İdayət Orucov Qırğızıstanın Dövlət televiziyasının canlı yayım qonağı oldu

 

 

2016-cı ilin yanvar ayının 14-də Qırğızıstanın əsas dövlət televiziya kanalı olan İctimai Teleradio Korporasiyasının səhər saat 7-dən 10-dək yayımlanan "Zamana" ("Zəmanə") verilişinin canlı yayımda qonağı Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov olub.

Aparıcıların ulu öndər Heydər Əliyevin Qırğızıstana münasibəti haqqında suallarına səfir geniş cavab verib.

Diplomat Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında danışaraq, onun həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir mərhum prezidenti dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.

Bildirib ki, 1993-cü ilin iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmən ilin oktyabr ayının 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan Respublikası Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdiyi barədə məlumat verib.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxilixarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Səfir deyib ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.

Heydər Əliyev türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması üçün hədsiz işlər görübtürk dünyasının ən çox sayılıb-seçilən şəxslərindəndir.

Mərkəzi Asiya və Qırğızıstanla qarşılılıqlı sıx əməkdaşlığın inkişafı Heydər Əliyevin xarici siyasətinin prioritet hissələrindən biri idi.

Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbətlə yanaşdığını dilə gətirib.

Daha sonra diplomat deyib: "Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili - bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq".

Çingiz Aytmatovla bağlı suala cavab olaraq o qeyd edib ki, "Mənim şəxsi fikrimdir ki, iyirminci əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük insan bəxş edib. Dünya siyasətində - Heydər Əliyevi və dünya ədəbiyyatında - Çingiz Aytmatovu".

Diplomat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikası Prezidenti Almazbek Atambayevin rəhbərliyi ilə ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri genişlənib, dərinləşib və möhkəmlənib, bu da ikitərəfli və hökumətlərarası əməkdaşlığın dinamik inkişafına əlavə güc verir.

Veriliş bitdikdən sonra Heydər Əliyev haqqında rejissor Vaqif Mustafayevin çəkdiyi "Bir həsədin tarixi" adlı film nümayiş etdirilib.

Məlum olduğu kimi, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlər silsiləsinin VII hissəsində prezident özüSovet imperiyasının sonuncu rəhbəri Mixail Qorbaçov iştirak edir, müəmmalı məqamlar açıqlanır, həqiqətlər üzə çıxır.

Səfir kanala ulu öndər haqqında filmləri təqdim etməsi və Səfirliyin tədbirlərini kifayət qədər işıqlandırması üçün təşəkkürünü bildirib.

Bakı xəbər.- 2016.- 14 yanvar.- S.13