Məleykə Abbaszadə tələbə
qəbuluna bir “islahat(?)”
da gətirmək fikrindədir
Gələcəkdə
qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti
yaranan ixtisaslara qəbul üçün keçirilə bilər
Azərbaycanda
gələcəkdə qəbul imtahanı yalnız yüksək
müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq
üçün keçirilə bilər.Bunu Trend-ə
müsahibəsində Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə kolleclərə və ali məktəblərin bəzi
ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli -
buraxılış imtahanlarının nəticələri əsasında
aparılmasının gələcəkdə qəbul
imtahanlarının ümumiyyətlə ləğv
olunmasına, qəbulun buraxılış imtahanlarının
nəticələri əsasında aparılmasına səbəb
olub-olmayacağına aydınlıq gətirərkən deyib.Komissiya
sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun
əsasən buraxılış imtahanlarının nəticələri
əsasında aparılmasını istəyirlər: "Ola
bilsin ki, dövlət sifarişli yerlərə və
müsabiqə vəziyyəti çox yüksək olan
hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul
imtahanı keçiriləcək. Amma yüksək müsabiqə
vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış
imtahanının nəticələri əsasında aparıla
bilər”.M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula
görə buraxılış imtahanının nəticələrinin
nəzərə alınması üçün
buraxılış imtahanlarının heç olmasa 5 fənn
üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən
artırılmalıdır: "Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan
fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara
4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz
kənd təsərrüfatı ixtisasları olacaq”.
TQDK sədri deyib ki, ali məktəblərə
buraxılış imtahanının nəticələri əsasında
qəbulun aparılmasına ali məktəblərin
özlərinin də razılığı olmalıdır:
"Belə olanda biz
buraxılış imtahanlarının nəticələrini nəzərə
ala bilərik. Çünki
ali məktəblər özləri
hansı kontingenti görmək istədiklərini
bildirirlər. Hansısa ali
məktəb buraxılış imtahanının nəticələri
əsasında qəbulun aparılmasına razıdırsa,
buraxılış imtahanı da heç olmasa 5 fənn
üzrə olarsa, onda
biz buraxılış imtahanlarının
nəticələrini daha çox
ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ
ilə bağlı ali məktəblərlə
də iş aparılmalıdır. Təbii
ki, Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi,
ali məktəblərdə kontingentin formalaşdırılması ilə
bağlı maddələrə aid işlər
tədricən aparılacaq”.
Bakı
xəbər.- 2016.- 28 yanvar.-S.6