­dı­ğı təb­li­ğat bö­yük tə­sir gü­cü­nə ma­lik­dir. Bi­li­rik ki, Azər­bay­ca­nın ra­yon­la­rın­da, böl­gə­lə­rin­də müx­tə­lif pro­fil­li mu­zey­lər fə­a­liy­yət gös­tə­rir. Böl­gə­lər­də əsa­sən ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­ri­nin möv­cud­lu­ğu müs­bət hal­dır. Ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­ri o di­yar­la­rın ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni, mə­nə­vi də­yər­lə­ri­ni əks et­di­rir.

Azər­bay­ca­nın bir sı­ra böl­gə­lə­ri var ki, ora­da Azər­bay­can türklə­ri ilə ya­na­şı, qey­ri-mil­lət­lə­rin də nü­ma­yən­də­lə­ri kom­pakt şə­kil­də ya­şa­yır. Hə­min böl­gə­lər­dən bi­ri cə­nub böl­gə­si­dir ki, bu­ra­da Azər­bay­can türklə­ri ilə ya­na­şı, əsa­sən ta­lış­lar ya­şa­yır. Ta­lış­lar da, qey­ri-xalqlar da, bir söz­lə, öl­kə­miz­də ya­şa­yan et­nik qrup­la­rın nü­ma­yən­də­lə­ri azər­bay­can­çı­lı­ğa bağ­lı in­san­lar­dır. On­lar Azər­bay­can döv­lə­ti­nə, döv­lət­çi­li­yi­nə xid­mət edən, sa­diq olan top­lum­lar­dır. Bu gün Azər­bay­can­da ya­şa­yan bü­tün xalqlar azər­bay­can­çı­lıq bay­ra­ğı al­tın­da bir­lə­şib.

Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın təb­li­ğin­də xü­su­si rol oy­na­yan ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­ri böl­gə­nin ta­ri­xi­ni, ar­xe­o­lo­gi­ya və et­noq­ra­fi­ya mən­zə­rə­si­ni özün­də əks et­di­rir.

Lən­kə­ran ra­yo­nu öl­kə­miz­də xü­su­si se­çi­lən ra­yon­lar­dan­dır. Ta­ri­xən Azər­bay­can ma­a­rif­çi­li­yi­nin be­şi­yi ba­şın­da du­ran­lar­dan olan Lən­kə­ran mə­də­niy­yə­ti­mi­zə, ta­ri­xi­mi­zə, ədə­biy­ya­tı­mı­za, ic­ti­mai fik­ri­mi­zə bö­yük töh­fə­lər ve­rib.  Lən­kə­ran Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yin­dən da­nı­şar­kən qeyd et­mək la­zım­dır ki, mu­zey 1924-cü il­də ya­ra­dı­lıb. Mə­lu­mat­la­ra gö­rə, mu­zey Bö­yük Və­tən Mü­ha­ri­bə­si il­lə­rin­də fə­a­liy­yə­ti­ni da­yan­dı­rıb. İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­dən 16 il öt­dük­dən son­ra, yə­ni 1961-ci il­də mu­ze­yin fə­a­liy­yə­ti bər­pa edi­lib.  Azər­bay­can hö­ku­mə­ti­nin qə­ra­rı ilə 1977-ci il­də mu­ze­yə Lən­kə­ran­da bu işin təş­ki­lat­çı­sı, ma­a­rif­çi və jur­na­list Mir­zə Ağə­li Əli­ye­vin adı ve­ri­lib. Lən­kə­ran Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi 1978-ci il­də ye­ni bi­na­ya kö­çü­rü­lüb və bu­ra­da el­mi əsas­lar­la ekspo­zi­si­ya açı­lıb. Mu­zey 1991-ci il­dən isə XIX əsr me­mar­lıq abi­də­si olan Mir Əh­məd xan Ta­lı­şinski­nin mül­kün­də fə­a­liy­yət gös­tə­rir. Bu möh­tə­şəm abi­də 1913-cü il­də Mir Əh­məd xa­nın si­fa­ri­şi ilə onun xa­nı­mı Tuğ­ra xa­nı­mın şə­rə­fi­nə Fran­sa­dan də­vət olun­muş me­mar­lar tə­rə­fin­dən 3 ay müd­də­tin­də ucal­dı­lıb. Bu abi­də Lən­kə­ran şə­hə­ri­nin ilk çox­mər­tə­bə­li bi­na­sı olub. Mu­ze­yin fon­dun­da 6 min­dən yu­xa­rı ekspo­nat top­la­nıb və il­dən-ilə bu rə­qəm da­ha da ar­tır. Mu­ze­yin aşa­ğı­da­kı nü­ma­yiş otaq­la­rı gə­lən qo­naq­la­rın is­ti­fa­də­si­nə ve­ri­lib: 1. Tə­bi­ət böl­mə­si. 2.Qə­dim dövr. 3. Er­kən or­ta əsrlər. 4. Ye­ni dövr. 5. Ən ye­ni dövr. 6. Mü­a­sir dövr. Lən­kə­ran Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi xal­qı­mı­zın qə­dim ta­ri­xi­ni əks et­di­rən əş­ya­lar­la zən­gin­dir. Daş döv­rü­nə aid hə­vəngdəs­tə, çə­kic­lər, sü­mük­dən ha­zır­lan­mış bı­çaq­lar, tunc döv­rü­nə aid si­lah­lar və qa­dın bə­zək əş­ya­la­rı, VII-XII əsrlə­rə aid qoç­fi­qur­lu qə­bir daş­la­rı, heç vaxt rən­gi sol­ma­yan bo­ya­lı sax­sı qab­lar çox ma­raq­lı­dır. VIII-IX əsrlə­rə aid me­mar­lıq abi­də­si - Bəl­lə­bur qa­la­sı­nın ti­kin­ti ma­te­ri­al­la­rı nü­mu­nə­lə­ri, qa­la­dan ta­pıl­mış mə­i­şət əş­ya­la­rı xü­su­si ma­raq do­ğu­rur. Ekspo­zi­si­ya­da nü­ma­yiş et­di­ri­lən mis­gər­lik nü­mu­nə­lə­ri, əmək və mə­i­şət əş­ya­la­rı da or­ta əsrlə­rə aid­dir. Mu­zey 2014-cü il­də Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən əsas­lı tə­mir-bər­pa olu­nub. Ha­zır­da mu­ze­yin bi­na­sın­da ye­ni ekspo­zi­si­ya­nın qu­rul­ma­sı pro­se­si­nə start ve­ri­lib.

Qeyd edək ki, öl­kə baş­çı­sı İl­ham Əli­yev 2015-ci ilin ap­rel ayın­da Lən­kə­ran Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yin­də apa­rı­lan ye­ni­dən­qur­ma və bər­pa iş­lə­rin­dən son­ra ya­ra­dı­lan şə­ra­it­lə ta­nış ol­maq məq­sə­di­lə mu­zey­də olub.

Mu­zey tə­mir­dən son­ra ta­ma­şa­çı­la­rın ix­ti­ya­rı­na ve­ri­lib.

Söz­süz ki, Lən­kə­ran Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin bi­na­sı­nın əsas­lı şə­kil­də tə­mir edil­mə­si Azər­bay­can döv­lə­ti­nin mə­də­niy­yə­ti­mi­zə, xü­su­sən də mu­zey işi­nə ver­di­yi bö­yük də­yə­rin, gös­tər­di­yi qay­ğı­nın tə­za­hü­rü­dür.

As­ta­ra Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi də cə­nub böl­gə­sin­də sa­yı­lıb-se­çi­lən mu­zey­lər­dən­dir. Mə­lu­mat­la­ra gö­rə, fon­dun­da 7354 ədəd ekspo­nat olan mu­zey 1980-ci il­dən fə­a­liy­yət gös­tə­rir. Mu­ze­yin əsas ekspo­nat ba­za­sı gör­kəm­li et­noq­raf Əsa­dul­la İma­mə­li­ye­vin As­ta­ra şə­hə­ri­nin mər­kə­zin­də təş­kil et­di­yi ki­çik mu­ze­yin əş­ya­la­rı olub. Mu­ze­yin əsas fon­dun­da era­mız­dan əv­vəl II-III əsrdə baş ve­rən ha­di­sə­lər­dən xə­bər ve­rən mü­da­fiə və dö­yüş si­lah­la­rı, qı­lınclar, yə­hər­va­ri tünc  qı­lınclar, ox və ni­zə uc­luq­la­rı, bı­çaq ti­yə­lə­ri, dö­yüş  bal­ta­la­rı, ya­şı 2000 il­dən yu­xa­rı olan qa­dın və ki­şi daş hey­kəl­lə­ri, XIV və XV əsrlə­rə aid olan "Zər­bi düz ol­ma­yan" sik­kə­lər, ib­ti­dai for­ma­lı şü­şə­dən və tuncdan dü­zəl­dil­miş qa­dın bə­zək­lə­ri, ta­ri­xi və el­mi əhə­miy­yə­tə ma­lik olan ekspo­nat­lar mü­ha­fi­zə olu­nur. Ey­ni za­man­da xal­qın mə­i­şət böl­mə­sin­də keç­miş­də is­ti­fa­də edil­miş hə­sir, ce­bend, be­şik, bə­zək əş­ya­la­rı, du­lus­çu­luq sə­nət nü­mu­nə­lə­ri, hə­sir­to­xu­ma alə­ti, xış, də­mir ko­tan, xalq şən­lik­lə­rin­də is­ti­fa­də edi­lən qə­dim mü­si­qi alət­lə­ri nü­ma­yiş olu­nur. Qeyd edi­lə­nə gö­rə, mu­ze­yin sa­hə­si 600 kv.m., al­tı zal­da yer­ləş­di­ril­mək­lə üç böl­mə­dən iba­rət­dir. Mə­lu­mat­la­ra gö­rə, mu­zey bir şö­bə­dən (ekspo­zi­si­ya şö­bə­sin­dən) iba­rət­dir və ekspo­zi­si­ya 6 zal­da yer­ləş­di­ril­mək­lə aşa­ğı­da­kı böl­mə­lə­ri əha­tə edir. Be­lə ki, bu­ra­da Tə­bi­ət böl­mə­si, Qə­dim və or­ta əsrlər döv­rü böl­mə­si, Mə­i­şət və Et­noq­ra­fi­ya böl­mə­si, Azər­bay­can De­mok­ra­tik Cum­hu­riy­yə­ti, İn­qi­lab böl­mə­si, Mü­ha­ri­bə böl­mə­si, Mü­a­sir dövr böl­mə­si möv­cud­dur. Mu­zey­şü­nas-et­noq­raf Əf­qan Şə­fi­ye­vin "As­ta­ra Ta­rix Di­yar­şü­nas­lıq Mu­ze­yi", "Azər­bay­can xal­qı­nın daş yad­da­şı" ad­lı ki­tab­la­rın­da mu­zey və mu­zey­də olan ekspo­nat­lar haq­qın­da ge­niş mə­lu­mat­lar ve­ri­lib.

Rə­him Ta­ğı­yev adı­na Ma­sal­lı Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi Ma­sal­lı ra­yo­nu­nun Hiş­kə­də­rə kən­din­də yer­lə­şir. Mu­ze­yin di­rek­to­ru Ən­ti­qə Ta­ğı­ye­va­dır. Mə­lu­mat­la­ra gö­rə, mu­zey 1952-ci il­dən fə­a­liy­yət gös­tə­rir. Mu­zey bu kən­din ta­nın­mış zi­ya­lı­sı, əmək­dar mü­əl­lim, ha­zır­da adı bu mu­ze­yə ve­ril­miş Rə­him Ta­ğı­ye­vin şəx­si tə­şəb­bü­sü və mi­sil­siz əmə­yi ilə ya­ra­dı­lıb. Mə­lu­mat­la­ra gö­rə, 15 il ic­ti­mai əsas­lar­la Hiş­kə­də­rə kənd mək­tə­bi­nin mu­ze­yi ki­mi fə­a­liy­yət gös­tər­dik­dən son­ra onun üçün 1975-ci il­də ay­rı­ca bi­na ti­ki­lib. Mək­təb mu­ze­yin­də olan ekspo­nat­lar hə­min bi­na­ya kö­çü­rü­lüb və bun­dan son­ra mu­zey ar­tıq di­yar­şü­nas­lıq mu­ze­yi ki­mi fə­a­liy­yə­ti­ni da­vam et­di­rib.

Mu­zey haq­qın­da mə­lu­mat­la­ra gö­rə, Azər­bay­can SSR Na­zir­lər So­ve­ti­nin 13 av­qust 1977-ci il ta­rix­li, 283 nöm­rə­li Qə­ra­rı və Azər­bay­can SSR Mə­də­niy­yət Na­zir­li­yi­nin 16 sentyabr 1977-ci il ta­rix­li, 299 nöm­rə­li əm­ri ilə mu­zey döv­lət sta­tu­su alıb və Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi ki­mi fə­a­liy­yət gös­tə­rib. 2005-ci il­dən mu­zey onu ya­ra­da­nın - Rə­him Ta­ğı­ye­vin adı­nı da­şı­yır.

Qeyd edi­lə­nə gö­rə, ha­zır­da bu mu­zey xey­li bö­yü­yüb və onun pa­len­to­lo­gi­ya, et­noq­ra­fi­ya, nu­miz­ma­ti­ka və ar­xe­o­lo­gi­ya şö­bə­lə­rin­də 19 min­dən çox qiy­mət­li ekspo­nat top­la­nıb.

Müx­tə­lif il­lər­də ra­yo­nun Ər­ki­van, Hiş­kə­də­rə, Bo­ra­di­gah, Tat­ya­no­ba, Ha­cı­tə­pə, Şəh­ri­yar, Xır­man­da­lı, Mah­mu­da­var, Bam­ba­şı, Ça­xır­lı, Ərəb, Qı­zı­la­ğac, Qə­rib­lər, Ön­cə­qa­la, Köh­nə Al­va­dı kəndlə­ri­nin ya­xın­lı­ğın­da qə­dim şə­hər, qa­la kur­qa­nı, tür­bə məq­bə­rə yer­lə­rin­dən tunc, də­mir, an­tik və or­ta əsrlər döv­rü­nə aid mad­di mə­də­niy­yət nü­mu­nə­lə­ri bu Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yin­də mü­ha­fi­zə olu­nur.

Ta­ri­xə uzu­nö­mür­lü­lər di­ya­rı ki­mi da­xil olan Le­rik ra­yo­nu Ba­kı­dan 323 km uzaq­lıq­da, Ta­lış dağ­la­rı­nın əha­tə­sin­də yer­lə­şir. Qeyd edək ki, Le­rik ra­yo­nu 1930-cu il­də ya­ra­dı­lıb, la­kin 1938-ci ilə ki­mi ra­yo­nun adı Zu­vand olub. 1938-ci il­dən isə Le­rik adı ilə xə­ri­tə­yə dü­şüb.

Mə­lu­mat­la­ra gö­rə, Le­ri­kin əra­zi­sin­də 200-dən çox tə­bi­ət və ta­ri­xi abi­də möv­cud­dur. Bu­ra­da XI-XII əsrlə­rə aid ta­ri­xi abi­də­lə­ri olan "Oğ­lan qa­la" və "Qız" qa­la­sı və sa­ir qə­dim ya­şa­yış məs­kən­lə­ri var. Le­rik Ra­yon Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi 1983-cü il­də ya­ra­dı­lıb. Mu­zey­də 5000 ədəd ekspo­nat qo­ru­nub sax­la­nır. Əv­vəl­lər Le­ri­kin Uzu­nö­mür­lü­lər Mu­ze­yi Le­rik Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin fi­li­a­lı ki­mi fə­a­liy­yət gös­tə­rib, son­ra­dan isə ra­yo­nun əra­zi­sin­də bi­na ti­ki­lib və ora kö­çü­rü­lüb. Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yi­nin 6 ekspo­nat za­lı var və bu zal­lar­da e.ə 2-1-ci mi­nil­lik­lə­rə aid, tunc döv­rü­nə aid ekspo­nat­lar qo­ru­nur. Mu­ze­yin fond mü­di­ri Cab­bar Zül­fi­yev mət­bu­a­ta bil­di­rib ki, qə­dim əş­ya­lar ra­yon əra­zi­sin­də olan qə­dim ya­şa­yış məs­kən­lə­rin­də aş­kar­la­nıb: "Ra­yo­nu­mu­zun əra­zi­sin­də 80-90 min il ya­şı olan Bü­ze­yir ma­ğa­ra­sı və ya­şı 120 min il olan Zu­vandçay ma­ğa­ra­sı var. 1890-95-ci il­lər­də fran­sa­lı ar­xe­o­loq, Luvr Mu­ze­yi­nin əmək­da­şı olan Jak və qar­da­şı Hen­ri Mor­qan Azər­bay­ca­na sə­fər­lə­ri za­ma­nı Le­rik­də olub və Bü­zeyr ma­ğa­ra­sın­da təd­qi­qat­lar apa­rıb­lar. Mor­qan qar­daş­la­rı Bü­ze­yir ma­ğa­ra­sın­da ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı daş döv­rü­nə aid 200-ə ya­xın qə­dim əş­ya, 80 kq qı­zıl və 40 kq gü­müş­dən ha­zır­la­nan müx­tə­lif növ əş­ya­la­rı Luvr, Sen­jer­men və Brüs­sel mu­zey­lə­ri­nə apa­rıb­lar". Fond mü­di­ri­nin söz­lə­ri­nə gö­rə, Mor­qan qar­daş­la­rı Le­ri­kə sə­fər­lə­ri­ni öz­lə­ri­nin yaz­dıq­la­rı ki­tab­lar­da da qeyd edib­lər: "Jan və Hen­ri qar­daş­la­rı bu zo­na­ya sə­fər­lə­ri ba­rə­də "İra­na el­mi sə­fər" və "Sir­li Şərq" ki­tab­la­rın­da mə­lu­mat ve­rib­lər. Bun­dan əla­və, mu­ze­yi­miz­də ən məş­hur ekspo­nat­lar­dan bi­ri-dün­ya­nın ilk uzu­nö­mür­lü sa­ki­ni ki­mi bi­li­nən, 150 il­dən çox ömür sür­müş Mah­mud Ey­va­zo­vun "Da­yan­dol­du­rum" tü­fən­gi­dir. Elə­cə də tunc döv­rü­nə aid dö­yüş pal­tar­la­rı, bə­zək əş­ya­la­rı, ən­tiq mə­i­şət əş­ya­la­rı və daş döv­rü­nə aid alət­lər də bi­zim mu­zey­də qo­ru­nur".

O, Le­rik Ta­rix-Di­yar­şü­nas­lıq Mu­ze­yin­də Azər­bay­can ta­ri­xin­də mü­hüm rol oy­na­yan bir ekspo­na­tın ol­du­ğu­nu da vur­ğu­la­yıb: "Mu­zey­də çox ma­raq­lı və xü­su­si əhə­miy­yə­tə ma­lik olan bir ekspo­nat var-ru­si­ya­lı coğ­ra­fi­ya­şü­nas­lar tə­rə­fin­dən tər­tib edi­lən XVIII əs­rə aid Azər­bay­can xə­ri­tə­si. Xə­ri­tə­də İrə­van xan­lı­ğı və Qa­ra­ba­ğın Azər­bay­ca­nın tər­ki­bin­də ol­du­ğu gös­tə­ri­lib. Bu­nun­la da rus coğ­ra­fi­ya­şü­nas­lar in­di­ki Ye­re­van­da XVIII əsrdə İrə­van xan­lı­ğı­nın ol­du­ğu­nu və Qa­ra­ba­ğın Azər­bay­can əra­zi­si ol­ma­sı­nı sü­but edir­lər".

Azər­bay­can mə­də­niy­yə­ti, Azər­bay­can in­sa­nı hər za­man və­tə­nə, yur­da sa­diq olub, evi­ni, oca­ğı­nı qo­ru­yub. Azər­bay­ca­nın cə­nub böl­gə­si­nin ta­ri­xi qə­dim­dir.

Ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı cə­nub böl­gə­sin­dən ta­pı­lan bü­tün nü­mu­nə­lər ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­rin­də qo­ru­nur, mü­ha­fi­zə edi­lir. Ta­ri­xi­mi­zin bir par­ça­sı­na çev­ri­lən ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­ri öl­kə­mi­zə gə­lən tu­ristlə­rin ma­ra­ğı­nı çə­kir. Bi­zim mu­zey­lər ta­ri­xi­mi­zi can­lı şə­kil­də ya­şa­dır, təb­liğ edir, mə­nə­vi ir­si­mi­zi sa­ba­ha da­şı­yır.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 30 sentyabr.- S.15