Yunus Oğuzun kitabı qırğız
dilində çap olundu
Yazıçı-publisist, türkoloq, tarixi romanlar müəllifi Yunus
Oğuzun böyük
türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs
edən tarixi romanları Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə
qırğız dilinə tərcümə olunub.Baki-xeber.com-un
məlumatına görə, fondun prezidenti Nüsrət Məmmədov bildirib ki,
qırğız dilində işıq üzü
görən "Temirlan” adlı kitab 544 səhifədən ibarət olmaqla, Y.Oğuzun Əmir Teymur haqqında hək iki
romanının kompakt formasını təşkil
edir. Kitab fond tərəfindən pulsuz
paylanacaq.Qeyd edək ki,
kitabın təqdimatının Qırğızıstanın
Prezident iqamətgahında keçiriləcəyi
nəzərdə tutulub. Təqdimatda bir sıra tanınmış simaların
iştirakı gözlənilir.
Baki xəbər.- 2016.- 16-18 yanvar.-
S.5