Suraxanı rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Danılmaz faktdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ölkədəki inkişafa müsbət təsirini göstərib. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları hazırlanıb. Bu dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə səbəb olub.
Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf paytaxtımızdan, onun ətraf kəndlərindən də yan ötməyib. Prezidentin Sərəncamı ilə təsdiqini tapan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədilə hazırlanıb.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində, Bakının bütün rayonları kimi, bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişikliklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələr verilir. Hazırda rayonda orta əməkhaqqı 546,4 manatdır.
212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Yeni Günəşli, Hövsan, Zığ qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Bu qəsəbələrin hər birinin sürətli sosial-iqtisadi inkişafı Suraxanı rayonunun simasının daha da dəyişməsinə, onun ölkənin abad və inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə gətirib çıxarıb. Necə deyərlər, Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri onun simasına yeni nəfəs, yeni ruh gətirməkdədir.
Suraxanı Azərbaycanın neft rayonlarından biri hesab edilir. Burada bir ildə 338,3 min ton xam neft,
232,1 milyon kubmetr qaz istehsal edilir.
Rayon ərazisində neft
və qaz istehsalı ilə "Bahar Enerji" və "Suraxanı Oyl" əməliyyat şirkətləri, "Qaraçuxur
iriləşdirilmiş neft
mədəni", "Abşeron
Operating Company", "Qazmaservis və Logistika" İdarəsi, Tamponaj və Layların Neftveriminin Artırılması
İdarəsi məşğul
olurlar. Neft və qaz istehsalı isə, öz növbəsində,
rayonda minlərlə insanın işlə təmin edilməsində və onların sosial-iqtisadi rifahının
yaxşılaşdırılmasında önəmli rol oynamaqdadır. Suraxanı həm
də iri sənaye rayonudur. Burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət
göstərir. Suraxanı rayonu
ərazisindəki müəssisələrdə
istehsal edilən məhsullar həm Azərbaycanın daxili tələbatının ödənilməsində
önəmli rol oynayır, həm də onlar xaricə
ixrac edilir. Məsələn, rayonda fəaliyyət göstərən
Transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun məhsulları dünyanın
müxtəlif ölkələrinə,
o cümlədən qonşu
Türkmənistan, Gürcüstan,
Qazaxıstan, həmçinin
Ukrayna, Bəhreyn, Cənubi Afrika Respublikası, İraq, Rusiya və Kanadaya ixrac edilir. Bu da Suraxanı rayonunun Azərbaycanın sosial-iqtisadi
inkişafına özünün
əvəzsiz töhfəsini
verməsinə gətirib
çıxarıb.
"2014-2016-cı
illərdə Bakı
şəhərinin və
onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nda Suraxanı
rayonu üzrə 24 tədbir nəzərdə
tutulub, onların
4-ü icra olunub,
20-nin icrasına başlanıb,
başa çatdırılan
və başlanan tədbirlər proqramın
44,5 faizini təşkil
edib.
Etiraf edək
ki, ötən ilin əvvəlində həm sosial-iqtisadi sahədə dövlət
proqramlarının icrası
istiqamətində, həm
də AO-ya hazırlıq mərhələsində
görüləcək işlər
həm çox, həm də məsuliyyətli idi. Həmin
səbəbdən RİH vaxt
itirmədən rayonun
sosial-iqtisadi inkişafına
yönələn əməli
tədbirlərə start verdi, abadlıq-quruculuq
işlərini uğurla
həyata keçirməyə
başladı.
Belə
ki, ilk olaraq AO məşəlinin alovlandırılması
tədbirinə hazırlıqla
əlaqədar S.Bəhlulzadə,
İ.Məmmədov, Ş.Məhərrəmov,
O.Əliyev və X.Ələkbərov küçələrində
yaşayış və
qeyri-yaşayış obyektlərinin
fasad və hasarları yenidən quruldu, ağlay daşlarla üzləndi, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salındı. Qısa bir zamanda Əmircan qəsəbəsi,
T.Bayram parkı əsaslı təmir olundu. Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni
park salındı. S.Bəhlulzadə, İ.Məmmədov və
X.Ələkbərov küçələrində
12 min kv.m. yaşıllıq salındı.
S.Bəhlulzadə və O.Əliyev
küçələrində isə 27.7 min kv.m. sahəyə asfalt döşəndi,
5042 p.m. bordür düzüldü,
3252 kv.m. səki
asfaltlandı, küçələrin
işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkildi, işıq
dirəkləri və
çılçıraqlar quraşdırıldı və
s. abadlıq-quruculuq işləri
görüldü.
Qaraçuxur qəsəbəsində C.Qurbanov, İ.Musayev, Z.Şərifov, A.Fətullayev,
N.İsmayılov, F.Kərimzadə
və A.Şadinski küçələrində, Yeni
Günəşli yaşayış
sahəsində abadlıq-quruculuq
işləri görülüb,
küçələrin ətrafında
yerləşən qeyri-yaşayış
obyektlərinin fasadları
müasir üslubda yenidən qurulub, ərazi müxtəlif tullantılardan təmizlənib.
Ötən il
ərzində abadlıq-quruculuq
işləri rayonun digər qəsəbələrində
də aparılıb.
Həmişə olduğu kimi, rayonda ekoloji məsələlərin həlli
istiqamətində davamlı
işlər aparılır. Prezidentin müvafiq
sərəncamları və
Dövlət Proqramına
əsasən, Bülbülə
və Zığ göllərinin təmizlənməsi,
ətrafların abadlaşması
davam etdirilir. Ərazidə 10 illərlə
neftlə çirklənən
817 hektar torpaq sahəsi texniki rekultivasiya olunub, 24 ədəd gölməçə
qurudulub, neft kollektorları təmir edilib.
Rayon ərazisində tədris
və idman müəssisələrinin inşası
və köhnələrinin
təmiri RİH-nin daim diqqət mərkəzindədir. Belə
ki, 2015-ci ilin 9 ayı ərzində Qaraçuxur qəsəbəsində
146 saylı orta məktəb üçün
25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt
zalları tikilərək
istifadəyə verilib.
Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış massivində
262 saylı uşaq bağçaları əsaslı
təmir olunub. Qaraçuxur
və Bülbülə
qəsəbələrində idman zalları, Yeni Günəşli
"V" sahəsində idman
meydançası, Əmircan
qəsəbəsində 100 yerlik uşaq bağçası, şahmat
məktəbi və Yanğından Mühafizə
Bölməsinin tikintisi
uğurla davam etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
başlanan 1-ci "Ümumrespublika
Yaşıllaşdırma Marafonu"
çərçivəsində ağacəkmə kampaniyası
davam etdirilib. Bu istiqamətdə
11 ümumrayon iməcliyi
keçirilərək 7,4
mindən artıq ağac əkilib.
Hər il olduğu
kimi, ötən ilin 9 ayı ərzində rayon əhalisinin
sosial müdafiəsi də RİH-nin diqqət mərkəzində
olub. Belə ki, müvafiq dövrdə Rayon Əhalisinin
Sosial Müdafiəsi Mərkəzində 7796 sakinə
4.57 milyon manatdan artıq sosial müavinət ödənilib.
2173 ailəyə 3.04 milyon manat ünvanlı
sosial yardım göstərilib. 218 nəfər tənha və əlil vətəndaşa evində
sosial xidmət göstərilib. 58 nəfər güzəştli
vətəndaş reabilitasiya
mərkəzi və sanatoriyalarda istirahət ediblər. Rayonda orta aylıq
təqaüdün məbləği
194.5 manat olub.
Rayon Məşğulluq Mərkəzinə
işlə əlaqədar
müraciət edən
592 nəfərdən 476 nəfəri
işlə təmin edilib, 71 nəfərə işsiz statusu verilib. 44 nəfər
peşə hazırlıq
kurslarına cəlb olunub və s.
2015-ci ilin may ayının 1-dək
bütün ölkə
vətəndaşlarının pulsuz tibbi müayinədən
keçirilməsi ilə
əlaqədar Prezident
İlham Əliyevin tapşırığı Suraxanı
rayonunda uğurla icra edilib. Aşkarlanan
xəstəliklər üzrə
6751 nəfər sakin ambulator müalicəyə
və 570 nəfər
stasionar müalicəyə
cəlb olunub, 704 nəfərin sağlamlığı
bərpa edilib.
Rayonda Heydər
Əliyev Mərkəzində
müasir informasiya texnologiyaları ilə təchiz edilən kitabxana, konfrans salonu və təlim kursları artıq 7 ildir rayon əhalisinə xidmət göstərir.
Mərkəzdə ötən ilin
9 ayı ərzində
14 ümumrayon tədbiri,
Azərbaycan tarixinin öyrənilməsi məqsədilə
9-11-ci sinif şagirdlərinə
38 açıq dərs
və digər maarifləndirmə tədbirləri
keçirilib.
Rayonda
2015-ci ilin 9 ayı ərzində yeniləşən
internet saytı, elektron
poçt ünvanı,
"Qaynar xətt"
telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən, "Şikayət
və təkliflər"
səyyar poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba cavab verilib. Bu
müddət ərzində
RİH başçısı tərəfindən 759 nəfər
sakin qəbul edilib, 27 səyyar görüş keçirilib.
Ümumiyyətlə, rayon üzrə qarşıda duran məsələlər İcra
Hakimiyyəti başçısı
yanında fəaliyyət
göstərən Şuranın
iclasında müzakirə
olunur.
Qeyd edək ki, 2016-cı il Suraxanı
rayonunda əlamətdar
hadisə kimi başlayıb. Belə ki, yanvarın 11-də Prezident İlham Əliyev rayonda "ATEF Şirkətlər Qrupu"nun
iri qabaritli transfarmator zavodunun açılışında iştirak
etdi, yüksək gərginlikli avadanlıqlar
istehsalı zavodunun təməlini qoydu.
Lakin əldə
olunan bu nailiyyətlərlə yanaşı,
problemlər də var.
Rayonda mövcud olan ən ciddi
problem ərazidə qəzalı
evlərdə yaşayan
sakinlərə (xüsusilə
Zığ qəsəbəsində)
köməklik göstərilməsi
məsələsidir. Bunu nəzərə alan
Suraxanı Rayon İcra
Hakimiyyəti Zığ
qəsəbəsindəki evlərə
texniki baxış keçirib, ərazinin relyefini nəzərə alaraq 40 evin qəzalı vəziyyətdə
olmasını aşkarlayıb.
22 qəzalı evin boşaldılmasına
dair məhkəmə
iddiaları təmin edilib, 22 ailə kirayə evlərə köçürülüb.
Göründüyü kimi, əldə olunan nailiyyətlərlə
yanaşı, mövcud
problemlərin həlli
də RİH-nin diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir
ki, Suraxanı rayonu artıq mazutla dolu gölməçələr
yox, paytaxtın nümunəvi təhsil, tibb, idman ocaqlarının,
biznes strukturlarının,
müasir sənaye müəssisələrinin, iaşə
və digər obyektlərin fəaliyyəti
ilə keyfiyyətcə
yeni-müasir rayon statusunu
qazanıb.
Neftin qiymətinin
kəskin aşağı
düşməsi və
manatın məzənnəsinin
azalması şəraitində
yeni - 2016-cı ildə
Suraxanı Rayon İcra
Hakimiyyətinə yeni-yeni
uğurlar arzulayırıq.
Namiq QULİYEV
Bakı xəbər.- 2016.- 9-11 yanvar.- S.15